Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə216/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   212   213   214   215   216   217   218   219   ...   232

442 

 

düzülmüĢ bir mənzərə kimi görünür. ġəhərin ən əlveriĢli hissəsi olan "yuxarı baĢda" ġəki 



xan sarayı kompleksinin iç qalası yerləĢir. 

ġəki  öz  dövrü  üçün  yüksək  dərəcədə  abadın  bir  Ģəhər  idi:  küçələri  daĢla 

örtülmüĢ, saxsı borularla çəkilmiĢ su kəməri vardı.  

ġuĢa  salınarkən  ilk  növbədə  təbii  Ģəraitdən  məharətlə  istifadınə  edilmiĢ, 

ərazinin əlçatmaz, alın maz olması nəzərə alın mıĢdır. ġəhər yerləĢən əraziy ə yalnız 

Ģimaldan  yaxın laĢmaq  mü mkün  olduğundan,  burada  qala  divarları  tikilmiĢdir. 

Beləliklə,  ġuĢa  olduqca  möhkəmləndirilmiĢ  Ģəhər  idi.  ġəhərin  istehkam  qurğuları 

öz  növbəsində  Ģəhər  istehkamları  və  ya  xan  qalaları  Ģəklində  inĢa  olunmuĢdur. 

Lakin Ģəhərlərdəki istehkam qurğuları  ilə yanaĢı, istehkam halına salın mıĢ ayrı-ayrı 

qovĢaqlar da mövcud id i. 

ġamaxının  dağıdılması  ilə  əlaqədar  Mustafa  xan  öz  iqamətgahını  Fitdağ 

adlanan  yeni,  alın maz  b ir  əraziyə  köçürərək  orada  qala  tikd irir.  Fitdağ  qalasının 

yerini  tədqiq  edərkən  burada  qala  divarları  ilə  yanaĢı,  xan  üçün  nəzərdə  tutulmuĢ 

bir  ço x  yaĢayıĢ  tikililəri  də  aĢkar  edilmiĢdir.  Bunlar  sırasında  inqilabdan  əvvəl 

"Divan xana"  adlanan  bir  tikili  vardı  ki,  bu  da  xan  iqa mətgahının  geniĢ  komple ks -

dən ibarət olduğunu göstərir. 

Bu dövrdə ayrı-ayrı qəsrlər də tikilirdi.  Bunlardan ən əhəmiyyətlisi Pənah 

xanın  ilk  iqamətgahı  olan  "ġahbulağı"  qəsri  id i.  Qəsrlər  eləcə  də  Ģəhər  daxilində 

tikilirdi. ġuĢa Ģəhərindəki "Qara Böyükxanım" qəsri o cü mlədəndir. 

Bu dövrün maraq doğuran müdafiə  ko mpleksi  Əsgəran yaĢayıĢ məntəqəsi 

yaxınlığındakı  müdafiə  divarlarıd ır.  Bu  divarlar  Qarabağ  xanlığı  ərazisinə 

basqınların  qarĢısında  sipər  idi.  Hər  yerdə  bəzi  hallarda  "Koroğlu"  qalası 

adlandırılan müdafıə qala ları t ikilirdi.  

Xan  sarayları.  Bizə  qədər  gəlib  çatmıĢ  ən  qiy mətli  saray  Ģəhərin  yuxarı 

hissəsində, ġəki qalasının daxilində tikilmiĢ ġəki Xan sarayıdır.  

ġəki  Ģəhərinin  Sankt-Peterburq  Hərbi-Dən iz  Arxiv indən  aĢkar  edilmiĢ 

1853-cü  ilə  aid  plan ı  göstərir  ki,  günümüzədə k  gəlib  çatan,  1763 -cü  ildə  inĢa 

olunmuĢ ġəki sarayı geniĢ saray komp leksinin b ir hiss əsidir. 

ġəki  Xan  sarayı  plan  üzrə  hər  iki  mərtəbəsi  eyni  olan  və  qabaq  hissəsi 

cənuba  baxan  ikimərtəbəli  binadır.  Saray ın  quruluĢu  yerli  yaĢayıĢ  me marlıq 

ənənələrinə  yaxındır.  Birinci  və  ikinci  mərtəbənin  mərkəzində  böyük  zal,  zalın 

kənarında  kiçik  dəhlizlər,  dəhlizlərdən  qərbə  və  Ģərqə  tərəf  zallarla  müqayisədə 

kiçik  otaqlar  yerləĢir.  Beləliklə,  hər  mərtəbə  üç  hissədən  ibarətdir.  ġəki  Xan 

sarayının  fasadını  onun  daxili  quruluĢunu  dəqiq  əks  etdirir.  Fas adının  mərkəzi 

hissəsi  rəngbərəng  ĢüĢələri  olan  "Ģəbəkə"  üslublu  pəncərə  ilə  bəzədilmiĢdir.  Bu 

mərkəzi hissə cinahlardan birinci və ikinci  mərtəbələrin dəhlizini b irləĢdirən portal 



443 

 

ko mpozisiyalarla  tamamlanır.  Saray ın  yan  otaqlarının  fas adın  hissəsi  də  baĢdan-



baĢa  "Ģəbəkə"  üslublu  ĢüĢəbəndlə  tikilmiĢdir.  ġüĢəbənddən  kənarda  qalan  kiçik 

divar  səthləri  isə  suvaqla  örtülmüĢ,  üzə rinə  freska  üsulu  ilə  orna mentli  na xıĢlar 

vurulmuĢdur. Sarayın bütün otaqları divar rəsmləri ilə bəzədilmiĢdir.  

Təəssüf  ki,  XIX  əsrdə  aparılan  bir  sıra  təmirlər  nəticəsində  əvvəlki  rəs mlər 

sonradan bədii cəhətdən xeyli zə if olan rəs mlərlə örtülmüĢdür. La kin XVII I əsrə a id 

əvvəlki  rəs mlərin  bir  hissəsi,  xüsusilə  ikinci  mərtəbədəki  zalın  plafonunu bəzəyən 

və  XVIII  əsrə  aid  ko mpozisiya  və  ko lorit  incəliy inə  görə  ço x  gözəl  o lan  rəsm 

təmizləmə yolu ilə açılmıĢdır. 

Plafon ornamentli  ko mpozisiya üsulu ilə iĢlən miĢ və üzərində ustanın  adını - 

"Ustadın Abbasqulu" yazılmıĢdır. 

Hazırda  tədqiqatçılar  Ustadın  Abbasqulunu  ġəki  Xan  sarayının  müəllifi, 

yaradıcısı  hesab  edirlər.  Sa rayda  aparılmıĢ  son  təmirlər  za man ı  onun  bədii 

rəsmlərinin  Usta  Qarabaği  (ikinci  mərtəbə),  Ģamaxılı  Usta  Mirzəcəfər  (birinci 

mərtəbənin zalı) və Ģamaxılı  Usta Qurbanəli (yan otaqlar) tərəf indən icra olunduğu 

aydınlaĢdırılmıĢdır. 

Sarayda  ağac  üzərində  oymala rın  gözəl  nü munələri,  xüsusilə  oyma  taxta 

qapılar  qalmaqdadır.  Saray  ko mpleksinin  Ģəbəkəsi  dekorativ  tətbiqi  incəsənətin 

parlaq nümunəsidir. 

Məlu mdur  ki,  Ģəbəkənin  mü rəkkəb  həndəsi  ornamentlərdən  ibarət  ağacdan 

olan  əsası  kiçik  taxta  detallardan,  yapıĢqan  və  mıxdan  istifadə  olun mayaraq 

quraĢdırılmıĢdır,  aradakı  boĢluqlar  isə  rəngarəng  ĢüĢələrlə  örtülmüĢdür.  Sarayın 

interyerinə  daxildən  baxdıqda  Ģəbəkənin  ornament  ko mpozisiyası  və  rəngarəng 

ĢüĢələr sayəsində əfsanəvi bir mənzərə görünür.  

ġəki  Xan  sarayı  bütövlükdə  yüksək  sənətkarlıq la  icra  edilmiĢ  memarlıq 

əsəridir.  Saray  həm  də  rəngkarlıq  və  xalq-dekorativ  incəsənəti  sintezinin 

nümunəsidir. 

XVIII  əsrdə  Bakıda  ĠçəriĢəhər  qala  divarları  daxilində,  ġamaxı  darvazası 

yaxınlığ mda əzəmətli saray ko mpleksi inĢa olunmuĢdur. 

Bu  ko mpleks  XIX  əsrin  əvvəllərində  rus  hərbi  mühəndislərin in  apardığı 

ölçülər əsasında bizə  məlu mdur.  Həmin  mühəndislərin  ölçülərində ko mp leks "Xan 

və  iki  qaçmıĢ  bəyin  sarayı"  adlandırılmıĢdır.  Bütün  bunlar  göstərir  ki,  həmin 

ko mpleks bütövlükdə xan ailəsi üçün nəzərdə tutulmuĢdur. 

Saray ansamblı baĢ həyət ətrafında qruplaĢaraq bir çox tikililərdən ibarət idi. 

Xan  sarayının  planlaĢdırılmasında  Bakıdakı  ġirvanĢahlar  sarayı  və  Ordub adın 

Ģəhəri  yaĢayıĢ  binasından  irəli  gələn  elementləri  görmək  çətin  deyil.  Bu 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə