Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə10/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   6   7   8   9   10   11   12   13   ...   142

Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalını pərdələyən yalan
verilmişdir.  Görünür Urartu  dövlətinin həqiqi qurucusu  olan I 
Sarduri  858-844-cü  illər  arasında  birləşmiş  Urartu  dövlətinin 
başında  durmuşdur.  Urartu  və  Armenia  arasında  tarixçilərin 
müəyyən  etdiyi  „tapıntılar"  əslində  bu  izahatını  verdiyimiz 
kitabələrdəki  Агате  və  ya  Aramu  adlarının  köməyi  ilə 
meydana  çıxmış  və  uzun  illərdir  ki,  mübahisələr  səngiməyir. 
"Halbuki 
dünya 
tarixşünaslığmda 
müəyyən 
edilmiş 
konsensusa  görə,  bugünkü  ermənilərin  (haylar)  istər  Arsax 
toponiminə,  istər  Urartu  sivilizasiyasına,  istərsə  də  əsası  I 
Arqişti tərəfindən qoyulmuş şəhərə heç bir aidiyyəti yoxdur."74
Professor  Lang  kitabədə  oxunan  Arame  və  ya  Aramu 
adları  ilə  əlaqədar  aşağıdakıları  yazmışdır:  „Assuri  yazılarında 
adı  çəkilən  Arame  və  ya  Aramu  olub,  heç  şübhəsiz  ki,  kraliça 
Semiramidanın  aşiq  olduğu  əfsanəvi  hay  kralı  Ara  ilə  eyni  şəxsdir. 
Erməni  salnaməçisi  Xorenli  Moisey  Urartu  kralı  Aramunu  erməni 
xalqına adım vermiş əcdad olaraq görür. "7S
Professor  Lonqun  düşüncələri,  fantaziyası  tarixi,  coğrafi 
sərhəd  tanımır.  Çox  maraqlıdır  ki,  müəllif  haqqında  danış­
dığımız  kitabələri  araşdırmamışdır.  Tezislərini  dünyada 
„kəşfləri"  ilə tanınan hay salnaməçisi Xorenli Moiseyin əfsanəsi 
əsasında  qurmuşdur.  Onun  fikrinin  tarix  və  coğrafiya  ilə 
əlaqədar  olduğuna  inanmaq  mümkün  deyildir.  Əfsanələrdə 
tarixin izi ola bilər.  Lakin əlimizdə olan və dünyanın görkəmli 
mətnşünasları  tərəfindən  oxunmuş  kitabələrdəki  faktlar  tam 
fərqli nəticələr çıxarmağa imkan verir.
Urartuda  III  Sardurinin  varislərinin  IV  Sarduri  və 
Erimena olması bəllidir. Bu ad oxşarlığı və səslənməsinə əsasən 
erməni  "tədqiqatçıları"  qədim  dünyanın  böyük  dövləti 
Urartunu  çox  asan  Ermənistana  çevirməyə  çalışırlar.  Erimena 
Sardurinin  oğlu,  Rusa  da  Erimenanm  oğludur.  Adm 
səslənməsindən  Urartu  hökmdarına  hay  pasportu  düzəldilir. 
Ermənistan  tarixi  ilə  Urartu  tarixi  əsassız  olaraq  eyniləşdirilir.
74  Ramiz Mehdiyev.  Gorus-2010:  Absurd  teatr mövsümü.  Bakı  2010,  s.  38-39.
75  David  Marchall  Lang.  Armenia, Gnadle o f Civillisation.  London.1980, s,  94
38
Həsənbala Sadıqov
Tarixi  mənbələrin  harayına  baxmadan  onlar  arasında  „sələf- 
xələf" münasibətləri əsassız olaraq "isbat edilmiş olur."
Tarix  təsadüflər  ilə  doludur.  Təsadüflər  fərqli  şəkildə 
təzahür edə bilər. Onlardan biri də Assuri kitabələrində Aramu 
və  ya  Arame  kəlmələrinin  oxunmasıdır.  Bu  sənəddən  hay 
tarixinə  aid  yazılmış əsərlərin  əksəriyyətində  istifadə edilib və 
fərqli  şəkildə  mənalandırılır.  Hay  tarixini  Urartu  tarixinin 
davamı  olduğunu  əsaslandırmağa  çalışan  müəlliflər  haqqında 
danışdığımız  ifadələri  hay  tarixinin  qədimliyinin  möhürü 
hesab edirlər.
Daranın  kitabəsində  və  Heredotun76  „Tarix"  kitabında 
istifadə  edilən  „erməni"  kəlməsinin  Armeniya  coğrafi  bölgə 
adından  meydana  gələn  „ermənistanlı"  kimi  başa  düşülməsi 
lazım  gəlir.  Daranın  və  Heredotun  „erməni"  kəlməsi  ilə  bir 
xalqı,  irqi  nəzərdə  tutduqlarını  qəbul  etmək  tarixi,  coğrafi 
gerçəkliklərə  ziddir.  Həmin  sənədlərdə  istifadə  edilən  kəlmə 
qədim dünyada nəzərdə tutulan Armeniya bölgəsində yaşayan 
əhalini bildirmək üçün istifadə edilirdi.
Armeniya,  erməni  adı  friqlər77 həmin bölgəyə  gəlməzdən 
də  tanınmaqda  olduğundan  ondan  kitabələrdə  də  istifadə 
edilmişdi.  Bunlara  əsasən  də  tarixi  ədəbiyyatda  „haylar  m.  ö. 
515-ci  ildə  Şərqi  Anadoluda  (Armenia)  vilayətinə  gəlmişlər"  tezisi 
qəbul edilmişdir. Beləliklə,  sifarişlə  işləmiş və  işləyən tarixçilər 
uzun illərdir ki, mübahisələrə təkan verirlər.
"Erməni  tarixçilərinin  ən mühüm  tezislərindən biri  də  onların 
Anadolunun  yerli  xalqı  (aborigenlər)  olduğudur.  Onlar  bunu 
isbat  etməyə  çalışır  və  milli  davalarının  tərkib  hissəsi  hesab 
edirlər. Lakin gətirilən faktlar erməni tarixçilərinin bu tezisinin 
də  əsassız  olduğunu  göstərir.  Ermənilərin  ən  mühüm 
iddialarından  biri  də  onların  ən  qədim  müstəqil  dövlətçiliyə 
sahib  olmalarıdır.  Ona  görə  də  bu  məsələnin  izah  edilməsinə
76 Heredotun  „Tarix” kitabında Armenia kəməsinə  1  dəfə rast gəlinir.  Heredotos.  The 
Histories.  Penguin Books.  1972.
77  Friqlərin ermənilərin qohumu olduğunu  mənbəər əsasında göstərmişdik
39


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımını və işğalını pərdələyən yalan
ehtiyac  hiss  edilir.  Başabəla  erməni  alim  və  siyasətçilərinin 
saxtalaşdırma  metodları  insanı  mat  qoyur:  onlar  əvvəlcə 
hurritdilli urartuluları hind-Avropa haylarına çevirir və onların 
irsini  mənimsəyir,  sonra  isə  Arsaxm  "erməni"  adı  olmasım 
bəyan edirlər.  Özü  də yalnız ona görə ki, baxın  ha,  təzə peyda 
olmuş "hay" II Sarduri Arsaxın adım çəkmişdir."78
Hayların tarixən tabe olaraq yaşamış olduğu dövlətlər
Hayların  Anadolu  və  Qafqazın  aborigeni  (yerli  xalq) 
olmadıqları  isbat  edilmişdir.  Hayların  Şərqi  Anadoluda 
görünmələri  və  yerləşmələri  miladdan  əvvəl  VII-VI  əsrlərə 
aiddir.  Erməni  tarixçiləri  nə  qədər  kağız  üzərində  dövlət 
yaratsalar  da  tarixi  ədalət  naminə  qeyd  etməliyik  ki,  onların 
müstəqil  dövləti  uzunömürlü  olmamışdır.  "Ermənistan 
müstəqil  dövlət  kimi  çox  qısa  müddət  mövcud  olmuşdur. 
Tarixdən məlumdur ki, bizim eranın əvvəlində iyirmi ildən bir 
qədər artıq müddətdə müstəqil dövlət kimi mövcud olduqdan 
sonra 
Ermənistan 
müstəqilliyini 
itirərək 
Roma-Parfiya 
ərazisinə çevrilmişdir, çünki 63-cü ildən sonra Roma ilə Partiya 
arasında  müqaviləyə  əsasən  Ermənistanın  ikiqat  müstəqilliyi 
müəyyən  edilmişdir.  Bu  zamandan  da  haylar  müstəqil  dövlət 
şəklində  deyil,  başqa  dövlətin  -   İranın  bir  vilayətini  təşkil 
etmişlər."79 Lakin haylar və haypərəst mənbələrdə çox  maraqlı 
bir  meyl  vardır.  Bu,  hayların  Şərqi  Anadolu,  Cənubi  Qafqaz, 
iran yaylasının şimalı və şimali-qərbi ilə əlaqələrini daha qədim 
tarixlərə  uzatmağa  çalışmaqdan  ibarətdir.  Bununla  da  həmin 
coğrafiyanın  ilk  yerli  əhalisi  olduqlarını  isbata  çalışırlar.  Uzun 
illərdir ki,  bu  və  başqa  iddialarını  sübut etmək  üçün  dünyaya 
müraciət  edirlər.  Çox  maraqlıdır  ki,  kömək  də  tapa  bilirlər, 
irəlidə  onların  müxtəlif  ölkələrin  alimlərindən  kömək  ala 
bilmələrinin metodologiyasını da açıqlayacağıq.
78  Ramiz Mehdiyev.  Gorus-2010:  Absurd teatr mövsümü.  Bakı  2010,  s.  38
4  Ramiz Mehdiyev.  Gorus-2010:  Absurd teatr mövsümü.  Bakı 2010,  s.27.
40
Həsənbala  Sadıqov
Ermənilərin  bu  və  buna  oxşar  müxtəlif  əsassız,  tarixi 
gerçəklərə  uyğun  gəlməyən  iddiaları  tarixi  araşdırma  və 
mübahisə  mövzusu  olmaqdan  çoxdan  çıxmışdır.  Müxtəlif 
dövlətlərin maraqları ilə əlaqədar olaraq ermənilərin əfsanələr­
dən qidalanan, muzdlu tarixçilərin xəstə təxəyyülünə əsaslanan 
iddiaları  siyasi  məna  kəsb  etmişdir.  Bununla  əlaqədar  olaraq 
haqqında  danışdığımız  bölgələrdə  „erməni  məsələsi"-  onların 
xəyanəti,  işğalçılıqları,  yerli  əhalini  dövlət  yaratmaq  üçün 
soyqırımına məruz qoymaları erməni işi olmaqdan çox, bu böl­
gə  ilə  maraqlanan  inkişaf  etmiş  Avropa  və  Amerika  dövlət­
lərinin işinə çevrilmişdir.
Heç  bir  tarixi  fakt və  sənədlərə  əsaslanmayan,  dünyanın 
qəbul  etmədiyi  miflərə  arxalanan  ermənilərə  görə  onlar, 
Anadolunun  ən  qədim  xalqı  olaraq  burada  mədəniyyətin 
meydana  çıxmasında  çox  böyük  xidmətlər  göstərmişlər. 
Əslində  tarixi  saxtalaşdırmaqda  heç  bir  sərhəd  tanımayan  və 
tarixi  reallıq  prinsipinə  uyğun  gəlməyən  bu  tezis  Urartu 
mədəniyyətinin erməniləşdirilməsindən başqa bir şey deyildir. 
Guya  onlar  bu  bölgəni  tərk  etdikdə  dünyaya  nümunə  ola 
biləcək,  inkişaf  etmiş  qədim  mədəniyyət  abidələri  qoyub 
getmişlər.  Həmin  tezis  uzun  illərdir  ki,  erməni  tarixçiləri 
tərəfindən  təkrarlanır.  Ermənilərin  liderləri  də  bu  məsələni 
daima gündəlikdə saxlamışlar.  "Ermənistanı tarixin saxtalaşdı­
rılması  məsələləri  üzrə  dəyişməz  dünya  çempionu  adlan­
dırmaq  olar.  Bu  baxımdan  onun  tayı-bərabəri  yoxdur.  Öz 
tarixlərini  "qədimləşdirməyə"  və  hər  vasitə  ilə  öz  xalqını 
qonşuların  ermənilərin  xoşuna  gələn  ərazilərinə  "bağlamağa" 
çalışan  erməni  müəlliflər  bəzən  özləri  də  bilmədən  gülünc 
nəticələr çıxarır, siyasi liderlər də dərhal bu nəticələrdən yapışır 
və  yüksək  tribunalardan  çıxış  edərkən  utanıb-qızarmadan, 
həmin  nəticələri  elmdə  hamılıqla  qəbul  edilmiş  "aksiomlar" 
kimi qələmə verirlər."80
яо Ramiz Mehdiyev. Gorus-2010:  Absurd teatr mövsümü.  Bakı  2010,  s.23.
41


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə