İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə4/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   2   3   4   5   6   7   8   9   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



10 

təfəkkürün  formalaşmasında,  mühakimə  və  dərketmə  qabiliyyətlərinin 

yüksəlməsində əhəmiyyətli rol oynayır. 

İnformatika bir elm sahəsi kimi gündəlik həyatda, dəqiq və humanitar elm 

sahələrinin  inkişafında,  texnika  və  müasir  texnologiyaların  təkmilləşdirilməsi 

prosesində  ortaya  çıxan  problemlərin  həllində  insanların  yaxın  köməkçisinə 

çevrilir.  İnformatika  insanların  elmi,  praktiki  biliklərinin  genişlənməsində,  yeni 

ixtisaslara yiyələnməsində mühüm rol oynayır. 

 

    


 

 

              



Viktor Mixayloviç Qluşkov                   Vladimir Sergeyeviç Mixaleviç 

 

İnformatika fənninin əsas tərkib hissələri aşağıdakılardan ibarətdir: 



İnformasiya və informasiya prosesləri

. İnformasiya öyrənilən obyektlər 

və  hadisələr  haqqında  müəyyən  faktlar  və  onlar  arasındakı  asılılıqlar  şəklində 

ifadə olunan bilik və məlumatları əks etdirir. İnformasiya prosesləri informasiyalar 

üzərində yerinə yetirilən müxtəlif proseslərin məcmusu kimi başa düşülür. 



Formalaşdırma, 

modelləşdirmə, 

alqoritmləşdirmə 

və 

proqramlaşdırma.

  Kompüterlərdən  istifadə  etməklə  obyektin  modelinin 

qurulması bir neçə zəruri mərhələləri əhatə edir. 

Formalaşdırma mərhələsində tədqiqat obyekti haqqında olan nəzəri fikirlər, 

müvafiq  anlayışlar,  əsas  təsir  edici  amillər,  inkişaf  göstəriciləri,  asılılıqlar, 

qanunauyğunluqlar  və  s.  əsasında  onun  konseptual  modeli  qurulur.  Riyazi 

modelin  reallaşdırılması  üçün  həll  alqoritmi  işlənilir  və  həmin  alqoritm 

proqramlaşdırma dillərinin köməyi ilə kompüter proqramına çevrilir. 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  11 



Cəmiyyətin  informasiyalaşdırılması. 

Cəmiyyətin  inkişaf  tarixində 

üçüncü  qlobal sosial-texniki  inqilab  kimi qeyd  olunan  müasir İKT  ictimai  həyatın 

informasiyalaşdırılması  prosesi  kimi  reallaşır.  İnformasiya  cəmiyyəti  və  ya 

cəmiyyətin  informasiyalaşdırılması  ölkənin  intellektual  potensialından  səmərəli 

istifadə  edərək  hərtərəfli  inkişafın  təmin  edilməsi,  bütövlükdə  ictimai  həyatın 

demokratikləşməsi  üçün  güclü  vasitədir.  Azərbaycanda  informasiyalaşmış 

cəmiyyətin əsas xüsusiyyətlərinə qlobal informasiya mühitinin yaradılması, sosial 

və  iqtisadi  fəaliyyətin  yeni  formalarının  (məsafədən  təhsilalma,  elektron  ticarət, 

teleiş,  elektron  demokratiya,  elektron  hökumət  və  s.)  meydana  gəlməsi, 

informasiya  və  bilik  bazasının  yaradılması,  müxtəlif  informasiya  mübadiləsi 

sistemlərinin  inkişafı,  vətəndaş  və  təşkilatların  istənilən  məlumatı  almaq,  onu 

yaymaq  və  ondan  istifadə  etmək  üçün  hüquqlarının  tam  təmin  edilməsi  və  s. 

aiddir. 


İnformatika elminin əsas predmeti informasiyadır. İnformasiya ifadə olunma 

formasından  asılı  olmayaraq  insanlar,  canlılar,  cansızlar,  faktlar,  hadisələr, 

proseslər və s. haqqında olan məlumat və biliklər toplusudur. 

İnformatika qarşısında düran əsas məsələlərə bunlar daxildir: 

 

müxtəlif xarakterli informasiya proseslərinin tədqiqi



 

texniki  vəsitələrin  və  informasiyanın  təhlil  olunma  üsullarının  mövcud 



tədqiqatlara əsaslanaraq hazırlanması və təkmilləşdirilməsi;  

 



iqtisadiyyatın,  istehsalın  və  cəmiyyətin  həyatı  ilə  bağlı  müxtəlif  sahələrə 

aid informasiya sistemlərinin yaradılması üçün elmi və texniki problemlərin 

həlli.    

İnformasiya  latın  sözü  olub  (



informatio

),  baş  vermiş  hadisə  və  ya  fakt 

haqqında məlumat vermək mənasını daşıyır. İnformasiya ətraf mühitin obyektləri 

və hadisələri, onların parametrləri və xassələri haqqında xəbərdir. İnformatikada 

bu xəbərlər verilənlər də adlanır. 

 

QEYD

:  Keçən  əsrin  60-cı  illərində  rus,  ingilis,  fransız  və  alman  dillərində 

istifadə  olunan  “

sənədlər

”  (“документация”)  terminini  “

informasiya

”  termini  ilə 

əvəz  etmək  adət  şəkilini  aldı.  “

İnformatika

”  terminindən  ilk  dəfə  1957-ci  ildə 

alman  mütəxəssisi  Karl  Şteynbux  jurnalda  çap  elətdirdiyi  “İnformatik: 

Automatische  İnformations verarbeıtung  (İnformatika:  İnformasiyanın  avtomatik 

təhlil olunması)” məqaləsində istifadə edir. Fransızca “informatigue” terminindən 

istifadəni  isə  1962-ci  ildə  fransız  Filip  Dreyfus  təklif  etmiş  və  sözü  avropa 

xalqlarının əksər dillərinə tərcümə etmişdir. Fransada termin rəsmi olaraq 1966-cı 

ildən istifadə edilmişdir. 

Rus  dilində  “sənədlər”  (“документация”)  terminindən  törənən  kəlmə  bir 

müddət  “

Dokumentalistika

”  (“документалистика”)  kimi  istifadə  olunur. 

İnformologiya



”  və  “

İnformatika

”  terminləri  1962-ci  ildə  keçmiş  sovetlər 

məkanında,  Elmlər  Akademiyasının  müxbir  üzvü  Aleksandr  Xarkeviç  tərəfindən 

təklif  olunur.  İnformatikanın  əsasları  bir  elm  kimi  alimin  çap  elətdirdiyi 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



12 

“İnformasiyanın  elmi  əsasları”  (“Основы  научной  информации”)  kitabında  öz 

əksini  tapır.  Alim  sonrakı  illərdə  (1968-ci  ildə)  kitabı  “İnformatikanın  əsasları” 

(“Основы   информатики”) adı ilə yenidən çap etdirir. 

 

İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə 



ifadə  olunur.  “

Verilənlər

”  texniki  vasitələrlə  (məsələn,  kompüterlə) saxlanması, 

işlənməsi  və  ötürülməsi  üçün  formal  şəkildə  təsvir  olunan  (kodlaşdırılan) 

məlumatdır.  “



Verilən

”  termini  latınca  “



datum

”  (fakt)  sözündən  yaranmışdır. 

Lakin  verilən  bəzən  konkret  və  ya  real  fakta  uyğun  gəlməyə  bilər.  Verilənlər 

bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə edə bilər. Odur ki, 

verilənlər dedikdə öyrənilən obyektin, hadisənin və ya fikrin təsviri başa düşülür. 

Verilənlər  ümumi  halda  ad,  qiymət,  tip,  struktur  xarakteristikaları  ilə  təyin 

olunurlar. 

Verilənin adı onun mənasını (semantikasını) ifadə edir. 

Verilənin  qiyməti  isə  əslində  verilənin özünü xarakterizə  edir,  çünki  faktları 

bir-birindən ayırmaq üçün onları qiymətləndirmək lazımdır. 

Verilənlərin  tipi  xarakteristikasından  əsasən  proqramlaşdırmada  istifadə 

olunur. Tipinə görə verilənləri 4 qrupa ayırırlar: 



hesabı

 (və ya rəqəm tipli), 

mətn

 

(və ya simvol tipli), 



məntiqi

 və 

göstərici

 . 


Hesabı verilənlərdə qiymət rəqəmlə ifadə olunur. 

Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur. 

Məntiqi  verilənlərdə  qiymət  məntiqi  kəmiyyətlə  ifadə  olunur  (məsələn, 

“sıradakı ikinci ədədin tək ədəd olması yalandır”). 

Göstərici  tipli  verilənlərdən  isə  proqramlaşdırmada  yaddaş  ünvanları  ilə 

işləmək üçün istifadə olunur. 

Qeyd edək ki, proqramlaşdırmada verilənlər say sisteminə, təsvir formasına 

görə də xarakterizə edilir. 

Qısa  izahatdan  göründüyü  kimi  “

informasiya

”,  “


fakt

”  (“


məlumat

”, 




xəbər

”)  və  “



verilənlər

”  anlayışları  bir-birinə  çox  oxşar  olsa  da  onlar  arasında 

müəyyən  fərqlər  var.  Buna  baxmayaraq,  informatikada  bu  anlayışlar  eyni  məna 

kəsb edir, yəni, bu terminlər sinonim kimi qəbul olunur. Bunun əsas səbəbi ondan 

ibarətdir ki, kompüterdə saxlanılan, işlədilən (təhlil olunan və ya emal edilən) və 

istifadəçiyə  çatdırılan  verilənlərin  (faktların)  informasiya  daşıyıb-daşımaması 

məsələsi istifadəçiyə aiddir. 

Beləliklə,  informatikada  ən  çox  işlədilən  “



informasiya

”  və  “


verilənlər

” 

sözləri qarşılıqlı əvəz olunan anlayışlardır. 



Bir  çox  hallarda  məlumat  və  informasiya  anlayışları  da  eyniləşdirilir. 

Doğrudan  da  əksər  hallarda  onların  məna  yükü  eynidir.  Bununla  belə,  məlumat 

və  informasiya  anlayışlarını  bütün  hallarda  eyniləşdirmək  düzgün  deyildir,  çünki 

məlumat  informasiyaya  nəzərən  daha  geniş  anlayışdır.  Başqa  sözlə,  hər  bir 

informasiya  məlumat  olduğu  halda,  hər  bir  məlumat  informasiya  olmaya  bilər. 

İnformasiya  məlumata  nəzərən,  daha  yığcam,  konkret  və  mükəmməl  olub, 

çevrilmə obyektidir. 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə