İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə3/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   2   3   4   5   6   7   8   9   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



Lokal şəbəkə topologiyası............................................................................... 

363 

Lokal şəbəkələrin fəaliyyət texnologiyası....................................................... 



366 

Şəbəkədə işin sistem təminatı......................................................................... 

373 

İnternetin xidmətlərindən istifadə imkanları................................................... 



380 

İnternetdə ünvanlaşdırma (TCP/IP protokolu) .............................................. 

388 

İnternet resurslarının ünvanlaşdırılması........................................................... 



390 

TCP/IP protokollar ailəsi.................................................................................. 

392 

Qlobal şəbəkələr............................................................................................... 



393 

Qlobal şəbəkənin strukturu............................................................................... 

393 

ATM texnologiyası.......................................................................................... 



394 

FƏSİL XVIII. İNTERNETDƏN TƏHLÜKƏ VƏ ONDAN MÜDAFİƏ  397 

Kompüter viruslarının meydana gəlməsinin qısa tarixi................................... 

399 

Polimorfizm – virusların mutasiyası................................................................ 



419 

Təhlükəsizliyə qarşı virus hədələrinin tarixi.................................................... 

420 

Mövcud yanaşmaların nöqsanları..................................................................... 



421 

Antivirus proqramlarının yaradılması və inkişafı............................................ 

423 

TESTLƏR....................................................................................................  429 

ƏDƏBİYYAT..............................................................................................  639 

 

 

 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  7 



 

 

 

 

 

 

 

G İ R İ Ş 

 

Hesablama  texnikasının  sürətli  inkişafı  və  geniş  yayılması  yeni  elm 

sahəsinin  -  informatikanın  meydana  gəlməsi  üçün  zəmin  yaratdı.  Hazırda 

bütün  dünyada  ən  dinamik  inkişaf  edən  qabaqcıl  texnologiyalardan  biri 

informasiya  texnologiyasıdır.  Günbəgün  dəyişən  və  sürətlə  inkişaf    edən 

informasiya  texnologiyası  mütəxəssisdən  böyük  çeviklik  və  daim  bu 

texnalogiyaya uygunlaşmağa hazır olmaq tələb edir. Kompüter texnikasının 

ildən-ilə belə sürətlə inkişaf etməsi bu qənaətə gəlməyə imkan verir ki, XXI 

əsrin  əvvəllərindən  bütün  inkişaf  etmiş  ölkələrdə  informasiyanın 

saxlanılması yalnız kağızsız texnologiyaya əsaslanacaq. 

İnformatika informasiyanın çevrilməsi haqqında elm olub, hesablama 

texnikasının istifadəsinə əsaslanır, informasiya sistemlərinin yaradılması və 

fəaliyyəti  haqqında  bilik  verir.  Bu  biliklər  informasiyanın  yığılması,  emalı, 

ötürülməsi  və  istifadəsini  hesablama  texnikasının  tətbiqi  ilə  əlaqələndirir. 

Hesablama  texnikasının  tətbiqi  də  öz  növbəsində  yeni  insan-maşın 

texnologiyasını əhatə edir. 

İqtisadiyyatın  idarə  edilməsi  prosesində  informatikanın  rolu 

əvəzedilməzdir.  İnformatika  bir  elm  sahəsi  kimi  öyrənilən  hadisənin 

informasiya  modeli  qurulduqdan  sonra  öz  imkanlarını  reallaşdıra  bilir. 

İnformatika bu modelin qurulmasının ümumi metodoloji prinsiplərini işləyib 

hazırlayır.

   



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 





 

 

 

 


İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  9 



 

F Ə S İ L  I. İNFORMASİYA ELMİ, TƏRKİB 

HİSSƏLƏRİ, PREDMETİ VƏ MƏQSƏDİ 

 

 

İNFORMATİKA FƏNNİNİN PREDMETİ 

VƏ MƏZMUNU 

 

Müasir  şəraitdə  cəmiyyətin  ən  əsas  inkişaf  istiqamətlərindən  biri  bütün 

sahələrin  kompüterləşdirilməsi  və  informasiyalaşdırılmasıdır.  Problemin  həlli 



İnformatika

” adlı müasir elm sahəsi ilə bağlıdır. 

İnformatika fənninin əsas məqsədi insanlarda məntiqi və alqoritmik təfəkkür 

tərzini,  məsələlərin  səmərəli  həlli  üsullarının  seçilməsinə  yönəlmiş  yaradıcı  və 

əməli  düşünmə  qabiliyyətlərini  formalaşdırmaq,  həmçinin  onların  gündəlik 

qarşılaşdıqları  problemlərin  həlli  üçün  tələb  olunan  zəruri  informasiyaları 

kompüter  vasitəsilə  əldə  etmələri  sahəsində  texniki  bacarıq  və  vərdişlərin 

öyrədilməsidir. 

Hazırda cəmiyyətin və  onun  bütün  sahələrinin  inkişafı İnternetin artmaqda 

olan  intellektual  imkanlarından  və  informasiya  resurslarından  geniş  istifadə 

olunması  ilə  əlaqədardır.  Ona  görə  də  konkret  halda  



İnformatika

”  kursunun 

tədrisinin  əsas  məqsədi  və  vəzifəsi  insanları  informatikanın  elm  və  informasiya 

sənayesi sahəsi kimi, həmçinin fərdi kompüterlərin və İnternetin müasir vəziyyəti 

ilə,  eləcə  də  ən  müasir  informasiya  kommunikasiya  texnologiyalarının  imkanları 

və  tətbiq  dairələri  ilə  tanış  etmək,  onlarda  həmin  texnologiyalardan  səmərəli 

istifadə sahəsində bilik əldə etməyə köməkçi olmaqdır. 

“İnformatika”  termini  fransızca  “

informatique

”  sözü  olub  informasiya  və 

avtomatika  sözlərinin  birləşməsindən  yaranmışdır.  Odur  ki,  informatika,  ilk 

növbədə, informasiyanın avtomatik işlənməsi mənasını ifadə edir. 

İnformatika  təbiətdə,  cəmiyyətdə  və  insan  fəaliyyətində  baş  verən 

hadisələrlə  bağlı  olan  informasiya  prosesləri  haqqında,  həmçinin  informasiya  və 

informasiya  prosesləri,  informasiyalaşdırmanın  aparat  və  proqram  vasitələri, 

informasiya və kommunikasiya texnologiyaları haqqında kompleks elmdir. 

Bu onu göstərir ki, informatikanın fəaliyyət dairəsi “

kompüter  haqqında

” 

elm olmaqdan daha genişdir. Akademik B.M. Qluşkovun və V.S. Mixaleviçin fikrinə 



görə  informatika  kompüterləşdirilmiş  informasiya  sistemlərinin  fəaliyyətinin 

layihələndirilməsinin 

işlənməsinin, 

yaradılmasının, 

səmərəliliyinin 

qiymətləndirilməsinin,  onun  müxtəlif  sahələrdə  tətbiqinin  və  təsirinin  bütün 

aspektlərini öyrənən kompleks elmdir. 

İnformatikanın  ən  mühüm  və  vacib  fənnlərdən  biri  kimi  əksər  dünya 

ölkələrinin,  həmçinin  bizim  ölkəmizin  təhsil  sistemlərində  öyrənilməsinə  xüsusi 

diqqət  yetirilir.  İnformatika  insanın  zehni  inkişafına  kömək  edir,  məntiqi 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə