İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə16/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   12   13   14   15   16   17   18   19   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  37 

edilməsi  və  əks  etdirilməsi  vasitələri  də  daxildir.  Adi  informasiya  sistemlərindən 

fərqli  olaraq  avtomatlaşdırılmış  iqtisadi  informasiya  sistemləri  yalnız  bir  məqsəd 

və  müəyyən  predmet  sahəsi  üçün  deyil,  müəyyən  predmet  sahəsi  çərçivəsində 

istifadəçilərin  müxtəlif  məqsədlər  üçün  informasiyaya  olan  tələbatının 

ödənilməsinə xidmət edir. 

Son 


dövrlərdə 

iqtisadi 

informasiya 

sistemlərinin 

mütərəqqi 

avtomatlaşdırılması  və  kompüter  texnikası  vasitələrinin  yaradılması,  həmçinin 

tətbiqi,  konsepsiya  sistemlərini  strateji  informasiya  mənbələrinə  çevirməklə, 

bütün  sahələrdə  və  idarəetmə  səviyyələrində  istifadə  olunur.  Məhz  bunun 

sayəsində idarəetmə heyəti zəruri informasiyanı vaxtında əldə edə bilir, müəssisə 

(firma) və təşkilatlar qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi, onların 

fəaliyyətinin  müvəffəqiyyətlə  həyata  keçirilməsi  üçün  əlverişli  şərait  yaratmaqla 

yanaşı, yeni məhsullar istehsalının və xidmət növlərinin mənimsənilməsi, əlverişli 

satış  bazarlarının  və  layiqli  partnyorların  tapılmasını,  məhsulların  və  xidmətlərin 

dəyərinin aşağı salınmasını və s. təmin edir. 

Avtomatlaşdırma  vasitələri  və  yeni  texnologiyaların  tətbiqinə  əsaslanan 

informasiya  sistemləri  iqtisadi  informasiyanın  işlənməsi  və  idarəetmə 

məsələlərinin  həllini  insan-kompüter  sistemləri  kimi  qəbul  edir.  Belə  informasiya 

sistemlərinin  fəaliyyəti  ilə  bağlı  daha  dolğun  təsəvvür  əldə  edilməsi  üçün 

kompüterdə  həll  edilən  problemlərin  və  gedən  təşkilati  proseslərin  mahiyyətini 

olduğu  kimi  dərk  etmək  lazımdır.  Belə  sistemlərin  fəaliyyəti  nəticəsində  düzgün 

idarəetmə  qərarlarının  hazırlanmasının  təmin  edilməsi  üçün  aşağıdakılar  nəzərə 

alınmalıdır: 

 

həll edilən idarəetmə məsələlərinin strukturlaşdırılması; 



 

müəssisə  (firma)  və  təşkilatın  qərarlar  qəbul  edilməsi  lazım  gələn 



idarəetmə iyerarxiyasının səviyyəsi; 

 



həll edilən idarəetmə məsələsinin hansı funksional sferaya aid olması; 

 



tətbiq edilən informasiya texnologiyasının növü. 

 

İNFORMASİYA SİSTEMİNİN APARAT VƏ 

PROQRAM HİSSƏSİ 

 

Kompüter  informasiya  sistemində  yerinə  yetirilən  işin  texnologiyası, 

kompüterin  tətbiq  olunduğu  sahələrdən  kənarda  fəaliyyət  göstərən  mütəxəssis 

tərəfindən  asanlıqla  başa  düşülür,  mütəxəssisin  peşə  fəaliyyəti  proseslərinə 

nəzarəti və həmin prosesləri idarə etməsi zamanı uğurla istifadə olunur. 

İqtisadi  informasiya  sistemlərinin  tətbiq  edildiyi  sahədən  asılı  olmayaraq 

informasiyanın işlənməsinin bütün sistemləri praktiki surətdə elmi tərkib hissələr 

(komponentlər)  yığımını  özündə  birləşdirir  və  bu  komponentlər  şərti  olaraq 

təminat növləri adlandırılır. 

Beləliklə  istənilən  informasiya  sistemləri  quruluşu  təminat  altsistemlərin 

yığımı (quruluşu) kimi təsəvvür edilir.  



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



38 

İqtisadi informasiya sistemləri ümumi formada aşağıdakı kimi göstərilir. 

 

 

 



 

 

 



 

Texniki  təminat  məlumatların  işlənmə  sisteminin  fəaliyyəti  üçün  tətbiq 

edilən  texniki  vasitələr  kompleksindən  ibarətdir.  Bu  kompleksin  tərkibinə  həm 

məlumatların  işlənməsinin  tipik  əməliyyatlarını reallaşdıran  vasitələr (informasiya 

toplayan,  qeyd  edən,  ilkin  işləyən,  periferiya  qurğuları,  müxtəlif  təyinatlı təşkilat 

texnikası,  telekommunikasiya  və  rabitə  vasitələri  və  s.),  həm  də  müxtəlif 

parametrlərə malik hesablama maşınları daxildir. 

İnformasiya sisteminin riyazi təminatına konkret hesablama maşınının riyazi 

təminatı  ilə  yanaşı,  ayrı-ayrı  məsələlərin  riyazi  təminatı,  sənədlər  və  təminatlar 

daxildir.  Ümumi  sistemin  riyazi  təminatı  isə  istehsal-iqtisadi  məsələlərin  işçi 

proqramlarının  tərtibi  zamanı  sistemin  fəaliyyətini  təmin  edən  vasitələrin  və 

standart proqramların məcmusundan ibarətdir. 

Proqram  təminatı  məlumatların  avtomatlaşdırlmış  işlənmə  sisteminin 

yaradılması və istismarı üçün istifadə edilən proqram vasitələrinin məcmusundan 

ibarətdir. Proqram təminatının tərkibinə baza (ümumi sistem) və tətbiqi (xüsusi) 

proqram  məhsulları  daxildir.  Baza  proqram  vasitələri  insan  və  kompüterin 

qarşılıqlı  fəaliyyətinin  avtomatlaşdırılması,  məlumatların  işlənməsinin  tipik 

proseduralarının  təşkili,  məlumatların  işlənməsi  sisteminin  texniki  vasitələrinin 

fəaliyyətinin nəzarət edilməsi və onların diaqnostikasına xidmət göstərir.  

Tətbiqi  proqram  təminatı  informasiya  sisteminin  funksional  məsələlərinin 

həlli  prosesinin  avtomatlaşdırılması  üçün  istifadə  edilən  proqram  məhsullarının 

məcmusundan  ibarətdir.  Onlar  həm  universal  vasitələr  kimi  (mətn  redaktorları, 

elektron  cədvəlləri,  məlumat  bazalarının  idarə  edilməsi  sistemləri),  həm  də 

müxtəlif təbiətli obyektlərin funksional altsistemləri məsələlərinin reallaşdırılması-

nın xüsusi vasitələri kimi işlənib hazırlana bilər. 

İnformasiya  təminatı  informasiyanın  yerləşdirilməsi,  təşkili  üsulları  və  vasi-

tələri məcmusundan ibarət olmaqla unifikasiya edilmiş sənədlər sistemini, əlverişli 

sənəd  dövriyyəsi  və  sənəd  formalarını,  təsnifat  və  kodlaşdırma  sistemini  və 

sistemin  maşındaxili  informasiya  bazasının  yaradılması  üsullarını  özündə 

birləşdirir.  Qəbul  edilən  idarəetmə  qərarlarının  düzgünlüyü  və  keyfiyyəti  xeyli 

dərəcədə işlənib hazırlanmış informasiya təminatının keyfiyyətindən asılıdır. 

İnformasiya  sisteminin  təşkilati  təminatı  dedikdə,  iqtisadi-riyazi  metodların 

EHM (Elektron Hesablama Maşınları) və təşkil texnikasının geniş tətbiqi şəraitində 

Texniki təminat 

Riyazi təminat 

Proqram təminatı 

İnformasiya təminatı 

Təşkilati təminat 

Hüquqi təminat 

İnformasiya 

sistemi 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə