Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə13/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   ...   6   7   8   9   10   11   12   13   14

 

34

 



 

MİLLİ MÜNASİBƏTLƏR 

 

 

 Azərbaycan əhalisinin çoxmilli tərkibi bizim sərvətimizdir, üstünlüyümüzdür. Biz bunu qiymət-



ləndiririk və saxlayacağıq. Çalışacağıq ki, bu sərvətimiz əbədi olsun. 

 

٭٭٭ 



 

Ərazimizdə yaşayan azərbaycanlı da, ləzgi də, avar da, kürd də, talış da, udin də, kumık da, 

başqası da — bütünlükdə hamısı azərbaycanlıdır. 

 

٭٭٭ 



 Azərbaycanlı sözü bizi həmişə birləşdirib. 

 

٭٭٭ 



 

İstər böyük, istər kiçik xalq olsun, fərqi yoxdur, onların özünəməxsus adət-ənənələri, folkloru, 

dilinin müəyyən ayrılığı yaşayıb və yaşamalıdır. Bu da göstərir ki, onlar yaşamağa qadir olan adət-

ənənələrdir. 

 

٭٭٭ 


 Azərbaycan çoxmillətli dövlətdir. Onun bütün vətəndaşları milli mənsubiyyətindən, dini etiqa-

dından və siyasi əqidələrindən asılı olmayaraq, bərabər hüquqlara malikdirlər. 

 

٭٭٭ 


 Dinindən, dilindən, irqindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlara 

malikdirlər və bu hüquqlar qorunmalıdır. 

 

٭٭٭ 


 Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir. 

 

٭٭٭ 



 Azərbaycanın  ən başlıca sərvətlərindən biri, bəlkə  də  ən başlıcası  qədimlərdən bu torpaqda 

yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif dinlərə etiqad edən adamlardır. 

 

٭٭٭ 


 Dövlət, ölkə  nə  qədər çox xalqı birləşdirsə, bir o qədər zəngin olur, çünki onların hər biri... 

ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir. 

 

٭٭٭ 


 

Respublikada bütün demokratik prinsiplər, insan hüquqlarının müdafiəsi, siyasi-plüralizm, söz 

azadlığı, sahibkarlıq azadlığı, vicdan azadlığı, dini etiqad azadlığı, milli mənsubiyyətindən asılı 

olmayaraq bütün vətəndaşların hüquqi bərabərliyi təmin edilsin! 




 

35

 



 

VƏTƏNPƏRVƏRlİK 

 

 

 

Vətənpərvərlik insanın daxilindəki duyğulardır. Əgər bunlar yoxdursa, o insan mənəviyyatsızdır. 



 

٭٭٭ 


 Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, vətənə, torpağa, millətə  sədaqət, vətən 

yolunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir. 

 

٭٭٭ 


 

Vətənini müdafiə etməyə çalışan hər bir vətəndaş, hər bir gənc bizim üçün əziz, qiymətli və 

dəyərlidir. 

 

٭٭٭ 



 

Hər bir vətənpərvər adam, millətini, xalqını sevən hər bir azərbaycanlı Azərbaycanın 

müstəqilliyinin daimi, dönməz olması üçün səy göstərməlidir! 

 

٭٭٭ 



 

Mən Respublikanın xoşbəxt gələcəyini görürəm və əmin ola bilərsiniz ki, biz bunların hamısına 

nail ola biləcəyik! 

 

٭٭٭ 



 Xalqımızın, Vətənimizin, Respublikamızın taleyi hər bir insanın taleyinə çevrilməlidir! 

 

٭٭٭ 



 Xalqımızın incəsənət, mədəniyyət sahəsində nailiyyətləri Vətənini, millətini sevən hər bir 

azərbaycanlı üçün iftixar mənbəyidir! 

 

٭٭٭ 


 Azərbaycan xalqı əyilməzdir, yenilməzdir, qəhrəmandır! 

 

٭٭٭ 



 Dünya 

bilməlidir, hamı bilməlidir və o cümlədən Ermənistan tərəfi də bilməlidir ki, biz heç vaxt 

torpaqlarımızın bir metrini də, bir qarışını da heç kəsə verməyəcəyik! 

 

٭٭٭ 



 Kim 

Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmağını istəyirsə, kim 

Azərbaycanın işğal edilmiş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü 

istəyirsə, o bu bayraq altında, bu sözlər altında, bu amal ətrafında birləşməlidir. 

 

٭٭٭ 


 Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan-yaşa, ancaq Azərbaycan haqqında, 

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında 

düşünməlisən! 

 

٭٭٭ 



 Azərbaycanın gəncləri Azərbaycanın gələcəyidir! 

 

٭٭٭ 



 Azərbaycan müstəqil dövlətdir, nə olursa-olsun, bu müstəqilliyini heç vaxt əldən verməyəcəkdir. 

Qırılsaq da, ölsək də müstəqilliyimizi  əldə saxlayacayıq.  Əgər bizi də  qırsalar, balalarımız müstəqil-

liyimizi davam edəcəklər. 

 

٭



٭٭  

 Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakını əsrlər boyu quranlar, yaradanlar bugünkü və 

gələcək nəsillər üçün gözəl bir şəhər salıblar. Biz Bakı şəhəri — ölkəmizin paytaxtı ilə haqlı olaraq fəxr 



 

36

edirik. Onun bütün xüsusiyyətlərinə görə fəxr edirik. Eyni zamanda onun təbii gözəlliyinə, memarlıq 



gözəlliyinə görə fəxr edirik. 

 

٭٭٭ 



 

Vətən, torpaq yolunda özünü qurban verənlərin xatirəsi qəlbimizdə daimi yaşayacaq, onların 

şücaəti Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılacaqdır! 

 

٭٭٭ 



 

Vətənini, torpağını, dövlətini, öz müstəqil Azərbaycanını qorumaq öz ata-anasını qorumaq 

deməkdir, evini qorumaq deməkdir. 

 

٭٭٭ 



 Xalq 

həmişə azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuş-

dur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. 

 

٭٭٭ 



 

Hər bir insan ilk növbədə anasını, vətənini, torpağını, millətini sevməli, bu hisslərlə yaşamalıdır. 

 

٭٭٭ 


 Azərbaycan xalqı özünün tarixi qəhrəmanlıq  ənənələrini uca tutaraq Vətənini, torpağını, Azər-

baycan Respublikasının müstəqilliyini qorumağa qadirdir. 

 

٭٭٭ 


 

Hər bır  şəhid bizdən ötrü böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim 

yaşayacaqdır. 

 

٭٭٭ 



 Xalqımızın incəsənət, mədəniyyət sahəsində nailiyyətləri Vətənini, millətini sevən hər bir 

azərbaycanlı üçün iftixar mənbəyidir. 

 

٭٭٭ 


 Azərbaycan xalqı dərin mənəviyyata malik xalqdır, qəhrəman xalqdır. 

 

٭٭٭ 



 

Öz dilini inkişaf etdirən alim, müəllim, öz tarixini yazan, inkişaf etdirən, tarixini əks etdirən alim

öz mənəviyyatını araşdıran, təhlil edən və ümumiləşdirən, elmiləşdirən, xalqına yüksək səviyyədə çatdı-

ran alim — onlar hamısı birlikdə öz  xalqının, millətinin, milli şüurunun, milli  ruhunun, vətənpərvərlik 

ruhunun inkişaf etməsinə, irəlidə getməsinə xidmət göstərir. 

 

٭٭٭ 



 Bizim 

hamımızın bir vətəni var - bu Azərbaycan dövlətidir. Azərbaycanlı hər yerdə yaşaya bilər

ancaq azərbaycanlılığını, öz dilini, dinini, milli ənənələrini unutmamalıdır. Onun qəlbi daim doğma 

Azərbaycanla bir vurmalıdır. 

 

٭٭٭ 


 Xalqımız əsrlər boyu həmişə öz torpağını qoruyub, öz milli azadlığını, qürurunu müdafiə edib və 

bu gün də müdafiə etməyə qadirdir. 

 

٭٭٭ 


 Doğma respublikamızın indiki ağır vəziyyətdən çıxması üçün hər bir vətəndaş öz səyini 

əsirgəməməlidir. 

 

٭٭٭ 


 Biz 

fəxr edirik ki, azadlıq yolunda özünü qurban etmiş  şəhidlərimiz var, onların qəhrəmanlığı, 

onların ruhu bizim qəlbimizdə daim yaşayacaqdır! 

 

 




Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə