Heydə r ə LĠyev



Yüklə 4,67 Mb.
Pdf görüntüsü
səhifə212/232
tarix30.12.2017
ölçüsü4,67 Mb.
#18653
1   ...   208   209   210   211   212   213   214   215   ...   232

434 

 

Ġlk  mənbələrdən  və  epiqratik  abidələrdən  məlu m  olduğu  kimi,  Azərbaycanda 



bir sıra tikinti iĢləri aparılmıĢdır. Nu xada, ġuĢada, Naxçıvanda xan sarayları, Ağdamda 

imarətlər, Pənah xana və nəslinə aid günbəzlər tikilmiĢdir. XVIII əsrin ikinci yarısında 

Bayat, ġahbulaq (Tərnəküt), Pənahabadın (ġuĢa) qalaları salınmıĢ və həmin qalalarda 

bazar,  karvansara,  məscid,  hamam  və  s.  binalar  inĢa  edilmiĢdir.  Bakı,  ġamaxı, 

Ordubadın, Dərbənd, Quba və digər Azərbaycan Ģəhərlərində  hərbi  istehkam,  ictimai-

mülki binalar tikilmiĢ, üzərində kitabələr qoyulmuĢdur. 

Kitabələr memarlıq abidələrinin bina olunması, bərpa və təmir edilməsinə dair 

məlumat  verməklə  bərabər,  bir  çox  sosial-iqtisadi,  siyasi-in zibati  məsələlərin 

aydınlaĢdırılmasına da tarixi mənbə kimi kö mək edir.  

Kitabələrdə bir sıra yüksək peĢə dərəcələrinə (ustadın əl-əsatid, rəis əl-əsatid 

-  ustalar  ustası,  usta)  layiq  görülmüĢ  inĢaatçıların,  o  cümlədən  Məhəmmədvəli, 

Məhəmməd  xan  Eanai,  DərviĢ  Zaxuri,  Molla  Həsən  Qurdqulu,  Usta  Məhəmməd 

Kunalu, Əbdülvəli Zaxu ri, Ġlisulu Übeydulla, Ayba, Bacı əl-Qu muqi, Ustadın Seyid 

b. AĢur, Ģamaxılı ustalar Eəfər və HaĢım, Hacı b. Hüseyn, nuxalı Əzizin oğlanları Ustadın 

Məhəmmədnəbi, Abbasəli və b. adları qalmıĢdır. 

Ġncəsənət  və  memarlıq.  Qədimdən  təĢəkkül  tapmıĢ  ənənələri  davam etdirən 

xalq ustalarının xanlıqlar dövründə yaratdıqları diqqəti cəlb edən me marlıq abidələri, 

dekorativ-tətbiqi ineəsənət nümunələri nəzərə a lın ma zsa, bu dövrün təsviri incəsənəti 

ümu miyyətlə durğunluq dövrü kimi səciyyələnə bilər. 

XV-XVII  əsrlə rdə  öz  inkiĢaf  zirvəsinə  çatmıĢ  və  Orta  ġərqdən  xaricdə  belə 

Ģöhrət tapmıĢ miniatür boyakarlıq və tətbiqi incəsənət XVIII əsrdə tədricən tənəzzül 

edir. 

Bu dövrün təsviri incəsənətinin ən geniĢ yayılmıĢ və inkiĢaf  etmiĢ sahəsi, ən 



gözəl  nümunələri  XVIII  əsrin  memarlıq  abidələrində  dövrümüzə  qədər  çatmıĢ 

divarüstü bəyakarlıqdır. Əsrlər bəyu ölkəmizin baĢına gələn təbii və ictimai fəlakətlər 

nəticəsində tarix  b izə  divarüstü boyakarlığın  daha  qədim  nümunələrin i  saxla mıĢdır. 

Ġstifadə  olunmuĢ  boyaların  keyfıyyətsizliyi  naxıĢların  sıradan  çıxmasına  səbəb 

olmuĢdur. 

Monumental  və  xalq-dekorativ  incəsənətinin  bu  önəmli  sahəsinin 

Azərbaycanda geniĢ rəvac tapması bir sıra yazılı qaynaqlarla təsdiq edilir. 1796-cı ildə 

rus qoĢunlarının Azərbaycana yürüĢünün iĢtirakçısı P.Q.Butkov Dərbənddə yaĢayıĢ evi 

interyerinin bəzəyini təsvir  edərək  yazır  ki,  orda  olan süjetli  kompozisiyaların  bəzisi 

"baĢçıları  fillərə  minmiĢ  qədim  asiyalıların  döyüĢünü,  bəzisi  sevgililərin  görüĢünü, 

bəzisi isə atlı ovçuların maralları qovaraq onları qılıncla ö ldürməsini təsvir edir". 

P.Q.Butkovun  Bakı  Xan  sarayının  divar  naxıĢları  haqqında  ötəri  yol  yazıları 

böyük maraq doğurur: "Bakıda qoĢunlar bir neçə gün  qalmıĢdılar.  Bulqakov  həmiĢə 



435 

 

sırf  ġərq  zənginliy i  ilə  seçilən  Xan  sarayında  yaĢayırdı.  Buradakı  divarlarda  böyük 



ustalıqla  rəngli  boyalarla  çəkilmiĢ  və  qızılı  rənglə  iĢlənmiĢ  tarixi  rəsmlər  xüsusi 

dəyərə malik  idi.  General  Bulqakovun əmrinə görə  xüsusi iskənə  ilə  bir  neçə  rəsm 

divarlardan qoparılmıĢ və iĢ elə  məharətlə görülmüĢdü ki, rəsmlər bütöv qalmıĢdı". 

ġübhə yoxdur ki, burada söhbət sonuncu Bakı xanı Hüseynqulu xanın sarayı haqqında 

gedir. 

ġamaxı  darvazasından qalaya  çıxıĢ  yolunun sol  tərəfində  yerləĢən saray  hələ  



XIX  əsrin  50-ci  illərində  dururdu.  Elə  bu  illərdə  də  Hans  Hauzenin  verdiyi  xəbərə 

görə,  saray  "Avropa  zövqünə  uyğun  dəyiĢdirilmiĢ"  və  orada  Ģəhərin  komendantı 

yaĢamıĢdır. 

Bu  məlumatlara  əsaslanaraq  belə  nəticəyə  gəlmək  olar  ki,  göstərilən  rəsmlər 

Ġrəvan sərdarı sarayındakı rəsmlər  kimi  kətan üzərində yağlı bəya ilə iĢlənmiĢ, sonra 

isə divarlara quraĢdırılmıĢdır. Onların bir hissəsi, Mirzə Qədimin iĢləri kimi,  1806-cı 

ildə general Bulqakovun əmri  ilə yüksək ustalıqla divardan qoparılmıĢ, qalanları isə 

ya  çıxarılmıĢ,  ya  da  XIX  əsrin  50-ci  illərində  "Avropa  zövqü  ilə"  dəyiĢdirilərkən 

məhv edilmiĢdir. 

XVIII əsrdə Azərbaycanda divar naxıĢlarının ən gözəl və tipik nümunələri ġəki 

Xan  sarayında  və  ġəkixanovların  evində,  Lahıc,  ġuĢa,  Ordubadın  və  digər 

Ģəhərlərdəki yaĢayıĢ evlərinin, ictimai tikililərin interyerində qorunub saxlanılmıĢdır. 

Ġnteryerin  divar  naxıĢları  ilə  dekorativ  tərtibatı  ənənəvi  xarakter  daĢıyır.  Xan 

sarayı  və  ġəkixanovların  evinin  memarlıq  interyerində  naxıĢların  kompozisiyasının 

tərkibində  rəssamlar  və  xalq  ustaları  müəyyən  olunmuĢ  üslubun  əsas  prinsiplərinə 

riayət etmiĢlər. 

NaxıĢların  bölgüsü  interyerin  memarlıq  hissələrinə,  memarlıq-dekorativ 

elementlərinin  forma  və  xüsusiyyətlərinə  tam  uyğun  gəlirdi.  Divar  üzərində  yüksək 

olmayan  panel  yerləĢdirilir,  böyük  orta  hissəni  memarlıq-dekorativ  elementlərlə 

zəngin  bəzədilmiĢ  panno  təĢkil  ed ir.  Yu xarıda  friz  və  ya  karniz  xətti  və  nəhayət, 

naxıĢlı  ilaoren  çəkilir.  Bir  çox  hallarda  bütün  divar səthi,  eləcə də qapılar,  taxçalar, 

tavanlar və buxarının ətrafı naxıĢla örtülür, bu da bütünlüklə interyerin bəzəyinə xalça 

xara kteri verir. 

Panel  üzərindəki  naxıĢ  motivləri  əsasən  çoxüzlü  və  ulduzu  fıqurlardan  ibarət 

həndəsi ornamental kompozisiyalar, üslublaĢdırılmıĢ  nəbati motivlər, bəzi hallarda isə 

realistcəsinə təsvir olunmuĢ gül dəstələri və ya budaqlar üzə rində quĢlardır. 

Fantastik  və  real  heyvan,  quĢ,  eləcə  də  nağıl  qəhrəmanların ın  təsvirləri  ilə 

yanaĢı,  Azərbaycanın  divar  naxıĢlarmda  portret  xarakterli  və  süjetli-tematik 

ko mpozisiyalar da vardır. 



Yüklə 4,67 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   232




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə