İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə17/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   13   14   15   16   17   18   19   20   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  39 

bu sistemi, onun altsistemlərinin və elementlərinin layihələndirilməsi və tətbiqinə, 

onlar 


arasında 

quruluşca 

qarşılıqlı 

əlaqələrin 

yaradılması 

işlərinin 

bölüşdürülməsinə,  optimal  sistemin  yaradılmasında  və  tətbiq  edilməsində  iştirak 

edən  şəxslərin,  kollektivlərin  öz  funksiyalarını  vaxtında,  keyfiyyətlə  yerinə 

yetirməsinə  və  s.  imkan  verən  metodların  və  proseslərin  məcmusu  nəzərdə 

tutulur.  Təşkilati  təminat  altsisteminin  əsas  məsələlərindən  biri  onun 

layihələndirmə  mərhələlərinin  və  hər  bir  mərhələdə  həll  ediləcək  məsələlərin 

müəyyən edilməsidir. 

Hüquqi 

təminat 


informasiya 

sisteminin 

yaradılması 

fəaliyyətini 

reqlamentləşdirən hüquqi-normativ aktların məcmusundan ibarətdir.  

Hüquqi  təminat  sifarişçi  ilə  informasiya  sistemini  işləyib  hazırlayan  icraçı 

arasındakı  qarşılıqlı  müqavilə  münasibətlərini  müəyyən  edən  normativ  aktları, 

kənarlaşmaların  hüquqi  cəhətdən  tənzimlənməsini  özündə  birləşdirir.  Hüquqi 

təminatın əsasını təşkil edən bütün sənədləri aşağıdakı qruplara bölmək olar: 

 



informasiya sisteminin yaradılması qaydasını əks etdirən sənədlər; 

 



sistemin  bölmələrinin  və  işçilərin  hüquqi  statuslarını  müəyyən  edən 

sənədlər sistemində informasiya proseslərini tənzimləyən sənədlər

 

informasiyadan  istifadə,  qarşılıqlı  mübahisələrin  həll  edilməsi,  kənar 



sistemlərlə əlaqələri müəyyən edən sənədlər və s.  

İnformasiya  sistemləri  bir  çox  əlamətlər  üzrə  təsnifləndirilir.  İnformasiya 

sistemlərinin  yaradılması  və  təsnifatı  zamanı  elə  problemlər  ortaya  çıxır  ki, 

məsələlərin  həllinin  riyazi  və  alqoritmik  şəkildə  yazılması  zərurəti  yaranır.  Belə 

məsələnin  yazılışında  riyazi  dəqiqlik  daha  çox  olanda  məlumatların  kompüterlə 

işlənməsi üçün daha yüksək səviyyədə imkanlar yaranır və bu prosesdə insanların 

iştirakı daha az olur. Belə hallarda məsələlərin həll edilməsinin avtomatlaşdırılması 

səviyyəsi artmış olur. 

Bu cür məsələlər əsasən üç tipdə olurlar: 

 



strukturlaşdırılmış; 

 



strukturlaşdırılmamış; 

 



qismən strukturlaşdırılmış məsələlər. 

Strukturlaşdırılmış  məsələlərin  bütün  elementləri  məlum  olur  və  onlar 

arasında  əlaqə  olur.  Strukturlaşdırılmamış  məsələlərin  elementlərini  müəyyən 

etmək mümkün olmur və elementlər arasında da əlaqə yaratmaq mümkün deyil. 

İnformasiya  sistemləri  idarəetmə  səviyyələri  və  funksional  əlamətlər  üzrə 

təsnif  olunur.  Bu  təsnifatın  növləri  istehsalat  sistemləri,  marketinq  sistemləri, 

maliyyə  və  uçot  sistemləri,  kadrlar  sistemləri  (insan  resursları)  və  firmaların 

spesifik fəaliyyətindən asılı olaraq köməkçi funksiyaları yerinə yetirən və s. tiplər 

ola bilər. 

İnformasiya  sistemləri  də  təsnif  olunur.  Bura  əl,  avtomatik  və 

avtomatlaşdırılmış informasiya sistemləri daxildir.  

 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



40 

MÜXTƏLİF ƏLAMƏTLƏRƏ GÖRƏ İNFORMASİYA 

SİSTEMLƏRİNİN TƏSNİFATI 

 

İqtisadi  informasiya  sistemləri  texnoloji  aspektdə  idarəetmə  prosesində 

yerinə yetirdiyi funksiyalara görə aşağıdakı kimi təsnifləndirilir:  

 



informasiya-axtarış; 

 



informasiya–işlənmə; 

 



informasiya - məsləhətçi; 

 



məlumatların ötürülməsi sistemləri; 

 



informasiya - sorğu və s. 

İnformasiya-axtarış  sistemləri  məlumatların  axtarışına  və  təzələnməsinə 

görə məntiqi əməliyyatların yerinə yetirilməsinə istiqamətlənir. 

İnformasiya–işlənmə  sistemlərinə  iqtisadi  informasiyanın  çevrilməsi 

məsələlərinin həllini təmin edən sistemlər daxildir. 

İnformasiya-sorğu  sistemlərinin  vasitəsilə  yalnız  axtarış  əməliyyatlarının 

reallaşdırılması  deyil,  həmçinin  axtarış,  nəticələrin  məntiqi  işlənməsi,  cavabların 

formalaşdırılması, sorğular üzrə verilməsi həyata keçirilir. 

İnformasiya-məsləhətçi  bir  sistem  kimi  daha  yüksək  pillədə  durur.  Onların 

vasitəsilə standart proqramlar üzrə istehsal–maliyyə fəaliyyətinin təhlili, idarəetmə 

qərarlarının qəbul edilməsi üzrə nəticələrin və tövsiyələrin formalaşdırılması təmin 

edilir. 


 

İNFORMASİYA SİSTEMLƏRİNİN ƏSAS 

KOMPONENTLƏRİ VƏ FƏALİYYƏT SXEMİ 

 

İqtisadi informasiya sistemləri növlərinin müxtəlifliyindən və tətbiq edildikləri 

sahələrdən  asılı  olmayaraq  özünün  tərkibində  aşağıdakı  üç  əsas  komponentlər 

yığımını birləşdirir: 

 

funksional komponentləri



 

məlumatların işlənməsi sisteminin komponentlərini



 

təşkilati komponentləri. 



 

Ümumiyyətlə iqtisadi informasiya sistemlərinə aşağıdakıları aid etmək olar: 

 



 



funksional komponentləri; 

 



funksional altsistemləri

 



funksional məsələləri

 



modellər və alqoritmləri; 

 



məlumatın təhlili (işlənməsi) sisteminin komponentlərini; 

 



informasiya təminatını; 

 



proqram təminatını; 

 



texniki təminatı; 


Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə