İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə10/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   6   7   8   9   10   11   12   13   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



24 

üçün dəqiqliyin əsas üç təsnifat anlayışı məlumdur: real dəqiqlik, əldə edilə bilən 

dəqiqlik, zəruri dəqiqlik. 

Real dəqiqlik ədədin son mövqeyinin qiyməti ilə müəyyən edilir. 

Əldə edilə bilən dəqiqlik dedikdə verilən konkret şəraitdə (sistemin fəaliyyəti 

şəraitində) əldə edilə bilən maksimum dəqiqlik başa düşülür. 

Zəruri dəqiqlik isə göstəricinin funksional təminatı ilə müəyyənləşir. 

İnformasiyanın dürüstlüyü real mövcud olan obyektlərin zəruri dəqiqliklə əks 

etdirilməsidir. Bu anlayışla yanaşı verilənlərin dürüstlüyü anlayışı da işlənir ki, bu 

halda  sintaksis  aspekt  əsas  götürülür.  Verilənlərin  dürüstlüyü  dedikdə  səhvlərin 

yoxluğu başa düşülür. 

İnformasiyanın  qiymətliliyi  onun  keyfiyyətinin  kompleks  göstəricisidir. 

Qiymətlilik informasiyanın praqmatik səviyyədə ölçüsüdür. 

 

İQTİSADİ İNFORMASİYA VƏ ONUN İŞLƏNMƏSİ 

 

Son illər iqtisadi informasiya anlayışı geniş yayılmışdır. İdarəetmə sahəsində 

məsələlərin  hesablama  maşınlarında  həll  edilməsi  sistemlərinin  yaradılması 

zamanı ondan xüsusi ilə çox istifadə olunmağa başlanılmışdır. 

Hər  cür  predmetin  maşında  işlənməsini  (təhlili  və  ya  emalı)  informasiya, 

əgər həmin  predmet  xalq  təsərrüfatının  idarə  edilməsi sahəsi ilə  məhdudlaşırsa, 

onda iqtisadi informasiya adlandırmaq əlverişli və məqsədə müvafiqdir. 

Bununla da informasiya, praktiki olaraq əvvəllər mövcud olan tərifdən fərqli 

yeni, spesifik tərif almışdır. 



İnformasiya

”  termini  çox  tutumludur,  ondan  müxtəlif  elm  sahələrində 

istifadə olunur və ona müəyyən, özünəməxsus məna verilir. 

İdarə işçiləri özlərinin əmək prosesində müxtəlif məlumatlar (ədədlər, sözlər 

və  s.)  üzərində  əməliyyatlar  aparır,  onların  yığılması  və  işlənməsi  ilə  məşğul 

olurlar. 

Buradan belə nəticəyə gəlmək olar ki, xalq təsərrüfatının və onun ayrı-ayrı 

obyektlərinin  idarə  funksiyalarını  həyata  keçirmək  üçün  istifadə  olunan 

məlumatların məcmusu 



iqtisadi informasiya

dır. 


İqtisadi  informasiya  xalq  təsərrüfatının  bütün  səviyyələrində  idarəetmə 

obyektlərinin  (bütövlükdə  xalq  təsərrüfatı,  sahələr,  müəssisə  və  təşkilatlar, 

firmalar, şirkətlər, ayrı-ayrı sexlər və s.) istehsal və təsərrüfat, həmçinin maliyyə 

fəaliyyətinin vəziyyətini əks etdirir və ya onun gələcəkdə necə olacağını göstərir. 

İqtisadi informasiya yalnız maddi istehsal sferasında deyil, həm də qeyri-istehsal, 

dövlət  idarə  orqanları  və  digər  ictimai  təşkilatların  fəaliyyətində  də  dövr edir  və 

istifadə olunur. 

İqtisadi  informasiya  iqtisadi  prosesləri  səciyyələndirir.  İqtisadi  informasiya 

iqtisadi  sistemlərdə  dövran  etməklə,  onların  fəaliyyətini  təmin  edən,  daxili  və 

xarici  təsirlər  kompleksinin  universal  ifadəsidir.  İqtisadi  informasiya  bir  sıra 

hallarda  idarəetmə  informasiyası  ilə  eyniləşdirilir.  Lakin  bu  düzgün  hesab  edilə 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  25 

bilməz. İdarəetmə informasiyası öz tərkibinə görə zəngindir və ona sosial, texniki, 

hüquqi və digər informasiya növləri də aiddir. 

Bununla belə, iqtisadi informasiya maddi istehsal sferasında istehsalın idarə 

edilməsi amili kimi istifadə olunur. 

İqtisadi informasiyanın əsas xassələri aşağıdakılardan ibarətdir: 

 



iqtisadi  informasiya  iqtisadi-təsərrüfat  fəaliyyətini  natural  və  dəyər 

göstəriciləri ilə əks etdirir

 

iqtisadi informasiyanın əsas kütləsi diskretdir, başqa sözlə fasilələrlə qəbul 



edilir və işlədilir; 

 



müxtəlif  maddi  daşıyıcılarda  (məsələn,  sənədlərdə,  perfokatlarda,  maqnit 

daşıyıcılarında, lazer disklərində, fləşlərdə və s.) əks oluna bilər; 

 

iqtisadi informasiya sonlu nəticələr şəklində ifadə olunur



 

iqtisadi  informasiya  əsasən  xətti  şəkildə  ifadə  olunur  və  sənədlərin 



yazılışında  adətən  sətirlər  və  ya  sütunlardan  ibarət  cədvəllərdən  istifadə 

edilir; 


 

iqtisadi  informasiya  çox  böyük  həcmə  malikdir.  İqtisadi  proseslərin  baş 



vermə  məkanı  genişləndikcə  iqtisadi  informasiyanın  artım  tempi  bu 

genişlənməni həmişə qabaqlayır, əksər hallarda isə çox böyük həddə baş 

verir; 



 



iqtisadi  informasiya  kütləvi  və  təkrarlanandır.  Bu  xassə  iqtisadi  sistemin 

dinamikliyi  və  mürəkkəbliyindən,  dövri  baş  verən  proseslərin 

mövcudluğundan irəli gəlir; 

 



iqtisadi informasiyanın xeyli hissəsi bilavasitə işlənilir və sadəcə olaraq bir 

sənəddən digərinə köçürülür; 

 

iqtisadi informasiyanın tərkibindəki nisbi sabit informasiyanın xüsusi çəkisi 



yüksək olur; 

 



iqtisadi informasiyada qruplaşdırma əlamətləri çoxsaylıdır;  

 



iqtisadi informasiya adətən uzun müddət ərzində saxlanır; 

 



iqtisadi informasiyada sabit informasiyanın xüsusi çəkisi yüksəkdir, insanın 

dərk edə biləcəyi formada sənədləşdirilir, işlənəcək ilk məlumatların həcmi 

çox olur və s.  

 

İQTİSADİ İNFORMASİYANIN QURULUŞ VAHİDLƏRİ 



 

İnformasiyanın  işlənməsinin  avtomatlaşdırılmış  sistemi  yaradılarkən  iqtisadi 

informasiyanın  qeyd  edilmiş  xassələri  nəzərə  alınmalıdır.  İqtisadi  informasiya 

quruluş  etibarı  ilə  informasiyanın  quruluşuna  yaxındır.  İnformasiyanın  quruluşu 

dedikdə  müəyyən  məna  daşıyan  informasiya  elementlərinin  müəyyən  məcmusu 

başa  düşülür.  İnformasiyanın  quruluşuna  müxtəlif  yanaşmalar  mümkündür. 

Məsələn,  məntiqi,  fiziki  meyarları  fərqləndirmək  lazımdır.  Fiziki  baxımdan 

informasiyanın  quruluş  əlamətləri  kimi  informasiya  daşıyıcılarının  müxtəlif 

formaları və müxtəlif texniki qurğular çıxış edir. İqtisadi informasiyanın quruluşu 

adi  dildəki  sintaksisin  rolunu  yerinə  yetirir.  Əgər  adi  dildə  hərflərdən  sözlər, 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə