Ia9 -fesil-1: 9 qxd


Şərt operatorunun tam forması



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə10/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   29

Şərt operatorunun tam forması. Çox zaman şərt doğru olduqda bir,
yalan olduqda isə başqa bir əməliyyatın yerinə yetirilməsi tələb olunur. Bu halda
şərt  ope ra torunun  tam formasından istifadə edilir.  
if
X  <  5 
then
X  :=  X  +  1
else
X  :=  X  -  1;
Şərt doğru olduqda 
then
açar sözündən sonra gələn operator (operatorlar)
yerinə yetirilir. Şərt yalan olduqda isə 
else
(əks halda) açar sözündən son ra gös -
tə rilmiş operator (operatorlar) icra olunur. Belə şərt operatoruna iki alternativli
şərt operatoru da deyilir.
İki alternativli 
şərt operatorunun blok-sxemi
Bir alternativli 
şərt operatorunun blok-sxemi
Pascal dilində 
else
açar sözündən qabaq nöqtəli vergül (;) qoyul mur.
34


Şərt operatorları zənciri. Bir çox alqoritmlərdə bir neçə şərtin yoxlanıl-
ması tələb olunur. Bu halda şərt operatorlarının zənciri əmələ gəlir. Məsələn:
if X  <  5  then
X  :=  X  +  1
else if X  <  10  then
X  :=  X  -  1
else  if X  =  13  or X  =  15  then
X  :=  X  *  2
else
X  :=  10;
Şərt operatorları zəncirinə iç-içə operatorlar qrupu kimi baxmaq olar, ancaq
onun yazılışında növbəti
if
açar sözü 
else
ilə eyni sətirdə yazılmalıdır, çünki bu
halda proqramın strukturu daha sadə və anlaşıqlı olur.
Zəncirdə olan və 
else if
komandaları ilə ayrıl mış icra operatorlarından yalnız
biri yerinə yetirilir. 
Seçim operatoru. Şərt operatorları zəncirinin qurulmasında istifadə olunan
yoxlamaların hamısında yalnız bir ifadə iştirak edirsə və o tam qiymət alırsa, belə
operatorlar qrupunu daha sadə şəkildə yazmaq olar. Bunun üçün seçim ope ratoru
nəzərdə tutulub. Pascal dilində seçim operatoru 
case of
sətri ilə başlanır. Bu iki
sözün ara sında yoxlanılası ifadə ya zılır. Seçim operatorundan istifadə etməklə
yuxarıdakı şərt operatorları zəncirini belə yazmaq olar:
case X  of
1..4:    X  :=  X  +  1;     
5..9:    X  :=  X  -  1;     
13,15:  X  :=  X  *  2;
else
X  :=  10;
end;
Yoxlanılan qiymətlər ayrıca ədədlər və intervallar şəklində verilir. İntervalı
vermək üçün minimal və maksimal qiymətləri, aralarında iki nöqtə (
..
) ol maqla
göstərmək lazımdır. Əgər eyni bir operatoru yox 
lanılan ifadənin müxtəlif
qiymətləri üçün yerinə yetirmək lazımdırsa, həmin qiymətlər (və intervallar)
aralarında vergül qoymaqla yazıla bilər. Qiymətlər siyahısından sonra iki nöqtə
1.
PASCAL
proqramlaşdırma dili
35


(
:
) qoyulur, ondan sonra isə yox 
lanılan ifadənin qiyməti həmin siyahıdakı
qiymətlərin biri ilə üst-üstə düşərsə, növbəti operator icra olunur. Əks halda
ifadənin qiyməti növbəti sətirdəki siyahı ilə müqayisə olunur.
Əgər ifadənin qiyməti siyahılardan heç biri ilə üst-üstə düşmürsə,
else
açar
sözündən sonra göstərilən operator yerinə yetirilir (
else
bölümü olmaya da
bilər). Seçim operatoru həmişə 
end
açar sözü ilə bitir.
Əgər eyni qiymət bir neçə siyahıda göstərilibsə, həmin qiymətin birinci rast
gəlindiyi siyahıya uyğun operator yerinə yetirilir. Sonra idarəetmə seçim opera-
torunun ardınca gələn komandaya ötürülür.
1. Budaqlanma nədir və o, proqramlaşdırmada hansı operator vasitəsilə yerinə yetiri lir?
2. Aşağıda göstərilmiş proqramın sətirlərinin yerlərini elə dəyişdirin ki, şərt operato -
ru düz gün alınsın.
b  :=  a  +  2
b  :=  a  –  2;
if  a  >  2  then
else
3. Şərt operatoruna hansı şərti yazmaq lazımdır ki, proqram 
c
dəyişəninə 
a
və 
b
dəyi şənlərinin ən kiçiyinin qiymətini mənimsətsin? 
if  ...  then
c  :=  a
else
c  :=  b;
4. Aşağıdakı operator ekrana hansı məlumatı çıxaracaq?
if  12  <  12  then
WriteLn  (‘Kiçikdir’)
else
WriteLn  (‘Kiçik  deyil’);
36


DÖVRLƏR. 
WHILE
,
FOR 

REPEAT
OPERATORLARI
Məsələlərin həll alqoritmini qurarkən bəzən müəyyən komandalar ardıcıllığını
bir neçə dəfə dalbadal yerinə yetirmək lazım gəlir. Əlbəttə, həmin ardıcıllığı tələb
olunan qədər yazmaq da olar. Ancaq bu yol çox da əlverişli deyil.
Əgər komandaların və təkrarların sayı çox böyükdürsə, alqoritmin yazılışı çox
uzun alınar. Bundan başqa, bir çox alqoritmlərdə təkrarların sayı qabaqcadan mə lum
olmur və yalnız proqramın gedişi zamanı aydınlaşır. Bu problemi aradan qaldırmaq
üçün xüsusi alqoritmik strukturdan – dövr, yaxud təkrardan istifadə olu nur.  
Dövr yaratmaq üçün konstruksiyalar bütün proqramlaşdırma dillərində vardır.
Dövr üç əsas hissədən ibarət olur:
1. İnisiallaşdırmada dövr yerinə yetirilməyə hazırlanır.
2. Dövrün gövdəsi təkrar-təkrar icra olunan operatorlar qrupudur.
3. Sonluq şərti dövrün gövdəsinin icrasından qabaq yoxlanır və döv rün sona çat-
masını yoxlamaq üçün ondan istifadə edilir.
Sayğaclı dövr. Dövrün gövdəsinin neçə dəfə təkrarlanacağı qabaqcadan
məlum olduqda dövr operatorunu yazmaq daha asan olur. Bu halda sayğaclı
dövr dən istifadə olunur. 
for   :=  
to   do

Sayğac, yaxud dövr dəyişəni xidməti dəyişəndir və o, dövrün yerinə yeti -
rilməsi zamanı avtomatik dəyişilir. Dövrdə birinci operator (ona elə dövr opera-
toru da deyirlər) dövrün sərhədlərini göstərir. 
Dövr aşağıdakı qaydada yerinə yetirilir: 
1. Dövrün sərhədləri ifadə şəklində verilmişsə, öncə həmin ifa dələr
he sablanır.
2. Dövr dəyişəninə dövrün aşağı sərhədinin qiyməti mənimsədilir.
3. Dövr dəyişəni dövrün yuxarı sərhədi ilə müqayisə olunur.
Sayğaclı dövrün blok-sxemi
1.9.
1.
PASCAL
proqramlaşdırma dili
37


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə