Həsənbala Sadıqov Erməni məsələsi



Yüklə 15,47 Mb.
Pdf görüntüsü
səhifə11/142
tarix16.08.2018
ölçüsü15,47 Mb.
#63396
1   ...   7   8   9   10   11   12   13   14   ...   142

Erməni tnəsdləsi: xəyanəti,  deportasiyanı, soyijırtmtnı və işğaltnı pərdələyən yalan
Hayların  siyasi  tarixinin  başlanması  İran  dövləti  ilə 
əlaqədar  olmuşdur.  Artıq  isbat  edilmişdir  ki,  haylardan  əvvəl 
bu  coğrafiyada  müxtəlif  xalqlar  məskunlaşmışdır.  Bunlar 
içərisində sosial və iqtisadi həyatlarının xarakterinə görə oturaq 
və  köçəri  xalqlar  olmuşdur.  Lakin  xalqların  köçəriliyi  əbədi 
proses  deyildir.  Qədim  dövrdə  insanların  bir  zaman  köçəri 
yaşadıqları,  bəlli  bir  tarixdə  oturaq  həyata  keçdikləri  bütün 
xalqların  tarixində  vardır.  Anadolunun  qədim  aborigenləri 
arxeoloyi  qazıntılardan  və  tarixi  abidələrdən  göründüyü  kimi 
özlərindən  sonra  tarixə  zəngin  bir  mədəniyyət!  miras  qoyub 
getmişlər.
Ermənilərə 
gəlincə 
Krayblis 
yazırdı:  „Ərəblərin,
romalıların  və  bizanslıların  istilası  ilə  keçmiş  olan  bu  üç-dörd  əsrdə 
əsaslı  bir  erməni  hökuməti  təşkil  edilmədiyindən,  bu  gün  isə  15-ci 
əsrdən  bəri  müstəqilliklərini  itirdiklərindən  ermənilərdə  Balkanlarda 
görünən |keçmiş  qüdrət"  və „keçmiş  hissi" oyadacaq  bir  mənəviyyat 
yoxdur. "sı
Hazırda  istifadə  olunan  sənədlərə  görə  ermənilərin 
siyasi  tarixinin başlanması  İran  dövləti  ilə  əlaqədar  olmuşdur. 
VI əsrdən ermənilərin Əhəmənilər (558-330) sülaləsi krallarının 
hakimiyyəti  altında  yaşadıqları  qədim  mənbələrdən  aydın 
şəkildə  görünür.  Bu  dövrün  idarə  vahidi  və  idarəçiliyi 
haqqında  da  məlumatlar  vardır.  Qədim  İranda  idarə  vahidi 
olaraq  sancaqlar mövcud  idi.  Onların başında  ermənilər  deyil, 
İran canişinləri dururdular. İki yüz il boyunca İranın ermənilər 
yaşayan  sancaqları  -   vilayətləri  fars  valilərinin  idarəsi  altında 
olmuşdur.
Farsların 
hakimiyyəti 
altında 
olduqlan 
dövrdə 
erməniləri  idarə  etmiş  60  şahzadə  və  kral  haqqında  məlumat 
vardır. Bunlar müstəqil idarəçilər olmayıb Əhəmənilərin mərz- 
banlarının  ya  vəkilləri,  ya  da  fərqli  şəkildə  onlara  bağlı 
olmuşdular.  Ermənilərin Fars dövlətinə və ya onların yerli vali­
81  Nikerland  Krayblis.  ak.  ə.  s.  70-71
42
Həsətıbala Sadıqov
lərinə  qarşı  üsyanları  haqqında  mənbələrdə  məlumat  yoxdur. 
Krayblisin  də  gətirdiyi  fikirlərdən  aydın  görünür  ki,  qədimdə 
Şərqi  Anadolu  və Qafqazda  heç bir  zaman  ermənilərin  vətəni 
olmamışdır.  Əksər  vaxtlarda  ermənilər  yaşadıqları  bölgələrdə 
azlıq  təşkil  etmişlər.  Əsaslı  bir  hökumət  qura  bilməmiş,  o 
bölgələrdəki  güclü  dövlətlərin  idarəsində  yaşamış,  imkan 
tapdıqda  xəyanət  etmiş,  yalanlar  vasitəsi  ilə  xəyanətlərini 
dünyaya  yayıb,  özlərini  haqsızlığa  məruz  qalmış  kimi 
göstərməyə çalışmışdılar.
Böyük  İskəndərin  İran  imperatorluğuna  qarşı  mübari­
zəsi tarixi mənbələrdə çox geniş verilmişdir. Bunun ən mühüm 
və  həlledici  səhifəsi  fars  imperatoru  III  Dara  ilə  olan 
müharibəsidir.  Makedoniyalı  İskəndərin  Şərq  siyasəti  təbii 
olaraq onu III Dara ilə qarşı-qarşıya  gətirmişdir.  Makedoniyalı 
İsgəndər 
eramızdan 
əvvəl 
334-cü 
ildə 
Kiçik 
Asiya 
istiqamətində  yürüşə  başladı.  İskəndərin  İran  qoşunları  ilə  ilk 
döyüşü  334-cü  ilin  may  ayında,  Qranik  çayı  sahilində 
olmuşdur.  İranlılar  bu  döyüşdə  məğlub  olduqdan  sonra 
qüvvələrini  nizamlamaq  və  əlavə  qüvvə  toplamaq  üçün  geri 
çəkildilər.
Makedoniyalı İskəndərin qoşunları ilə III Daranın ikinci 
müharibəsi  333-cü  ildə  Kilikiyanın  qədim  şəhərlərindən  olan 
İss  şəhəri  yaxınlığında  baş  verdi.  İran  birlikləri  ilə  Böyük 
İskəndərin son döyüşləri miladdan əvvəl 331-ci ildə Qavqamel 
yaxınlığında  başladı.  III  Daranın  qoşunlan  darmadağın  edildi 
və  Əhəmənilərin  hakimiyyətinə  son  qoyuldu.  Bu  döyüşlərdə 
erməni komandanı Vahenin də iştirak etdiyi bildirilir. „Bu Vahe 
də (328) İskəndərə qarşı olan müharibədə ölmüşdü"82.
Bu  hadisələrdən  sonra  ermənilərin  yaşadıqları  bölgələr 
Makedoniyalı 
İskəndərin 
imperatorluğuna 
birləşdirildi. 
Makedoniyalı  İskəndərin  dövlətinin  yeni  ərazi  bölgüsündə 
Armeniya bir vilayət olaraq müəyyən edilmişdi. Makedoniyalı
82 Esat Liras.  Tarihte  Ermeniler ve ermeni  meselesi.  İstanbul,  1987,  s.  42
43


Erməni məsələsi: xəyanəti, deportasiyam, soyqırımım və işğalım pərdələyən yalan
İskəndərin  325-ci  ildə  ermənilərin  yaşadıqları  əraziləri  idarə 
etmək  üçün  əslən  iranlı  olan  və  müharibə  zamanı  Sardes 
qalasını  ona  təslim  etmiş  birisini  vali  göndərdiyi  haqqında 
məlumat  vardır.  Mənbənin  məlumatında  onların  titullan  da 
diqqət  çəkir.  Mənbəyə  görə  Mi trines  və  ondan  sonra  gələnlər 
kral titulları daşımamışlar.
Böyük  İskəndər  öldükdən  sonra  imperatorluq  onun 
generalları  arasında  mübarizə  meydanına  çevrildi.  331-301-ci 
illərdə  davam  edən  mübarizədə  imperatorluğun bir neçə  dəfə 
paylaşdırılmasına  baxmayaraq  bu  bölgülər  mübarizələri  başa 
çatdıra  bilməmişdi.  M.ö.301-ci  ildə  generallar  arasında  son 
bölgü olmuşdur. Bu son bölgüdə Armeniya bölgəsi Selevkidlər 
hakimiyyətinin sülaləsinin payına düşmüşdü.
Lakin  bir  sıra  mənbələrdə  ermənilərin  yaşadıqları 
bölgənin  əsasında  iki  vilayət təşkil  edildiyi bildirilir.  M.ö.  284- 
cü  ildə  bunlardan  birinin  başında  Orontes,  digərində 
hakimiyyətin Artanasda olduğu göstərilir.83 Bu bölgə m.ö.  189- 
cu ildə Böyük Antioxun romalılar tərəfindən Manisada məğlub 
edilməsinə  qədər  Selevkidlərin  hakimiyyəti  altında  olmuşdu. 
Manisa  məğlubiyyətindən  sonra  erməni  bölgəsinin  iki  valisi 
(Artakiyas  və  Zariadis)  Roma  senatının  himayəsi  altma 
keçdiklərini bildirmişlər.84
Selevkidlər  dövründə  ermənilərin  yaşadıqları  bölgənin 
idarəsində  o  qədər  də  fərq  meydana  çıxmamışdı  və  idarə 
vahidi  vilayət  halında  mövcud  olmuşdu.  Bölgə  Selevkidlərin 
valiləri (canişinləri) tərəfindən idarə edilirdi. Erməni bölgəsinin 
son  Selevkid  valisi  Artaxias  olmuşdur.  Böyük  Antioxun 
məğlubiyyətindən  faydalanan  general  Artaxias  bölgənin 
müstəqilliyini  elan  etdi.  Artaxias  bölgənin  ərazisini  genişlən­
dirməyə, iqtisadi və siyasi inkişafına nail oldu.
Artaxias  m.ö.l61-ci  ildə  ölmüşdür.  Ondan  sonra 
hakimiyyət oğluna  keçsə  də  hakimiyyəti  uzun  olmadı.  Bu  za-
3  Geçmişden  bugüne  turk-ermeni  ilişkileri.  Ankara  1989,  s.  7 
Kamuran  Gürün.  Ermeni  dosyası.  Türk tarih  kurumu,  Ankara  1985  s.  18
44
Həsərıbala Sadıqov
man  regionun  siyasi  həyaünda  parfiyalılar85 -   Arşakidlər  və 
onun  kralı  I  Mitridat  (170-139)  mühüm  rol  oynayırdı. 
Mitridatın geniş işğalçılıq siyasətinin nəticəsində o, hakimiyyəti 
altında  olan  torpaqları  genişləndirdi.  Böyük  ərazisinə  uyğun 
olaraq şahənşah adını qəbul etdi. II Mitridat dövründə (123-87) 
İran da Parfiya dövlətindən asılı vəziyyətə düşmüşdü.
Parfiyalılar çox böyük qələbələr qazanmış və II Mitridat 
dövründə  ərazilərini  daha  da  genişləndirmişdilər.  II  Mitridat 
dövründə  Arşakidlər  erməni  bölgələrini  də  işğal  etmişlər.86 
Atası  öldükdən  sonra  şahzadə  Tiqramn  Arşakidlərlə  müna­
sibətləri  fərqli  şəkildə  davam  etmişdi.  Mühüm  olam  Tiqramn 
girovluqdan  qurtarması  məsələsidir.  Tarixi  mənbələrə  görə 
atası  II  Artavadzenin  ölümündən  sonra  Tiqran  girovluqdan 
qurtarmaq  üçün  bir  zamanlar  atasına  tabe  olan  ərazilərin  bir 
qismindən  imtina  etməli  olmuşdur.87 Yalmz  bundan  sonra  II 
Tiqran  (m.ö.95-94)  azad  edilmiş88 *
  və  atasının  yerinə  keçə 
bilmişdir.
II 
Tiqran hakimiyyəti illərində (95-55) Romada və İranda 
olan  siyasi  hadisələrdən  istifadə  edərək  müstəqilliyini  güclən­
dirmiş  və  torpaqlarını  genişləndirə bilmişdi.  Lakin hadisələrin 
sonrakı  gedişatı  II  Tiqrana  müstəqilliklərini  davam  etdirməyə 
imkan  verməmişdir.  M.ö.66-cı  ildə  Roma  generalı  Pompeyin 
orduları  ermənilərin  yaşadıqları  bölgəni  işgal  edərək,  onu 
Romaya  tabe  etdi.  II  Tiqramn  müstəqillik  dövrü  yalmz  30  ilə 
qədər  davam  etmişdir.  Bu  hadisələrdən  sonra  ermənilərin 
yaşadıqları  bölgələr  Roma  ilə  İran  arasında  mübarizə 
meydanına  çevrilmiş,  mütəmadi  olaraq  bu  və  ya  başqasının 
hakimiyyəti altında olmuşdur.
85  Makedoniyalı  Iskəndərdəıı  sonra meydana çıxan dövlətlərin qüvvətlilərindən biri  idi
86 Hətta  erməni  II  Artavazdenin  oğlu  şahzadəTiqranın  girov  olaraq  Arşakidlər  tərəfindən 
götürülmüş  olduğunu  söyləyən  mənbələr  də  vardır.  Kamuran  Gürün.  Ermeni  dosyası. 
Türk tarih  kurumu.  Ankara  1985  s. 18.
Kamuran Gürün.  Ermeni  dosyası.  Türk tarın  kurumu.  Ankara  1985  s.  18;
88  Esat  Urasa  görə  II  Tiqran  azad  edilərkən  İrana  70  şəhər  verərək  kral  olmağa  izn
almışdır.  Esat Uras.  a.k.  ə.  s  .46.
45


Yüklə 15,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə