Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə8/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   29

1.
PASCAL
proqramlaşdırma dili
Giriş və çıxış operatorları. Proqram işləyərkən istifadə olunan bütün
veri lənlər kompüterin operativ yaddaşında yerləşir. Proqram başqa qaynaqlarda
yerləşmiş verilənlərə xarici verilənlər kimi baxır. Verilənlərin xarici mənbələrdən
alınıb-verilməsi əməliyyatlarına giriş (daxiletmə), yaxud çıxış əməliyyatları de -
yilir.
WriteLn proseduru. İstifadəçi ilə interaktiv qarşılıqlı əlaqədə işləyən proq -
ramlarda çox zaman ekrana çıxarma operatoru tətbiq olunur. Pascal dilində veri -
lənləri ekrana çıxarmaq üçün 
WriteLn
standart prosedurundan istifadə olunur.
Ekrana çıxarılası dəyişənlər və ifadələr bu prosedurun parametrləri olur. 
WriteLn(‘Cəmi  ’,  a);
Bu operator iki elementi – 
‘Cəmi’
sətrini və 
a
dəyişəninin qiymətini ekran-
da əks etdirir. Onun icrasınadək 
a
dəyişəninin qiyməti, məsələn, 2.345 olarsa,
ekrana  
Cəmi  2.3450000000E+00
cıxacaq (əgər həqiqi ədədin ekrana çıxarılması zamanı heç bir format gös 
-
tərilməmişsə, Pascal eksponensional formatdan istifadə edir).
Tutaq ki, proqramda
WriteLn(‘Cəmi  ’,  a);
WriteLn;
WriteLn(‘Son  ’);
operatorlar ardıcıllığı var. Bu operatorların icrasından sonra ekranda
Cəmi  2.3450000000E+00
Son
sətirləri əks olunacaq. Gördüyünüz kimi, ikinci operatorda çıxış siyahısı
olmadığından ekrana boş sətir çıxarılır.
Giriş (daxiletmə) – verilənlərin xarici mənbədən qəbul edilməsi. 
Çıxış – verilənlərin xarici qəbulediciyə ve rilməsi.
27


Beləliklə, 
WriteLn
proseduru çıxış siyahısında verilmiş hər bir dəyişəni,
yaxud konstantı əks etdirir, sonra isə kursoru növbəti sətrin başlanğıcına keçirir.
Əgər çıxış siyahısında apostrofa alınmış sətir varsa, apostroflar çap olunmur
(ekrana çıxarılmır). Çıxış siyahısı boşdursa, 
WriteLn
prosedurunun icrasından
sonra kursor, sadəcə olaraq, növbəti sətrin başlanğıcına keçəcək. 
Write proseduru. Pascal dilində verilənləri çıxışa vermək üçün daha bir
prosedur – 
Write
proseduru nəzərdə tutulub. Bu prosedurun 
WriteLn 
prosedu-
rundan yeganə fərqi bundadır ki, onun icrasından sonra kursor növbəti sətrin
başlanğıcına keçmir. Tutaq ki, proqramda 
Write(‘Cəmi  ’);
WriteLn(a);
operatorlar cütü vardır. Bu operatorların icrasının nəticəsi
WriteLn(‘Cəmi  ’,  a);
operatorunun icrasının nəticəsi kimi olacaq.
ReadLn proseduru. Verilənləri klaviaturadan daxil etmək üçün Pascal
dilində 
ReadLn
proseduru nəzərdə tutulub. Bu prosedurun ümumi forması
belədir:
ReadLn(giriş  siyahısı)
ReadLn
proseduru proqramın icrası zamanı istifadəçinin klaviaturadan daxil
etdiyi verilənləri oxuyub, kompüterin yaddaşına yazır. Giriş siyahısında göstə ril -
miş hər bir dəyişən üçün istifadəçi bir element daxil etməli, sonra isə 
klavişini basmalıdır. Giriş siyahısında dəyişənlərin adları vergüllə ayrılır.
Verilənlərin daxiledilmə ardıcıllığı dəyişənlərin giriş siyahısındakı ardıcıllığına
uyğun gəlməlidir. Daxil edilən ədədi verilənləri bir, yaxud bir neçə boşluq
simvolu ilə ayırmaq lazımdır. Ədədi verilənlərin daxilində, yaxud onların arasın-
da vergül olmamalıdır.  
var a,  b:  integer;
...
Write(‘Ədədləri  daxil  edin:  ’);
ReadLn(a,  b);
28


Read proseduru. Verilənləri klaviaturadan daxil etmək üçün daha bir vasitə
– 
Read
proseduru da vardır. 
Read
və 
ReadLn
prosedurları arasında əsas fərq
ondan ibarətdir ki, 
Read
proseduru verilənlər sətrində olan artıq simvolları oxu-
mur (bu simvollar növbəti 
Read
, yaxud 
ReadLn
proseduru vasitəsilə oxuna
bilər). 
ReadLn
proseduru isə, əksinə, daxil edilən sətirdəki bütün simvolları
emal edir (yalnız sətrin sonundakı artıq simvolları nəzərə almır).  
Formatlama. Y
uxarıda qeyd olunduğu kimi, xusüsi göstəriş yoxdursa, Pascal
bütün həqiqi ədədləri eksponensional formatda əks etdirir. Bəs verilənləri bizə
lazım olan formatda necə göstərmək olar? Öncə 
Integer
tipli dəyişənlər, yaxud
qiymətlər üçün formatların necə verilməsinə baxaq. Bununçün dəyişənin adından
(yaxud qiymətdən) sonra iki nöqtə (:) və sahənin eni, yəni əks olunası rəqəmlərin
sayı göstərilir. Məsələn, 
Write(‘a  =  ’,  a:1);
WriteLn(‘  və  b  =  ’,  b:2);
operatorları göstərir ki, 
a
dəyişəninin qiyməti 1 rəqəmlə, 
b
-nin qiyməti isə 2
rəqəmlə əks olunacaq. Məsələn, əgər 
a
dəyişəninin qiyməti 7-yə, 
b
-nin qiyməti
isə 8-ə bərabərdirsə, onda ekrana çıxarılacaq sətir belə görünəcək: 
a  = 7  və  b  =
8
Diqqətlə baxsanız, 
b
dəyişəninin qiymətindən qabaqda əlavə boşluq
görərsiniz. Bu onunla izah olunur ki, 
b
-nin qiyməti 1 rəqəmli olduğu halda, çıxış
formatı nın 2 rəqəmli olması göstərilib (b:2). 
Real
tipli dəyişənlər, yaxud qiymətlərin çıxış formatını vermək üçün həm
sahənin enini, həm də onluq mərtəbələrin sayını göstərmək lazımdır. Sahənin
ümumi eni yetərincə böyük olmalıdır ki, onluq nöqtənin önündə və arxasında
olan mərtəbələrin hamısı yerləşə bilsin. Bu zaman bir yer onluq nöqtə üçün, bir
yer də minus işarəsi üçün ayırmaq lazımdır (çünki ədəd mənfi də ola bilər).
Məsələn, əgər 
Real
tipli 
X
ədədi -99.9 və 999.9 aralığında qiymətlər ala bilərsə
WriteLn(X  :5  :1);
operatoru
X
-in qiymətini bir onluq işarə dəqiqliyilə ekrana çıxaracaq. Aşağıdakı
cədvəldə tam və həqiqi ədədlərin formatlanmasına aid nümunələr verilib.
1.
PASCAL
proqramlaşdırma dili
29


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə