İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə5/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   2   3   4   5   6   7   8   9   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  13 

İnformasiya  insana  onun  hissi,  duyğuları  və  təsəvvürləri  sayəsində  çatır. 

İnformasiya bütün hallarda mənbə və istehlakçının (qəbul edənin) mövcudluğunu 

nəzərdə tutur. 

Ümumiyyətlə,  insan  informasiyanı  ətraf  aləmdən  iki  yolla: 



duyğu  üzvləri 

vasitəsilə və insan beyninin fəaliyyətinin nəticəsi kimi əqli mühakimələr

 

əsasında alır. 



İnformasiya  təsvir  olunmalıdır,  daha  doğrusu  maddi  ifadəsini  tapmalıdır. 

İnformasiya müxtəlif üsullarla, o cümlədən 



şifahi  və yazılı 

formada əldə edilir. 

İqtisadi  informasiya  üçün  yazılı  təsvir  forması  xasdır,  idarəetmə  fəaliyyətinin 

həyata  keçirilməsində  şifahi  informasiya  məhdud  rol  oynayır.  İnformasiyanın 

təsvir edilməsinin elementar vahidi siqnallardır. Bunlara rəqəmlər, hərflər və digər 

işarələr  aiddir.  İnformasiya  quruluş  vahidlərinin  təşkil  olunduğu  informasiya 

siqnallarının yazılı təsviri qeydiyyat adlanır. 

Qeydiyyat  müəyyən  maddi  mühitin  olmasını  tələb  edir.  Həmin  mühit 

qeydedicilər  və  ya  informasiya  daşıyıcıları  adlanır.  İnformasiya  daşıyıcıları 

informasiyanın  əsas  təsvir  formasına  aiddir.  Qeydedicilərdən  əlavə  informasiya 

indikatorlar  vasitəsilə  yazılış  formasında  da  təsvir  edilir.  Onların  qeydedicilərdən 

fərqi ondan ibarətdir ki, təsvir edilən informasiya diskret hərf-rəqəm siqnalları ilə 

deyil, fasiləsiz siqnallarla göstərilir. 

İnformasiyanın  yazılı  təsvir  edilməsi  üsullarından  biri  qrafik  üsuludur.  Bu 

zaman  informasiya  həndəsi  fiqurlarla  göstərilir.  Qrafik  üsuldan  həm  iqtisadi 

informasiyanın  öyrənilməsi  üçün,  həm  də  idarəetmə  işlərinin  aparılması 

təcrübəsində geniş istifadə edilir. 

 

 



İNFORMASİYA PROSESLƏRİ VƏ ONUN 

AVTOMATLAŞDIRILMASI 

 

Qeyd  etmək  lazımdır  ki,  son  illərdə  



İnformatika

  termini  əvəzinə 



Kompüter 



texnologiyası

” 

və 



ya 



İnformasiya 



texnologiyası

” 

terminlərindən daha çox istifadə olunur. 





Texnologiya

  yunan  sözü  olub  (techne  bacarıq  +  logos  -  öyrənmə 

sözlərinin  birləşmə  mənasını  verir)  məhsulun  hazırlanma  bacarığı,  istehsal 

proseslərinin  yerinə  yetirilməsi  üçün  üsul  və  vasitələr  haqqında  biliklər  toplusu 

deməkdir.  Bu  nöqteyi-nəzərdən 

kompüter  texnologiyası 

baxılan  sahədə 

kompüter  texnikasının  aparat  və  proqram  vasitələrindən  istifadə  texnologiyası 

deməkdir. 

 

QEYD

: Bizim eradan əvvəl, IV əsrdə Mesopotamiyada yazılmış traktatlarda 

texnologiya



”  termininə  rast  gəlinir.  XVIII  əsrdə  elmin  texnika  sahəsində 

texnolgiya



”  adlanan  yeni  bir  sahəsi  əmələ  gəlir.  1772-ci  ildə  İohan  Bekman 

(1739-1811)  ilk  dəfə  olaraq  “

texnologiya

”  terminindən  elmi  əsərləri  ilə  yanaşı 

almaniyanın Hettingen universitetində oxuduğu mühazirələrdə istifadə edir. 1777-



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



14 

ci ildə alim “

Texnologiyaya giriş

” adlı elmi məqaləni sayılan jurnalların birində çap 

etdirir. Sonrakı illərdə çap etdirdiyi beş cilidli “

Kəşflərin tarixi

” adlı əsərində alim 

texnologiya



” termini anlayışını daha aydın izah edir. 

O  dövrdən  texnologiya  müxtəlif  dəyişikliklərə  uğramışdır.  O  vaxtlar 

texnologiya  sadə  vərdiş  mənasını  verirdisə,  indiki  zamanda  biliyin  mürəkkəb 

kompleksi kimi başa düşülür. 

Texnologiya  yunanca  texne  -  sənətkarlıq,  ustalıq,  bacarıq,  loqos  – 

düşünmək,  səbəb,  metodika,  yaratmaq  üsulu  deməkdir.  Texnologiya  geniş 

mənada  yaradıcılığın  istənilən  sahəsində  elmi  üsullar,  proseslər  və  materiallar 

metodikası,  texniki  istehsal  üsullarının  elmi  şəkildə  təsvir  olunma  anlamını, 

məhdud  mənada  isə  elmin,  texnikanın  və  cəmiyyətin  ümumilikdə  texniki  şərtlər 

daxilində  inkişafına  imkan  verən,  nominal  keyfiyyətlə  və  optimal  xərclə 

hazırlanan,  qulluğa,  təmir  və  istismara  xidmət  edən  təşkilatı  tədbirlər,  həyata 

keçirilən əməliyyatlar və məqbul sayılan bir kompleksdir. 

Alimlərdən D.N.Uşakov və B.M.Volin hesab edirlər ki, “texnologiya – bu və 

ya digər xammalın hazır fabrik malına və ya hazır məhsula çevrilməsi üçün həyata 

keçirilən emal proseslərinin cəmi və elmi toplumudur”. 

S.A.Smirnov və İ.B.Kotova texnologiyanı “verilmiş parametrlərə uyğun ilkin 

materialların  təhlilində  istifadə  olunan  üsullar  ardıcıllığı  və  üsullar  toplumu”  kimi 

şərh edirlər. 

N.Y.Şvedova  və  S.İ.Ojekov  texnologiyanı  belə  şəkildə  müəyyənləşdirirlər: 

texnologiya müəyyən istehsal sahələri və  prosesləri, həmçinin istehsal üsullarının 

cəmi olmaqla yanaşı istehsal üsullarının elmi təsvir olunmasıdır.

 

 



İnformasiya  texnologiyası 

informasiya  ehtiyatlarından  istifadə  olunma 

proseslərini  asanlaşdırmaq,  onların  etibarlığını  və  operativliyini  çoxaltmaq 

məqsədilə  informasiyanın  toplanması,  ötürülməsi,  saxlanması,  təhlili  və 

istifadəçilərə  çatdırılmasını  təmin  edən  və  vahid  texnoloji  zəncirdə  birləşdirən 

üsullar, istehsal prosesləri və texniki-proqram vasitələri toplusudur. 

İnformasiya  proseslərinə  informasiyanın 

toplanması,  ötürülməsi, 

saxlanması, emalı və istifadəçiyə çatdırılması

 aiddir. İnformasiya prosesləri 

insanların  həyat  fəaliyyətində,  elm  və  texnikada  vacib  rol  oynayır.  Bəşəriyyətin 

inkişafı  ərəfəsində  bu  proseslərin  daxili  məzmununun  dəyişməsinə  baxmayaraq, 

onların  mexanikləşdirilməsi  və  avtomatlaşdırılması  meylləri  açıq  özünü  göstərir. 

Kompüter  texnikasının  yaranması  və  inkişafı  nəticəsində  bu  proseslərin 

avtomatlaşdırılması  daha  da  sürətlənmiş  və  hazırda  informatikanın  əsas 

probleminə çevrilmişdir. 



İnformasiyanın  toplanması

  öyrənilən  obyektin  vəziyyəti  haqqında 

məlumat  alınması ilə  aparılır.  İnformasiyanın  toplanması prosesi adi  halda  insan 

tərəfindən,  avtomatlaşdırılmış  halda  isə  texniki  vasitələr  və  sistemlər  tərəfindən 

yerinə yetirilir. 

Texniki qurğularda və sistemlərdə informasiyanın toplanması üçün müxtəlif 

ölçü və avtomatik qeydedici cihazlardan istifadə olunur. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə