Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə12/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   8   9   10   11   12   13   14   15   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
M.ö.  53-cü  ildə  Roma  generalı  Markus  Krass  Harranda 
İrana  məğlub  olandan  sonra  ermənilərin yaşadıqları  bölgələrə 
Arşakidlər hakim  olmuşlar.  Lakin  romalılar bu  bölgələrə olan 
iddialarından  əl  çəkməmişlər.  Bunun  nəticəsi  olaraq  m.ö.36-cı 
ildə  Mark  Antonio  Armenianı  işğal  edərək  İrana  hərəkət 
etmişdir. Lakin İranla olan müharibədə məğlub olmuşdur.
Uzun  illər  ermənilər  yaşayan  bölgələr  İranla  romalılar 
arasında  müharibə  meydanına  çevrilmişdi.  Bu  vəziyyət 
miladdan sonra  da  davam etmişdi.  Miladdan  sonra 440-cı ildə 
ermənilərin  yaşadıqları  bölgələr  İran-Roma  müharibələrinə 
səhnə olmuşdur.  Erməni tarixçisi T. Yeremyanm89 yazdığı kimi 
591-ci  il  müqaviləsinə  görə  Armeniya  dövləti  Bizans  və  İran 
Sasanilər dövləti arasında bölüşdürülmüşdür.  1918-ci  ilə qədər 
müstəqil erməni dövləti olmamışdır.
Tarixi  mənbələrdə  bizanslıların  ermənilər  üzərindəki 
təzyiqləri  aydın  şəkildə  görünür.  „Bizanslıların  erməni 
bölgələrinə  girmələri  ermənilər  üçün  müthiş  fəlakətlə  nəticə­
lənmişdi.  Bizansın  ərazi  bölgüsünə  daxil  edildikdən  sonra 
bizanslıların  erməni  bölgələrində  etmədikləri  zülm  və 
vəhşiliklər qalmadı.  Ani şəhərini alınca  ilk işləri komandanları 
və  liderləri  sürgün  etmək,  orduları  dağıtmaq  oldu.  Dəmir  və 
zəhərdən istifadə etdilər. Müdafiəsiz qalan xalqı  ağır vergilərlə 
boğdular. O zaman ermənilərin dini təşkilatları da bizanslıların 
hücumuna  məruz  qalır,  katolikosları,  din  rəisləri  yaxalanaraq 
Bizansa sürgün edilirdilər.  Ermənilərin bizanslılarla  aralarında 
məzhəb  və  din  düşmənliyi  var  idi.  Bu  hal,  türklərin  o bölgəni 
almasına qədər davam etdi."90
Əslində  türklərin  Anadoluya  yerləşməsində  bu  amillərin 
çox  əhəmiyyəti  olmuşdur.  Bizans  imperatoru  R.  Diogenesin
84  Еремян  C.  T.  Армения  по  аямянской  географии  7  век.  Ереван  1963,  Ереван  (на 
армянском  языке),  s.  46;  Вах.  Fəridə  Məmmədova.  Azərbaycanın  siyasi  tarixi  və  tarixi 
coğrafiyası.  Bakı  1993.
90 
Yenə orada,  s.  76
46
Həsətıbala Sadıqov
komandası  altındakı  Bizans  ordusunda  ermənilər  də  vardı. 
Bizansın ermənilərə qarşı təzyiq siyasəti onların xəyanət edərək 
türklərin  tərəfinə  keçmələrinə  səbəb  olmuşdu.  Diogenesin 
tədbirləri ermənilərin türklərin tərəfinə keçmələrinə və onların 
„türklərə arkadaşca davranmalarına"91 mane ola bilməmişdi.
Tarixi  ədalət  bundan  ibarətdi  ki,  erməniləri  Bizans 
zülmündən  qurtaran  türklər  olmuşdur.  Səlcuq  sultanı  Alp 
Arslan erməniləri himayəsi alüna aldı.  Erməni kralı Kivrikenin 
qızı  ilə  evləndi.  „Buna  görə  də Alp  Arslan  da  onunla  (erməni 
kralı  Kivrike  ilə)  əbədi  sülh  və  dostluq  qurdu.  Hədiyyə  və 
şərəflərə layiq bildiyi kralın paytaxtı  Loriyə  dönməsinə  imkan 
verdi."92
Səlcuq  sultanı  Məlikşah  da  ermənilərlə  başlanan 
münasibəti  davam  etdirmişdi.  Erməni  patriarxı  Barqendin 
xahişi ilə əlaqədar olaraq ölkədə katalikosluğun sayını dörddən 
birə  endirdi.  Ermənilər  üzərində  onsuz  da  çox  olmayan 
vergilərin miqdarının da azaldılması Məlikşah dövründə həya­
ta  keçirilmişdi.  „Sultan  Məlikşahın  bu  çox  yumşaq  davranışı 
imperatorluq içindəki xristianların ona qarşı sevgisini və dövlətə qarşı 
sədaqətini artırmışdı."93
Türklərin  ermənilərə  qarşı  ədalətli  davranmalarım  o 
dövrün  erməni  tarixçisi  Urfalı  Matieus  da  etiraf  etmişdir.
„Məlikşahın səltənəti Allahın lütfünə məzhər oldu.  Hakimiyyəti uzaq 
ölkələrə  qədər  yayıldı.  Ermənilərə  hüzur  verdi.  Dünyanın  hakimi 
Məlikşah,  saysız  əsgərlərdən  təşkil  olunmuş  ordusu  ilə  romalıların 
məmləkətini fəth etməyə girişdi.  Qəlbi xristianlara  qarşı şəfqətlə dolu 
idi.  Keçdiyi ölkələrin xalqına bir ata kimi davranırdı.  Bir çox şəhər və 
vilayət öz arzuları ilə onun hakimiyyəti altına girdilər.  Bütün erməni 
və rum qəsəbələri onun qanunlarını tanıdı. "94
91  Leyon  Dabağyan.  Ermeni  meselesi,  Son  Havadis gazetesı,  12  Mayıs  1881,  s. 4, 
Süleyman  Kocabaş.  Ermeni  meselesi nedir,  ne değiidir?  İstanbul  1994,  s.  17.
92 M.  Altan  Köymen.  Alp Arslan ve  zamanı.,  İstanbul,  1973,  s.  27
93  İbrahim Kafesoğlu.  Sultan  Melikşah,  İstanbul,  1973,  s.
94 Osman Turan. Türk Cihan  Hakimiyeti  Mefkuresi Tarihi, c.II,  İstanbul,  1969,  s.  138.
47


Erməni məsələsi: xəyanəti, deportasiyanı, soyqırımım və işğalım pərdələyən yalan
II FƏSİL
ERMƏNİLƏRİN TARİXLƏRİNİ YAZDIRMAQ 
ÜSULLARI
Xorenli Movses
Tarixdə „Ermənistan haradadır?" sualına cavab axtaranlar 
o  qədər də asan cavab tapa bilmirlər. Burada  tarixçi  Nikerland 
Krayblisin fikirləri yada düşür. Tarix professoru Krayblisə görə 
„Asiyanın tarixi kimi erməni tarixi də məchulluqlar içər isindədir. "95
Erməni  tarixinin  yazılmasında  çox  qəribəliklər  və 
mübahisələr  mövcuddur.  Erməni  tarixində  elə  bir  məsələ 
yoxdur  ki,  elmi  ictimaiyyətin  mübahisə  mövzusu  olmasın. 
Hətta  bəsit  məsələlərdə  doğruluq  və  ya  yanlışlıq  nisbətinin 
müəyyən  edilməsi  mümkün  olmadığından,  mübahisələr 
davam  etməkdədir.  Erməni  tarixinin  çıxış  nöqtəsi  olaraq 
Xorenli Movses götürülür.
Erməni  tarixi  və  tarixçiləri  ilə  tanış  olmaq  üçün  örnək 
olaraq  Xorenli  Movsesin  tərcümeyi-halı  ilə  əlaqədar  müba­
hisələrlə tanış olmağa ehtiyac vardır.  Erməni tarixçiləri  Xorenli 
Movsesin  miladın  V  əsrində  yaşadığını  iddia  edirlər.  Erməni 
ənənələrinə görə  ən qədim  tarix  mətni rahib  Xorenli Movsesin 
(Movses Horanatsi) əsəridir. Lakin bu gün Xorenli Movsesin V 
əsrdə  deyil,  VIII  əsrdə  yaşamış  bir  tarixçi  olduğu  müəyyən 
edilmişdir.  Movsesin  tarixi  də  müqəddəs  kitabların  heka­
yələrinə  görə  tərtib  edildiyi  ortaya  çıxmışdır.96 Başqa  bir  rus 
dilli mənbədə „erməni ədəbiyyatı elə bir zamanda yaradılmışdır ki, o
Nikerland  Krayblis,  Rusiyanın  Şark  Siyaseti  ve Vilayeti  Şarkiyye meselesı,  İstanbul, 
1332,  s.  135-136.  S.  Kocabaş.  s.  13; Quram  Marxuliya.  Ermənilər Ermənistan 
axtarışında.(rus dilində)  Gürcüstan  Milli  Akademiyasının nəşri  Tiflis,  2010.
96  Kevork, Aslan.  Etüdeshistoriques  sur les  peuple armenien  Paris,  1909,  s.  15;  Kagik 
Ozanyan.  The history o f the armcnian  Language.Merzifon,  1913, s.  193
48
Həsənbala  Sadıqov
zaman erməni dövlətçiliyi olmamışdır.''97deyilir.
Bunun  mənası  odur  ki,  VIII  əsrdən  əvvəl  yazılmış 
ermənicə  bir  əsərin,  hətta  qısa  bir  qeydin  varlığını  göstərmək 
mümkün  deyildir.  Ermənilərin  özlərinə  bir  tarix  yazmaq 
fəaliyyətlərinə  VIII  əsrdən  başlayaraq  kilsə  xadimlərinin, 
rahiblərin başladıqlarını söyləmək düzgündür.
Musa Kalankatlmın „Alban tarixi "nin
erməni mənbəyinə çevrilməsi
Azərbaycan  tarixi  bütün  dövrlərdə  bu  coğrafiyada  və 
sərhədlərində yaşamış xalqların siyasi tarixi ilə bağlı olmuşdur. 
Azərbaycan  tarixi  məsələləri  ərəb  tarixçilərinin  və  coğra­
fiyaşünaslarının  əsərlərində  olduğu  kimi  başqa  xalqların  da 
tarixi mənbələrində yer alır.  Ərəb mənbələrindən başqa gürcü, 
Bizans,  erməni  müəlliflərinin  "əsərlərində"  də  Azərbaycan 
tarixinin müxtəlif məsələləri öz əksini tapır.
„Bölgənin tarixi taleyinin spesifikliyi ucbatından yerli xarakterli 
Alban  yazılı  abidələri  qədim  erməni dilində  təqdim  olunur/'98 X  əsr 
də  daxil  olmaqla  yaradılan  alban  mənbələri  əvvəllər  alban 
dilində  tərtib  edilmişdi.  VI-VII  əsrlərə  aid  yazılı  mənbələr, 
xüsusi ilə arxeoloji qazıntı materialı Albaniyanın mədəni siması 
haqqında  məlumat  verir.  Mənbələr  göstərir  ki,  V  əsrin 
əvvəllərində  Azərbaycanın  şimal  hissəsinin  (Alban)  öz  əlifbası 
olmuşdur.99 *
 *
Albaniyanın  etnik  tərkibi  yerli  Qafqaz  və  türk  xalqlarına 
aid  26  qəbilə  birləşməsindən  ibarət  idi.  Albaniya  zəngin  və 
nadir  mədəniyyətə  malik  idi,  onun  52  hərfdən  ibarət  əlifbası 
vardı. Eramızın 313-cü ilində xristianlıq Albaniyada dövlət dini
97  Культура  раннефеодальной  Армении (IV-VII  вв).  Ереван,  1980.
98  Ф.  Мамедова.  Политическая история  и  историческая  география  Кавказской 
Албании.  (3  в,до  н.е.-8  в.н.  е.) Баку  1986,  стр.  5
99  Н.В.Пигулевская.  К вопросу о „письменных” народах древности. Древний мир.Сб.
статей академика В. В.  Струве.  М.,1962, стр. 336-339; Абуладзе И.  К.  К открытию
алфавита кавказских албанцев.  Изв.ИГИМК, Груз. ФАН СССР, T.IV,  1938,
49


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə