İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə9/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   5   6   7   8   9   10   11   12   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



22 

Tezaurus verilən sistemin və istifadəçinin malik olduğu xəbərlər, məlumatlar 

məcmusu anlamını verir. İnformasiyanın məna yükü (S) və istifadəçinin tezaurusu 

(S

n



) arasındakı nisbətdən asılı olaraq istifadəçi tərəfindən qavranılan və sonra öz 

tezaurusuna  daxil  edilən  informasiyanın  semantik  kəmiyyəti  (I

c

)  dəyişir.  S



n

=0 


halında istifadəçi daxil olan informasiyanı anlaya və qavraya bilmir, S

n

 halında isə 



o, verilmiş hadisə ilə bağlı hər şeyi bilir və daxil olan informasiya artıq ona lazım 

deyildir. 

Hər iki halda I

c

=0  



I

c

-nin maksimum qiyməti ilə S

n

 arasında uzlaşma olduqda informasiya əldə 



olunur və bu halda daxil olan informasiya istifadəçi tərəfindən başa düşülür, onun 

üçün təzədir və o, tezaurusu zənginləşdirir. 

Xəbərdə  olan  semantik  informasiyanın  miqdarı,  yəni  istifadəçi  tərəfindən 

alınan  yeni biliklərin  miqdarı  şərti  kəmiyyətdir.  Belə  ki,  eyni bir xəbər məlumatlı 

istifadəçi  üçün  məna  daşıyırsa,  məlumatsız  istifadəçi  üçün  mənasızdır.  Eyni 

zamanda məlumatlı istifadəçi üçün anlaşılan informasiya da, onun bildiyi xəbər də 

semantik informasiyanın miqdarını dəyişmir. 

 

  



İnformasiyanın  praqmatik  ölçüsü  dedikdə,  artıq  qeyd  edildiyi  kimi həmin 

informasiyanın  idarəetmə  üçün  faydalılığı,  qiymətliliyi  başa  düşülür.  Bu  ölçü  də 

şərtidir  və  informasiyanın  bu  və  ya  digər  sistemdə  istifadəsi  xüsusiyyətlərindən 

asılıdır.  İnformasiyanın  qiymətliliyini  sistemin  idarə  edilməsi  üçün  lazım  olan 

məqsəd  funksiyasının  ölçüldüyü  vahidlərlə  (və  ya  ona  yaxın  vahidlərlə)  ölçmək 

məqsədə müvafiqdir. 

 

Y.U.Şneyder 



Avtomatlaşdırılmış  idarəetmə  sistemlərində 

informasiya 

əməyin 

predmeti 



və 

məhsuludur.  Odur  ki,  informasiyanın 

keyfiyyəti  sistemin  fəaliyyətinin  səmərə-

liliyini  və  keyfiyyətini  əhəmiyyətli  dərəcədə 

şərtləndirir.  İnformasiyanın  keyfiyyəti  ona 

olan  tələbata  nəzərən  qiymətləndirilə  bilər. 

Həmin  tələbata  informasiyanın  təyinatından 

ayrılıqda  baxıla  bilməz.  Müvafiq  tələbatı 

ödəməyə 

imkan 


verən 

xassələrin 

məcmusuna  informasiyanın  keyfiyyəti  kimi 

baxmaq  olar.  İdarəetmədə  informasiyanın 

istifadəsinin  imkan  və  səmərəliliyi  onun 

aşağıdakı  istehlak  göstəriciləri  ilə  şərtlənir: 

reprezentativlik, 

məzmunluluq, 

tamlıq, 

verilmə,  dayanıqlıq,  dəqiqlik,  dürüstlük, 

qiymətlilik və müraciət imkanının olması. 

 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  23 

İnformasiyanın reprezentativliyi obyektin verilmiş xassələrinin adekvat ifadə 

olunması  üçün  informasiyanın  seçilməsi  ilə  əlaqədardır.  Bu  zaman  aşağıdakılar 

mühüm əhəmiyyət kəsb edir: 

 



ilkin anlayışın formalaşdığı konsepsiyanın düzgünlüyü; 

 



mühüm  əlamətlərin  seçilməsinin  və  əks  olunan  obyektin  əlaqələrinin 

əsaslandırılması; 

 

ölçmə  metodikasının  və  informasiyanın  formalaşması  alqoritminin 



düzgünlüyü. 

İnformasiyanın  məzmululuğu  dedikdə,  onun  xüsusi  semantik  həcmi  (S), 

başqa  sözlə,  xəbərdə  olan  semantik  informasiyanın  miqdarının  (I

c

),  xəbəri  ifadə 



edən məlumatların həcminə (V

n

) nisbəti başa düşülür: 



 

S=  I


c

/V

n



 

 

Digər  tərəfdən  məzmunluluq  informasiya  vahidinin  mənaca  qiymətləndiril-



məsi, yəni rekvizitlərin, göstəricilərin, sənədlərin və digər informasiya vahidlərinin 

informativliyi başa düşülməlidir. 

İnformasiyanın  məzmunluluğu  artdıqca  informasiya  sisteminin  semantik 

buraxılış qabiliyyəti artır. Belə ki, eyni xəbəri almaq üçün daha az miqdar məlu-

matı çevirmək lazım gəlir. 

İnformasiyanın  tamlığı  dedikdə,  düzgün  idarəetmə  qərarlarının  qəbul 

edilməsi  üçün  kifayət  edən,  minimal  miqdarda  informasiyanın  mövcudluğu  başa 

düşülür.  Natamam  (kifayət  etməyən)  və  artıq  informasiya  eyni  dərəcədə 

idarəetmənin  səmərəliliyini  azaldır.  Odur  ki,  ən  keyfiyyətli  informasiya  tam 

informasiya hesab olunur. 

İnformasiyaya müraciət imkanı istifadəçi nöqteyi nəzərindən qiymətləndirilir. 

Müraciət  imkanının  təmin  olunması  üçün  informasiyanın  alınması  və 

işlənməsinin  zəruri  əməliyyatları  istifadəçinin  tələblərinə  uyğunlaşdırılır,  başqa 

sözlə onun tezaurusuna müvafiq yerinə yetirilir. 

İnformasiya  onun  istifadə  olunduğu  anda  idarəetmə  üçün  qiymətliliyini 

qoruyub  saxlaması  dərəcəsi  ilə  müəyyən  olunur.  İnformasiyanın  aktuallığı  əks 

olunan  obyektin  statistik  xarakteristikasından  (həmin  xarakteristikanın  dəyişməsi 

dinamikasından)  və  informasiyanın  yaranması  anından  sonra  keçən  vaxt 

intervalından asılıdır. 

İnformasiyanın  vaxtında  verilməsi  dedikdə  elə  bir  hal  nəzərdə  tutulur  ki, 

idarəetmə qərarlarının hasil edilməsi zamanında reqlament pozulmur. Başqa sözlə, 

idarəetmə üçün lazım olan informasiya vaxtında və zəruri həcmdə təqdim olunur.  

Dayanıqlıq  zəruri  dəqiqliyi  saxlamaqla  idarəedici  informasiyanın  ilkin 

verilənlərin  dəyişməsinə  reaksiya  verməsi  xassəsidir.  İnformasiyanın  reprezen-

tativliyi  kimi  dayanıqlıq  da,  onun  seçilməsi  və  formalaşmasının  metodiki 

düzgünlüyü ilə şərtlənir. 

İnformasiyanın  dəqiqliyi  əks  olunan  parametrin  həqiqi  qiymətinə  yaxınlığı 

dərəcəsi  ilə  müəyyən  olunur.  Rəqəm  kodu  ilə  əks  etdirilən  iqtisadi  göstəricilər 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə