İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə6/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   2   3   4   5   6   7   8   9   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  15 



İnformasiyanın  ötürülməsi.

  Toplanan  informasiya  təhlil  olunmaq  üçün 

təhlil  vasitələrinə  ötürülməlidir.  Adi  halda  informasiyanın  təhlili  (işlənməsi  və  ya 

emalı) insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompüter vasitəsilə aparılır. 

İnformasiyanın  toplanan  məntəqədən  təhlil  məntəqəsinə  qədər  olan  məsafədən 

asılı  olaraq  ötürülməsi  üçün  müxtəlif  vasitələrdən  istifadə  oluna  bilər.  Yaxın 

məsafədən ötürülmələrdə kabellərdən, uzaq məsafədən ötürülmələrdə isə rabitə 

kanallarından  (telefon,  teleqraf,  peyk  rabitəsi  və  s.)  istifadə  olunur.  Müasir 

kompüterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafədən qəbulu və 

ötürülməsi  üçün  modem  (söz 



Modulyator  və  Demodulyator 

qurğuları  adlarının 

birləşməsindən yaranmışdır) adlanan xüsusi qurğudan istifadə olunur. 

Texnologiya  proseslərin  idarəedilməsi  sistemlərində  toplanan  informasiya 

çox  vaxt  analoq  (kəsilməz)  formalı  kəmiyyətlər  olur.  Mövcud  rabitə  kanalları  və 

kompüterlər  isə  diskret  formalı  siqnallarla  işləyirlər.  Odur  ki,  belə  hallarda 

informasiya  ötürülməzdən  əvvəl  analoq  formasından  diskret  formaya  (və  ya 

əksinə)  çevrilməlidir.  Bu  məqsədlə 



analoq-kod  çeviricisi

  adlanan  xüsusi 

qurğudan istifadə olunur. 

İnformasiyanın  saxlanması.

  İnformasiya  təhlil  olunmazdan  əvvəl  və 

sonra  informaiya  daşıyıcılarında  saxlanılır.  İnformasiya  daşıyıcısı  kimi  kağızdan, 

perfokartdan,  perfolentdən,  kitabdan,  maqnit  lentindən,  müasir  kompüterlərdə 

isə  maqnit  və  lazer  disklərindən,  fləşlərdən  (flash)  və  fləş  kartlardan  istifadə 

olunur. 


İnformasiyanın  axtarışı  və  işlənməsi.

  Əməliyyat  adi  halda  insan 

tərəfindən,  avtomatlaşdırılmış  halda  isə  komüpter  vasitəsilə  aparılır. 

İnformasiyanın  işlənməsi  informasiyanın  əsas  problemi  hesab  olunur. 

İnformasiyanın  işlənməsi  başqa  sözlə  qarşıya qoyulan  məsələnin  həlli deməkdir. 

Bunun  üçün  əvvəlcədən  hazırlanmış  alqoritmlərdən  və  proqramlardan  istifadə 

olunur. 

İnformasiyanın  işlənməsindən  alınan  nəticələr  tələb  olunan  formada 

istifadəçilərə  çatdırılır.  Nəticədə  informasiyanın  istifadəçilərə  çatdırılmasına  çox 

vaxt ayrıca proses kimi baxılır. Avtomatlaşdırılmış üsulla (kompüterlə) təhlil edilən 

(işlənən)  informasiya  istifadəçilərə  adətən  kompüterin  xaricetmə  qurğuları  ilə 

(monitor,  printer,  qrafikçəkən  qurğu  və  s.)  mətn,  cədvəl,  qrafik  və  s.  şəklində 

çatdırılır. 

İnformasiya  proseslərinin  avtomatlaşdırılmasının  ümumi  sxemi  aşağıdakı 

şəkildə verilmişdir. 

İnformasiya  proseslərinin  yerinə  yetirilmə  ardıcıllığını  əks  etdirən  sxem 

avtomatlaşdırılmış informasiya və idarəetmə sisteminin sadələşdirilmiş quruluşunu 

göstərir.  İş  rejimləri  analoq  kəmiyyətləri  ilə  tənzimlənən  texnoloji  proseslərin 

idarəedilmə  sistemlərində  informasiyanın  işlənməsindən  alınan  nəticələr  kod-

analoq  çeviricisi  ilə  kod  formasından  analoq  formasına  çevrildikdən  sonra  idarə 

olunan obyektin icra mexanizminə verilir. 

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



16 

 

 



 

İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi 

 

 

İNFORMASİYANIN TƏDQİQİNƏ YANAŞMA ASPEKTLƏRİ 

 

Qeyd  edildiyi  kimi  “



informasiya

”  latın  sözüdür.  Uzun  illər  ərzində  onun 

mənası  müəyyən  təkamülə  uğramışdır.  Əvvəllər  “

informasiya

”  dedikdə, 



təqdimat

”,  “


anlayış

”,  “


kontur

”,  sonralar  isə  “



məlumat

”,  “


xəbərlərin 

verilməsi

” başa düşülürdü. “İnformasiya” sözünün hamı tərəfindən qəbul edilmiş 

mənası  olduqca  çətindir  (elastikdir).  Bu  baxımdan  da  son  illərdə  alimlər 

informasiyanı “



məlumatda müəyyənlik ölçüsü

” adlandırmışlar. Qeyd etdiyimiz 

kimi informasiya informatikanın öyrəndiyi əsas predmetdir. Hətta yeni elm sahəsi 

–  informasiya  nəzəriyyəsi  yaranmışdır  ki,  bu  da  informasiyanın  yığılması, 

ötürülməsi, saxlanması və işlənməsi proseslərini tədqiq edir. 

İstehsalın  idarə  edilməsi  prosesində  dövr  edən  informasiyanın  öyrənilməsi 

onun tədqiqinın ümumi üsullarına əsaslanır. Bu zaman informasiya üç aspektdə: 

praqmatik, semantik və sintaksis

 tədqiq edilir. 

İnformasiyaya 

praqmatik 

aspektdə  baxıldıqda,  idarəetmə  prosesində 

qərarların  qəbulu  üçün  informasiyanın  praktik  cəhətdən  nə  qədər  faydalı  və 

qiymətli olması müəyyən edilir. 

İnformasiyanın  praktik  cəhətdən  faydalı  olması  onun  bir  neçə 

xarakteristikası ilə müəyyən olunur. Bu xarakteristikaya aşağıdakılar aiddir: 

 

informasiyanın dolğunluğu (tamlığı); 



 

informasiyanın gerçəkliyi (mötəbərliyi); 



 

informasiyanın mümkünlüyü (anlaşıqlı olması); 



 

informasiyanın aktuallığı.   



İstehsalın avtomatlaşdırılmış idarə edilməsi sistemlərinin yaradılması zamanı 

informasiyanın  praqmatik  aspektdə  öyrənilməsi istehlakçılar üçün  informasiyanın 

zərurilik  və  kafilik  dərəcəsini,  faydalı  informasiyanın  həcmini,  faydasız  sənədlər 

İdarəetmə 

obyekti 

(istifadəçi

İnformasiyanın 



toplanması prosesinin 

həyata keçirilməsi 

İnformasiyanın 

 

 



mərhələsi 

ötürülməsi 

Nəticələrin alınması 

İnformasiyanın 

ötürülməsi və ya 

verilməsi 

İnformasiyanın 

saxlanması, 

axtarışı, emalı 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə