İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə81/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   77   78   79   80   81   82   83   84   ...   96

 
244 
sizlik sistemi yaradaraq h
əmin dövlətləri o sistemə  cəlb etməyə 
çalışır. 
ABŞ-ın  ənənəvi metodu isə, “əvvəl yemək, sonra dəyə-
n
ək”dır.  Bunu  başqa  sözlə  həvəsləndirici və  təzyiq  üsulları  da 
hesab etm
ək olar. Həvəsləndirici üsula olaraq maddi yardım etmək, 
güz
əştli  əsaslarla iqitsadi əlaqələr yaratmaq, elmi-texniki, hərbi-
texniki yardımlar göstərmək və s. amillər daxildir. 
C
əlbetmə  siyasətində  bu üsul fayda vermədikdə  təzyiqetmə 
üsullarından  istifadə  olunur. Təzyiq vasitəsi olaraq hərbi güc tət-
biqetm
ə, etnik amillərdən istifadə  etmək,  münaqişələri dəstəklə-
m
ək, viza rejimini çətinləşdirmək, iqitsadi güzəştləri ləğv etmək və 
dig
ər bu kimi metodlardan istifadə edilir. 
Bir çox t
ədqiqatçıların  fikrincə,  Şimali  Qafqazda  baş  verən 
prosesl
ər geosiyasi faktorlara əsaslanır. Bu isə Qərblə Şərq arasın-
dakı tarixi mübarizə meydanında dünya dövlətlərinin öz hökmran-
lığını  təmin etməyə  və  təbii resurslar üzərində  nəzarəti  ələ  keçir-
m
əyə cəhdlə əlaqələndirilir. 
Şimali Qafqaz – sosial-iqtisadi vəziyyət, dövlət idarəçiliyi və 
Rusiyanın  milli  təhlükəsizliyinin təmini nöqteyi-nəzərindən həm 
ən mürəkkəb, həm də ən mühüm regiondur. Bu region  bir sıra si-
lah
lı toqquşmalarla müşahidə olunur ki, bunlardan biri Çeçen mü-
harib
əsidir. Məhz  bu  zonada  baş  verən hadisələr Rusiya Federa-
siyasının  milli  təhlükəsizliyinə, onun suverenliyinə,  ərazi bütöv-
lüyün
ə real təhlükə törədir. 
SSRİ  dağıldıqdan  sonra  –  Şimal  Qafqaz  xalqları  da  azadlıq 
uğrunda  müharibəyə  qalxdılar.  Çeçen-İnquş  MSSR-da vəziyyət 
daha g
ərgin idi. 1990-cı  ilin  noyabrın  27-də  Çeçenistan və 
İnquşetiya  respublikasının  Ali  Soveti  respublikasının  dövlət 
müst
əqilliyi haqqında bəyannamə qəbul etdi. 1991-ci ilin may-iyun 
aylarında  çağırılmış  ikinci  konqres  Çeçen  Respublikasının 
müst
əqilliyini, RSFSR və  SSRİ-nin tərkibindən  çıxdığını,  Çeçen-
İnquş  Respublikasının  RSFSR-in tərkibində  iki suveren 
respublikaya  – Çeçen-
İnquş Respublikalarına ayrıldığını elan etdi. 
C.Dudayev Çeçenistan Res
publikasının prezidenti seçildi. 1992-ci 
il  martın  31-də  imzalanan Federasiya müqaviləsinə  qoşulmaşdan 
imtina ed
ərək  Çeçenistan  Federasiyadan  çıxmaq,  hərbi vəziyyət 


 
245 
elan etm
ək  hüququ,  respublika  konstitusiyasının  Federasiyanın 
əsas qanunundan aliliyi haqqında qərarlar qəbul etdi. 1992-1993-cü 
ill
ərdə  Çeçenistan  Federasiyanın  büdcəsinə  vergi ödənişini 
dayandırdı.  C.Dudayev  parlamenti  buraxdı.  Respublikada  15 
minlik  nizami  ordu  yaradıldı.  Çeçenistanın  hərəkətləri RF 
t
ərəfindən separatizm kimi qiymətləndirildi. 1994-cu ilin noyabrın 
31-d
ə  RF prezidenti B.Yeltsin “Çeçen Respublikasının  ərazisində 
konstitusiya qanun
çuluğu  və  qaydalarının  bərpası  üzrə  tədbirlər 
haqqında”  gizli  fərman  imzaladı.  Birinci  Çeçenistan müharibəsi 
başlandı.  Dudayevi  başlıca maneə  hesab edən Rusiya hökuməti 
onun aradan götürülm
əsinə  nail oldu. Vitse-prezident  
Z.Yandarbayev onu 
əvəz etdi. Avqust  ayında  Çeçen  qüvvələri 
Qorznını  azad  etdilər. 1996-cı  ilin  sentyabrında  Rusiya  ilə 
Çeçenistan  arasında  imzalanmış  Xasavyurd razılaşmasına  əsasən 
Rusiya  qoşunları  Çeçnistanı  tərk etdi. Lakin hadisələrin  sonrakı 
gedişi  Çeçenistanı  öz  müstəqilliyini möhkəmləndirməyə  imkan 
verm
ədi. 1999-cu  ilin  noyabrında  keçirilən  ATƏT-in  İstanbul 
sammitind
ə  RF-nin  Çeçenistandakı  hərəkətləri böyük  dövlətlər, 
xüsusil
ə ABŞ tərəfindən kəskin tənqid edildi. Rusiya bu məsələyə 
qarşı qəti mövqeyini sammitdə bir daha nümayiş etdirdi. 1999-cu 
ilin  sonlarında  Rusiya  yenidən Çeçenistana təcavüz  etdi.  İkinci 
Çeçenistan müharib
əsi başlandı. Qanlı döyüşlər nəticəsində Qroznı 
şəhəri ruslar tərəfindən işğal edildi. Çeçen xalqı amansız soyqırı-
mına  məruz  qaldı.  Bu  dünya  dövlətləri, xüsusilə  ABŞ  tərəfindən 
ciddi t
ənqidə məruz qaldı. 
B
əs, Çeçenistandakı vəziyyət kimlərə sərf edir? Rus tədqiqat-
çılarının  bəziləri, bu  ərazidəki qeyri-stabil vəziyyətə  ABŞ-ın 
Qafqaz
dakı    siyasətinin  əsas fiquru kimi  Türkiyənin nəzarət 
etdiyini bildirir. 
Qeyd edilir ki, ABŞ-la Qərb Bakı-Tbilisi-Ceyhan 
neft k
əmərini çəkməklə  Xəzər neftini Rusiyadan yan keçməklə 
Q
ərbə  axıtmaq,  özlərinin  rus kəmərlərindən və  Yaxın  Şərq 
regionundan enerji asıldığını heçə endirmək istəyir. Rusiyanın isə 
alternativ neft x
əttləri  Şimali  Qafqaz  ərazisindən  (Dağıstan  və 
Çeçen-
İçgeriya)  keçir  və  münaqişələrin bu regionda 
g
ərginləşməsində  ABŞ-ın  və  Qərbin  əli olduğu  iddia  edilir. 
M
əsələyə  başqa  prizmadan  baxanda  Şimali  Qafqazda  teokratik 


 
246 
rejiml
ərin yaranmasını nə ABŞ-ı, nə də Qərbi qane etmədiyi aydın 
olur. Bu 
ən çox siyasiləşmiş  islam  fundamentalizminin 
nümay
əndələrinə,  ərəb  neft  şeyxlərinə, Fars körfəzi ölkələrinin 
maliy
ə  oliqarxiyalarına  sərf edir ki, onlar öz neftlərini 
Novorossiyski vasit
əsilə  Xəzərdən Qərb  bazarına  ötürə  bilsinlər 
(Tranzit x
ətti  Şimali  Qafqazdan  keçir).  Qərbi Avropaya və 
Rusiyaya narkotikl
ərin  daşınmasının  mümkünlüyünü    genişlən-
dirm
əklə bu vəziyyət beynəlxalq narkomaniya üçün də əlverişlidir. 
H
əmçinin Qərb ölkələri,  Yaxın  və  Orta  Şərqdə,  Şimali  Qafqazda 
Rusi
yanın  təsirini azaltmaqla  strateji  maraqlarını  burada  təsdiqlə-
m
ək  imkanları  qazanmaq  istəyirlər. Məhz bu qüvvələr  Rusiyanın 
Qafqazı  parçalamaq siyasətini indi onun özünə  qarşı  yeridərək 
Şimali  Qafqazda  etnik  münaqişələri  qızışdırır  və  Rusiyanı 
parçalamağa çalışırlar. 
Çeçen-rus müharibd
əsi nəinki ətraf regionlarda islami dirçə-
lişi  stimullaşdırır,  həm də  islam  intibahının  yüksək siyasiləşmə 
d
ərəcəsini müəyyənləşdirir.  Bu  müharibə  rus tədqiqatçılarının 
fikrinc
ə,  İslam  faktorunu  Rusiyanın  cənubunda və  hətta bütün 
Qafqazda sabitliyi pozan 
əsas amilə çevirir. Çeçenlərin dini dövlət 
yaratmaq ist
əyi Moskva üçün yolverilməzdir. Bəs islamı siyasiləş-
m
ə nədir? 
Bu  münaqişədə  Moskva  Şimali  Osetiyanın  tərəfində  idi. 
Rusiya,  Osetiya  Respubilkasını  özünün  Qafqazdakı  dayağı  say-
maq
la  yanaşı,  Moskva  həm də  qorxurdu  ki,  inquşlar  ərazilərini 
genişləndirib müstəqillik tələb edəcəklər. Həmçinin Moskva ose-
tinl
əri  əli ilə  vayxanaları  sarsıtmaq,  yəni  inquşlarla  yanaşı çeçen-
l
ərin də  müqavimətini  qırmaq  istəyirdilər. Osetinlər qeyri-
müs
əlman xalqları olduqları üçün Şimali Osetiya güclü olmalı idi 
ki, g
ələcəkdə Rusiya Gürcüstan və Cənubi Osetiya arasında müna-
qi
şələrdə ondan istifadə etsin. 
1980-ci ild
ə Səudiyyə Ərəbistanı kralı Fəhd elan etmişdi ki, 
Müq
ədəds cihad – kommunizm kimi sərhəd bilməyən bir inqilab-
dır.  İndi  bu  inqilabın  təsiri  Yaxın  və  Orta  Şərqi,  Qafqazı,  Orta, 
M
ərkəzi, Cənub və  Cənub-Şərqi  Asiyanı,  Avropanı  (Balkanlar), 
Şimali Afrika, Uzaq Şərqi (Çində uyqur seperatçıları) əhatə edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə