Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
yuxarıda deyilən məqsud üçün öz ixtiyarında saxladi. Bu isə o günkü şəraitdə çox müşgül bir iş idi.
Yeni təşkil tapmış dövlətin sandığında da Tehran Hökuməti bir şey qoymamışdi. Get-gedə
şiddətlənməkde olan qış paltarsız, başmaqsız və azuqəsiz Fədaiə qarlı səngərlərdə mübarizə imkanı
verməyəcək idi. Milli Hökumət Firqəyə dayanaraq bu müşgülü də rəf' etmək üçün ciddi qədəmlər
götürdü. O günə dək tə`til olan karxanaları işə saldi. Qəhrəman kargərlərin himməti sayəsində
xarüqüla'də bir surətdə Fədaiə lazim olan paltar, başmaq və azuqə təhiyə edilib cibəhələrə göndəridi.
Bu tərıq ilə çox az bir zəmanda çətə və partizan halında olan Fədailər müsəlləh qoşun halına gəlib,
azadlığı müdafiə etməyə başladi.
Nehzətin başaşladığı vəqt Mərağa, Sarab, Ərdəbil, Mərənd, Xoy, Təbrizdə fədakarlıq edən Fədailər,
bu gündən sonra təəcübli münəzzəm surətdə təşkil olunub azadlığımızı təhdid edən irtica’i
dövlət
qüvvələrinin qarşısına göndəridilər.
Bu vasitə ilə Zəncan və Sayın-qala cibhələri vicuda gəldi.
Bu iki cibhədə hənuz yaxşı paltar, silah və yaxşı azuqəyə malik olmayan Fədai qəhrəmanlar, dişdən
dırnağa qədər müsəlləh olan dövlət qüvvələrilə vuruşmaya hazırlandılar. Onların ruhiyələri fövqəladə
qüvətli və yüksək idi. Hər saat Tehran və Həmədanı işğal etmək üçün icazə istəyirdilər. Əyər o
günlərdə ümumi və siyasi vəz’iyət icazə vermiş olsaydi, həmin ayaqyalın, yari ac və yari çiplaq
Fədailərimiz Tehranı asan vəchilə işğal edəbilərdilər. Fədailərimizin Zəncana vürudu nəticəsində idi ki,
Tehran mürtəce’ləri çəmdanlarını bağlayıb amerikaya doğru qaçmağa başlamışlar. Fədailərimiz
Zəncan və Sayın-qala cibhəsində iki tərəfli mübarizəyə məcbur olmuşdurlar. Zəncanda böyük qüdrət
və nüfuza malik olan Zülfqari, ərkan-hərb rəisi «Ərfə'»-dən aldığı əsləhə və mühümmat vasitəsilə
əleyhimizə böyük bir cibhə təşkil etmişdir. Rizaxan rejimi sayəsində sərvət və samana yetişən
«Əsləhədarbaşı» və sayir parazitlər də ona kömək edirdilər. Sayın-qalada isə oranın rişəli feodali
hesab olunan «Yəmin Ləşgər»-i təchiz edib əleyhimizə qalldırmışdılar. Bulardan əlavə qərədağda illər
boyu qaçaqçılıq ilə ömür sürən xanlar da silah götürüb nehzətimizi boğmağa təşəbbüs etməkde idilər.
Milli Hökumət isə özünə müxalifət edən qüvvələrin qarşısında fəqət Fədailərin əsləhəsinə dayanırdi.
Bu isə iştibah dəyidi, dərin azadixahlıq hissi ilə müccəhhəz olan Fədai dəstələri qabağa çıxan
çətinliklərə baxmayaraq e`cazkaranə bir surətdə bütün qüvvələri əzib meydandan çıxartdi, bu vəsilə ilə
azadlığımız təəmin olundu.
Fədailərin göstərdiyi qəhrəmanlıq, xəlq arasında onlara nisbət böyük məhəbbət tövlid etməklə bərabər
onların silahının səsi nə tək daxili mürtəce'ləri, bəlkə iranda olan bütün irticai ünsürlərin ümidini məhv
edib onları susmağa vadar etdi. Fədai təşkilatını vicuda gətirən başçıların ümumiyyəti Firqə üzvləri
olduqlarını yazmışdıq. Bu qəhrəman demokratların öz işlərində göstərdikləri fədakarlıq həqiqətən qabil
təqdirdir. Məxsusən onların Milli Hökumətin əmrini ciddiyyətlə yerinə yetirib şədid bir surətdə intizama
tabe olmaları qeyd edilməlidir. Fədai başçıları indi Azərbaycan xəlqinin ən sevməli evladları hesab
olunurlar. Xəlqin Fədailərə olan məhəbbəti onların maddi vəziyətlərini yaxşılaşdırmaq məqsədilə
onlara verilən hədiyələrdən qiyas etmək olur. Bu böyük hədiyələrə iftixarən iştirak edənlərin sayı altı
mindən ziyadədir. 7-yaşındakı uşaqdan, 70-yaşındakı qocalara kimi istər arvat, istər kişi müsabiqə
edərcəsinə yağış kimi hədiyə yağdırmaqda idilər. Bu isə Azərbaycanın iftixarlı tarixinin ən həssas
fəsillərindəndir.
Xəlq Qoşunları
Biz irandan ayrilmaq fikirində olmadığımız üçün rəsmi qoşun və vizarət cəng təşkil etmək istəmirdik.
Ona görə də qoşun işi ilə məşğul olan vizarətxananın adını vizarət cəng qoymadıq, xaricə vizarəti kimi
hərbi vizarətimiz də yox idi. Lakin azadlığı müdafiə və mühafizə etmək üçün Milli bir Qoşun vicuda
gətirməmək də olmazdi. Ona görə Milli Hökumət təşkil tapan kimi Xəlq Qoşunları təşkili məsələsi də
meydana çıxdi. Əvvəl belə bir fikir var idi ki, Milli Qoşun davtələbanə təşkil olunsun, sonra xəlqin
azadlığa olan əlaqəsi və cəvanlarımızın nizama olan həvəsini nəzərə alıb Milli vəzifə üsulunu qəbul
etdik.
Boş əlilə qoşunu təşkil etmək şayəd asan nəzərə gəlsin və bununla belə biz bu işi görməyə müvəffəq
olduq. Hər bir işdə sür'ətə mö’təqid olan Firqəmiz qoşun təşkilində də ıldırım surətilə hərəkət etdi.
11
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Qoşunumuzun şərəfli tarixi 18-Bəhmən 1324-dən başlanır. Bu tarixdə ağayi Pişəvəri özünün «Hamıya,
hamıya, hamıya» ünvanlı müraciətənaməsilə cəvanlarımızi milli vəzifədə şirkət etməyə də’vət etdi,
həman Xəlq Qoşunları həqqində Milli Hökumətin qərari sadır oldu. Bu qərar üzərə Məclis Millimizin
sabıqən təsvib etdiyi qanun icrayə qoyulmağa başladi. Məclis Milli isə 30-Azər yəəni Milli Hökumət
təşkilindən 9-gün sonra bu qərari qəbul etəmişdi. Qərarın icrasynın təəxiri bir para siyasi
mülahizələrdən idi. Firqə və Milli Hökumət istəmirdi ki, qoşun təşkili ilə iftiraçı düşmənlərin əllərinə
bahana versin. Get-gedə mübarizənin dayirəsi genişlənib Tehəran Hökumətinin fişari əleyhimizə
artdığı üçün, özümüzün daha ağır mübarizəyə hazırlamalı olduğumuzdan, böyük qədəmi fəqət 18-
Bəhməndə götürməyə məcbur olduq. Xəlq Milli vəzifə çağırışını çox sevinc ilə istiqbal etdi.
Maarif sahəsində çalışan cəvanlarımızın ehsasatından bir nümunə olmaq üzrə Milli Vəzifə e’lanı
münasibəti ilə verilən mitinqin xəbərini buraya dərc edirik:
Misli Görünməmiş Bir Gün!
Xəlqin Milli Nizam Xidmətindən İstiqbalı Necə Oldu?
Dünən Azərbaycan Xəlq Qoşunlarının bir gün əvvəl nəşr etdiyi Milli Nizam fərmanı Təbriz tarixində
Səttarxan və Bağırxan nehzətindən sonra misli görünməmiş bir tərz ilə Təbriz xəlqi tərəfindən
qarşılandi.
Milli Hökumət tərəfindən nəşr edilmiş olan qanun və qərari bütün xəlq kütlələri böyük səmimiyyət və
ehsasat ilə istiqbal etdilər.
Havanın namüsaidliyinə, qar yağmağa və soyuğa baxmayıb əvvəldən hazırılıq görülmədən Xəlq
Qoşunları çağırışına görə bir böyük mitinq təşkil edidi.
Sübh saat 9-da bütün mütəvəssitə mədrəsələrinin mühəssilləri Milli Hökumətin qərarını istiqbal etmək
üzrə öz məxsus bayraqları ilə nizam vəzifə idarəsinə getdilər. Orada Xəlq Qoşunlar Vəziri ağayi
Kaviyan, ağayi Biriya və nizam vəzifə idarəsi işçiləri tərəfindən qarşılandılar.
Maarif vəzirimiz ağayi Biriya çox həyəcanlı və müəssir olan nitqində maarif işçiləri, mühəssil və
müəllimlərin göstərdikləri bu səmimanə ehsasatdan təşəkkür edərək yekşənbə günündən e’tibarən
davtələbləri nizam vəzifə idarəsində ad yazdırmağa də’vət etdilər.
Ağayi Biriyanın nitqindən sonra mühəssillər tərtib ilə öz mədrəsələrinə qayıtdılar. Bu heində kargərlər,
əkinçilər və başqa siniflər tərəfindən təşkil edilmiş mü'əzzəm bir mitinq xəbəri
nizam vəzifə idarəsinə
çatdi.
Bu mitinq oğlanlar danışsərasi qabağındakı vəsi' meydanda təşkil tapmışdı.
On minlərcə nümayişçi meydanı işğal etmişdilər. Ağ parçalar üzərinə qızıl və qara xətlər ilə qeyd
edilmiş:
Azərbaycan Milli Hökumətini hifz etmək üçün hami Milli Orduya!
Vətənimizin difası üçün hər zəman hazırıq!
Yaşasın Azərbaycan Xəlq Qoşunları!
Yaşasın Milli Dövlətimiz və onun Milli Ordusu!
Azərbaycan cəvanları silah altına girəməyi özlərinə iftixar bilirlər!
12