Ia9 -fesil-1: 9 qxd



Yüklə 9,12 Kb.
Pdf görüntüsü
səhifə9/29
tarix08.10.2017
ölçüsü9,12 Kb.
#3616
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   29

30
Konstantlar. Proqramda dəyişən kəmiyyətlərlə yanaşı sabit kəmiyyət lərdən
də (konstantlardan) istifadə olunur. Pascal dilində konstantlar təyin etmək və
onlara ad vermək imkanı vardır. Belə olan halda proqramın sonrakı mətnində
həmin konstantın əvəzinə verilmiş adı işlətmək olar. Bütün konstantlar proqramın
xüsusi bölümündə – konstantların təsviri bölümündə sadalanır.
const ad1  =  qiymət1;
ad2  =  qiymət2;
.........
adN  =  qiymətN;
Burada 
ad 1, ad 2,...
ixtiyari identifikatorlar
qiymət 1, qiymət 2, ...
isə
yuxarıda göstərilmiş qaydada yazılmış ədədlər, apostrofa alınmış simvollar,
yaxud true, false konstantlarıdır, məsələn:
const g  =  981E-2;
atmosfer  =  0.76;
pi  =  3.1415926;
Qiymət
Format
Çıxış
234
:4
234
234
:5
234
234
:1
234
–234
:6
–234
3.14159
:5:2
3.14
3.14159
:5:3
3.142
0.1234
:4:2
0.12
–0.006
:8:3
–0.006
–0.006
:8:5
–0.00600
–0.006
:7:5
–0.00600


31
Ən azı iki səbəbdən konstantların təsvir olunmasının faydası var.
Birincisi, sabit kəmiyyətlər üçün hərfi işarələmədən istifadə olunması fizika və
riyaziyyatdan qalma ənənədir. Bu ənənəni saxlamaqla proqramlar daha anlaşıqlı
edilir. Konstantlara mənalı ad verilməsi proqrama şərhlər verilməsi üsullarından
biridir – “sətrin_uzunluğu” yazısı “60”-a nisbətən daha informativdir.
İkincisi, konstantların təsvir olunması proqramda dəyişiklik edilməsini
yüngülləşdirir. Məsələn, çap olunan sətrin uzunluğunu 60 deyil, 40 götürmək
üçün konstantların təsviri bölümündə “sətrin_uzunluğu = 60” yazısını
“sətrin_uzunluğu = 40” ilə əvəz etmək kifayətdir. Əks halda, proqramda olan
bütün 60 ədədlərini axtarıb tapmaq, onların sətrin uzunluğuna aid olduğunu
müəyyənləşdirib 40 ilə əvəzləmək lazım gələrdi.  
Yeni verilənlər tiplərinin müəyyən olunması. Proqramçı standart
tiplərdən başqa, yeni verilənlər tipləri təyin etmək və onlara ad vermək imkanına
malikdir. Bundan sonra standart tiplər kimi yeni tiplərdən də istifadə etmək olar.
Tiplərin təyin olunması bölümü aşağıdakı şəkildə olur.
type
ad1  =  təsvir1;
ad2  =  təsvir2;
.........
adN  =  təsvirN;
Burada  
ad1, ad2,...
ixtiyari identifikatorlar,
təsvir1, təsvir2, ...
isə tiplərin
təsviridir.
Dəyişənlərin inisiallaşdırılması. Giriş və çıxışı dəyişənlərin inisiallaş dı -
rıl ması komandası ilə qarışdırmaq olmaz. Dəyişənin inisiallaşdırılması dedikdə
proqramın icrasından qabaq, yaxud onun işləməsi vaxtı dəyişənlərə başlanğıc
qiymətlərin mənimsədilməsi nəzərdə tutulur.
Pascal dilində dəyişəni yalnız onun elan edilməsi zamanı inisiallaşdırmaq
olar, məsələn:
var i:  Integer  =  3;
Bu operator nə giriş operatorudur, nə də – mənimsətmə.
1. Proqramda konstantlara ad verməyin hansı üstünlükləri var?
1.
PASCAL
proqramlaşdırma dili


32
2. Tutaq ki
const 
MyPi  =  3.14159;
MaxI  =  1000;
var
X,  Y  :  Real;
A,  B,  I  :  Integer;
A  :=  3;
B  :=  4;
Y  :=  -1.0;
Aşağıdakı operatorlardan hansılarının düzgün olduğunu göstərin və hər bir yolve -
rilən operatorun qiymətini müəyyənləşdirin.
a)  I  :=  A  mod  B
b)  I  :=  (990  –  MaxI)  div  A
c)  I  :=  B  div  0
d)  X  :=  A  /  Y
e)  X  :=  MyPi  div  Y
f)  I  :=  (MaxI  –  990)  mod  A
3.
WriteLn
proseduru 
Write
prosedurundan  nə ilə fərqlənir? 
4. Aşağıda sözlərlə verilmiş alqoritmin hər məqamına uyğun operator yazın.
1 və 100 aralığında hər hansı ədəd seçin.
Həmin ədədi özünə vurun. 
Alınan ədədin üzərinə seçdiyiniz ədədin 4 mislini gəlin.
Nəticənin üzərinə 3 ədədini gəlin.
Alınan nəticəni seçdiyiniz ədəd plyus 3-ə bölün.
Seçdiyiniz ədədi qismətdən çıxın.
Cavabı ekrana çıxarın. 


33
IF
VƏ 
CASE
SEÇİM OPERATORLARI
Alqoritm yerinə yetirilərkən göstərişlər bir-birinin
ardınca emal olunur. Ancaq həyatda komandalar ardıcıl-
lığını dəyişmədən həll edilən məsələlərə az hallarda rast
gəlinir. Mürəkkəb məsələləri həll etmək üçün öz
hərəkətlərini dəyişən çevik alqo ritmlər tələb olunur. 
Alqoritmlərdə bir neçə mümkün hərəkətdən birinin
seçilməsinə  budaqlanma  vasitəsilə nail olunur. Bu 
-
daqlanma təməl alqoritmik strukturlardan biridir.
Budaqlanma bir, yaxud bir neçə şərtin yoxlanmasına
əsaslanır və həmin şərtlərin doğruluğundan asılı olaraq
müəyyən əməliyyat yerinə yetirilir. 
Proqramlaşdırma dillərinin hamısında budaqlanmanı yerinə yetirən xüsusi
operatorlar vardır. Belə operatorlara şərt operatorları deyilir. Sadə şərt operatoru
iki hissədən ibarət olur: 
1) şərtin özü;    
2) icra olunan operator.
Şərt doğru olduqda icra operatoru yerinə yetirilir, əks halda o, buraxılır.
if x  <  5  then x  :=  x  +  1;
Burada
if
(əgər) açar sözü şərt operatorunun başlanğıcını bildirir. Ondan sonra
şərt verilir. Daha son ra 
then 
(onda) açar sözü gəlir. Axırda ic ra  ope ratoru  dayanır.
Yoxlama zamanı şərt doğru olarsa, bu operator yerinə yetirilir, yalan olarsa, bura -
xılır. Belə şərt operatoruna bir alternativli şərt operatoru da deyi lir.
Əgər şərt doğru olduqda bir neçə operatoru yerinə yetirmək lazım gələrsə,
“operator mötərizə lərindən”  (
begin
və 
end
açar sözlərin dən) istifadə olunur.
Bir neçə icra operatorunun olduğu şərt operatoru aşağıdakı kimi yazılır:
if X  <  5  then
begin
X  :=  X  +  1;
Y  :=  Y  +  1;
end
begin
və 
end
açar sözlərinə operator mötərizələri deyilir.
1.8.
1.
PASCAL
proqramlaşdırma dili


Yüklə 9,12 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə