İbrahim Bayramov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/168
tarix04.02.2018
ölçüsü5,01 Kb.
#23657
1   2   3   4   5   6   7   8   9   ...   168

 
8
H.Hübşman həmin  əsərində indiki Ermənistan  ərazisində yerləşən Quqark, Abaran, Qafan, 
Sisyan, Aqarak, İrəvan və b. toponimlərin etimologiyasını verrnəyə çalışmışdırr. Bu toponimlər türk 
mənşəli olmalarına baxmayaraq, H.Hübşman həmin coğrafi adları ya fars mənşəli, ya da erməni 
mənşəli hesab etmişdir. 
XIX əsrin sonu, XX əsrin əvvəllərindən başlayaraq erməni alimləri də ərazinin coğrafi adlarını 
əks etdirən toponimik lüğətlər tərtib etmişlər. Nşana Çivanyanın «Erməni şəxs adları da əlavə olunmuş 
tarixi, coğrafi və mifoloji adlar lüğəti» (Konstantinopol, 1879; 427, s.VII), H.S.Yefrikyanın bilavasitə 
indiki Ermənistanın toponimlərindən bəhs edən ilk lüğət bu qəbildəndir. Həmin lüğət «İllüstrasiyalı 
coğrafi adlar lüğəti» (Vyana, 1900, qədim erməni dilində) adlanır və A-I hərflərini əhatə edir. 
Hr.Kapansyan 1940-cı ildə  «Историко-лингвистическое  значение  топонимики  древней 
Армении» adlı əsər yazmışdır. O, qədim yazılı mənbələrdə (Urartu daş kitabələrində, eləcə də başqa 
erməni yazılı  mənbələrində) öz əksini tapan toponimləri tarixi-linqvistik aspektdə izah etmişdir. 
Hr.Kapansyan əsərində indiki Ermənistan ərazisində tarixən mövcud olmuş və Urartu daş kitabələrində 
qeydə alınmış Eriaxi (Gümrü rayonu ərazisində), Etiuni (Göyçə gölü ətrafında), Velikuni//Velikuxi 
(indiki Kamo rayonu ərazisində), Quqark, Aqarak, Əştərak və s. türk mənşəli toponimləri araşdırmışdır 
(318, s. 6-23,62-63, 80-82). 
1986-cı ildə İrəvanda erməni dilində T.X.Hakopyan, St.T.Məlik-Baxşyan və O.X.Barseğyanın 
müəllifliyi ilə «Ermənistan və  ətraf vilayətlərin toponimlər lüğəti» çap edilib. Bu lüğətin 4 cilddən 
ibarət olması planlaşdırılıb. İndiyə kimi onun yalnız I cildini əldə etmişik. Həmin lüğət A-D (erməni 
əlifbasında  əsasən) hərflərini  əhatə edir. Lüğətdə indiki Ermənistan  ərazisində yerləşən toponimlərlə 
yanaşı, Gürcüstan, İran, Türkiyə, Azərbaycanın da toponimləri verilir. Məhz lüğətin «Ermənistan və 
ətraf vilayətlərin (kursiv mənimdir - İ.B.) toponimlər lüğəti» adlarıdınlması ermənilərin İran, Türkiyə, 
Gürcüstan, o cümlədən Azərbaycana qarşı torpaq iddialarında olduğunu göstərir.  Əsərdə  «ətraf 
vilayətlər» adı altında «Böyük Ermənistan» iddiaları ilə yaşayan müəlliflər Azərbaycanın Dağlıq 
Qarabağ, Laçın, Kəlbəcər, Qubadlı, Ağdam, Füzuli, Xanlar, Gəncə, Qazax, Tovuz, Naxçıvan, Şəmkir, 
Zəngilan və s. rayonlarının toponimlərini verirlər ki, bu da beynəlxalq normalara zidd olmaqla yanaşı, 
tarixi həqiqətlərin təhrifıdir. 
Lüğətdə indi Ermənistan adlanan Qərbi Azərbaycanın türk mənşəli toponimlərinin etimoloji 
təhlilləri bilərəkdən səhv izah edilmiş, tarixi faktlar saxtalaşdırılmışdır. Məhz bunun nəticəsidir ki, 
Axtala, Abaran, Barana və b. toponimlər (427 s. 114, 307-308, 617-618) elmi baxımdan düzgün izah 
edilməmiş, erməni mənşəli toponim kimi verilmişdir. 
1990-cı ildən Azərbaycan tədqiqatçıları indiki Ermənistanın türk mənşəli toponimlərinin 
tədqiqinə xüsusi diqqət göstərmişlər. 1995-cı ildə S.Mirmahmudovanın «Ermənistanda türk mənşəli 
yer adları» lüğəti nəşr edilmişdir. Müəllif indiki Ermənistan ərazisindəki 535 türk mənşəli toponimin 
lüğətini vermişdir. Müəllif  əsərdə  təsvirçilikdən qaça bilməmiş, bəzi türk mənşəli toponimlərdəki 
fərqləndirici əlamət bildirən sözləri (yuxarı, aşağı, böyük kiçik və s.) erməni dilində işlədilən formada 
(Verin Şorça, Nerkin Gödəkli, Pokr Ayrum, Ağcaqala Nerkin, Axta Nerkin və s.) vermişdir. 
Ə.Rüstəmov Zəngəzur bölgəsində yerləşən Qafan, Gorus və Sisyan rayonlarının toponimlərini 
tədqiq etmiş və 1990-cı ildə «Ermənistan SSR Qafan, Gorus və Sisyan rayonları ərazisinin Azərbaycan 
mənşəli toponimləri» mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonradan müəllif həmin 
tədqiqatı  əsasında «Qədim Oğuz yurdu Zəngəzurun türk mənşəli yer-yurd adları»  əsərini çap 
etdirmişdir (231). 
Q.Məşədiyev 1990-cı ildə «Zaqafqaziyanın Azərbaycan toponimləri»  əsərini yazmış (Bakı, 
1990) və 1991-ci ildə «Qafqazın ərazi və tayfalarının təsviri materialları məcmuəsində (CMOMПK) 
qeydə alınmış Azərbaycan (türk) mənşəli toponimlərin tarixi-linqvistik təhlili» mövzusunda doktorluq 
dissertasiyası müdafiə etmişdir. 
Q.Məşədiyev bu əsərlərində  Cənubi Qafqazın türk mənşəli toponimləri ilə yanaşı, 
CMOMПTK-da qeyd olunan indiki Ermənistan adlanan ərazinin türk mənşəli toponimlərini də (Gorus, 
Çəpni, Gözəldərə, Dərələgöz, Qəmərli, Çanaxçı) tədqiqata cəlb etmişdir. Bundan başqa o, əsərinin 
sonunda Azərbaycan, Gürcüstan və indiki Ermənistan  ərazilərindəki türk mənşəli paralel toponimik 
adların qısa lüğətini vermişdir (204, s. 127-130; 201 s.202-207). 
Görkəmli coğrafiyaçı, akademik B.Budaqovun yaradıcıhğında indiki Ermənistanın 
toponimlərinin tədqiqi əsas yerlərdən birini tutur və bununla bağlı «Elim, obam mənim» (Bakı, 1984), 
«Çobankərə eli» (Bakı, 1996) əsərlərini yazmışdır. Görkəmli alimin «Türk uluslarının yer yaddaşı» 


 
9
(Bakı, 1994) əsərinin bölmələrinin biri «Ermənistanın türk toponimləri» (59, s. 158-176) adlanır. 
Burada indiki Ermənistanın türk mənşəli toponimlərindən bəhs edilir. Akad. B.Budaqov prof. 
Q.Qeybullayevlə birlikdə «Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti» (Bakı, 1998) 
əsərini yazmışdır. Bu əsərin Azərbaycan toponimiyasında Qərbi Azərbaycanın türk mənşəli 
toponimlərinin öyrənilməsində xüsusi yeri vardır. 
Qərbi Azərbaycanın toponimlərinin öyrənilməsində Q.Qeybullayevin də xüsusi əməyi vardır. 
O, indiki Ermənistan toponimiyası ilə bağlı «Qədim türklər və Ermənistan» (Bakı, 1992) əsərini 
yazmışdır. 
Q.Qeybullayev «Qədim türklər və Ermənistan» əsərinin II fəslini («Ermənistanda qədim türk 
mənşəli toponimlər») Qərbi Azərbaycanın qədim türk mənşəli toponimlərinə həsr etmişdir (169, s. 35-
71). Bununla yanaşı, o, indiki Ermənistanın köklü sakinlərinin türklər olduğunu və burada tarixən 
kimmer, sak, quqark, pasian, kəngər, bulqar, aran, katak, şirak, sadak, gorus, cinli, peçeneq, xəzər, 
oğuz kimi qədim türklərin yaşadığını  təkzibedilməz tarixi faktlar və toponimik materiallar əsasında 
izah edir(169,s. 72-130). 
A.Bayramov indiki Ermənistanın Ağbaba,  Şörəyel və  Pəmbək bölgələrinin toponimlərini 
araşdırmış və 1995-cı ildə «Ermənistanın Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin türk toponimləri» 
mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. Sonradan o, namizədlik dissertasiyasını 1996-
cı ildə «Qədim oğuz ellərinin - Ağbaba, Şörəyel və Pəmbək bölgələrinin yer-yurd adları (toponimləri, 
Sumqayıt, 1996) adında kitab nəşr etdirmişdir. 
İndiki Ermənistanın türk mənşəli toponimlərinin araşdınlması H.Mirzəyevin tədqiqatlannda 
xüsusi yer tutur. O, aşıq poeziyasında qorunub saxlanılan Qərbi Azərbaycanın türk mənşəli 
toponimlərini tədqiq edən ilk dilçi alimdir. Təkcə bir faktı qeyd edək ki, H.Mirzəyev 1994-2002-cı 
illərdə indiki Ermənistanın toponimləri ilə bağlı ciddi elmi əhəmiyyət kəsb edən 80-dən çox məqalə 
çap etdirmişdir.  İndiki Ermənistanın türk mənşəli toponimləri  əsasında «Aşıq poeziyasında yaşayan 
adlarımız və tariximiz» (Bakı, 1997) əsərinin «İzahlar və  şərhlər» adlı V fəslində  bəhs edir (211, s. 
174-257). Bu əsərdə müəllif Qədim oğuz yurdu olan Keşişkənd (Yeğeqnadzor), Paşalı (Əzizbəyov, 
Vayk) rayonlarının toponimlərini araşdırmış, onları etimoloji baxımdan izah etmişdir. Bu baxımdan 
Təhlə, Qarqar, Gədikvəng,  Şadıvəng, Alxanpəyəsi, Xalaclar yurdu, Qoşqar, Keti, Murğuz, Herher, 
Hors, Çivə, Keşişkənd, Sallı, Dərələyəz və s. toponimlərinin izahı uğurludur və xüsusi elmi əhəmiyyət 
kəsb edir. 
Yuxarıda dediklərimizdən aydın olur ki, yazılan məqalələr, kitablar, monoqrafıyalar, müdafiə 
edilən namizədlik dissertasiyaları  Qərbi Azərbaycanın türk mənşəli toponimlərini bütövlükdə  əhatə 
etmir, ərazinin toponimiyası haqqında tam təsəvvür yaratmır. Həm də Qərbi Azərbaycanın oykonim, 
oronim və hidronimləri, onların yaranma yolları xüsusi tədqiqat obyekti olmamış, onlarda «mühafizə 
edilmiş leksik və leksik-semantik elementlər» (T.Əhmədov) sistemli şəkildə araşdırılmamışdır. Digər 
tərəfdən, indiyə  qədər aparılan tədqiqatlarda,  əsasən, makrotoponimlərdən bəhs edilmişdir. Biz 
makrotoponimlərlə yanaşı, mikrotoponimləri, burada yaşayan Azərbaycan türklərinin tarixini, yaşayış 
tərzini bilavasitə özündə  əks etdirən urbonimləri, məscid, körpü, qala adlarını da tədqiqata cəlb 
etmişik. 
Qərbi Azərbaycanın türk mənşəli toponimləri tarixin yalddaşına çevrilib, mənəvi soyqırımına 
məruz qalıb.  Əsərdə 29,8 min kv.km ərazini  əhatə edən indiki Ermənistanın türk mənşəli mikro və 
makro toponimləri tarix, coğrafiya və dilçilik sintezində ilk dəfə olaraq tədqiqata cəlb edilir. Eyni 
zamanda hər bir toponimin coğrafi mövqeyi, tarixi mənbələrdə qeyd edilən adları, toponimlərin 
müxtəlif fonetik formaları göstərilməklə yanaşı, yaşayış  məntəqələrinin taleyi, əhalinin etnik tərkibi 
tarixi faktlar və statistik rəqəmlərlə verilir. Azərbaycan türklərinin deportasiyası  və ermənilərin bu 
ərazilərə, hansı kəndə nə vaxt köçürülməsi, əsasən, erməni mənbələrinə istinad edilərək şərh olunur. 
Tədqiqat prosesində  ərazinin türk mənşəli toponimlərinin bir qisminin fonetik və morfoloji 
dəyişikliyə  uğradığı müəyyənləşdirilmiş, onların dil mənsubiyyətinə aydınlıq gətirilmiş, tarixən bu 
ərazinin toponimlərinin 95%inin türk mənşəli olması elmi əsaslarla izah edilmişdir. 
Əsərdə  ərazinin türk mənşəli oykonimlərinin məna növləri (antropooykonim, etnooykonim, 
orooykonim, hidrooykonim, zoooykonim, fitooykonim), oronimlər, hidronimlər və onların quruluşu 
(sadə, düzəltmə, mürəkkəb) göstərilməklə sistemli şəkildə araşdırılır. 
İndiki Ermənistan  ərazisi XVIII əsrdə  İrəvan xanlığının Qırxbulaq, Zəngibasar, Gərnibasar, 
Vedibasar, Talin, Seyidli və Axsaqlı, Sərdarabad, Karpibasar, Abaran, Dərəçiçək, Göyçə mahallarının, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   168




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə