İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə80/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   76   77   78   79   80   81   82   83   ...   96

 
241 
ill
ərdir ki, Gürcüstan öz ərazi bütövlüyünü bərpa etməyə çalışır və 
bu onun konstitusiya hüququdur. Bundan ötrü güc t
ətbiq etməsi də 
normal hal sayılmalıdır. 
Gürcüstan 1990-
cı illərin  əvvəllərindən bu məqsəd üçün bir 
çox h
ərbi və  siyasi cəhdlər göstərsə  də,  uğursuzluğa  düçar 
olmuşdur.  Lakin  indi  Qərb yönümlü Gürcüstan hakimiyyəti bunu 
özünün xarici siyas
ətinin  əsas prioritetinə  çevirmişdir.  Acarıstan 
Muxtar qurumunun m
ərkəzi hakimiyyətə  tabe edilməsi məhz 
Gürcüstanın  müvafiq  siyasətinin  bir  sübutu  idi.  Acarıstan 
Gürcüstanın mərkəzində yerləşdiyinə görə Rusiyanın xüsusi maraq 
dair
əsində deyildi. Ona görə də Saakaşvili ABŞ-dan dəstək alaraq 
asanlıqla onu tabe edə bildi. 
C
ənubi Osetiya və Abxaziya qurumları isə Rusiya ilə sərhəd-
d
ə  yerləşdiyinə  görə  ondan  birbaşa  hərbi və  iqtisadi  yadım  ala 
bilirl
ər. Bu da separatçı qüvvələri şirnikləndirir. Məhz bütün bunlar 
2008-ci il avqustun 8-d
ə  Gürcüstanı  Cənubi Osetiyaya hərbi güc 
t
ətbiq etməyə vadar etdi və bir neçə saat ərzində Sxinvali şəhərini 
ələ keçirtdi. 
Rusiya C
ənubi Osetiyaya və Abxaziyaya istər regional səviy-
y
ədə, istərsə  də  beynəlxalq səviyyədə  dəstək verərək bu yolla 
Gürcüstana daim  t
əzyiq göstərir. Qondarma qurumların vətəndaş-
larının  böyük  əksəriyyətinə  hətta Rusiya vətəndaşlığı  da  verir. 
Rusiya bundan istifad
ə  edərək öz vətəndaşlarını  müdafiə  etmək 
hüququnu 
əsas gətirərək  Şimali  Osetiya  ərazisindən Cənubi Ose-
tiyaya h
ərbi dəstək verdi. Abxaziya da bu dəstəyə qoşuldu. Tez bir 
zamanda  Sxinvali azad olundu. H
ərbi  əməliyyatlar Cənubi Ose-
tiyanın  sərhədlərini keçərək Gürcüstan ərazisinin böyük bir his-
s
əsini əhatə etdi. 
Avqustun 8-d
ə  Rusiyanın  və  Gürüstanın  təklifləri ilə  BMT-
nin T
əhlükəsizlik  Şurasının  iclasları  keçirilsə  də,  hər  hansı  bir 
s
ənədin qəbuluna  nail  olunmadı.  Çünki  Gürcüstan  Rusiya 
t
ərəfindən işğal olunduğunu bəyan edirdi. 
Rusiya is
ə  Gürcüstanın  hərbi müdaxiləsini Cənubi Osetin 
xalqının  soyqırımı  kimi  qələmə  verir və  öz  diplomatiyasında  bu 
amild
ən geniş istifadə edirdi. 


 
242 
ABŞ və bir çox Avropa dövlətləri Rusiyadan Gürcüstan əra-
zisind
əki qoşunlarının çıxarlmasını tələb etdilər. Fransanın vasitə-
çiliyi il
ə  avqustun 12-də  Rusiya ilə  Gürcüstan  arasında  gücdən 
istifad
ə  etməmək, qəti olaraq bütün hərbi  əməliyyatları  dayan-
dırmaq, humanitar yardım üçün azad çıxışın təmin edilməsi, Gür-
cüstan h
ərbi qüvvələrinin daimi diskolasiya olunduqları yerə qayıt-
ması,  Rusiya hərbi qüvvələrinin  əvvəlki xəttə  qaytarılması,  Res-
publi
kaların təhlükəsizliyi üçün beynəlxalq zəmanətin yaradılması 
m
əsələləri öz əksini tapan sənəd imzalandı. 
Bu müharib
ə  Rusiyanın  təkrar olaraq Gürcüstana hərbi və 
siyasi t
əsirini gücləndirdi. Rusiya Cənubi Osetiyaya və Abxaziyaya 
qoşun  yeridərək Gürcüstana hərbi zərbələr endirməklə,  əslində 
Q
ərbə, xüsusilə  də  ABŞ-a öz hərbi və  siyasi gücünü göstərmiş 
olduğunu  nümayiş  etdirdi.  Rusiya  həmçinin Qərbə  göstərdi ki, 
Rusiyadan yan keçm
əklə  Mərkəzi  Asiyanın  enerjisinin  Qərbə 
inteqarsiyasında  layihələrin  qarşısını  almaq  üçün  tranzit  rolunu 
oynayan Gürcüstana h
ər zaman təzyiq göstərə bilər. 
 
ABŞ-ın Şimali Qafqaz siyasəti 
Şimali  Qafqazı  Rusiya  özünün  ayrılmaz  hissəsi hesab edir. 
Bu bölg
ə  Rusiyanın  ərazisinin 2,1%-ni,  əhalisinin 12%-ni təşkil 
edir.  Şimali  Qafqaz  ərazisində  RF-nın  subyektlərini  –  Adıgey, 
Dağıstan,  İnquşetiya,  Kabarda-Balkar, Qaraçay-Çərkəz,  Şimali, 
Osetiya-
Alaniya, Çeçenistan Respublikaları yerləşir. Şimali Qafqaz 
özünün geosiyasi, geostrateji v
əziyyətinə  görə  mühüm  əhəmiyyət 
k
əsb  edir.  O,  Rusiyanın  cənub sərhədlərində  onun milli maraq-
larının  müdafiəsində  forpost kimi  çıxış  edir.  Həmçinin bütün 
Qafqazı,  Orta  və  Yaxın  Şərqi, Mərkəzi  Asiyanı  əhatə  edən  geniş 
bir m
əkana təsir edəcək vəziyyətdədir. 
İndi Şimal Qafqaz Rusiyanın ən münaqişəli ərazisi sayılır. Bu 
regionda  münaqişələr,  separatçılıq,  əkstermist  əhval-ruhiyyə  daha 
k
əskin formada təzahür edir. Ona görə də, çoxlarının təsdiq etdiyi 
kimi müasir rus dövl
ətinin möhkəmliyi məhz bu bölgədə sınaqdan 
keçirilir. 
Şimali  Qafqazdakı  gərginlik və  qarşıdurmalara  səbəb olan-
faktorlardan biri: onun 
əhalisinin çoxmillətli olmasıdır. Burada hər 


 
243 
bir mill
ətin özünün tarixi taleyi, mədəniyyəti və mentaliteti vardır. 
Bundan  başqa,  1944-cü ildə  çeçenlərin,  inquşların,  qaraçayların, 
balkarların  və  kalmukların  Orta  Asiyaya  və  Sibirə  deportasiya 
olunması haqqındakı tarixi yaddaşda münaqişə törədən əlavə amil 
kimi ortaya çıxır. 
Şimali Qafqazda narahatlıq  yaradan səbəblərdən digəri həll 
olun
mamış  çoxlu  sosial-iqtisadi problemlərin  olmasıdır.  Belə  ki, 
iqitsadi  inkişaf  cəhətdən bu bölgə  RF-nin  ən geridə  qalmış 
regionlarındandır. Şimali Qafqaz Ümumrusiya sənaye istehsalının 
4%-ni verir, real 
əməkhaqqı bütövlükdə Rusiyadan 3 dəfə aşağıdır. 
Neft v
ə  qazçıxarma,  neft-kimya,  maşınqayırma,  kənd təsərrüfatı, 
turizm  biznesi  böhran  keçirir.  İşsizlik,  yaşayış  səviyyəsinin  aşağı 
düşməsi, cinayətkarlıq bu regionda kütlə hala çevrilmşidir. “Çirkli 
seçki”l
ər, bir çox rəhbərlərin qohumlarının cinayətlərdə əli olması, 
əhalinin təhlükəsizliyinin təmin  olunmaması  hakimiyyət  uğrunda 
mübariz
ə və s. regionda sabitliyə ciddi əngəl törədir. 
Milli ideyasızlıq Rusiyadakı etnosların birliyini çətinləşdirir. 
İmperiya  və  kommunizm  ideallarından  məhrum  olmuş  Şimali 
Qafqaz  xalqları  ideya  boşluğuna  düşmüşlər.  İndi  onlar  özlərinin 
milli-dövl
ət quruculuğuna dair yeni ideya və proyektlər axtarışın-
dadırlar. 
Şimali Qafqazdakı geosiyasi vəziyyəti təyin edən ən mühüm 
amill
ərdən biri də islam faktorudur. o region xalqlarının dini ideo-
logiyası olmaqla yanaşı, ondan milli ideologiya və millətçilikdə də 
baza komponenti kimi heç d
ə az istifadə olunmur. 
Dünyanın iri dövlətləri öz sərhədlərinin təhlükəsizliyini təmin 
etm
ək üçün ətraflarında  yerləşən  xırda  dövlətləri öz tərəflərinə 
ç
əkərək hərbi siyasi və iqtisadi  birliklər, ititfaqlar yaratmağa çalı-
şırlar. Bu birliklərə daxil olan dövlətlər böyük dövlətlər üçün təhlü-
k
əsizlik zonaları, qurşaqları rolunu oynayır. 
Xırda  dövlətləri öz tərəfinə  çəkmək üçün iri dövlətlər müx-
t
əlif metodlardan istifadə edirlər. Rusiya əvvəlcə özünün “parçala, 
hökm sür!” siyas
ətini həyata keçirərək  ətrafındakı    xırda  dövlət-
l
ərdə milli, etnik münaqişə ocaqları yaradır, onu alovlandırır, sonra 
is
ə bölgədə sülhün təminatçısı kimi çıxış edərək kollektiv təhlükə-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə