İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə14/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   10   11   12   13   14   15   16   17   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



32 

sözü sonralar Avropada “Qubernator” sözü kimi uzun illər boyu istifadə edilmişdir.     

“Kibernetika”  terminini  ilk  dəfə  görkəmli  fransız  fiziki,  alim  Andre-Mari 

Amper  (1775-1836)  “Elmin  fəlsəfəsi  haqqında  təcrübə”  (1834-1843)  əsərində 

istifadə  etmişdir.  Uzun  illər  boyu  söz  unudulmuş  və  1948-ci  ildə  Norbert  Viner 

(1894-1964) tərəfindən təklif edilmişdir. Alim bu sahəni 1954-cü ildə çap etdirdiyi 

“Kibernetika və cəmiyyət” əsərində ətraflı tədqiq etmişdir.  

Kibernetikanın  daha  çox  fəlsəfi  baxımdan  araşdırılması  fransız  alimi  Lui 

Kuffinyala məxsusdur (bu 1956-cı ilə təsadüf edir). 

 

 



 

Platon 


 

 

A.M. Amper 



 

 

Sistem  fəaliyyət  göstərdikdə  onun  elementləri  arasında  qarşılıqlı  əlaqə 



yaranır.  Əgər  bu  əlaqə  zamandan  asılı  olmazsa,  onda  sistemin  elementləri 

arasındakı  əlaqə  statistik  əlaqə  adlanır.  Əgər  sistemin  elementləri  arasındakı 

əlaqə zamandan asılı olaraq dəyişirsə, onda belə əlaqə dinamik əlaqə adlanır. Bir 

halda ki, statik sistemlər zamana nəzərən öz vəziyyətini dəyişmir, deməli onlarda 

idarəetmə  qanunları  fəaliyyət  göstərmir.  Elə  buna  görə  də  kibernetika  statik 

sistemləri  öz  tədqiqat  obyektinə  daxil  etmir,  yalnız  dinamik  sistemlərdə  gedən 

proseslərin idarə olunması prinsiplərini öyrənməklə məşqul olur. 

Kibernetik  tədqiqatlarda  sistem  olmadıqda  idarəetmədən  söhbət  gedə 

bilməz. Ona görə də idarəetmə hər hansı mürəkkəb sistemin əsas xassəsi hesab 

olunur. 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  33 

Sistemləri  iki  əlamətə:  fəaliyyət  şərtlərinə  görə  və  mürəkkəblik  dərəcəsinə 

görə təsnifləşdirmək olar. 

Fəaliyyət  şərtlərinə  görə  sistemlər  determinə  olunmuş  (müəyyən)  sistemə 

və ehtimallı sistemə ayrılır. 

Determinə  olunmuş  sistemlərdə  onun  elementləri  və  bu  elementlər 

arasındakı qarşılıqlı əlaqələr qabaqcadan müəyyən olunmuş qaydada mövcud olur. 

Bu  növ  sistemlərin  tədqiqatı  zamanı  heç  bir  qeyri-müəyyənlik  olmur.  Belə  halda 

sistemin özünü necə aparacağı əvvəlcədən məlumdur. 

Ehtimallı  sistemlərdə  elementlər  və  onlar  arasındakı  əlaqələrin  dəyişməsi 

ehtimal  xarakterlidir,  yəni  müxtəlif  vəziyyətlərdə  bu  sistemlərin  özlərini  necə 

aparacağı  barədə  əvvəlcədən  fikir  söyləmək  çətindir.  Odur  ki,  bu  növ  sistemlər 

idarəetmə  baxımından  xüsusi  maraq  doğurur  və  praktikada  bunlara  daha  çox 

təsadüf edilir.  

Mürəkkəblik  dərəcəsinə  görə  sistemlər  sadə,  mürəkkəb  və  çox  mürəkkəb 

sistemlərə bölünür. 

Sadə sistemlər qarşılıqlı əlaqədə fəaliyyət göstərən az sayda elementlərdən 

ibarət  olub,  şaxələnməyən  quruluşa  malikdir.  Bu  cür  sistemlər  və  onlardakı 

dəyişikliklər asanlıqla təsvir oluna bilər. 

Mürəkkəb  sistemlər  qarşılıqlı  əlaqədə  fəaliyyət  göstərən  çoxsaylı 

elementlərdən  ibarət  olub,  şaxələnən  quruluşa  malikdir  və  daha  mürəkkəb 

funksiyaları  yerinə  yetirir.  Hər  hansı  bir  elementin  və  ya  əlaqənin  dəyişilməsi 

sistemin bir çox elementlərinin dəyişilməsinə səbəb olur.  

Çox  mürəkkəb  sistemlər  elə  sistemlərdir  ki,  onların  vəziyyətini  bu  və  ya 

başqa  səbəblərə  görə  tam  şərh  etmək  mümkün  olmur.  Buna  ölkənin 

iqtisadiyyatını, fermerlərin fəaliyyətini və insan beynini misal göstərmək olar. 

Sistemlər  fasiləsiz  (analoq  sistem)  və  diskret  (impuls)  olur.  Sistemin 

fəaliyyət  göstərdiyi müddət  ərzində  giriş siqnallarının  təsiri  fasiləsiz  olarsa,  onda 

belə  sistemə  fasiləsiz  sistem  deyilir.  Giriş  siqnallarının  təsiri  ara  bir olarsa,  onda 

belə sistemə diskret sistem deyilir. 

Sistemin  elementlərini  öyrənən  və  onlar  arasında  əlaqəni  formalaşdıran 

zaman, adətən sistemin “girişi” və “çıxışı” anlayışlarından istifadə edilir. 

Sistemin  girişi  vasitəsilə  xarici  aləmdən  (başqa  elementlər  vasitəsilə) 

sistemə,  çıxışı  vasitəsi  ilə  isə  xarici  aləmə  (başqa  elementlərə)  təsir  edilir. 

Sistemin  elementində  xarici  təsiri  xarakterizə  edən  kəmiyyət  giriş  kəmiyyəti 

(vəziyyəti),  çıxışın  vəziyyətini  əks  etdirən  kəmiyyət  isə  çıxış  kəmiyyəti  adlanır. 

Məsələn,  istehsal  prosesini  davam  etdirmək  üçün  müəssisə  giriş  vasitəsilə  xarici 

aləmdən  maddi  ehtiyatlar  -  xammal,  yanacaq,  yarımfabrikatlar,  avadanlıq  və  s. 

alır, çıxışı vasitəsilə isə istehsal etdiyi məhsulu özündən kənarlaşdırır (xarici aləmə 

təsir edir).  

Qeyd etmək lazımdır ki, uzun müddət sistemin girişi (daxil olan xammalın, 

avadanlığın  miqdarı,  çeşidi,  müddəti)  və  çıxışı  (satılacaq  malın  haraya,  hansı 

qaydada  və  nə  zaman  satılması  və  s.)  dəqiq  müəyyən  edilmirdi.  Kibernetika 

elminin nailiyyətləri əsasında bu məsələ artıq müəyyən edilmək üzrədir. 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



34 

Verilmiş sistemdə girişlərin və çıxışların vəziyyətini müəyyən ədədlərlə ifadə 

etmək  olar.  Əgər  sistem  yalnız  bir  girişə  və  bir  çıxışa  malikdirsə,  onda  girişin 

vəziyyəti x ilə, çıxışın vəziyyəti y ilə ifadə ediləcək. 

Giriş  və  çıxışın  vəziyyətini  müəyyən  edən  ədədlər  adətən  həqiqi  ədədlər 

(skalyarlar) olur. Əgər bu vəziyyətlər keyfiyyət xarakteri daşıyırsa, daha doğrusu, 

onlar hər hansı əlamətin mövcudluğu, yaxud yoxluğu ilə müəyyən edilirsə, onda 

bu  vəziyyətləri  ifadə  etmək  üçün  “0”  və  “1”  rəqəmlərindən  istifadə  etmək 

kifayətdir (“0” həmin əlamətin yoxluğunu, “1” isə girişdə və çıxışda bu əlamətin 

mövcudluğunu göstərir). 

Sistemin bir neçə girişi və bir neçə çıxışı ola bilər. 

Belə ki, hər bir girişin və hər bir çıxışın vəziyyəti bir ədədlə ifadə edilə bilər. 

Belə halda bütün girişlər (m) və çıxışlar (n) aşağıdakı uyğun vektorlar vasitəsilə 

müəyyən edilə bilər: 

 

x=(x

1

, x

2

, ...., x

m

); 

y=(y

1

, y

2

, ...., y

n

); 

 

Belə sistemlərin blok sxemini də bir girişli və bir çıxışlı sistemin blok–sxemi 

kimi göstərmək olar. Lakin burada x və y ayrıca rəqəmləri deyil, uyğun vektorları 

ifadə edəcəkdir. 

İnsanlar  müəyyən  ictimai-istehsal  və  iqtisadi  münasibətlərdə  olurlar.  Ona 

görə  iqtisadi  sistemlər  məhsuldar  qüvvələrlə  istehsal  münasibətlərinin 

vəhdətindən  təşkil  edilir.  İqtisadi  sistemlərin  fəaliyyət  göstərməsində  istehsal 

vasitələri üzərində mülkiyyət forması əsas rol oynayır. Bu, nəticə etibarilə iqtisadi 

sistemlərin  quruluşunu,  onların  fəaliyyət  göstərmə  mexanizmini,  məqsədini  və 

inkişaf istiqamətlərini müəyyən edir. 

İqtisadi  sistem  özlüyündə  maddi  və  qeyri  maddi  istehsal  sahələrini  əhatə 

edir.  Burada  ictimai-siyasi  amillər  xarici  təsir  amili  hesab  olunur  və  onun 

məqsədini  müəyyənləşdirir.  Məsələyə  bu  cür  yanaşdıqda  iqtisadiyyat,  təbii 

ehtiyatları  maddi  nemətlərə  çevirən  (sonradan  cəmiyyət  tərəfindən  istehlak 

olunan) mürəkkəb dinamik sistem kimi, öyrənilmə obyekti hesab olunur. Burada 

cəmiyyət bir tərəfdən ictimai-istehsalın nəticələrinə əsasən maddi nemətlərə tələb 

göstərən istehlakçıların məcmusu, digər tərəfdən istehsalçıların ittifaqı kimi özünü 

biruzə verir.  

İctimai  tələblə  onun  ödənilməsi  imkanı  arasındakı  fərq  iqtisadi  sistemlərin 

inkişaf  etdirilməsini  tələb  edən  əsas hərəkətverici  göstərici hesab  olunur.  Çünki, 

cəmiyyətin  inkişafının  əsas  məqsədi  istehlak  komponentlərini  fasiləsiz  olaraq 

genişləndirmək, onların bolluğunu təmin etmək və hər bir komponentin istehsalı 

üçün  canlı  əməkdən,  maddiləşmiş  əməkdən  və  təbii  ehtiyatlardan  maksimum 

qənaətlə istifadə etməkdir. Ona görə də iqtisadi sistemlərin komponentlərinin sayı 

fasiləsiz  artır,  ictimai  istehsal  keyfiyyət  və  kəmiyyət  cəhətdən  inkişaf  etdirilir  və 

ictimai əmək məhsuldarlığı durmadan artırılır.  




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə