İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə13/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   9   10   11   12   13   14   15   16   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



30 

üsulları  və  informasiyanın  işlənməsində  istifadə  olunan  texniki  vasitələr 

təkmilləşdirilməlidir. 

Ümumiyyətlə,  informasiyanın  düzgünlüyünə  nəzarət  həmişə  diqqət 

mərkəzində  olmalıdır,  çünki,  səhv  informasiya  bütün  hallarda  idarəetmənin 

müxtəlif  səviyyələrində  idarə  olunan  obyekt,  baş  verən  iqtisadi  proseslər 

haqqında  səhv  təsəvvürlərə,  yalnış  idarəetmə  qərarlarının  qəbul  edilməsinə,  bir 

çox hallarda isə cinayət xarakterli hərəkətlərə səbəb ola bilər. 

İlkin  iqtisadi  informasiya  istifadə  olunma  müddətində  dəyişikliklərə  məruz 

qalır və bu dəyişmə müxtəlif informasiya elementlərində müxtəlif templərə malik 

olur.  Odur  ki,  informasiyanın  sabitlik  əlaməti  üzrə  qruplaşdırmaları  zamanı 

əlamətin  əlavə  olaraq  dəqiqləşdirilməsi  tələb  olunur.  Belə  ki,  informasiyanın 

sabitliyi anlayışı birmənalı qəbul edilmir. Sabitlik əlaməti kimi eyni informasiyanın 

iqtisadi  məsələlərin  həllində  təkrar  iştirakı  dərəcəsi,  müəyyən  dövr  ərzində 

informasiyanın öz qiymətini dəyişməz saxlaması, informasiyanın saxlanması və s. 

başa düşülür. 

Sabitlik  əlamətinə  görə  iqtisadi  informasiyanın  qruplaşdırılması  mühüm  yer 

tutur.  İnformasiyanın  sabitliyini  müxtəlif  mənalarda  başa  düşmək  olar:  eyni 

informasiyanın  məsələ  həllində  təkrar  iştirakı  dərəcəsi,  informasiyanın  öz 

qiymətini  müəyyən  dövr  ərzində  saxlaması,  məlumatların  ümumiyyətlə 

saxlanması müddəti və s. 

Sabitlik  baxımından  dəyişən,  şərti-sabit  və  sabit  informasiya  növlərini 

fərqləndirmək lazımdır.  

Əgər  müəyyən  dövr  ərzində  mövcud  sabit  informasiya  vahidlərinin 

miqdarının  ümumi  informasiya  vahidlərinin  miqdarına  nisbəti  hesablansa,  onda 

sabitlik  əmsalının  qiymətini  müəyyən  etmək  olar.  Dəyişən  və  şərti-sabit 

informasiyanın  sərhədlərinin  müəyyən  edilməsi  təmamilə  şərtidir.  Məsələn, 

sabitlik əmsalı 0,85-dən yüksək olduqda informasiya şərti-sabit hesab olunur. 

İqtisadi  məsələlərin  həlli  zamanı  ilk  növbədə  informasiyanın  şərti-sabit 

hissəsi  kompüterin  yaddaşına  yerləşdirilir.  İnformasiyanın  işlənməsi  prosesində 

şərti-sabit  informasiya  daxil  olan  dəyişkən  informasiya  ilə  birgə  işlənərək  nəticə 

informasiyasının əldə olunmasını təmin edir.  

İnformasiyanın  sabitlik  dərəcəsi  iqtisadiyyatın  müxtəlif  sahələrində 

müxtəlifdir.  Məsələn,  sənaye  müəssisələrində  şərti-sabit  informasiyanın  xüsusi 

çəkisi daha yüksəkdir.  

İnformasiyanın sabitlik əlaməti üzrə qruplaşdırılması zamanı, onun saxlanma 

müddəti  əsas  götürülürsə,  qısamüddətli  və  daimi  saxlanan  informasiya  kimi 

növlər fərqləndirilməlidir. 

İnformasiya idarəetmə obyektinə və ya idarəedici orqana münasibətinə görə 

xarici və daxili, giriş və çıxış informasiyasına ayrılır. İnformasiyanın xarici və daxili 

informasiyaya  ayrılması  onun  yarandığı  yerlə,  giriş  və  çıxış  informasiyasına 

ayrılması isə bir yerdən başqa yerə ötürülməsindən asılı olaraq müəyyənləşdirilir. 

Siqnalların  formalarına  görə  informasiya  rəqəm,  hərf,  qrafiki  və  digər 

simvollarla təqdim edilən növlərə ayrılır.  




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  31 



 

F Ə S İ L  II. SİSTEM VƏ İNFORMASİYA 

SİSTEMLƏRİ 

 

 

 

SİSTEM. ALTSİSTEM. SİSTEMİN ƏSAS 

XARAKTERİSTİKALARI 

 

Dünyada heç bir hadisə və ya proses səbəbsiz baş vermir, nizamsız, qeyri-

qanuni  fəaliyyət  göstərmir.  Dünya  sistemdirsə,  onu  təşkil  edən  maddi  proseslər 

də sistemdir. Buradan aydın olur ki, bir sistem özündən daha böyük sistemin ya 

altsistemidir,  ya  da  elementidir.  Element  də  kiçik  sistemlərə  bölünür  ki,  onlarda 

heç  də  bəsit  olmurlar.  Onların  da  altsistemləri,  elementləri  vardır.  Bütünlükdə 

kainatın hələlik ən xırda tərkib hissəsi, maddi əsası sayılan mikrohissəciklərin də 

mürəkkəb daxili quruluşu, altsistemləri və elementləri vardır.  

Kibernetik  nöqteyi  nəzərdən  sistem  ayrı-ayrılıqda  sərbəst  olan,  vahid  bir 

məqsədə  xidmət  edən  və  eyni  təbiətli  elementlərin  məcmusudur.  Başqa  sözlə 

sistem  dedikdə  bir-biri  ilə  qarşılıqlı  əlaqədə  olan  element  və  hissələrin  nizamlı 

düzülüşü nəzərdə tutulur. 

Sistemin  hər  bir  elementini  müəyyən  dəyişən  kəmiyyətlə  əlaqələndirmək 

olur ki, bunlara da sistemin koordinatları deyilir. Əgər həmin dəyişən kəmiyyətləri 

ölçmək və konkret bir rəqəmlə ifadə etmək mümkün olarsa, onda uyğun sistemin 

vəziyyətini müəyyən etmək olar. Sistemin öyrənilməsində bütün elementlər deyil, 

ona  xas  olan  elementlər  tədqiq  olunur.  Həmin  əsas  elementlər  isə  qarşıya 

qoyulan  məqsəddən  asılı  olaraq  müəyyənləşdirilir.  Belə  ki,  hər  hansı  tədqiqatda 

əsas kimi qəbul olunan element, başqa tədqiqatlarda yardımçı element ola bilər. 

Xüsusi  hallarda  müəyyən  dövr  ərzində  nəzərdə  tutulmuş  hissədə  sistemin 

bütün  elementləri  ya  özlərinin  əvvəlki  vəziyyətində  qalır,  ya  da  cüzi  miqdarda 

dəyişir  ki,  bu  da  tədqiqatın  nəticəsinə  heç  bir  əsaslı  təsir  etmir  və  ona  görə  də 

sistemin  tədqiqində  nəzərə  alınmır.  Belə  sistem  statik  sistem  adlanır.  Statik 

sistemdə  elementlər  nisbi  kəmiyyətlərdir  və  onlar  sistemin  koordinatları  hesab 

olunur. 

 

QEYD

:  Kibernetika  yunan  sözü  olub  “idarəetmə  mədəniyyəti”  anlamını 

verir.  Kibernetika  mürəkkəb  idarəetmə  sistemlərində  informasiyanın  alınması, 

saxlanılması, ötürülməsi və çevrilməsi proseslərinin ümumi qanunauyğunluqları ilə 

məşğul olan elm sahəsidir. 

Qədim  yunan  flosofu  Platon  öz  əsərlərində  kibernetikanı  bir  halda  gəmini 

idarəetmə ustalığı, digər halda isə insanlara rəhbərlik mədəniyyəti adlandırır. 

Qeyd  etmək  lazımdır  ki,  romalılar  tərəfindən  istifadə  olunan  “Kubernetes” 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə