İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə87/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   83   84   85   86   87   88   89   90   ...   96

 
263 
b
əyəndikləri göstərmək istəyirdilər. Təsadüfi deyildir ki, 2003-cü 
ilin martında ABŞ  İraqa qarşı müharibəyə başladıqda bu üç dövlət 
“razılaşmış  koalisiya”nın  tərkibində  İraqa  qarşı  müharibəyə 
girdil
ər. Halbuki İraqa qarşı əməliyyat heç də Əfqanıstandan fərqli 
olaraq NATO-
nun missiyası deyildi. Ona görə də bu üç dövlətin bu 
müharib
ədə  iştirakı  Vaşinqton tərəfindən  razılıqla  qarşılandı.  O, 
zaman  Pentaqonun  başçısı  olan  Donald  Ramsfeld  bu  hadisə  ilə 
əlaqədar Avropanı “yeni” və “köhnə” hissələrə bölmüşdü.  O, de-
yir
di ki, çoxları Avropa dedikdə, Almaniya və Fransanı dərhal göz 
önün
ə gətirirlər. Lakin bu artıq köhnə Avropadır. Əgər NATO-nun 
x
əritəsini nəzərdən keçirsək, görərik ki, Avropanın ağırlıq mərkəzi 
artıq onun Şərq hissəsinə düşür. 
Vaşinqtona sədaqət Polşa və Çexiyanın öz ərazilərində ABŞ-
ın  raket  əleyhinə  müdafiə  sistemlərinin yerləşdirilməsinə  razılıq 
verm
əsində də özünü göstərirdi.  
Polşa,  Çexiya  və  Macarıstan  NATO-nun bütün müasir 
əməliyyatlarında iştirak edirlər. Macarıstan ərazisində NATO-nun 
əsas  döyüş  qüvvələri keyfiyyətində  olan Hərbi Hava Qüvvələri 
bazalarının yerləşdiyi ölkələrindən birinə çevrildi. 
Bu m
əsələ  ilə  əlaqədar Rusiya ilə münasibətlərin kəskinləş-
m
əsi bu dövlətləri o qədər də narahat etmirdi. Varşava və Praqanı 
narahat ed
ən səbəblər  başqa  idi.  ABŞ-da  Barak  Obamanın  haki-
miyy
ətə gəlməsi ilə bu məsələyə münasibət də dəyişdi. Barak Oba-
ma  Rusiyaya münasib
ətdə ehtiyatlı olmağı vacib hesab edərək bu 
m
əsələdən  yayınmalı  oldu.  Bundan  başqa  NATO-nun üzvü olan 
dövl
ətlərin  xarici  işlər nazirlərinin 2009-cu  ilin  mart  ayının  5-də 
olan  görüşündən sonra alyans yenidən üzünü Rusiyaya çevirməli 
oldu. 
Xarici  işlər nazirləri  razılığa gəldilər ki, NATO-nun  Stras-
burq v
ə Keldə olan sammitlərindən sonra mümkün qədər tezliklə 
NATO-Rusiya birg
ə işinin rəsmi statusunu bərpa etmək lazımdır. 
Polşa,  Çexiya,  Macarıstanı  ən çox qorxudan cəhət odur ki, 
Alyans Moskva il
ə dialoqda onların maraqlarını qurban verə bilər. 
Bu h
əyəcan  ABŞ-ın  dövlət  katibi  Hillari  Klintonun  çıxışında  da 
hiss edilirdi. H.Klinton bildirirdi ki, biz NATO üzr
ə  bütün 
mütt
əfiqlərimizlə əməkdaşlıq etmək və onları bütün hallarda müda-
fi
ə etmək fikrindəyik. Bizə həm də bəzi Şərqi Avropa ölkələrinin 


 
264 
narahatlığı  da  yaxşı  məlumdur. Onlar Rusiya ilə  münasibətdə 
böyük t
əcrübəyə  malikdirlər.  Bu səbəbdən də  onlar NATO ilə 
Moskva,  ABŞ-la  Rusiya  arasında istənilən dialoqdan ehtiyat 
edirl
ər. H.Klintonun bu etirafına  baxmayaraq,  təəccüblü deyildir 
ki, geosiyasi oyunda x
əritələrin ölçüsündə  Şərqi Avropa 
ölk
ələrində yenə də qorxu yaşamaqda davam edir. 
Çexiya  respublikasında  belə  hesab edirlər ki, ölkənin  əsas 
nailiyy
ətlərindən biri onun NATO-ya qəbul edilməsidir. Çexiyanın 
xarici işlər naziri Karl Şvartsenburq öz çıxışında qeyd edirdi ki, 90-
cı  illərdə  regionda demokratik dəyərlərin bərpa edilməsində 
NATO-nun rolu “son d
ərəcə mühüm” rol olmuşdur. Onun fikrincə, 
Avropada d
əmir pərdə  götürüldükdən sonra da NATO-nun öz 
f
əaliyyətini davam etdirməsi onların ən böyük uduşlarından biridir 
v
ə bu yeni təhlükələrə əks-təsir göstərir. 
Çexiya,  Polşa  və  Macarıstan  NATO-ya  qəbul edildikdən 
d
ərhal sonra NATO-nun  əsas hərbi  əməliyyatlarından  birində-
Kosovo  böhranının  aradan  qaldırılmasında  da  iştirak  etdilər. Bu 
onu sübut edirdi ki, alyans müv
əffəqiyyətlə yeni eraya uyğunlaşır. 
ABŞ  həmçinin belə  hesab edir ki, raket əleyhinə  müdafiə 
sisteml
ərinin obyektlərini də Şərqi Avropada yerləşdirə bilər. O, on 
(10) 
ədəd raketi əvvəlcədən  saxlayan  qurğunu  Polşada  yerləş-
dirm
əyi nəzərdə  tutmuşdur.  Çexiyada  isə  radar  qurğuları  yerləş-
dirm
ək qərarına  gəlmişdir.  Vaşinqton  bunu  İran  tərəfindən təhlü-
k
ənin gözlənilməsi ilə motivləşdirsə də, bunun Rusiya ilə əlaqədar 
olması  şübhəsizdir. Bu sistemlərin 2011-2013-cü illərdə  yerləş-
dirilm
əsi nəzərdə  tutulmuşdur.  Aydındır  ki,  Rusiya  bu  məsələyə 
k
əskin etirazını nümayiş etdirməyə bilməzdi. 
Söhb
ət geosiyasət  haqqında  getdikdə  bəzən  situasiyanın 
q
əbuledilməzliyi haqqında fikir söyləyirlər. Lakin beynəlxalq real-
lıq  sübut  edir  ki,  heç  bir  geosiyasətin xarakterik xüsusiyyətlərini 
özünd
ə  əks etdirən uzunmüddətli strategiyadan söhbət gedə  bil-
m
əz. Ona görə  də  ən böyük dövlət belə  tam  şəkildə  geosiyasi 
m
ənliyə malik deyildir və yaxın gələcək üçün də onun belə qalması 
ehtimal olunur. Avropa v
ə  ABŞ-da siyasi mərkəzlərin  maraqları 
göst
ərir ki, ABŞ-Rusiya münasibətlərinin yüklənməsi nə az, nə də 
çox, h
ər  şeydən  əvvəl,  Şərqi Avropada yeni geosiyasi situasiya 


 
265 
yaranmasına  səbəb olur. Buraya həmçinin Mərkəzi və  Cənubi-
Şərqi Avropanı da aid etmək məqsədəuyğun olardı. Ona görə də bu 
ölk
ələrin liderləri  Barak  Obamadan  xahiş  edirlər  ki,  ABŞ  onların 
maraq
larını  qorusun,  onları  Rusiyaya  “təhvil verməsin”. Həqi-
q
ətənmi, Rusiya NATO-nun həqiqi üzvləri üçün də mühüm təhlükə 
m
ənbəyi  olaraq  qalır?  ABŞ-ın  Şərqi Avropa siyasəti bütövlükdə 
götürüldükd
ə səmərəli xarakter daşıyır və Rusiyanı Şərqi Avropa-
dan k
ənarlaşdırmağa  xidmət  edir.  Şərqi Avropa dövlətləri də 
Fransa, Almaniya, Böyük Britaniyaya etibar etm
ədiklərini bildirir, 
a
ncaq  ABŞ-a söykəndiklərini etiraf edirlər. Bu isə  ABŞ-a imkan 
verir ki, yuxarıda adlarını qeyd etdiyimiz dövlətlərin Şərqi Arvo-
paya t
əsirini məhdudlaşdıran istənilən layihəni irəli sürsün. Lakin 
Almaniya v
ə  Fransa tezliklə  ABŞ-ı  yeni  keyfiyyətdə  -  “xarici” 
siyas
ət məsuliyyətini məhdudlaşdıran  bir  dövlət kimi təqdim 
etdil
ər.  Şübhəsiz  ki,  ABŞ  Rusiyanın  Şərqi Avropaya təsirinin 
m
əhdudlaşmasında  kifayət qədər  böyük  rol  oynamışdır.  Lakin 
N.Sarkozi d
ə  Avropanı  Rusiya  təcavüzündən qoruyan “xilaskar” 
kimi  tanındı.  Məhz Sarkozinin fəal mövqeyi Merkelin Rusiya-
p
ərəst mövqeyi ilə  birləşərək Avropada anti-amerikan ictimai 
r
əyinin  formalaşmasına  təkan  verdi.  ABŞ-ın  Qafqazda  məğlu-
biyy
əti ABŞ-ın qüdrətinin tənəzzülünün güclü siqnalı idi. Avropa-
da  ABŞ  üçün  təhlükəli olan  proseslər  baş  verməyə  başladı.  ABŞ 
özünün 
əvvəlki mövqeyini qaytarmaq üçün bütün siyasi resursla-
rını  təqdim etməli  oldu.  Şübhəsiz, Avropa müxtəlif regionlarda 
gözl
ənilməz hadisələr gözləyir. Hər halda istənilən layihədə ABŞ 
v
ə  Aİ  birlikdə  çıxış  etdikləri  zaman dünya siyasətinin iki sahəsi 
arasında mübarizə baş verir. Hər bir partnyor digər partnyoru sıxış-
dırmağa cəhd edir. 
Dünyanın iki güc mərkəzi olan ABŞ və Rusiya dövlət sərhəd-
l
ərinin yenidən düzəldilməsində maraqlıdırlar. Lakin əməli olaraq 
ancaq  ABŞ  fəal regional siyasət həyata keçirmək  imkanlarına 
malikdir. Bu dokt
rina ABŞ-ın xarici siyasətində avanqard rol oyna-
yır.  ABŞ  təkcə  Yaxın  Şərq və  Cənubi  Asiyanın  deyil,  həmçinin 
Avropanın da bölünməsini istəyir. Avropalılar bu meylin əleyhinə 
olsalar da,  h
ələlik  onun  qarşısını  almağa  tam  hazır  deyillər. 
Mahiyy
ət etibarilə  ABŞ  çalışırdı  ki,  partnyorların  yeni  sırasını 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə