Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə9/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   ...   6   7   8   9   10   11   12   13   14

 

23

 



Şübhəsiz ki, insanlara şeir qədər, ədəbiyyat qədər, mədəniyyət nümunələri qədər güclü təsir edən, 

yəni insanların mənəviyyatına,  əxlaqına, tərbiyəsinə, fikirlərinin formalaşmasına bu qədər güclü təsir 

göstərən başqa bir vasitə yoxdur. 

 

٭٭٭ 



 

Hər bir alim qiymətlidir. Hər bir alimin yaratdığı elmi əsərlər özünəməxsus qiymət alır. Ancaq 

nəzəriyyəni təcrübə ilə birləşdirən, nəzəri fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, 

cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tutur. 

 

٭٭

٭  



 

İnsanların ürəyinə, qəlbinə  təsir edə bilən  ədəbiyyatımız olubdur, şeirimiz olubdur və  həmin

 

şeirlər, həmin sözlər doğrudan da xalqımızda, millətimizdə milli ruhu oyadıbdır, milli əhval-ruhiyyəni 



canlandırıbdır, milli dirçəliş prosesini gücləndiribdir. Məhz bunların nəticəsində bizdə milli psixologiya

milli ideologiya formalaşmağa başlayıbdır. Bəlkə bu milli psixologiya, milli ideologiya indi böyük bir 

sistem  şəklində deyil, yəni bir sənəd, bir kitab, bir proqram yoxdur. Amma bu olmalıdır və biz bunun 

üzərində işləyirik. 

 

٭٭٭ 


 Azərbaycanın mədəniyyəti öz milliliyini saxlayaraq bu zəmin əsasında klassik

 

mədəniyyət səviy-



yəsinə gəlib çatmışdır. 

 

٭٭٭ 



 

Ədəbiyyatımız, incəsənətimiz, rəssamlıq, heykəltəraşlıq məktəbimiz, musiqimiz teatr 

mədəniyyətimiz dünya səviyyəsində yüksək zirvələrə qalxmışdır. 

 

٭٭٭ 



 

Əgər Azərbaycan xalqı müsəlman  Şərqində ilk dəfə 1873-cü ildə milli teatr yaratmış  və dünya 

mədəniyyətinə, Avropa mədəniyyətinə qovuşmuşsa, bu xalqın nə  qədər böyük mənəviyyatı var. O nə 

qədər böyük mədəniyyətə, nə qədər yüksək intellektə malikdir və onun nə qədər böyük daxili qüdrəti var! 




 

24

 



 

TARİX 

 

 

 Tarix 


həmişə hər şeyi öz yerinə qoyur. 

 

٭٭٭ 



 

Gərək biz tariximizi heç vaxt unutmayaq, onun hər bir səhifəsinə hörmətlə, ehtiramla yanaşaq. 

 

٭٭٭ 


 Tarixə düzgün qiymət vermək, onu düzgün təhlil etmək lazımdır. 

 

٭٭٭ 



 

Əsrlər boyu xalqımız böyük tarixi yol keçibdir. Tariximizin hər səhifəsi bizim üçün əzizdir. 

Şübhəsiz ki, tariximizin parlaq səhifələri də, qaranlıq səhifələri də var, təntənəli səhifələri də, faciəli 

səhifələri də var. 

 

٭٭٭ 


 Ancaq 

bir 


şey həqiqətdir ki, 1990-cı ilin 20 yanvarı Azərbaycan xalqının həyatında dönüş 

mərhələsi, dönüş nöqtəsi olmuşdur. Biz 20 yanvar hadisələrinə indiyə qədər bir faciə kimi qiymət veririk. 

Həmin gün tariximizə qara gün kimi daxil olmuşdur. Şübhəsiz ki, bunda həqiqət var. Ancaq faciə hansısa 

səbəbdən baş verir, beləcə durduğu yerdə baş vermir, bu, ola bilər təbii fəlakət olsun. Amma cəmiyyətdə 

baş verən hadisənin şübhəsiz ki, səbəbi olur. Ona görə də bu hadisələrə geniş mənada yanaşmaq lazımdır. 

Getdikcə bu hadisələrin daha geniş mənasını dərk edirik. 

 

٭٭٭ 


 20 

yanvar 


hadisəsinin tariximizdəki yeri, qiyməti ayrı-ayrı insanların taleyi ilə  məhdudlaşa 

bilməz. Bu ayrı-ayrı insanların deyil, bütöv bir xalqın taleyidir. 

 

٭٭٭ 


 Tariximiz 

zəngindir, eyni zamanda əzab-əziyyətli tarixdir. Xalqımız  əsrlər boyu böyük sınaq-

lardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 

 

٭٭٭ 



 Azərbaycan xalqı aciz deyil, onun qəhrəmanlıqla dolu keçmişi var. 

 

٭٭٭ 



 Xalq 

gərək daim öz kökünü xatırlasın, tarixini öyrənsin, milli mədəniyyətindən, elmindən heç 

vaxt ayrılmasın. 

 

٭٭٭ 



 Tarixi 

olduğu kimi qəbul etmək , dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır, tarixi 

təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da olmaz. 

 

٭٭٭ 



 Biz 

yaşadığımız uzun bir dövrü silib-poza bilmərik. 

 

٭٭٭ 


 Bizim 

xalqımızın böyük tarixi, qəhrəmanlıq səhifələri ilə dolu olan tarixi məlumdur. Bizə  də 

məlumdur, dünyaya da məlumdur. Əsrlər boyu dəfələrlə xalqımız yadelli qəsbkarlarla üzləşib, qarşılaşıb 

və  dəfələrlə döyüşə qalxıb, torpaqlarımızı müdafiə edib, öz milli mənliyini qoruyub saxlaya bilibdir. 

Keçmiş  nəsillər bizi bu günlərə  gətirib çıxarıblar.  Əgər belə olmasaydı, indi nə Azərbaycan var idi, nə 

Azərbaycan xalqı var idi, nə də Azərbaycan milləti var idi. 

 

٭٭٭ 


 

Tariximiz bizim üçün dərs olmalıdır. 




 

25

 



Biz tarixi keçmişimizə  nəzər salarkən ulu babalarımızın yaratdığı  və indiyə  qədər yaşayan 

abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla — yaradılan hər şeylə fəxr edir və bunları yaradanları 

daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk. 

 

٭٭٭ 



 20-ci 

illərin, 30-cu illərin represiyaları on minlərlə insan həyatını  məhv etmişdir. On minlərlə 

azərbaycanlı öz yurdlarından uzaq yerlərə sürgün olunmuşdur. Onların hüquqları pozulmuş, var-yoxları 

əllərindən alınmış, Azərbaycan xalqının  əsrlər boyu yaratdığı  mədəni və  mənəvi irsə böyük zərbələr 

vurulmuşdur. O illərin qurbanları minlərlə, on minlərlə, bəlkə yüz minlərlə olmuşdur. Onların arasında 

Azərbaycanın görkəmli  şəxsləri — Hüseyn Cavid, Mikayıl Müşviq,  Əhməd Cavad, Yusif Vəzir 

Çəmənzəminli, Salman Mümtaz və başqa dəyərli insanlar olmuşdur. Eyni zamanda, o dövrdə Azərbaycan 

xalqının içindən respublikamızın mədəniyyətini, elmini inkişaf etdirən görkəmli simalar çıxmış, yaşamış 

və yaratmışlar. 

 

٭٭٭ 



 O 

illərin (sovet dövrü - red.) ağırlıqları, çətinlikləri ilə yanaşı, böyük nailiyyətlər də olmuşdur. Ən 

böyük nailiyyət bundan ibarət olmuşdur ki, xalqımız savadlanmış, onun mədəni səviyyəsi yüksəlmiş, 

Azərbaycanın böyük elmi yaranmış, respublikamızın milli mədəniyyəti yüksək səviyyələrə qalxmışdır. 

Azərbaycan öz mədəniyyəti, elmi, yüksək təhsili ilə böyük bəşəri keyfiyyətlərini bütün dünyaya nümayiş 

etdirə bilmişdir. 

 

٭٭٭ 


 Azərbaycanın bu gün müstəqil yaşaması üçün o illər (sovet dövrü - red.) böyük əsas yaratmışdır. 

Azərbaycanın iqtisadiyyatı inkişaf etmişdir. Azərbaycanda iqtisadi, sənaye potensialı yaranmışdır. 

Azərbaycanda yeni şəhərlər yaranmış, kəndlər, qəsəbələr abadlaşmış, insanların rifah halı xeyli 

yaxşılaşmışdır. Bunlar hamısı tariximizin həqiqətləridir. 

 

٭٭٭ 


 1918-ci 

ildə yaranmış ilk Azərbaycan Demokratik Cümhuriyyəti də bizim milli sərvətimizdir, 

tariximizin parlaq səhifəsidir. Ondan sonrakı illər, onilliklər də həyatımızın böyük mərhələləridir, parlaq 

səhifələridir, xalqımızın böyük nailiyyətləridir. Məhz bunlar hamısı birlikdə indiki müstəqil Azərbaycanın 

həm iqtisadi, elmi, intelektual, həm də mədəni potensialını yaradıbdır. 

 

٭٭٭ 



 

Əgər XX əsrin  əvvəlində xalqımız milli azadlıq, dövlət müstəqilliyi yolunda ilk dəfə böyük 

addım atıbsa, XX əsrin sonunda milli azadlığa, dövlət müstəqilliyinə tam nail olubdur. 

 

٭٭٭ 



 Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir. Eyni zamanda bu, XX əsrin 

əvvəlindən sonunadək xalqımızın qəlbində yaşayan hissiyatların, xalqımızın içində gedən proseslərin 

məntiqi nəticəsidir. 

 

٭٭٭ 



 Müsəlman  Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması 

xalqımızın o dövrdə  və o illər  ərəfəsində — XIX əsrin sonunda və XX əsrin  əvvəllərində milli 

müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır. O illərdə xalqımızın qabaqcıl  şəxsiyyətləri, 

mütəfəkkir adamları, ziyalıları xalqımızda milli azadlıq, milli müstəqillik duyğularını gücləndirmiş, milli 

dirçəliş, milli oyanış əhval-ruhiyyəsini yaymış və bunların hamısı məntiqi olaraq Azərbaycan Demokratik 

Cümhuriyyətinin yaranmasına gətirib çıxarmışdır 

 

٭٭٭ 


 Azərbaycan xalqı öz tarixinin ən ağır, ən çətin, keşməkeşli və eyni zamanda şərəfli mərhələsini 

yaşayır. 

 

٭٭٭ 


 

Biz öz tarixi köklərimizlə, milli köklərimizlə, mənəvi dəyərlərimizlə, milli mənəvi 

ənənələrimizlə, böyük tariximizlə fəxr edə bilərik. 

 

 




Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə