Heydər Əliyev



Yüklə 378,27 Kb.
Pdf görüntüsü
səhifə12/14
tarix21.06.2018
ölçüsü378,27 Kb.
#50300
1   ...   6   7   8   9   10   11   12   13   14

 

31

 Azərbaycan xalqının  ən yüksək xüsusiyyətlərindən biri onun dözümlülüyü, dəyanətliliyi və ira-



dəsidir. 

 

٭٭٭ 



 Xeyriyyəçilik işini o adam görə bilər ki, onun şəxsi mülkiyyəti var və o öz şəxsi mülkiyyətindən 

kimə isə kömək edir. 

 

٭٭٭ 


 Rüşvətxorluq, korrupsiya, vəzifədən sui-istifadə bizim mənəviyyatımıza zidd olan hallardır. 

 

٭٭٭ 



 

Mənəvi paklıq, saflıq, həmişə insanları ucaldıbdır, həmişə insanlara hörmət gətiribdir. Ola bilər, 

belə insanlar əziyyət, zillət içərisində yaşayıblar. Ola bilər cürbəcür məhrumiyyətlərə  məruz qalıblar. 

Ancaq mənəvi ucalıq onlar üçün hər bir şeydən qiymətli olubdur. 

 

٭٭٭ 


 

Mən istərdim ki, hər bir şəxs öz mənəviyyatını hər şeydən üstün tutsun. Qeyri-qanuni toplanan 

sərvət, mal — bunlar heç vaxt insanlara....şöhrət gətirməyib. 

 

٭٭٭ 



 

İdman insanları həm fiziki, həm də mənəvi cəhətdən yüksəldən bir vasitədir. 

 

٭٭٭ 


 Xalqımız öz mənəviyyatına, dininə və ənənələrinə sadiqdir. 

 

٭٭٭ 



 Rüşvətxorluq bizi içimizdən yeyir, dağıdır. Cəmiyyətdə  əxlaqı pozur, insanların mənəviyyatını 

pozur. Bunların hamısı da həm iqtisadi islahatların aparılmasına, həm ümumi işimizin getməsinə 

maneçilik törədir, həm də cəmiyyətimizdə zərərli ünsürlərin baş qaldırmasına şərait yaradır. Ona görə də 

rüşvətxorluqla mübarizə, belə halların qarşısının alınması, bu sahədə ciddi tədbirlərin görülməsi bizim 

əsas vəzifələrimizdəndir. 

٭٭٭ 


 Bir 

tərəfdən camaatımız aclıq içindədir, kasıblar, qaçqınlar, duz-çörəyə möhtac olan adamlar var. 

Digər tərəfdən isə  vəzifə tutan adamlar hər vasitəyə  əl ataraq rüşvətxorluqla məşğul olub varlanmaq 

istəyirlər. 

 

٭٭٭ 


 

Əgər mənəviyyat pozulmuşdursa hər şey pozulacaqdır. Mənəviyyatdakı pozğunluq cəmiyyətimizi 

belə ağır vəziyyətə, o cümlədən rüşvətxorluğa gətirib çıxarmışdır. 

 

٭٭٭ 



 

İslam dini əsrlər boyu bizim mənəviyyatımızın  əsasını  təşkil etmiş, müsəlmanların dünyada 

layiqli yer tutmasını təmin etmişdir. 

 

٭٭٭ 



 Qurani-Kərimin bütün kəlamları bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün 

məşəldir. 

 

٭٭٭ 


 Biz 

azərbaycanlılar — bu, sonradan gələcək bütün nəsillərə də tövsiyyə olunur — heç vaxt 

inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi 

quracağıq. 

 

٭٭٭ 


 Xalqımızın içində böyük bir mədəniyyət potensialı, fitri istedad potensialı vardır. 

 

٭٭٭ 



 

Həyatın mənası çox və yaxud az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini 

tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır. 



 

32

 



 

Şəhidlik səviyyəsinə çatmış insanların qəhrəmanlığı bizdə qürur hissi, iftixar hissi doğurur. 

 

٭٭٭ 


 Azərbaycan xalqı sülhsevər xalqdır! 

 

٭٭٭ 



 Xalqımız həmişə yaradıcı, qurucu xalq olubdur! 

 

٭٭٭ 



 Başqasının fikrinə hörmət etmək, ondan faydalı bir şey götürmək qabiliyyəti hər bir adama 

lazımdır. 

 

٭٭٭ 


 

Hər bir insan həyatda öz yerini tapmalıdır. Amma öz yerini, özünəməxsus olan yeri tapmalıdır. 

 

٭٭٭ 


 

Kim ki, öz biliyindən, bacarığından artıq iddialar edir o, həmişə məğlub olur. 

 

٭٭٭ 


 Xalqı  həmişə  mənəviyyat birləşdirmişdir. Çünki başqa  əsaslara nisbətən mənəvi  əsaslar daha 

üstündür. 

 

٭٭٭ 


 Rüşvətxoru, oğrunu qəhrəman etmək öz xalqına xəyanət etməkdir. 

 

٭٭٭ 



 

Vəzifədən ötrü yaşayan adamlar bədbəxt adamlardır. 

 

٭٭٭ 


 

İlk işə başlayan şəxslərin üzərinə həmişə çox böyük, şərəfli vəzifələr düşür. 

 

٭٭٭ 


 Rüşvətxorluq bizi içimizdən yeyir. 

 

٭٭٭ 



 Azərbaycan xalqı dərin mənəviyyata malik xalqdır, qəhrəman xalqdır! 

 

٭٭٭ 


 

İslam dini heç vaxt başqa dinlərə düşmənçilik göstərməmiş və göstərmir! 

 

٭٭٭ 


 Bizim 

amalımız safdır, pakdır, ülvidir. Bu amallar bizi uğurlara, xoşbəxt günlərə gətirəcəkdir! 

 

٭٭٭ 


 Xalqımız keçmiş illərdə baş vermiş bütün hadisələrdən, faciələrdən, dəhşətlərdən nəticə 

çıxarmalıdır! 

 

٭٭٭ 


 

Biz bundan sonra Azərbaycanın daxilində bir daha çəkişmələrə yol verə bilmərik və yol verməyə-

cəyik. Hər kəs bunu bilməlidir! 

 

٭٭٭ 



 Xalqımızın birliyi və qələbəyə inamı gələcək uğurlarımızın təməlidir! 

 



 

33

 



 

DİL 

 

 

 



Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir! 

 

٭٭٭ 



 

Hər bir xalqın, milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. 

 

٭٭٭ 


 

Dil böyük bir aləmdir. 

 

٭٭٭ 


 

Ana dilini bilməmək, ana dilini qiymətləndirməmək,  şübhəsiz ki, xalq qarşısında böyük 

qəbahətdir. 

 

٭٭٭ 



 

Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir. 

 

٭٭٭ 


 

Oz 


ana dilini bilməyən adamlar şikəst adamlardır. 

 

٭٭٭ 



 

Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik! 

 

٭٭٭ 


 

Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik... Hər 

bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti 

səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində 

mümkün olur. 

 

٭٭٭ 



 Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz 

dilini itirməmişdir. 

 

٭٭٭ 


 

Məhəmməd Füzulinin ən böyük xidmətlərindən biri də öz dövrünün və ondan sonrakı dövrün 

mürəkkəb proseslərinə baxmayaraq, türk dilini, ana dilini yaşatmasından, onu yüksəklərə qaldırmasından 

ibarətdir. 

 

٭٭٭ 


 Azərbaycan dili bizi keçmişdə də, indi də, gələcəkdə də birləşdirəcəkdir. 

 

٭٭٭ 



 

Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik! 

 

٭٭٭ 


 

Siyasi plüralizm yolu, söz azadlığı Azərbaycan dövlətinin demokratik prinsiplərinin və 

demokratik hüquqi cəmiyyət yaradılmasının əsas şərtlərindən biridir. 

 

٭٭٭ 



 

Cəlil Məmmədquluzadənin ən dəyərli cəhətlərindən biri də Azərbaycan xalqının dilinin inkişafı 

üçün göstərdiyi xidmətlərdir. 



Yüklə 378,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə