İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə83/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   79   80   81   82   83   84   85   86   ...   96

 
250 
göst
ərir  ki,  iqtisadi  inkişafı  saxlamaq  məsələsindəki  uğursuzluq 
axırda Rusiyanın cənub sərhədlərində (Çeçenistan, Dağıstan və s.) 
v
əziyyəti  partlayış  səviyyəsinə  gətirib  çıxara  bilər.  Bunu  başa 
düşən Rusiya Türkiyə və İranın Qafqazdakı fəaliyyətinin qarşısını 
almaq, Amerikanın yeni suveren respublikalara  geosiyasi təsirini 
m
əhdudlaşdırmaqdan  ötrü  yeni  qarşılıqlı  münasibətlər sistemi 
yaratmağa  səy edir. Bandan məqsəd  Rusiyanın  yeni  yaranmış 
dövl
ətlərdə öz üstün geosiyasi və iqtisadi mövqeyini saxlamaqdır. 
Qafqazda inzibati-
ərazi sərhədlərinin əsassız dəyişməsi də bu 
regi
onda  çoxlu  münaqişələrə  yol  açmışdır.  XX  əsrin sonlarından 
başlanmış  erməni-Azərbaycan, gürcü-abxaz, gürcü-cənubi osetin 
ziddiyy
ətləri əvvəl münaqişələrə, sonra isə qanlı müharibələrə çev-
rildi. İki Çeçen müharibəsi, osetin-inquş qarşıdurması çoxlu insan 
itkisin
ə və dağıntılara yol açdı. 
Tarixi t
əcrübə  göstərir ki, mərkəzi hakimiyyətin zəifləməsi 
bir t
ərəfdən, ölkənin bu və ya başqa regionunda milli münaqişələri 
g
ərginləşdirir,  digər tərəfdən mərkəzdənqaçma meyllərini surət-
l
əndirir. 
XX 
əsrin sonu -  XXI  əsrin  əvvəllərində  Qafqaz regionunun 
geosiyasi 
əhəmiyyətinin armtasının bir çox səbəbləri vardır. Bunlar 
əsasən aşağıdakılardır: 
1)  Qafqaz  (geniş  mənada  –  Qafqaz-Xəzər-Qara dəniz 
regionu) z
əngin təbi sərvətlərə  (ən çox da krbohidrogen 
xammalına) malik bir bölgə kimi diqqət mərkəzindədir. 
2) Bu bölg
ə gələcəkdə “Şərq-Qərb” və “Şimal-Cənub” xətti 
üzr
ə  mühüm transmilli nəqliyyat  qovşağına  çevrilə  və  Fars 
körf
əzinin neft emalı ölkələrinə alternativ təşkil edə bilər. 
3) Geosiyasi nöqteyi-n
əzərdən  Qafqaz  Rusiyanın  ən kövrək 
yer v
ə  “yumşaq  qarınaltısı”dır.  Burada  milli  münaqişələr daim 
köz
ərməkdə  və  alovlanmaqdadır.  Qafqazın  müstəqililk  qazanmış 
ölk
ələri «Qərbə meyl edərək Rusiyadan ayrı düşürlər». 
4) Bir çox t
ədqiqatçılar  hesab  edirlər ki, Qafqaz regionu 
“Rusiya Balkanlarına” və “Qeyri-sabit Avrasiya qurşağı”nda möh-
k
əmlənmiş həlqəyə çevrilə bilər. 
5) Qafqaz dünya siyas
ətinin lokal, regional və qlobal maraq-
ların hökm sürdüyü və toqquşduğu ən mühüm mərkəzlərdən birinə 


 
251 
çevrilm
əkdədir. Burada təsir dairələri uğrunda Rusiya, ABŞ, Qərbi 
Avropa ölk
ələri, Türkiyə və İran mübarizə aparırlar. 
Neft bazarı elə bazardır ki, o bazar iqitsadiyyatının yazılmış 
v
ə  yazılmamış  qanunlarına  tabe  olmur.  Məsələn, son onililklər 
ərzində  dünyada bütün xammal məhsulları  ucuzlaşsa  da,  neftə 
bunu aid etm
ək olmaz. Demək olar ki, neft qədər siyasiləşən, 
qloballaşan,  imicli strateji məhsul yoxdur. II dünya 
müharib
əsindən  sonra  baş  vermiş  müharibələrin  əksəriyyətinin 
t
əməlində  neft faktoru durur. Gələcəkdə  neft istehlak edən 
ölk
ələrin neft istehsal edən ölkələrə qarşı müharibəsi mümkündür. 
Bunun  üçün motiv, güc v
ə  vəsait də  vardır.  Nə  İngiltərə, nə  də 
ABŞ  həmişə  ideoloji cəhətdən  əsaslandırmaqdan  müharibə 
aparmırlar.  Belə  bir deyim var ki, heç vaxt ovdan sonra və 
müharib
ədən qabaq danışılan qədər yalan danışılmır. 
 
ABŞ-ın Dağıstan siyasəti 
 
Rusiya
nın  cənubunda  etnosların  daha  çox  məskunlaşdığı 
bölg
ə Dağıstandır. İki milyondan çox əhalisi olan Dağıstanda 40-a 
q
ədər yerli etnoslar yaşayır. 
Müasir Avrasiya geosiyasi sistemind
ə Dağıstan həm regional, 
h
əm də  ümumdünya  xarakterli  maraqların  kəsişdiyi  bir  zonadır. 
Respublikanın  geosiyasi  mövqeyinin  mühümlüyü  onun  Avropanı 
Yaxın  və  Orta  Şərqlə  və  həmçinin, Mərkəzi Asiya ilə  birləşdirən 
əsas kommunikasiyaların kəsiyində yerləşməsidir. 
Dağıstan  bir  tərəfdən Cənubi Qafqaz ölkələri ilə, digər 
t
ərəfdən İran və Türkiyə ilə həmsərhəddir. Bundan başqa bu bölgə 
X
əzər və  Qara dəniz regionunu birləşdirən mühüm  coğrafi  bir 
m
əkandır. 
Rusiya üçün 
Dağıstan Cənubi Qafqaz ölkələri ilə iqitsadi və 
dig
ər əlaqələri yaratmağa imkan verən ən cənub sərhəd zonasıdır. 
Bundan  başqa,  Dağıstanın  donmayan  dəniz  limanları  Rusiyaya 
X
əzər dənizi vasitəsilə  xarici ölkələrlə  əlaqə  yaratmağa  imkan 
verir. Bel
əliklə, Dağsıtanın, Rusiyanın strateji və geosiyasi maraq-
larının  qorunmasında,  cənub sərhədlərindəki siyasi və  sosial-iqit-
sadi sabitliyin t
əminində,  Qafqazdan  tutmuş  Mərkəzi Asiyayadək 


 
252 
geniş  bir  regionda  öz  təsirini möhkəmləndirməkdə  böyük rolu 
vardır. Onu da unutmaq olmaz ki, bu bölgənin Xəzər dənizi şelfin-
d
əki karbohidrogen yataqlarının yaxınlığında yerləşməsi XXI əsrdə 
Dağıstanın  mühüm  neft  emalı  rayonuna  çevriləcəyini ehtimal et-
m
əyə əsas verir. Xəzər nefti və qazını Arvopa bazarına daşınması 
üçün 
ən qısa yolun gələcəkdə buradan keçməsi mümkündür. 
M
əhz Xəzər neti Cənubi  Rusiyanı  dünya  regional 
dövl
ətlərinin rəqabət zonasına çevirir. 
Geosiyasi yerd
əyişmə nəticəsində Dağıstanın həm ümumrus, 
h
əm də Qafqaz geosiyasi regionunda mövqeyi dəyişilmiş oldu. Bu 
is
ə  respublikada geosiyasi vəziyyətin dəyişkən və  zididyyətli xa-
rak
ter almasına gətirib çıxardır. Münaqişə törədici faktorlar Dağıs-
ta
nın geosiyasi sabitliyinə təsir etməklə yanaşı, həm də Rusiyanın 
c
ənubu, həm də digər dövlətlər üçün real və potensial təhlükə mən-
b
əyidir. Dağıstanın  sosial-mədəni xarakteristikasının əsasını təşkil 
ed
ən etnosiyasi və  siyasi-dini faktorlar,  həm də  xarici  təsirlər 
respublikada münaqişələri, zididyyətləri, etno-siyasi təhlükəni daha 
da artırır. 
Dağıstan  Respubilkasında  sabitlik  ən çox Qafqaz, Xəzər və 
Asiya  regionunda  Rusiyanın  hərbi və  iqitsadi  iştirakının  saxlan-
masından asılıdır. Yuxarıda qeyd etdiyimiz kimi bu sabitilk həm də 
bölg
ədə etno-siyasi vəziyyətlə xarakterizə olunur. Belə ki, 1990-cı 
ill
ərdən  başalyaraq  Dağıstanda  etnik  separatizm  geniş  vüsət 
almışdır.  XX  əsrin 90-cı  illərində  artıq  əhalinin etnik özünüdər-
kind
ə və dindarlığında artım müşahidə olunur. Milli və dini radika-
lizmin artması Dağıstanda etnoslararası qarşıdurmaları, münaqişə-
l
əri qızışdırır. 
Dağıstandakı daxili-siyasi proseslərin birinci mərhələsi 1980-
ci ill
ərin sonundan –  1993-cü ilə  qədər olan dövrdə  dini cəmiy-
y
ətlərin  yaranması  və  onların  ictimai  xarakterli  ilk  aksiyları  ilə 
başlamışdır.  
1993-1995-ci ill
əri əhatə edən ikinci mərhələdə milli müna-
sib
ətlər kəskinləşir, milli hərəkatlar yaranır və fəallaşır, milli əla-
m
ətlərə  görə  dindarların  və  onlar idarə  orqanlarının  parçalanması 
prosesi baş verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə