İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə15/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   11   12   13   14   15   16   17   18   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  35 

İqtisadiyyata  xas  olan  əsas  əlamətlərdən  biri  onun  müxtəlif  funksiyaları 

yerinə  yetirən,  külli  miqdar  elementlərin  birləşməsindən  ibarət  olan  mürəkkəb 

dinamik  sistem  olmasıdır.  Bununla  yanaşı,  iqtisadi  sistemlərin  texniki  və  bioloji 

böyük  sistemlərdən  fərqli  olan  bir  sıra  xüsusiyyətləri  vardır.  Bunlar 

aşağıdakılardan ibarətdir: 

1.Böyük  iqtisadi  sistemlər  müəyyən  bir  məqsədə  yönəldilir.  Onun  bütün 

altsistemləri,  elementləri  eyni  məqsədə,  ümumi  sistem  qarşısında  qoyulan 

məqsədin yerinə yetirilməsinə xidmət edirlər.  

2.İqtisadi  sistemlərin  mürəkkəbliyi  bununla  izah  olunur  ki,  sistemin  bir 

hissəsində  (altsistemlərində)  dəyişilmə  zəruriliyi,  digər  hissələrin  də  dəyişilməsi 

zəruriliyini  ortaya  atır.  Məsələn,  süni  lif  və  plasmas  istehsalı  texnologiyasının 

dəyişilməsi  və  inkişafı  nəinki  kimya  sənaye  sahələri  quruluşunun  dəyişilməsinə 

səbəb  olmuş,  hətta  ictimai  istehsalın  və  istehlakın  quruluşuna  böyük  təsir 

göstərmişdir.  

Sistemin  mürəkkəbliyinin  başqa  əlaməti  onun  altsistemləri  və  altsistem 

daxilində  olan  elementlər  arasında  külli  miqdar  əks-əlaqənin  olmasıdır.  İctimai 

istehsalda  əks-əlaqəyə  misal  kapital  qoyuluşu  vasitəsilə  yaradılan  əlaqəni 

göstərmək olar. 

3.İqtisadi  sistemlərdə  baş  verən  proseslərin  mexanikləşdirilməsi  və 

avtomatlaşdırılması.  İctimai  istehsalın  ayrı-ayrı  inkişaf  mərhələlərində  insan 

aparıcı rol oynamış və indi də oynayır. Müasir şəraitdə “insan-maşın” sistemlərinin 

yaradılmasında insanın rolu olduqca böyükdür. 

4.İqtisadi sistemlərin fasiləsiz inkişaf etdirilməsi. Elmi-texniki tərəqqi, ictimai 

tələbin və əhalinin sayının artması, iqtisadi sistemlərin quruluşunun dəyişilməsini, 

onun hissələri və elementləri arasında olan əlaqənin daha da təkmilləşdirilməsini 

tələb  edir.  Ona  görə  də  yeni  istehsal  müəssisələri  və  istehsal  sahələri meydana 

gəlir, istehsalın texnologiyası və istehlakın quruluşu əsaslı surətdə dəyişilir, köhnə 

istehsal müəssisələri sıradan çıxır. 

5.İqtisadi  sistemin  elementlərinin  və  istehsal  üsulunun  bir-birini  qarşılıqlı 

əvəz etməsi. Qarşılıqlı əvəz etmə geniş mənada, istehsal prosesində həlledici amil 

olan  canlı  və  maddiləşmiş  əməyi  və  maddi  ehtiyatlar  məsrəfini  əhatə  edir.  Ona 

görə də hər hansı məhsul, komponentlərin müəyyən nisbətində istehsal olunur. 

İqtisadi  sistemlərə təbiət  və  cəmiyyət  tərəfindən təsir olunur.  Həmin xarici 

təsirlər əsas etibarilə fasiləsiz deyil, təsadüfi xarakter daşıyır. 

Beləliklə, bütün iqtisadi proseslərə təsadüfi amillər təsir edir, buna görə də 

həmin  sistemlərin  gələcək  istiqaməti  müəyyən  qədər  qeyri-müəyyən  olur.  Belə 

sistemlər, onların istiqamətini müəyyən qədər obyektiv təyin edən, ehtimal modeli 

vasitəsilə xarakterizə olunur.  



 


İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



36 

İNFORMASİYA SİSTEMİ, STRUKTURU. 

İNFORMASİYA SİSTEMİ İQTİSADİ İNFORMASİYANIN 

ƏSAS OBYEKTİ KİMİ 

 

Müəyyən  qrup  obyektlərin  vəziyyətini  əks  etdirən  informasiyanın  formalaş-



ması,  yığılması,  saxlanması,  axtarışı,  işlənməsi  və  ötürülməsi  proseslərini  yerinə 

yetirən sistemə 



informasiya sistemi

 deyilir. 

İnformasiya  sisteminin  yaradılmasında  məqsəd  istifadəçiləri  lazımi 

informasiya  ilə  təmin  etməkdən  ibarətdir.  İnformasiya  sisteminə  misal  olaraq 

qeyd  kitabçasını,  müxtəlif  məlumat-arayış  kitabçalarını,  kartotekalarda  təşkil 

olunmuş biblioqrafik sistemləri və s. göstərmək olar. 

İnformasiya sistemlərinin elementləri məzmunu və reallaşdırılması əlamətinə 

görə idarəetmə sistemləri iqtisadi, texniki, sosial, bioloji və s. sistemlərə ayrılırlar. 

İdarəetmə sistemlərində idarəetmə obyektləri ilə qarşılıqlı əlaqə yolu ilə idarəedici 

elementlərin  reallaşdırılması  həyata  keçirilir.  Bu  sistemlər  içərisində  iqtisadi 

sistemlər daha geniş yer tutur. 

İqtisadi  sistemlər  maddi  nemətlərin  istehsalı,  bölgüsü,  mübadiləsi  və 

istehlakını  həyata  keçirməklə,  cəmiyyətin  funksional  altsistemidir.  İqtisadi 

informasiya  sistemlərin  fəaliyyəti  zamanı  insanlar  müəyyən  ictimai-istehsal  və 

iqtisadi  münasibətlərdə  olurlar.  Ona  görə  də  iqtisadi  informasiya  sistemləri 

məhsuldar qüvvələrlə istehsal münasibətlərinin vəhdətindən təşkil edilir. 

İqtisadiyyatın  idarə  edilməsinin  informasiya  sistemi  özünəməxsus 

xüsusiyyətlərə 

malikdir 

və 


bu 

xüsusiyyətlər 

idarəetmə 

obyektinin 

xüsusiyyətlərindən irəli gəlir. 

İqtisadi  informasiya  sistemi  obyektlərin  fəaliyyətini  adekvat  (olduğu  kimi) 

şəkildə  əks  etdirmək  və  idarəetmə  funksiyalarını  təmin  etmək  üçün  nəzərdə 

tutulmuşdur. 

İnformasiya  sistemlərinin  öyrənilməsi  məqsədilə  təhlil  və  sintez  həyata 

keçirilir. Təhlil vasitəsilə iqtisadi informasiyanın xassələri, onun qiymətləndirilməsi, 

adekvat informasiya dilinin seçilməsi təmin olunur. 

Sintez  isə  iqtisadi  məsələlərin  maşında  həll  edilməsi  sistemlərinin 

qurulmasının,  o  cümlədən  informasiya  daşıyıcılarının,  onun  kodlaşdırılmasının  və 

klassifikatorlarının layihələndirilməsinə xidmət edir.  

İnformasiya  sistemlərinin  tədqiq  edilməsi  məsələlərin  müasir  kompüterdə 

həllinin  layihələndirilməsindən  əvvəl  həyata  keçirilməlidir.  Bu  halda  məsələlərin 

tərkibi  və  parametrləri,  informasiyanın  təsnifləşdirilməsi  məntiqi  səviyyədə  onun 

quruluşunu aşkar edir. 

Müasir  kompüter  texnologiyaları  əsasında  yaradılan  informasiya  sistemləri 

avtomatlaşdırılmış  iqtisadi  informasiya  sistemləri  adlanır.  Avtomatlaşdırılmış 

iqtisadi informasiya sistemləri texniki, proqram, linqvistik və metodoloji vasitələr 

komplekslərindən  təşkil  olunmuş  mürəkkəb  bir  sistemdir.  Texniki  vasitələrin 

tərkibinə fərdi kompüterlərdən başqa informasiyanın avtomatik ötürülməsi, qeyd 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə