Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005 açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
və yoxsul halda yaşayan zəhmətkeş və qəhrəman insanların halı ilə aşina olun. Sonra Onları həman
məhəllələrin qəhvəxanalarında tiryak mənqəllərinin başında insan qiyafəsinı itirmiş səfillər və ya Kərəc
suyunun kənarında kəsafət mücəssəməsi olan sirabi qazanlarının ətrafında çumbatma vurub əraq
zəhirmar edən fokullulariz ilə müqayisə edin. Onda anlarsız ki, azərbaycanlı niyə özünü sizdən hesab
etmir və nə səbəbə biz onu bir millət tanıyıb özünü idarə etməyə həqli bilirik.
Tehranda müntəşir olan Keyhan ruznaməsi özünün «Pəyam bə Pişəvri» ünvanı altında mənə xət
yazmış olduğu məqaləyə şəxsim xüsusunda əhəmiyət qail olmayıb və mən şəxsən xüdsitalıq ilə işim
olmadığından onun həqqimdə yazdığı müsbət sözlərə elə qiymət verən dəyiləm. Ona görə o xüsusda
bəhs etmək istəmirəm. Əslən Farslar, Azərbaycanlıları öz yanlarında anlamaz və qaba hesab edər,
hətta özlərinə yaraşan adlar ilə də onları adlandırmaqdan xəcalət çəkməzlər. «Keyhan»-da məqalə
yazan ağa dar o xəyal ilə mənim başımı yarıb ətəyimə qoz tökmək istəmişdir. Qoy riyakarlıq, iki
özlülük tehranlılara qallsın. Biz açıq danışaq və onların hiyləgərliyi bizi aldatmasın. Pişəvriyə pəiam
göndərməyin faydasi yoxdur. Azərbaycanda vicuda gələn böyük nehzəti Pişəvri vicuda gətirməmişdir.
Bu xəlqin ruhundan, ürəyindən qopan böyük nə’rənin əsəridir. Pişəvri və onun məsləkdaşları isə xəlqi
sevib onun səadətinı arzu etdiklərinə görə bu nehzətdən kənarda dura bilməzdilər. Pişəvri sadə bir
yazıçi dir. Leikən o həmişə fikirlərini xəlqdən aldığı üçün xəlqin ehtiyaclarını düşünüb, onun dərdlərini
anlayanlardan olmuş. Onun səadətinı özünə məqsud və hədəf qərar vermişdir.
Keyhan ruznaməsinin yazıçısı ağayi Novşadın iştibahi bundadır ki, o Pişəvrinin azərbaycanın mili
azadlığına qarışmasını, mürtəce’lər ilə apardığı mübarizədə gördüyü xəsarət ya mürtəce’lərin onun
şəxsi həqqində işlədikləri xəyanətində axtarır. Bu Pişəvrini təhqir etmək deməkdir. Pişəvri və onun kimi
xəlq xadimləri siyasi mübarizələrdə özlərinin şəxsi ehsasatlarını dənxalət verməzlər, bu çuq kiçik və
cahil adamların işidir.
Mən Pəhləvinin on bir illik zindanı ilə Məclis mürtəce’lərinin e’tibarnamə əleyhinə işlətdikləri
məsxərəamiz uşaqlığı çoxdan unutmuşam. Biz indi böyük bir iş ilə məşğuluq. Keçmişi xatırlamağa
belə vəqtimiz ola bilmir. Hətta o qara günlərdə belə mən şəxsi intiqam hisi və xüsusi ədavət ilə
yaşamamışam və bunu iftixar ilə yaza bilərəm. Vicdanım bu xüsusda rahat və asudə dir. Zahiri
azadixahların xəlqimizin mili mübarizəsinə şəxsi rəng verməsinə, öz arşını ilə ölçmək deyərlər. Bizim
mübarizəmiz şəxsi dəyidir və kimsədən şəxsi intiqam çəkmək istəmirik. Siyasətdə intiqam ilə məşğul
olmaq olmaz, söhbət Pişəvrinin şəxsi əxlaqi üstündə dəyidir. Nahaq yerə bizi tətəmi' etməyə çalışan
Tehran yazıçılarına bu kimi yazıları oxuduqda acıyırıq. Onların ruhlarının zəifliyinə yazığımız gəlir.
Məsələn Keyhan yazır: «Siz Azərbaycan Dili və Millətindən sərfənzər etsəniz, bir Kuçikxan, bir
Səttarxan , bir Xiyabani ola bilərsiz.». Mən böyük simaların adını həmişə ehtiram ilə zikr etmişəm.
Leykən onlara hərgiz təqlid etmək arzusunda dəyiləm. Çünki mən şəxsi ad üçün çalışmıram, mən
Azərbaycan Demokrat Firqəsinin aadi bir üzvüyəm və arzu edirəm xəlqimizin nehzəti firqəmizin adına
təmam olsun və mən də Firqənin böyük adilə iftixar edim. Taza, tehranın Səttarxan, Xiyabani,
Kuçikxan və Məhəmməd Təğixan kimi fədakarlara verdiyi padaş arzu edilməlı bir padaş dəyidir. Lenin
və Mustfa kəmal olma fikiri isə əbədən məndə ola bilməz. Çünki Lenin kimi şəxslər hər bir mühitdə
doğa bilməzlər, Ata Türk isə başqa bir şəraitdə meydana çıxmışdır.
«Gəlin bu kiçik dayərədən ki, öz dövrənizdə çəkmişsiz ayağınızi kənara qoyun, bu müməyyizlik ki,
Azərbaycan ilə iranın sayir nüqtələri arasında çəkmisiz aradan götüruz ta bir Kuçikxan ya Səttarxan ya
Xiyabani və ya Lenin və ya Ata Türək olasız,». Bunu Tehran azadixahlarından birisi yazır. Bu subut
edir ki, onlar çox aciz və çox zəbün adamlardır, öz iradə və quvvələrinə e’timadları da yoxdur.
Xaricdən bir nicat verici axtarırlar. Bir millət üçün bundan böyük bədbəxtlik ola bilməz. Dünən
Rizaxandan nicat gözləyənlər bu gün Piəvəridən azərbaycanın dövrəsinə çəkilən dayərəni pozub
özləri üçün azadlıq vicuda gətirmək tələb edirlər. Bu beçaralıqdır, bu elə bədbəxtlikdir ki, diri və aqıl
millətlər onu eşitməkdən nifrət edərlər. Pişəvri isə özünün məsxərə hala düşdügündən xəcalət çəkir.
Doğrudur Pişəvri Azərbaycan Demokrat Firqəsinin ağsaqqallarından hesab olunur və Azərbaycan
Məclis Milisi ona e’timad edib Mili Hökumətin başında qoymuşdur. Leykən o heçvəqt xüdsər və
mütləqülinan dəyidir. O Firqə və Millətin bir sərbazıdır. O birincisinin dəsturu, ikincisinin arzusu üzrə
hərəkət edir.
Beçara tehranlılar görükür xəlq və millətin qüdrətini hələ də dərk edə bilməmişlər. Onlar elə xəyal
edirlər ki, Pişəvrinin şöhrəti və ya Azərbaycan xəlqinin ona olan e’timadi, onun qabaqdan təhiyə etdiyi
19
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005 açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
nəqşə üzərilə vicuda gəlmişdir. Ya inki Pişəvrini aparılan mübarizə də qabağa çəkən onun qabağa
düşmək mənzurundan irəli gəlmişdir.
Burada Azərbaycan xəlqinin zəkavəti və ruh yükəkliyi aşııkara çıxır. Azərbaycanlı hərgiz hazır olmaz
tək bir şəxsdən özü üçün nicat və azadlıq gözləsin və ona xitab edərək sərhədləri aç, bizə Səttarxan
və Mustafa Kəmal ol, desin. Tehranlı belə sözləri deməkdən utanmaz. Hətta onu birincilik qazanan
ğəztəsində yazıb intişar verməyə də cəsarət edər. Bunlar anlamaq istəmirlər ki, bizim qüdrət və
gücümüz mübarizənin mili xasiyətində dir. Azərbaycan xəlqini birləşdirib və onları Demokrat Firqəsinə
bağlayan ancaq Firqəmizin meydana atdığı milli şüarları dir.
Biz bütün İran namina az danışmamışıq. Həyazb-Tudənin Tehrana göndərdiyi saysız-hesabsız
teleqrqflar hənuz unudulmamışdır. Bunlar biyhudə sözlərdir. Tehran azadlıq verəbilməz, taza o
azadlığı aldıqdan sonra millətimizin mili əsarəti baqi qalmasını biz düşünməmiş dəyilik. 7-yaşında taza
dil açan körpə balaların başını biganə dil tə’lim etmək vasitəsilə əzib, çürüdüb, fasıd etməyə biz
azadlıq deyəbilmrik. Beş milionluq bir xəlqi zor ilə yabançi bir xəlqin hakimiyətinə tabe etmək azadlıq
dəyidir. Qərnlər boyu qəhrəmananə mübarizə aparan bir cəmiyətin milliyyətini, uç nəfərin xoşuna
gəlməkdən ötrü inkar etmək insanlığa yaramaz. Başladığımız böyük hərəkətin mili rəng və milli
xasiyətini dəyişdirmək istəyənlər xəlqimizin silahını əlindən almağa çalışırlar. Bunların azadixah
maskaları bizi iğfal edəbilməz. Azadixah adamlar bu millətin başqa bir millətə üstündə hakimiyət
sürməsinı tələb edəbilməzlər. Azadixahlıq halva dəyidir. Azadixah insanlar gərək həq və həqiqəti inkar
etməsinlər. Həq və həqiqət isə azərbaycanlıların milli dil, milli adab və rüsumi, milli əxlaq, milli iste’dad
və milli tarixləridir.
Tehran azadixahları bizim millətimizi inkar etməklə qaba və xəşin istibdad ruhuna malik olub və
mürtəcelərdən daha mürtəce olduqlarını isbat edirlər. Azərbaycan xəlqi isə özünün qüdrətini milli birlik
və milli azadlıqda tapmışdır.
İndi Azərbaycan milli bir ölkədir. Onun qəhrəman xəlqi özünü idarə etməyə layiq olduqlarını bütün
dünyaya isbat etmişdir. Təbriz mərkəz mürtəce’lərinin xainanə siyasətinə baxmayaraq hər cəhətdən
tehrandan irəlidə dir.
Əmniyyət, asayiş, xəlqinin qeydinə qalmaq, ucuzluq, işsizlik ilə mübarizə, iqtisadi, siyasi və fərhəngi
tədbirlərimiz xəlqi gələcəkə gündən-günə artıq ümidvar etməkde dir. Tehran Hökumətinin
qələmrövündə isə dərin və qəti naümidlik hökm sürməkdedir, Məyus bir millət inqiraza məhkumdur.
Ümidvar millət isə hərcür müşgülata qalib gəlib yaşar və arzularını icra etmək yolunda heç bir
fədakarlıqdan ayaqgeri qoymaz.
İndi biz hərgün, hərsaat irəli gedirik. Tehran isə mürtəce’lərin və özlərinı azadixah göstərməyə çalışan
boşboğazların qara sayəsində fəlakətə sürüklənir.
Biz mübarizəni axıra qədər aparmağa and içmişik.
Ölmək var, dönəmək yoxdur! «Pişəvəri»
***
Maarif aləmində öz dilimizdə nəşr olunan məktəb kitabları və binasını qoyduğumuz Milli
Darülfununumuz, Firqə tarixinə qızıl xət ilə qeyd edilməlidir. Bununla biz ilftixar edəbilərik 12 Şəhrivər
e`lamıhsını həyata geçirmişik.
Nehzətimiz Və Dünya Siyasəti
Nehzətimizin dairəsi genişləyib əhəmiyət kəsb etdikcə dünya diplomatları və dünya azadixahlarının
ona nisbət maraq və təvəccehi artmağa başladi, nəhayət iş o yerə gəlib çatdi ki, Azərbaycan məsələsi
beynəlmiləl şəkil alaraq dünya mətbu’atının gündəlik mövzülarının birincisini təşkil verdi. Bütün dünya
radiolari, müxtəlif dillərdə ölkəmizin adını və nehzətimizin cərəyanın söyləməkde bir-birinə sibqət
etməyə çalışdılar.
20
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005 açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Bunun əlbəttə cür-bəcür illətləri ola bilərdi. Amma bə’ziləri ondan Şoralar İttifaqi əleyhinə istifadə
etməyə çalışırdılar. Bizim əqidəmizə görə bu ğədaranə və xainanə siyasət idi. Onlar bizim daxili
düşmənlərimizdən müdafiə etmək məqsədilə məsələni bu şəkilə salmağa can atırdılar. Halbuki
Azərbaycan nehzəti İran üçün tam mə’naasilə daxili bir iş idi. İran xəlqi bu nehzətdən böyük ümidlər
gözlədiyindən daxili və xarici mürtəce’lər onu bu iftiralar ilə boğmağa çalışırdılar. Bə'zi
düşmənlərimizdə bizim böyük milli hərəkətimizə gülünc olaraq təcziyə nami verməklə bütün cəmaəti
bizim əleyhimizə təhrik etmək istəyirdilər.
Halbuki, daxili müxtariyət məsələsi təcziyə demək dəyildi. Firqəmiz bu məsələni 12-Şəhrivər
e`lamiyyəsində möhkəm dəlillər ilə şərh verib, belə bir ehtimalın və tövcihin qabağını almışdı. Hətta
bizim nəzərimizdə «federatıv» üsulu da təcziyə demək dəyildir. Necəki Şəhrivər müraciətnaməsində
göstərilibdir, əyər fəderativ təcziyə deyilsəidi, oylə isə Amerika Cümhuriyyətləri İttifaqi, Suvis
məmləkəti, təcziyə edilib mərkəziyətdən düşmüş məmləkətlər hesab olunmalı idilər. Milli məhəli
müxtariyət, dil məsələsi ya əncümən əyalətiyə verilən geniş ixtiyarart müddəilərimizin iftira-amiz
iddi’alarının xılafına olaraq bir məmləkətin təcziyəsi dəyil və doğrudan doğruya bütün xəlqin dövlət
təşkilatında dəxalətini təmin etdiyi üçün məmləkətdə möhkəm və sarsılmaz bir vəhdət vicuda
gəlməsinə səbəb olan ən əsaslı və təcrübədən geçmiş dövləti bir təşkilatdır. Başqa cür təsəvvüri belə
mahaldır. Nə etəməli ki, mili-demokratik nehzətləri, şərqdə müstəmirə əlaqəsi olan böyük dövlətlərin
diplomatları görmək istəmirlər. Əyər bu hərəkətin azərbaycanda, Azərbaycan hüdudlarında qalmasına
inanmış olsaidılar şayəd o vəlvələni ortaya salmazdılar, nə etəməli ki, nehzətlərin bir məmləkətin
sərhədi daxilində məhdud qalmayacağını onlar da gün kimi aşikar görməkdedirlər. Ona görə əllərində
olan hədsiz-hesabsız vəsilələrdən istifadə edərək bizim üçün həyat-mümat məsələsi olan milli
hərəkətimizi boğub ortadan aparmağa çalışırdılar. İş getdikcə mətbu’at və radiolardan təcavüz edib,
rəsmi beynəlmiləli yığıncaqlara yetişdi, xarici imperialistlərin qablarını yalamaqda imtahan verən
«Təqizadə» və «Əla» kimi ciblərini doldurmuş xainlər maskalarını yırtıb iranın daxili işi olan nehzət
mövzuunu xarici ölkələrin müdaxiləsi ilə həll etmək istədilər.
Bu isə iranın istiqlal və təmamiyətini rəxnədar etmək və iranın əhalisini əcnəbilərin himayəsi altına
tapşırmaq demək idi. Bu işin bu yerə gəlib çatması Azərbaycan xəlqini əsəbiləşdiridiyi qədər də onların
gözlərini açdı və onlara anlatdı ki, İran Heyət Hakiməsini təşkil edən tüfeyli ünsürlər, öz
hakimiyətlərinin pozulmasını hiss etdikdə məmləkət və milləti də məhv və nabud etməkdən
çəkinməzlər. Əla və Təqizadənin Ləndən və Vaşinqtonda gördükləri işin mə’nası bu idi.
Azərbaycan xəlqi bu əməldən çox acı təcrübələr aldı, Tehran mətbu’ati isə bir neçə mütərəqqi
ruznamədən başqa məsələnin iç üzünü açıb xəlqə göstərməkdən xuddarlıq etdilər. Onları xəlqimiz
ürəyindən qalxan demokratik hərəkət mər'ub etmişdi. Yəəni bə'zi mürtəce’ və satqın Tehran mətbuati
da Təqizadələr və Əlalar kimi əcnəbi boyunduruğu altına girməyi, xəlq hakimiyətinə və millət
azadlığına tərcih veriridilər. Bizim Firqəmiz gözəl düşünürdü ki, İran azad olmadığı təqdirdə
Azərbaycan azadlığı təmin oluna bilməz, çünki Firqə əvvəl gündən İran daxilində olmaq şərtilə milli
nehzəti vicuda gətirmişdi. Ona görə mürtəce’ hökumətlərin yerini tutan Qəvamülsəltənə kabinəsinin
barışma də’vətini qəbul etdi. Bu, ayağa qalxmış xəlq tərəfindən güzəşt hesab olunsa da lazimi bir
güzəşt idi. Çünki əvvələn bu vasitə ilə yabancıların İran istiqlalını boğmaq ümidləri puça çıxdı. Bu
nehzətimizi təcziyə və sayir iftiralar ilə ləkədar etməyə can atan xain və parazit ünsürlərin silahları da
əllərindən alınıb, bütün İran cəmaətinin qabağını tutan pərdə yırtılıb tar-mar olmaqla nehzətimiz bütün
İran üçün Milli Demokratik bir şəkil aldı.
Qəvamülsəltənə hökuməti ilə başladığımız müvafiqətnamənin İran tarixində böyük qiyməti vardır. Bu
vasitə ilə dir ki, Azərbaycan nehzəti İran azadlığının zaminı nami almaq iftixarını kəsb edə bildi. Bu
vasitə ilə dir ki, birədən fil yaratmağa çalışan imperialst nökərlərinin sözü qurtarıb, öz işlərinin dalınca
getməyə məcbur oldular.
Dünyada iki tərəfli olmayan bir hadisə yoxdur, bu əslə görə dünya mürtəce’lərinin əleyhimizə
qaldırdıqları həya-hunun da müfid tərəfi vardır. Bu həya-hu nəticəsində bütün dünya bizi tanıdı. Dil,
adab-rüsum və milli xüsusiyata malik olduğumuzu dərk etdi. Azərbaycan adı böyüdü, düşmənlikdən
xəlqimiz də böyük istifadə edə bildi.
İş həmişə belədir. Diri millət, hüşyar millət fədakarlığa hazır olan millət hər bir təsadüfdən istifadə edə
bilər. Farsların bir sözü vardır, deyirlər ki, «Ədü şəvədd səbəbi xeyr əgər xoda xahəd». Bu söz
doğrudur, bizim düşmənlərimiz düşmənlik edərkən biz onların düşmənliklərindən faydalı nəticə aldıq.
21
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005 açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Bu məsələyə heç də kiçik baxmaq olmaz, Fars mütəəssibləri həmişə çalışırdılar dünyaya bidirsinlər ki,
azərbaycanlıların özlərinə məxsus dil, ədəbiyat və xüsusiyətləri yoxdur. Böyük nehzətimiz bu
axmaqcasına olan təbliğata son qoydu. Hətta bizə siyasi səbəblərə görə müsbət nəzərlə baxmaq
istəməyən Amerika və İngilis mətbuatının mühüm qisməti hiss edib anladı ki, Fars mütəəssiblərinin
iddi’ası doğru dəyildir. Azərbaycan xəlqinin özünə məxsus dili vardır, bu dil Fars dilinin bir şövbəsi
olmayıb təmamilə ayrı bir dil dir.
Habelə azərbaycanlıların tərz təfəkkür və adab-maaşirəti heçvəch ilə Farslar ilə cür gəlməz. Bu xəlq
tərəqqi edib dünyanın müasir xəlqlərinə yetişmək üçün öz dili, öz maarifi, öz adab və rüsumi üzərilə
irəli getməlidir.
(ikinci bölümün sonu)
22
Dostları ilə paylaş: |