Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Şüarlar meydanın hər səmtində gözə çarpmaqda idi. Mitinqdə Azərbaycanın qəhrəman anaları olan
qadınlar da şirkət etmişdilər.
Saat 11-də ağayi mir Rəhim Vilai şəhər komitəsi məsulu və Milli Məclis katibi tərəfindən mitinqin açılışı
e`lam edidi və sonra maarif vəziri ağayi Biriya coşğun və hərarətli bir səslə aşağıda
göstərdiyimiz nitqi
irad etdilər:
Azərbaycan odlar, alovlar ölkəsi illər boyu əsarət zənciri altında yaşayıb, onun anaları və bacılarının
namusu ayaqlar altında tapdalanamdan sonra 21-Azərdə yaratdığı qiyam nəticəsində əsarət
zəncirlərini qırdı.
21-Azərdə Azərbaycan qızları və qadınları da canu- dil ilə şirkət edib Milli Hökuməti yaratdılar. Necəki
hər yerdə Milli Hökumət qurulub o hakimiyyəti gərək xəlq hifz etsin və öz Milli Hökumətini, məmləkətini
də xainlərdən və düşmənlərdən müdafiə eləsin.
Əziz qardşlar Azərbaycan xəlqi də öz hakimiyyətini hifz etmək üçün Azərbaycan Xəlq Qoşunları
vəzirliyinin fərmanına görə davtələbanə Xəlq Qoşununa varid olacaqdır.
Qoy biz düşmənlərimizə sabit edək ki, biz Azərbaycan xəlqi öz poladdan möhkəm sinələrimiz ilə Milli
ölkəmizin sərhədlərini hifz edəcəyik.
Qoy bütün domokrasi millətlər bizim bu Milli və böyük fədakarlığımızdan xəbərdar olsun.
Qoy bizim azadlıq həsrəti ilə çırpınan sinəmizdən çıxan alovlar düşmənlrimizi və Tehran mürtəce
hökumətini zəlzələyə gətirsin.
Əziz qardaşlar, bacılar, maarif işçiləri, müəllim və mühəssillər! Mən necəki Azərbaycanın namuslu və
fədakar bir oğlu kimi öz Milli Bayrağımızın önündə and içirəm ki, vətənimə xidmət edəm. Mən sözümü
qurtarırkən deyirəm:
Yaşasın Milli Hökumətimizdən püştibanlıq eləyən Azərbaycan Demokrat Firqəsi və onun rəhbərləri!
Yaşasın Azərbaycan xəlqinin qurduğu hakimiyyət!
Yaşasın xəlqimizin iradəsini təmsil edən Məclis Millimiz!
Yaşasın öz vətənini düşmənlərdən hifz eləyən və tarix boyu öz şücaət və şərəfini dünyaya göstərən
qəhrəman Azərbaycan xəlqi!
Ağayi Birianın söylədiyi atəşin nitq mütəvali alqışlar və hurra səsləri ilə qət' edilirdi.
Nitqi gurultulu alqış və hürra səsləri tə'qib edəndən sonra ağayi Vilai, Azərbaycan Demokrat Firqəsi
sədr müavini, ağayi Badəkanın nitq edəcəyini e`lam etdi və ağayi Badəkan xəlqin həlhələsi arasında
belə bir nitq söylədilər:
Azərbaycanın əziz kargər, əkinçi, müəllim və başqa cəvanları:
Hamımızın yadımızdadır ki, həmişə nizam xidməti eləməyə çağırırdılar. Bu gün Milli Hökumətin verdiyi
çağırışı sayəsində bura yığışanlar nişan verirlər ki, millətimizin nə qədər öz istiqlal və müxtariyyətindən
difa' etməyə əlaqəsi vardır. Odur ki, mən Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi adına
sizlərin göstərdiyiniz bu ali ehsasatdan ötrü təbərik edirəm.
Əziz və möhtərəm cəvanlarımız bütün demokrat millətlər azad, şərafət və iftixar ilə yaşamaq üçün
fədakarlıq edib və qurbanlıqlar vermişlər. Biz əminik ki, bizim cəvanlarımız vətən xidmətinə əlaqə ilə
hazır olurlar, onlar da gələcəkdə başqa diri millətlər kimi başi uca və iftixar ilə yaşayacaqlar.
Bu səmimi ehsasat ilə ki, Milli Hökumətimizi, Milli Məclisimizi və Milli Firqəmizi istiqbal edirsiz, Milli
Hökumətimiz, Milli Məclisimiz və Milli Firqəmiz sizə qövl verir ki, sizi gələcək mütəməddin və müasir
millətlər səviyyəsinə yüksəltmək yolunda baş və can ilə fədakarlıq etsin.
Yaşasın azad vətininmiz və Milli Hökumətimiz!
Yaşasın Azərbaycan cəvanları!
13
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Ağayi Badəkandan sonra ağayi Dibaiyan Milli Məclisin Heyət Rəisə tərəfindən Milli Məclisin rəisi ağayi
Şəbistəri naminə mitinqdə iştirak və ibraz ehsasat edənlərdən təşəkkür etdilər. Ondan sonra Milli
Qoşunlar Vəziri ağayi Kaviyan iştirak edənlərin həlhələ və alqışları arasainda Milli Hökumət və Milli
Qoşunlar Vizarəti naminə hökumətin təsmimindən bu cür səmimiyyətlə istiqbal edən xəlqimizdən
təşəkkür edib və onları sabah nizam vəzifə idarəsində Milli Qoşun sıralarına girmək üçün ad
yazdırmağa də’vət etdilər.
Mitinq saat 12 təmamda sona yetişdi. Müxbir
***
Həmin milli vəzifə çağrışı munasbtılə də’vət olunan ziyafətdə aparılan cərəyanı da o gün xəlqimizin və
Firqə rəhbərlərimizin ehsasatından bir nümunə olmaq üçün şayan- təvəcceh olduğundan buraya dərc
edilir:
Ağayi Pişəvərinin Milli Nizam İdarəsində Milli Nizam Xidməti
Həqqində Söylədiyi Nitqin Xulasəsi
« Fəqət Topların Ağzından Çıxan Söz Həqiqətdir!»
Dünən Milli Qoşunlar Vəzirliyi tərəfindən Milli Vəzifə idarəsində, Azərbaycanda milli vəzifə çağrışı
münasibəti ilə bir cəşn məclisi tərtib edilmişdi. Bu məclisdə,
Məclisin Rəisi, Milli Hökumətinmizin baş
Vəziri, vəzirlər və şəhərin müxtəlif təbəqələrinin nümayəndələri şirkət etmişdilər. Bundan başqa
Yuquslav mətbuat nümayəndəsi də məclisdə şirkət etmişdi. Sehər saat 9-yarımda Milli Məclisin rəisi
ağayi Şəbistəri məclisi açaraq Milli Hökumətimizin Baş Vəziri ağayi Pişəvəriyə söz verdilər. Ağayi
Pişəvəri aşağıda xülasəsini nəşr etdiyimiz nitqi söylədilər:
Mən elə fikir elirəm ki, bu böyük qədəm ki, bizim Milli Hökumətimiz götürüb bizim azadlığımızi və
gələcək səadətimizi təmin eləmək üçün böyük bir təzmin dir. Biz öz milli azadlığımızi mühafizə etmək
üçün böyük mütaliələr və mübahisələrdən sonra bu nəticəyə gəlib çıxmışıq ki, azadlığı xəlq gərək öz
qüvvəsilə saxlasın. Xəlqin əyər öz qüvvəsi olmazsa azadlıq muft və zəhmətsiz də verilsə onu
saxlamaq olmaz.
İndi bizim nehzətimizin iranda böyük təsiri olmuşdur, lakin mümkündür ki, bu anı bir təsir olsun. Biz bu
kimi təsirlərə özümüzü dilxüş edəbilmərik. Hər halda xəlqə bir böyük ittika layzimdir. Bu da, Milli
Qoşundan ibarətdir. Xəlqimiz öz azadlığini hər şəkildə olur olsun fəqət öz qüvvəsi olan Milli Qoşun
gücü ilə hifz etməlidir. Qoy bütün dünya bilsin ki, Azərbaycan Milləti yaşamaq üçün ölməyə
hazırlanmışdır. Xəlqimizi idbar, fəlakət və bədbinlikdə saxlamaq istəyən Tehran mürtəce’ hökuməti
bunu hiss etmişdir ki, azərbaycanda bir milli qüvvə var, o bu qüvvəni ortadan aparmaq üçün müxtəlif
vəsilələrə əl vurmuşdur. İndiyə qədər o müntəzir idi ki, bu nehzəti nizami qüvvə ilə aradan aparsın. O
yoldan məyus olandan sonra diplomasi çarələrə təşəbbüs edib xəlqin başı üstündən öz fikrini icra
etməyə çalışır. Bizim cəvabımız sadə dir, biz o Milli Qoşunumuza dayanıb məsələni öz gücümüz ilə
həll edəcəyik.
Biz Milli Qoşunumuzu yaratəmalıyıq. Bu qoşun ilə azadlığımızi və daxili əmniyyətimizi hifz etəməliyik.
İndiyə qədər bu işi Fədai qüvvələri görüblər və fədakarlıq ilə də görüblər. Amma əyər Tehran mürtəce’
hökuməti istəyə ki, Azərbaycan azadlığini boğa, onda Azərbaycan Xəlqi o hökuməti əzib və Tehranda
Azərbaycanı tanımağa yarar bir hökumət yaratmağa çalışacaqdır. (şiddətli alqışlar)
Bizim qabağımızda iki yol durur, ya gərək müvafiqət olunsun ki, biz azadlıqla iqtisadi, ma'arifi və milli
vəzifələrimizi icra edək, əyər bu işi icra etməyə qoymazsalar o vəqt biz özümüz məcburuq Tehrana
gedək, oranı alaq, azad və demokrat bir hökumət quraq və öz xəlqimizin milli azadlığini bu yol ilə
təəmin edək. Bu bizim böyük vəzifəmizdir. (gurultulu alqışlar) Burada indiyə qədər iki dəfə nizam
vəzifə sabiqəsi olubdur. Biri Rizaxan dövrəsində olmuşdur ki, xəlq onu böyük nifrət ilə qarşılamış və bu
iş üləmamızdan bir neçəsinin də tövqif və təbidinə bais olmuşdur.
14