Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
3-Məhkəmələrdə işlərin cərəyanı təmami ilə Azərbaycan Dilində aparılmalı və bu dili bilməyənlər üçün
mütərcim tə’yin olunmalıdır.
4-Azərbaycanın bütün idarə, müəsissə və ticarətxanalarının tabloları mütləqən Azərbaycan Dilində
yazılmalıdır.
5-Rəsmi iclaslar və yığıncaqlarda, süxənranlıq və müzakirə Azərbaycan Dilində olmalıdır.
6-Azərbaycanlı olmayıb başqa dil ilə danışanlar və ümumi dövləti idarələrdə xidmət edənlər
Azərbaycan Dili ilə yazıb -oxumağı və danışmağı öyrənəməlidirlər.
7-Maarif vizarəti idarə məmurlarını Azərbaycan Dili ilə aşina etmək məqsədi ilə ayri dillərdən sivayı,
onlar üçün idarələrin cənbində böyüklər üçün məxsus kilaslar açmalıdır. Bu kilaslarda hazir olanların
iş müddəti bir saat azalmalıdır.
8-Azərbaycanda yaşayan başqa millətlər öz işlərini öz ana dillərində aparmağa həqlidirlər. Leikən
onlar öz rəsmi e’lanları və yazılarında öz Milli dilləri ilə bərabər Azərbaycan Dilini, rəsmi dövləti dil
olaraq, işlətəmilidirlər.
9-Azərbaycanda yaşayan xırda millətlərin xüsusi Milli məktəblərindəki tə’lim öz ana dilllərində olduğu
halda, Azərbaycan dilinin də tədrisi məcburidır.
10-Azərbaycan Milli Hökuməti maarif vəzirinin məktəblərdə dərslərin Azərbaycan Dilində olması
həqqindəki qərarını təsvib və təyiyd edib, mədrəsələrin Milli Dilə keçməsini bütün müəllim və
müəllimələrə bir Milli vəzifə kimi tapşırır.
Azərbaycan Milli dövlətinin baş vəziri « Pişəvəri»
Yetim və Sahabsız Uşaqların Tərbiyəsi Həqqində
Azərbaycan Milli Hökumətinin Qərari
Qərnlər boyu dəvam edən istibdad rejimi və çürümüş irticai vəziyətin yaratdığı şərait mucibincə
millətimizin istiqlalını və gələcək nəsilimizin əsasını təşkil edən uşaqlarımızın mühüm bir hissəsi yetim
və sərpərstsiz qalıb insanlığı təhqir edən fəlakət və dilənçilik halında küçə və xiyavanlarda aclıq və
libassızlıq və cür-bəcür naxoşluqlar vasitəsilə xəzəl kimi saralıb və məhv olub getməkdedirlər.
Azərbaycan Milli Hökuməti xəlqin istifadə və səadətini və həmçinin gələcək nəsilin təməddün və
səhhət cəhetindən tərqqisini təəmin etmək üçün bu acı hala bir an əvvəl xatimə verməyə iqdam edib,
yetim və biykəs cəvanları küçələrdən yığıb tərbiyət etmək üçün aşağıdakı qərari qəbul etmiş və onun
tezlik ilə icra edilməsini lazim görmüşdür.
1-Məclis Milli rəisinin iftixari sədarəti altında maarif və səhiyyə vizarətinın nümayəndələrindən
Azərbaycanın xeyirxah və millət sevən şəxslərindən ibarət bir heyət intixab edilməli, yetim və
bisərpərəst uşaqların tərbiyəsi yolunda ciddi və əməli tədbirlər görmək, onun öhdəsinə qoyulmalıdır.
2-Üçdən 14 yaşına balığ olan və bisərpərəst qız və oğlan uşaqlarını tərbiyət emək üçün birinci
növbədə Təbriz şəhərində iki qız və iki oğlan tərbiyətxanası təsis olunmalı və ayrı şəhərlərdə də bu
müəssisələrin misli vicuda gətiriləməsi üçün müqəddimə vəsaili təhiyə etəməlidir.
3-Üç yaşından aşağı olan səğirləri saxlamaq və onların həyatini təəmin etmək üçün Səhiyyə vizarəti
vasitəsi ilə pərvəriş evi daha təsis olunmalıdır.
Qeyd-Maarif vizarətinin təsis etdigi yetimlər məktəbində 400 fəqirin təhsil və tərbiyəsinə imkan
verilməli, Səhiyyə vizarətinin səğirlər pərvərişgahında 100 nəfərə baliğ körpə qəbul edilməlidir.
9
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
4-Səhiyyə və Maarif vizarətxanaları bu müəssisələrin büdcəsini on günə qədər tənzim edib və Dövlət
Heyətinə təqdim etəməlidir.
5-Məclis Milli rəisinin iftixari riyasəti altında təşkil edilən Heyət (xeyriyə əncüməni) xeyirxah,
insaniyətpərvər və maarif sevən insanların köməyy ilə əanə toplayıb bütün yetim, beçara və sahabsız
uşaqları, həmçinin ayəry mədrəsələrdə təhsil edən yoxsul uşaqların təhsil və tərbiyət vəsaylını hiə
etəməlidir.
6-Azərbaycan Maarif vizarəti nəzdində təşkil olunan Azərbaycan əncümən-xeyriyəsi Azərbaycanın
bütün şəhər və qəsəbələrində öz şö’bəlrini təşkil etməyə çalışmalı, xeyirxah insanların köməyi ilə
fəqirlik və beçaralığa xatimə verilməlidir.
7-Azərbaycan əncümən xeyrihsi cəvan nəsili fəlakətdən xilas etmək və onun tə’lim və tərbiyəti yolunda
böyük əanələr verən və digər köməklər göstərən əşxasın adların ruznamələr vasitəsilə müntəşir edib,
millət namina onlardan qədirdanlıq etəməlidir.
8-Azərbaycan Milli Hökuməti bütün həmvətənləri, millət üçün nəng və ləkə olan dilənçilik ilə ciddi
mübarizə aparmağa də’vət edir və azəraicanın böyük adi və şərəfli şöhrətini xələldar edən bəlanın çox
tez bir zəmanda rəf' edilməsi yolunda Milli Hökumət hamıdan himmət tələb edir.
Azərbaycan Milli Hökumətinin Baş Vəziri «Pişəvəri»
Azadlığın Müdafiəsi Uğrunda
« Fədai Təşkilatı »
Firqəmizin düzgün siyasəti nəticəsində, cüzi məhəlli təsadümlərdən başqa, demək olar ki, hökumət
qan tökülmədən irtica’i qüvvələrin əlindən çıxıb millət əlinə geçdi. Bu, özü-özəlüyündə böyük bir
müvəffəqiyyət idi ki, Firqə öz təşkilatı altına almaqla onu hədəfə doğru sövq etməklə əncam verdi. Vəli
bu kifayət etməzdi. Alınan azadlığı saxlamaq, ondan xəlqin səadəti yolunda istifadə etmək lazim idi.
Firqə başçıları çox yaxşı bilirdilər ki, Fədailərin zərbşəsti nəticəsində susmağa məcbur olan
mürtəce’lər rahat durmayıb, xəlqi öz halına qoymayacaqlar. Bundan əlavə nehzət sadə dövləti bir
təbəddülatdan ibarət olub qalmayacaqdı. Ondan xəlq iqtisadi tədbirlər gözləyir və öz səadətini təəmin
etmək üçün ondan ümidlər gözləyirdi. Bu isə mütəməkkin adamların, məxsusən o günə qədər irtica’i
rejimin sayəsində xəlqin qanını sorub sərvət və saman sahibi olan müftəxorların xoşlarına gələn bir iş
dəgil idi.
Bundan əlavə hökumət xəlqin əlinə geçməklə, bu vəqtədək Azərbaycan naminə daxilədə və xaricədə
müvəffəqiyyət qazanıb böyük siyasi və iqtisadi istifadə edən tüfeyli ünsürlərin tukanları bu vasitə ilə
bağlanmış olurdu. Onlar bir daha Azərbaycan adından istifadə edərk özlərini dövlət idarələrinə və ya
Məclis Şurayi Milliyə təhmil edə bilməyəcəklridi. Nəhayət dərəbəyliyin ən qaba və ən vəhşiyana tərzi
ilə rəftar edən boynu yoğun ərbablar-Zülfqari, Yəmin-Ləşgər və ğeyrləri kimi xəlq cəlladları nehzət
nəticəsində təsəllüt və iqtidarlarının əldən getəməsini hiss etməklə rahat dormayacaqlaridi. Bundan
başqa Azərbaycan nehzətinin bütün irana sirayət etməsindən vəhşətə düşən Tehran mürtəce’ləri və
onların ərbabları isə rahat oturmayıb, azərbaycanın daxil və xaricində olan qara irtica’ vəsilələrinin
bizim əleyhimizə təhrik etməkdən müzayiqə etməyəcəkləridi. Bunların hamısını Firqə rəhbərliyində
çalışanlar və Milli Hökumət nəzərdən uzaq tuta bilməzdi. Ona görə Milli Hökumət təşkil olunan gündən
Fədai dəstələrini intizama salıb onlardan münəzzəm və mütəşəkkil bir qüvvə vicuda gətiriləməsi
məsələsi meydana çıxdi.
Nehzətin başlanğıcında Fədailər gönüllü olaraq öz libas və öz xərci ilə silah götürüb meydani
mübarizəyə qədəm qoymuşdular. Əyər bina olsaydi onlar öz yerlərində müsəlləh halda yaşayıb
istənilən vəqt yardımdan ötrü hazır olsunlar, iş o qədər çətin olmazdi. Leikən alınan azadlığı saxlamaq
üçün sərhədlərimizi möhkəmləndirmək və şəhərlərdə münəzzəm vahidlər saxlamaq lazim idi. Buna
görə Milli Hökumət Fədailəri iki qismətə təqsim edərək, bir qismətə icazə verdi ki, öz yerlərində
müsəlləhh halda işlərinə məşğul olsunlar. O birisi qismətini də münəzzəm vahidlərə təqsim edərək
10