İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə84/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   80   81   82   83   84   85   86   87   ...   96

 
253 
1995-1999-cu ill
əri əhatə edən üçüncü mərhələdə vəhabilərin 
siyasi f
əallığının artması müşahidə edilirdi. 
1999-cu ild
ən  başlayan  dördüncü mərhələ  isə  vəhabilərin 
h
ərbi məğlubiyyəti və onların fəaliyyətinə siyasi qadağanın qoyul-
mas
ı ilə əhlavətdardır. 
Dağıstandakı  proseslərə  xarici qüvvələrin də  təsirinin  az 
olma
dığını  da  nəzərdən  qaçırmaq  olmaz.  1990-cı  illərin ikinci 
yarısından  başlayaraq  xarici  qüvvələrin  respublikada  baş  verən 
daxili siyasi prosesl
ərə  təsiri güclənməyə  başlamışdır.  Bununla 
yanaşı  etno-elitanın  regionda  mülkiyyətin  bölüşdürülməsi, 
hakimiyy
ət və  siyasi  nüfüz  uğrunda  mübarizəsi də  müşahidə 
edilm
əyə başlandı. 
Rusiya bu m
əsələnin həllinə MDB-ni təşkil etməklə başladı. 
Bu sistem Rusiyaya MDB-y
ə daxil olan respublikaları bir mərkəz-
d
ən idarə etməyə imkan yaratdı. MDB-də liderlik qazanan Rusiya 
h
əmçinin “Birliyin xarici sərhədlərinə vahid mərkəzdən nəzarətini 
t
əmin etməyə səy göstərirdi. Məqsəd isə əvvəlki neft kəmərlərinin 
ç
əkilişini genişləndirmək və Rusiyadan yan keçən yeni kəmərlərin 
ç
əkilişinə yol verməmək idi. 
Tipoloji  olaraq  Dağıstandakı  sabitliyi  təhlükə  altına  alan 
etno-siyasi, sosial-iqtisadi, ideoloji v
ə  geosiyasi amilləri xüsusi 
qeyd etm
ək vacibdir. 
Geosiyasi amil respubilkada müasir etno-siyasi, etno-dini 
prosesl
ərin təsiri  altında  münaqişə  və  ziddiyyətlərin törətmə  qa-
biliyy
ətini yüksəldir. Radikal millətçilik, siyasi və dini ekstremizm, 
h
əll  olunmamış  hərbi  münaqişələr, sosial-iqitsadi  inkişafın  çətin-
likl
əri və s. amillər Şimali Qafqaz respubilkalarında gərginliyi daha 
artırır.  Bu  isə  Rusiyanın  geosiyasi rəqiblərinə bölgədə  qeyri-sabit 
v
əziyyət  yaratmaq  üçün  imkan  vermiş  olur.  NATO-nun öz təsir 
zonalarından  kənarda hərbi  əməliyyatlar aparmaq səlahiyyətləri 
əldə etməsi və 1993-cü ildə bu blokun qəbul etdiyi proqram sənədi 
əsasında  Qafqazda  “sülhməramlı  əməliyyatların  aparılma 
mexanizml
ərinin işlənməsi” ideyası əsasında fəaliyyət proqramının 
hazırlanması məhz bu məqsədə xidmət edirdi. 


 
254 
Geosiyasi amil ölk
ələrin etno-konfessional vəziyyətinə  də 
açıq  təsir göstərir.  İdeoloji  boşluq  bu  bölgədə  dini idleyalarla 
doldurul
muşdur. 
Bu  gün  Dağıstanda  islam  hərəkatı  yekcins  deyildir.  2001-ci 
ild
ə Şimali Qafqazda  mövcud olan 1499-müsəlman cəmiyyətləri-
nin 1099-
u Dağıstanda fəaliyyət göstərirdi. Dağıstan islamın sünni 
m
əzhəbi üzrə Qafqazın forpostudur. Dağıstan Respubilkası Şimali 
Qafqazda radikal islam h
ərəkatının  genişlənməsində  mühüm yer 
tutur. M
əhz ilk dəfə 1999-cu ilin avqustunda onun ərazisində cihad 
şüarları  altında  mövcud  hakimiyyət devirmək və  konstitusiyalı 
qu
ruluşu  dəyişdirmək məqsədi güdən hərbi  qiyam  baş  verdi.  Bu 
qiyam çeçenistanda v
əziyyəti kəskinləşdirdi. 
Buradan bel
ə  bir nəticəyə  gəlmək olur ki, məhz  Dağıstan 
“Ra
dikal islamçılığın” real “təzyiq” dərəcəsini
  
göst
ərən  dəqiq ba-
rometrldir. Dini-estremist  c
ərəyan olan vəhabiliyin təmsilçilərinin 
Dağıstana gəlişi ildən-ilə dəyişir. Belə ki, buraya 2001-ci ildə 2538 
n
əfər, 2002-ci ildə  864 nəfər, 2003-cü ildə  -  957 nəfər, 2004-cu 
ild
ə 1004 nəfər onların nümayəndələrindən gəlmişdir. 
Lakin  Dağıstanda  məscidlərin, dini tədris müəssisələrinin 
dini partiya v
ə  təşkilatlarının  və  ədəbiyyatlarının  artmasına  bax-
mayaraq dini düşüncə aşağı səviyyədədir. Bu isə iqitsadi və siyasi 
faktorlarla birilkd
ə  bölgədə  dini  ekstremizm  üçün  münasib  şərait 
yaradır. 
Dağıstanda  milli  ekstemizm isə  respubilka  ərazisini milli 
t
ərkibə  görə  parçalamağa  cəhd göstərən terrorçu təşkilatlar  və  ya 
qüvv
ələrin timsalında özünü büruzə verir. Əgər belə olarsa, Dağıs-
tan 
ərazisində  ən  azı  11,  ən çoxu 30 respubilka yarana bilər. Bu 
prinsipi bölg
ədə irəli sürən terrorçu «Sadval» təşkilatıdır. 
1992-
ci  ilin  noyabrında  Dağıstan  xalqlarının  II  qurultayı 
keçirildi. Bel
ə  nəticəyə  gəlindi  ki,  Dağıstan  bölünməzdir və  böl-
g
ədə əmin-amanlığa burada yaşayan xalqların maraqlarındakı bəra-
b
ərlik hesabına nail olmaq olar. əgər millətlər “öz problemlərini” 
ayrılıqda həll etmək istəsələr, bu region üçün faciəli sonluğa gətirib 
çıxara bilər. 
“Sadval” is
ə öz fəaliyyətini genişləndirməklə bütün Qafqazda 
terror kül
əyi əsdirir. Bu təşkilatın cızmış olduğu xəritəyə Azərbay-


 
255 
canın  Şimal  əraziləri də  daxil  edilmişdir.  Tarixən Azərbaycanla 
Dağıstan arasında sərhəd olmamışdır.  Yeni münaqişə ocağı yarat-
maq üçün Rusiya 1992-
ci ilin yayında ciddi sərhəd rejimi yaradıl-
ması fikrini irəli sürdü. 


 
256 
IV. 
ABŞ və Rusiyanın Şərqi Avropa və keçmiş Sovet 
m
əkanında nüfuz dairəsi uğrunda mübarizəsi 
İkinci  Dünya  müharibəsindən  sonra  Şərqi və  Cənubi-Şərqi 
Avropanın  bir  sıra  ölkələrində  SSRİ-nin təsiri nəticəsində  sosia-
lizm c
əmiyyəti quruldu. Lakin bu ölkələrdə (Polşa, Çexoslovakiya, 
Macarıstan,  Pribaltika ölkələri) “sovet modeli”nin  tətbiqi, milli 
xüsusiyy
ətlərin nəzərə  alınmaması  əhali içərisində  böyük 
narazılığa səbəb oldu. Hələ XX əsrin 50-ci illərində ADR, Polşa və 
Macarıstanda SSRİ-nin siyasəti və sosializm quruluşuna qarşı olan 
çıxışlar,  1968-ci il Çexoslovakiyada,  70-ci illərdə  Polşada  baş 
ver
ən hadisələr bunun əyani sübutu idi. O zaman bu çıxışlar SSRİ 
t
ərəfindən yatırıldı.  
XX 
əsrin 70-ci illərinin sonunda dünyada sağa doğru dönüş 
baş verdi. “Firavanlıq dövləti” anlayışından əl çəkilməyə başladı. 
“Dünyanın  böyük  dövlətlərində” yeni mühafizəkarlığı  müdafiə 
ed
ən qüvvələr hakimiyyətə gəldilər. Məlum oldu ki, artıq dünyada 
vahid status-
kovu saxlamaq mümkün deyildir. SSRİ  xarici siyasət-
d
ə  “yeni siyasi təfəkkür  tərzi”  doktrinasını  irəli sürdü  ki, bunun 
mahiyy
əti inzibati-amirlik  metodlarından  əl çəkmək,  ən kiçik 
dövl
ətin də mənafeyi ilə də hesablaşmaq demək idi. SSRİ ilə ABŞ 
arasındakı  münasibətlərdəki  mülayimləşmə  dünya hadisələrinin 
gedişinə də öz təsirini göstərdi. Şərqi Avropanın sosialist ölkələri 
SSRİ-də  yaranan vəziyyətdən məharətlə  istifadə  edərək, 
demokratik  inkişaf  yolunu  seçdilər,  çoxpartiyalılığı  tətbiq etdilər. 
bazar  iqtisadiyyatına  keçdilər.  SSRİ  dağılmağa  başladı.  onun 
t
ərkibindən 1990-cı  ilin  martında  Pribaltika  ölkələri  çıxdıqlarını 
bildirdil
ər. 1991-ci  ilin  dekabrın  8-də  Rusiya, Ukrayna və 
Belarusiya 1922-
ci  il  SSRİ-nin təşkili  haqqında  İttifaq  müqa-
vil
əsindən imtina etdilər və  MDB-nin (Müstəqil Dövlətlər Birli-
yinin) yaradılması haqqında saziş bağladılar. 1991-ci ilin dekabrın 
27-d
ə SSRİ-nin mövcudluğuna son qoyuldu. 
B.Yeltsinin  baş  məsləhətçisi  Dmitri  Ryurikov  “İnterfaks”da 
(20 noyabr 1996-
cı il) Ukraynanı “müvəqqəti fenomen” kimi gös-
t
ərir.  Moskvada  çıxan  “Obşaya  qazeta” (10 dekabr 1996-cı  il) 
yazırdı  ki,  Ukraynanın  Şərq hissəsi Rusiya üçün gələcəkdə  çətin 
bir m
əsələ  ola bilər. Təzahür edən  ümumi  narazılıq...belə  bir 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə