İ. Hacıyev Elmi məsləhətçi və «Ön söz»ün müəllifi: akademik İ. Həbibbəyli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/84
tarix18.06.2018
ölçüsü5,01 Kb.
#49681
1   2   3   4   5   6   7   8   9   ...   84

7
(1256‐1265) məsləhətçisi, Abaqa xanın (1265‐1282) isə vəziri olmuşdur. O, 1259‐cu ildə tikilmiş və
50 il fəaliyyət göstərmiş Marağa rəsədxanasının rəhbəri idi [Piriyev V.,2004, s.61‐63]. 
Qeyd etmək lazımdır ki, XVII əsrdə Ordubadda Tusi nəslinin təşəbbüsü ilə üstü günbəzlə
örtülmüş qülləvari rəsədxana tikilmişdir.
Mənbələrdən məlum olduğu kimi, Səfəvi hökmdarları Ordubad əhlinə həmişə diqqətlə ya‐
naşmışlar. Xüsusən də I Şah Abbasın dövründə mərdlik və müdrikliklərinə görə Ordubad şəhərinin
əhalisi hicri tarixi ilə 1012‐ci ildə (miladi 1603/1604) “xəzinəyə verilən bütün divan vergilərindən”
azad edilmişdir. I Şah Abbasın həmin Fərmanı Ordubad məscidindəki  kitabədə öz əksini tapmışdır.
Söz yox ki, Hatəm bəy Ordubadinin vəzir olması da bu məsələdə mühüm rol oynamışdır.
Ordubad ərazisində yerləşən məşhur Gəmiqaya abidəsi Naxçıvanın Qobustanıdır. Buradakı
iki minə yaxın qayaüstü rəsmlər xalqımızın, bu bölgədə ilk insanların məskunlaşmasının çox ulu
tari xini  əks etdirməklə  bərabər, həm də  zəngin mədəniyyətimizin qədim izləri kimi də böyük
əhəmiyyətə malikdir. Gəmiqaya dünya tufanından sonra Həzrəti Nuh Peyğəmbərin  əfsanəvi
gəmisinin son dayanacağıdır. Bura bəşər sivilizasiyasının ən qədim məskənlərindən biridir. İnsan
nəsilləri Qapıcıq ətəklərindən, Gəmiqayadan dünyaya yayılmışdır. Kiçik Qafqazın ən uca nöqtəsi
sayılan və 3906 metr yüksəklikdə yerləşən Qapıcıq zirvəsi dünya tufanı  çəkildikdən və Nuh
Peyğəmbərin gəmisi torpağa endikdən sonra bəşər övladına açılmış ilk qapıdır.
Ordubad rayonu 1930‐cu ildə yaradılsa da, 1963‐cü ildə ləğv edilərək ərazisi Culfa rayonuna
birləşdirilmişdir. Lakin 1965‐ci ildə yenidən müstəqil rayon statusu alan Ordubad hazırda 1 şəhər,
3 qəsəbə və 43 kənddən ibarətdir. 
Ordubadın  əsas su təchizatı olan kəhriz sistemi hələ orta əsrlərdə yaradılmışdır.  Şəhər
ərazisində tanınan Ambaras, Kürdətal, Minkəs, Sərşəhər, Üçtərəngi kimi məhəllələrin hər birinin öz
kəhrizi vardır. Son illərdə bu kəhrizlərdə əsaslı bərpa və yenidənqurma işləri aparılmışdır.  
XVII‐XVIII əsrin əvvəllərində Ordubad şəhəri Osmanlı dövlətinin tabeliyində olan Naxçıvan
sancağının 14 nahiyəsindən biri – Azadciranın tərkibinə daxil idi. Ordubad şəhəri 1828‐ci ildə
Türkmənçay müqaviləsi ilə Naxçıvan xanlığının tərkib hissəsi kimi Rusiyaya birləşdirilmişdir.
1854‐cü ilə aid məlumata görə, Ordubad şəhərində 828 ev, 3 karvansaray, 63 məscid, 5 körpü,
5302 nəfər əhali var idi [“Обозрение Российских владений за Кавказом”, ч.IV, cтр.359]
.
XIX  əsrin  əvvəllərində Ordubadda olmuş Derptsk Universitetinin professoru A.Petçold
şəhərdə olan çinarlar haqqında yazır: “Belə çinarları mən ancaq İstanbulda Aya Sofiya məbədinin
həyətində görmüşəm. Amma Ordubad çinarları onlardan gözəldir” [Салаева Р. 2002, стр.38]
.
Maraqlı göstəricilərdən biri də 1875‐ci ildə burada buxar mühərriki ilə işləyən ipəksarıma
fabrikinin yaradılmasıdır. Artıq 16‐cı ildə Ordubadda 300 pud ipək istehsal edən 4 böyük və onlarla
kiçik ipəksarıma müəssisəsi fəaliyyət göstərirdi. Məmməd Səid Ordubadinin yazdığına görə 1838‐ci


8
ildə “yalnız Ordubad okruqunda yüz min tut ağacı mövcud imiş”. 
Əlbəttə, Ordubad rayonunun zəngin tarixi inkişafını bir yazıya sığışdırmaq mümkün deyildir.
Onun üçün diqqəti yenicə çapa təqdim olunan “Qədim Ordubad” kitabına yönəltmək istəyirəm.
Kitabla tanış olduqca belə qənaətə gəlmək mümkündür ki, rayon ərazisində yerləşən arxeoloji
abidələrin Azərbaycanın və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanın mədəniyyətində, arxeo‐
logiyasında xüsusi yeri vardır. Bu abidələrin hərtərəfli tədqiqi arxeologiya elminə bir sıra yeniliklər
gətirmişdir. Ərazidə qeydə alınmış qədim yaşayış yerləri, qəbirlər, tarix və mədəniyyət abidələri,
həmçinin onların tədqiqi zamanı  əldə olunan elmi nəticələr təkcə Azərbaycanda deyil, eyni
zamanda, bütün Cənubi Qafqaz və Ön Asiya regionu üçün mühüm əhəmiyyət kəsb edir və qədim
tarix ilə əlaqədar bir sıra ciddi problemlərin həllinə işıq salır. 
Müəlliflərin də qeyd etdiyi kimi, dünyanın bir çox regionlarının qədim qəbir komplekslərində
rast gəlinən “əlində kasa dəfn adəti”nin Tunc dövründən Ordubad bölgəsində geniş yayıldığı
arxeoloji tədqiqatlar nəticəsində  məlum olmuşdur. Diqqətəlayiq haldır ki, “əlində kasa dəfn
adəti”nə ilk dəfə Naxçıvan ərazisində I Kültəpənin son Eneolit dövrü təbəqəsində rast gəlinmişdir.
Belə dəfn adəti Naxçıvan bölgəsinin Mesopotamiya ilə qarşılıqlı iqtisadi‐mədəni əlaqələrini sübut
edən ən tutarlı arxeoloji faktlardan biridir. Məlumdur ki, bu dəfn adəti e.ə. III minillikdə adı çəkilən
regionda geniş yayılmışdı. Deməli, Naxçıvan da, Ordubad da dünyanın ən qədim və zəngin ilkin
məskunlaşma və mədəniyyət mərkəzlərindən biridir.
Ordubadın arxeoloji abidələrinin özünəməxsus xüsusiyyətlərindən biri də Tunc və erkən
Dəmir dövrlərinin qəbiristan kompleksləri üçün xarakterik olan “qurbangahlardır”. Qurbangahlar
Cənubi Qafqazda ilk dəfə Q.M.Aslanovun rəhbərlik etdiyi Xaraba‐Gilan arxeoloji ekspedisiyası
tərəfindən Ordubad abidələri öyrənilərkən geniş tədqiq olunmuşdur. Maraqlıdır ki, qurbangahların
bir çoxunda dövrünün mətbəx və süfrə qablarının bütün dəsti aşkar olunmuşdur. Qurbangahlarda
rast gəlinən keramika məmulatının bəzi nümunələrinə – məsələn, üçayaqlı miniatür masalara
digər abidələrdə çox nadir hallarda rast gəlinir. Ordubadda isə bu miniatür masaların bəziləri hətta
üstündəki ritonlarla birlikdə tapılmışdır. 
Ordubad abidələrinin özəllikləri ilk növbədə coğrafi şəraitlə bağlıdır. Bölgə dağ və aranın
(yaylaqla qışlağın) bir‐birinə  ən yaxın yerləşdiyi  ərazidir. Burada Cənubi Qafqazın Zəngəzur
silsiləsinin cənub yamaclarının alp çəmənlikləri ilə Araz vadisinin qış otlaqları yarımköçəri maldarlığın
inkişafı üçün əlverişli şərait yaradır. 
Ordubad rayonu ərazisində aşkar edilib tədqiq olunmuş Xaraba‐Gilan, Plovdağ, Muncuqlu‐
təpə, Xalı‐keşan, Mərdangölü, Dəlmə, Sumbatan, Rəsul dərəsi, Dəmyələr,  İlikliqaya abidələri,
Gəmiqaya təsvirləri təkcə Naxçıvan  ərazisinin deyil, eyni zamanda, Urmiya ətrafı bölgənin də
tarixinin və mədəniyyətinin xronoloji ardıcıllıqla öyrənilməsinə şərait yaradır. 
1980‐1990‐cı illərdə Ordubad rayonu ərazisində fəaliyyət göstərən AMEA Arxeologiya və


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə