İ n f o r m a t I k a



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə7/134
tarix30.09.2017
ölçüsü3,18 Mb.
#2495
1   2   3   4   5   6   7   8   9   10   ...   134

İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  17 

külliyatının  miqdarını  və  s.  müəyyənləşdirməyə  imkan  verir.  İnformasiyanın 

həcmini,  təhlilini,  saxlanma  və  ötürülmə  tezliklərini  və  s.  bilməklə  onun 

işlənməsinin texniki vasitələrini müəyyən etmək olar. 

 

QEYD



Praqmatika

  semiotikanın  bölməsi  olub  əsasən  istifadə  olunan  və 

qəbul  edilən  hər  hansı  bir  işarələr  sisteminin  həmin  sistemə  olan  münasibətini 

öyrənir.  Əsas  ideya  Ç.Pirs  (Çarlz  Sanders  Pirs  (1839-1914)  –  amerika  filosofu, 

riyaziyyatçı,  məntiqçi,  praqmatizmin  və  semiotikanın  banisi)  tərəfindən  irəli 

sürülsədə  Ç.Morris  (Çarlz  Uilyam  Morris  (1901-1979)  –  amerika  filosofu, 

semiotikanın banilərindən biri, “praqmatika” terminini ilk dəfə elmə daxil etmişdir) 

tərəfindən 

inkişaf 

etdirilmişdir. 

Praqmatikanın 

ideyaları 

evristik 

proqramlaşdırmada,  hesablama  maşınında  yerinə  yetirilən  tərcümələrdə, 

informasiya-axtarış sistemlərində və s. istifadə olunur. 

 

 



Çarlz Sanders Pirs 

 

Çarlz Uilyam Morris 



 

 

İnformasiya 



semantik 

(mənaca)  tədqiq  edildikdə  idarəetmə  obyektinin 

vəziyyətini  əks  etdirən  informasiyanın  məzmununu  açmağa  və  işarələr  arasında 

olan  münasibətlərin  və  ölçü  vahidlərinin  mənaca  öyrənilməsinə  imkan  yaranır. 

İnformasiyaya  semantik  baxış  iqtisadi  göstəricilərin,  obyektlərin  təsnifatının, 

qarşılıqlı  kodlaşdırma  sistemlərinin  yaradılmasının  və  beləliklə  idarəetmədə  baş 

verən hadisələrin, faktların, proseslərin və s. tam öyrənilməsinə imkan verir. 

İnformasiyanın  miqdarının  sintaksis  ölçüsü  verilənlərin  həcmi  ilə  təyin 

edilir. Verilənin həcmi dedikdə, xəbərdəki işarələrin sayı nəzərdə tutulur. 



İ N F O R M A T İ K A 

 

____________________________________________________________ 



18 

QEYD



Semantika

  yunanca 

qeyd  etmə

göstərmə


işarə  etmə

  anlamını 

verir  və  məna  baxımından  danışıq  dilinin  ölçülməsinin  qiymətini  öyrənir.  Bu 

məqsədlə  ləvazımat  kimi  semantik  təhlildən  istifadə  edilir.  XIX  əsrin  sonu,  XX 

əsrin  əvəllərində  semantikanı  bir  çox  hallarda  semasiologiya  (yunanca 

işarə



göstəriş



)  adlandırırdılar.  Semantika  ilə  məşğul  olan  alimləri  də  indiki  zamanda 

semasioloqlar  adlandırırlar.  Əksər  sinif  dil  vahidlərinin  qiymətlərini  (məsələn, 

“hərəkət feillərinin semantikası”) semantika ilə işarələyirlər. 

Semantik  problemlər  uzaq  keçmişdə  fəlsəfi  mənada  araşdırılırdı.  Termin 

fransız  dilşunası  (linqvisti)  Mişel  Breal  (1832-1915)  tərəfindən  elmə  daxil 

edilmişdir.  1910-1920-ci  illərdə  semantika  məsələlərinin  öyrənilməsi  bir  çox 

mütəxəssisləri özünə cəlb etmişdir. 

 

İnformasiyanın  miqdarının  semantik  ölçüsü  “



ünvanın  tezaurusu

”  ilə, 


daha  doğrusu,  informasiya  qəbuledicisinin  biliyi  ilə  təyin  edilir,  çünki  tezaurus 

dedikdə,  xəbərlər  və  onların  arasındakı  əlaqələr  məcmusu  başa  düşülür. 

Məsələn,  insanın  tezaurusu  onun  bilikləri  cəmidirsə,  kompüterin  tezaurusu  da 

informasiyanı qəbul etməyə, işləməyə, təqdim etməyə imkan verən proqramlar 

və  qurğular  çoxluğudur.  Lakin  qərar  qəbulu  üçün  tezaurusu  zənginləşdirən 

aktual informasiya daha qiymətlidir. 

Tezaurusu  dəyişən  informasiyanın  miqdarı  məhz  semantik  ölçünü  ifadə 

edir.  Başqa  sözlə,  semantik  ölçü  informasiyanın  faydalılığını  qiymətləndirməyə 

xidmət edir.  

Ünvanın tezaurusu zənginləşdikcə, informasiyanın semantik miqdarı azalır. 

Çünki  kifayət  qədər  bilikli  adama  nəsə  öyrətmək  çətindir.  Semantik 

informasiyanın miqdarı xəbərin məzmunluluğuna qiymət vermək üçündür. 

 

QEYD



Tezaurus

 (yunanca 

xəzinə


), ümumi mənada 

xüsusi terminalogiya

məhdud  mənada  isə 



lüğət

məlumatın  yığılması 



mənasında  işlədilir.  Tezaurus 

informasiya  nəzəriyyəsində  subyektin  malik  olduğu  bütün  məlumatların 

toplumunu qeyd etmək üçün istifadə olunur.  

 

Beləliklə,  informasiyanın  sintaksis  ölçüsü  informasiyanın  texnologiyaya, 



semantik  ölçüsü  isə  informasiyanın  qəbulediciyə  münasibətini  təyin  edir. 

Praqmatik ölçü informasiyanın qiymətliliyini təyin etmək üçün istifadə edilir. 

İnformasiyaya 

sintaksis

  aspektdə  baxıldıqda  onun  məzmunu,  mənası  və 

istifadə  edilmə  xüsusiyyətindən  asılı  olmayaraq  sistemdə  işarələr  arasında  olan 

münasibətlər 

kəmiyyətcə 

müəyyənləşdirilir. 

İnformasiyanın 

kəmiyyətcə 

qiymətləndirilməsi onun hesablama texnikasının köməyi ilə təhlili texnologiyasının 

səmərəli  seçilməsi  və  layihələndirilməsi,  həmçinin  hesablama  texnikası 

daşıyıcılarının, onların maketlərinin səmərəli qurulmasına imkan verir. 

 

 




İ N F O R M A T İ K A

 

 

____________________________________________________________  19 



QEYD



Sintaksis

 yunan sözü olub 

quruluş


nizam-intizam

tərkib


təqdimat


 

anlamını verir. 

 

İnformasiyaya  hər  hansı  aspektdə  baxılmasından  asılı  olmayaraq  onun 



başlıca cəhəti qeyri-müəyyənliyi ləğv etməsidir. 

İdarəetmə  prosesində  əsas  məsələ  hər  hansı  mümkün  vəziyyətlər 

çoxluğundan  müəyyən  bir  vəziyyətin  seçilməsi  aktıdır.  Seçmə  isə  qeyri-

müəyyənliklə  (entropiya  ilə)  hüdudlanır  və  uyğun  olaraq  müəyyən  miqdarda 

informasiya alınması ilə nəticələnir. 

Buradan  aydın  olur  ki,  informasiya  ilə  entropiya  arasında  mühüm  əlaqə 

vardır. Amerikalı mühəndis, riyaziyyatçı, görkəmli alim, Klod Şennon (1916-2001) 

informasiyanı  məhz  bu  nöqteyi-nəzərdən  izah  edir:  “



informasiya  seçmənin 

qeyri-müəyyənliyini ləğv etməklə onu müəyyənləşdirir

”. 


 

            

Klod Elvud Şennon 

 

Müasir  informasiya  nəzəriyyəsinin 



banisi,  amerikalı  alim  Klod  Şennon 

tərəfindən təklif olunmuş informasiya ölçüsü 

(sintaksis)  hazırda  çox  geniş  yayılmışdır. 

Klod  Şennona  görə  informasiya  ölçüsü  baş 

vermiş  və  ya  verəcək  hadisələrin  qeyri-

müəyyənliyinin ölçüsü ilə əlaqədardır. Qeyri-

müəyyənliyin 

ölçüsü 


entropiya

dır. 


Sistemdə qeyri-müəyyənlik nə qədər yüksək 

olarsa,  entropiya  bir  o  qədər  böyük  olur. 

Lakin sistem nə qədər nizamlı və mütəşəkkil 

olarsa  və  onun  vəziyyəti  haqqında  doğru 

mühakimə  yürütmək  imkanı  böyüyərsə, 

onda entropiya bir o qədər azalır.  Beləliklə, 

idarəetmə 

(informasiyanın 

alınması, 

saxlanması,  təhlili  prosesi)  sistemdəki 

entropiyanı azaltmağa xidmət edir. 

 

Buna görə də seçmə və idarəetmə aktı həm təsadüfi, həm də məqsədyönlü 



ola  bilər.  İdarəetmə  aktı  məqsədyönlüdürsə,  bu  “

qərar  qəbul  edilməsi

”  adlanır. 

İnformasiyanın sintaksis ölçüsü məsələsində ilkin, həmçinin uğurlu yanaşma Klod 

Elvud Şennona müəyəssər olmuşdur. 

 

QEYD



Entropiya

 və informasiya nəzəriyyəsi müxtəlif yanaşmalara məruz 

qalmış  istənilən  təcrübənin  (sınağın)  qeyri-müəyyənlik  ölçüsüdür.  Entropiya  ilə 

bağlı  sualları  araşdırmaq  üçün  səbrli  olmaq  gərəkdir,  çünki  mürəkkəb  anlayışın 

bütün  çalarlarını  o  dəqiqə  başa  düşmək  müşkül  işdir.  Bu  baxımdan  riyazıyyat 

sahəsində  dövrünün  böyük  alimi  sayılan  A.Puankare  qeyd  etmişdi  ki,  entropiya 




Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə