İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə12/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   ...   8   9   10   11   12   13   14   15   ...   134

İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



28 

rejimi  tətbiq  edilən  zaman  informasiyanın  menyu-sütun,  menyu-sətir,  ekran 

cədvəli adlanan yeni quruluş vahidləri də meydana gəlmişdir. 

Dialoq  rejimi  insanın  informasiya  ilə  iş  prosesini  imitasiya  edir,  lakin  bu 

zaman əməliyyatlar avtomatlaşdırılmış üsulla həyata keçirilir. 

İqtisadi  informasiyanın  avtomatlaşdırılmış  təhlili  sistemləri  yaradılarkən 

iqtisadi  informasiyanın  insanın  imkanlarına  uyğun  quruluşundan  maşın 

quruluşuna  və  əksinə  keçirilməsinin  səmərəliliyini  təmin  edilməsi  son  dərəcə 

vacibdir.  

 

MÜXTƏLİF ƏLAMƏTLƏRƏ GÖRƏ İQTİSADİ 

İNFORMASİYANIN TƏSNİFATI 

 

İqtisadi  informasiyanın  mürəkkəbliyi  və  müxtəlifliyi,  onun  tətbiqi  zamanı 

təsnifləşdirməni  zəruri  edir.  İnformasiyanın  təsnifləşdirilməsi  və  qruplaşdırılması 

böyük əhəmiyyətə malikdir. Təhlil sahəsindən və məqsədindən asılı olaraq iqtisadi 

informasiya müxtəlif əlamətlər üzrə təsnifləşdirilə bilər. 

İdarəetmə  prosesində  informasiyanın  iki  baxımdan  təsnifləşdirilməsi  daha 

məqsədəuyğun  hesab  olunur:  funksional  (idarəetmə  funksiyalarına  aidiyyatı)  və 

texnoloji (avtomatlaşdırılmış işlənmə tələbləri). 

Funksional  baxımdan  təsnifləşdirilən  informasiya  obyektin  fəaliyyət 

məqsədini  və  məsələlərini  əks  etdirir.  Təcrübə  göstərir  ki,  funksional  baxımdan 

təsnifləşdirilmiş  informasiyanın  funksiyaları  müxtəlifdir.  Buna  görə  də  iqtisadi 

informasiyanın  idarəetmə  funksiyalarına  görə  təsnifləşdirilməsinin  xüsusi 

əhəmiyyəti vardır. 

İdarəetmə funksiyalarına aidiyyat əlaməti üzrə  təsnifat aşağıdakı kimidir: 

 

idarəetmə elementləri üzrə: normativ-arayış, plan uçot və s. 



 

istehsal  ünsürləri  (elementləri)  üzrə:  əmək  cisimləri,  əmək  vasitələri, 



əmək, hazır məhsul; 

 



istehsal  səviyyələri  üzrə:  müəssisənin  quruluş  bölmələri,  birliklər, 

müəssisələr,  sahələr,  şirkətlər,  nazirliklər,  baş  idarələr,  xalq  təsərrüfatı 

sahələri və s. 

Bazar münasibətlərinin təşəkkülü şəraitində iqtisadiyyatın idarə edilməsində 

baş verən ciddi dəyişikliklər göstərilən əlamətin dəqiqləşdirilməsini tələb edir. Bu 

sahədə  vahid  bir  fikir  olmasa  da  iqtisadi  informasiya  əsasən  iki  böyük  qrupa  – 

idarəetmə  obyektinin  gələcək  vəziyyətini göstərən  plan  informasiyasına  və  onun 

faktiki vəziyyətini göstərən uçot informasiyası növlərinə ayrılır.  

Bunlardan birincisi idarəedici orqan tərəfindən obyektə göndərilir. İkincisi isə 

bunlar  arasında  əks  rabitə  funksiyasını  yerinə  yetirir.  Yalnız  hər  iki  informasiya 

növündən  birgə  istifadə  etməklə  idarəetmə  məsələlərinin  düzgün  həlli  təmin 

olunur.  Planlaşdırma  və  uçotla  yanaşı,  digər  idarəetmə  funksiyalarının  həyata 

keçirilməsi  üçün  onların  özünə  məxsus  informasiya  növlərindən  istifadə  edilir. 



İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  29 

Bura  operativ  idarəetmə,  istehsalın  texniki  hazırlığının  idarə  edilməsi  və  s.  ilə 

əlaqədar funksiyalar aiddir. 

Plan  informasiyası  öz  növbəsində  proqnozlaşdırma,  uzunmüddətli  texniki 

iqtisadi  və  operativ  planlaşdırma  informasiyasına,  uçot  informasiyası  isə 

mühasibat, statistika və operativ uçot informasiyasına bölünür. 

İqtisadi  informasiya  yaranma  mərhələləri  və  mənbələri  əlamətlərinə  görə 

ilkin və törəmə informasiya növlərinə ayrılır.  

İlkin  informasiya  müəssisənin,  şirkətin  istehsal-təsərrüfat  və  maliyyə 

fəaliyyətinin  həyata  keçirilməsi  zamanı,  törəmə  informasiya  isə  ilkin 

informasiyanın  müəyyən  işlənmə  prosesindən  keçməsi  nəticəsində  yaranır. 

Törəmə  informasiya  öz  növbəsində  aralıq  və  nəticə  (icmal-yekun)  informasiya 

növlərinə ayrılır. 

İqtisadi  məsələlərin  həlli  və  idarəetmə  funksiyalarının  yerinə  yetirilməsi 

baxımından  informasiya  yararlığına  (qiymətliliyinə)  və  doğruluğuna  görə 

təsnifləşdirilir.  İnformasiyanın  yararlığı  anlayışı  hələ  də  bir  mənalı  qəbul  edilmir. 

Belə  ki,  eyni  bir  informasiya  bir  çox  amillərdən  asılı  olaraq  konkret  halda  həm 

yararlı, həm də yararsız sayıla bilər. Bir nöqteyi nəzərdən yararlı olan informasiya, 

digər nöqteyi nəzərdən yararsız hesab oluna bilər. 

Ümumiyyətlə informasiyanın yararlılığı idarəetmənin tələblərinə nə dərəcədə 

uyğun gəlməsi ilə müəyyən edilir. 

İqtisadi informasiya dolğunluğuna görə tam, artıq və natamam informasiya 

növlərinə ayrılır. 

İdarəetmə  işlərinin  təmamilə  yerinə  yetirilməsinə  imkan  verən  minimal 

zəruri həcmdə yararlı informasiyaya tam informasiya deyilir. 

Yararlı informasiyanın təkrarlanması (paralel surətdə yığılması və işlənməsi) 

nəticəsində mövcud olan və idarəetmə işlərində istifadə edilməyən informasiyaya 

artıq informasiya deyilir. 

İqtisadi  məsələlərin  həllini  təmin  etməyən,  idarəetmə  işlərinin  tələblərini 

ödəməyən informasiyaya isə natamam informasiya deyilir. 

İqtisadiyyatın idarə edilməsi informasiya qarşısında digər tələblər də qoyur. 

Belə ki, səmərəli idarəetmənin həyata keçirilməsi üçün iqtisadi informasiya yararlı 

və dolğun olmaqla yanaşı, həmçinin obyektiv və düzgün olmalıdır. 

Başqa  sözlə,  düzgünlük  əlaməti  üzrə  informasiya  düzgün  və  düzgün 

olmayan informasiya kimi növlərə ayrılır.  

Hər  hansı  bir  iqtisadi  proses  və  ya  hadisəni,  iqtisadi  sistemdə  təsərrüfat 

əməliyyatlarını  obyektiv  şəkildə  əks  etdirən  informasiya  düzgün  informasiya 

adlanır.  Düzgün  olmayan  informasiyanın  mövcudluğuna  səbəb  informasiyanın 

yaranması  prosesində  yol  verilən  səhvlərdir.  Səhvlər  bilərəkdən  və  ya  bilmədən 

baş verə bilər.   

Bilərəkdən yol verilən səhvlər demək olar ki, informatikadan daha çox digər 

səhvlərin,  bəzi  hallarda  hüququn  predmetidir.  İnformasiyanın  yaranması  və 

çevrilməsi prosesində bilmədən yol verilən səhvlərin qarşısını almaq üçün müvafiq 

işçilərin  ixtisası  artırılmalı,  səmərəli  həll  üsulları  işlənib  hazırlanmalı,  nəzarət 



Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə