Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Artıq Azərbaycan Milli Hökuməti təhəqqüq tapmış, xəlqin iradəsilə Daxili Milli Dövlətimiz vicuda gəlib
rəsmi surətdə xəlqimizin arzu və amalını icra etməyə başlamışdır. Xəlq isə öz Milli Hökumətinə var
qüvvəsilə müsa'idət göstərib onun fəaliyyəti üçün münasib şərait vicuda gətirəməlidir.
Yuxarıda qeyd edidiyi kimi dövlət var qüvvəsilə əmniyyəti hifz etməyə çalışır. Ona görə xəlq üçün
nigaran olmağa heç bir dəlil yoxdur. Hər kəs öz işınə məşğul olmalı, öz istədiyi kimi yaşamalıdır.
Bazarı bağlamaq, mədrəsələri tə`til edib vəhşət və iztirab yaratmağın mə’nası yoxdur, hökumət öz
bərənaməsini xəlqin ehtiyacatı üzərində qurmuşdur. Ona görə xəlqi narahat edən hadisələrə yol
verilməyəcəkdir.
Təsadüfi hadisələrə isə çox tez bir zamanda xatimə veriləcək. Macəracular, asayişı ixtilal edənlər
saleh məhkəmələr tərəfindən mühakimə və şədid bir surətdə mücazat olunacaqlar.
Heç bir pis ittifaq düşməyəcək, heç kəsin hüququna təərrüz olmayacaqdır. Milli Hökumət nəzmiyyə
idarəsini taza qüvvələr, vəsi' ixtiyarat ilə gücləndirmişdir. Hərci-mərc və naəmnliyə artıq meydan
verilməyəcəkdir. Məxsusən mədrəsələrimiz həman sabiq proqramlarını tə'qib etməli, mühəssillərimiz
var qüvvələrilə imtahanlara hazırlaşmalıdırlar.
Kəndlərdə və şəhəristanlarda isə ciddi surətdə işə başlanıb adi hal vicuda gələcək və dövlət məmurları
Fədailərin ğeyri-məsul əşxasın dəxalti olmadan öz vəzifələrini əncam verməyə qadir olacaqlar. Fədai
dəstələri intizam altına alınıb müəyyən mərkəzə tabə' olacaq və bu vasitə ilə hər bir sui-hadisə
ehtimalının qabağı alınacaqdır.
Gedin çalışın asudə olun, millətimizin gələcəyi və səadətini təəmin etmək üçün qəbul etdiyiniz vəzifəni
sədaqət və iyman ilə əncam verin. Dövlət ümum həmvətənlərdən bunu tələb edər.
O günlərdə Azərbaycan xəlqinin gələcəyi barəsində hər kəs bir cür düşünürdü. Hetta Firqəmizin
rəhbərliyi sayəsində vicuda gələn Milli Hökumətə iki ürəkliliklə də baxanlar var idi. Aşağıdakı məqalə o
vəqt Firqə sıralarında çalışan bə'zi mürəddəd rövşənfikirlərin nəzərindən bir nümunə olmaq üçün
burada dərc edilir. Bu məqalə Azərbaycanın 79-cu nümrəsində «Novruz» isim-müstə'arı altında
yazılmışdır.
Böyük Məsuliyyət Qarşisında
Dünənə kimi millətimizin zəlalətinə dövlət işlərini məsul tanırdıq. Dünən geçdi, daha dünənəki iş
başında olan ünsürlərin əməliyyatını təqbih etməkdən xuddarlıq edilməlidir, onların nacəvanəmrdana
zülmləri, ehcafları xəlqimizin kasasını ləbəriz edib nəticəsində Fədailərimiz dəstəsini vicuda gətirdi və
az müddət zərfində hökuməti ələ alıb millətin dönəmz iradəsini isbat etdilər.
Buna görə də dünənəki şəxsiyyətləri təhqir, intiqad etməklə məmləkətimizin ümuratı həll olmayacaqdır.
Bugundən e’tibarən Azərbaycan öz Heyət Dövlətini və xəlqimizə rəhbərlik edən Firqə işçilərini millətin
səadətinə və onu düzgün yola aparmağa məsul tanırlar.
Azərbaycan dövlətinin qarşısında möhtərəm sədrimiz ağayi Pişəvərinin dediyi kimi böyük məsuliyyət
durur!
Azərbaycanı bir mövqə' dövlətə tapşırırlar ki, onda əbədən asari-təməddün və təkamül yoxdur!
Şəhərlərimiz xəraba, kəndlərimiz verana, xəlqimizin yüzdə yüzu əsrimizədə olan ülum və sənaye’dən
biybəhrə dirlər!
Belə bir mövqə'də Azərbaycan Millətinin həyatını Heyət-Dövlətə tapşırırlar. Buna görə dövlət çox
böyük məsuliyyət altına gedir, aydındır ki, xəlqimizin ümid və arzusu taza dövlətə bağlıdır.
3
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Azərbaycan xəlqini illər boyu Tehranın yaramaz ünsürləri soyub, çapıb, namusuna, malına təcavüz
edib. Nəticədə beş milionənluq bir milləti biyxbər əz həmmə çiz saxlamışdırlar.
Onlar öz nəqşələrində Napeleon Vaterloda yağışı unutmuş kimi millətin iste`mar idarəsini unudub
nəticədə bu günkü şikəstə mə’ruz qaldılar.
Azərbaycan bir yaralı adam kimi müstəbidd cəlladların əlindən qurtulub sədiq, müşfiq bir təbibə
möhtacdır. Onun yaralarının sağalmasına çox böyük fədakarlıq istəyir. Bu işə öhdədar olan fədakar
şəxslər gecə-gündüz yorulmadan işləməlidirlər.
Millət böyük vəzifəni Azərbaycan Demokrat Firqəsinin möhtərəm sədri ağayi Pişəvərinin öhdəsinə
qoyubdur.
Ağayi Pişəvəridə olan fəaliyyət, ciddiyyət, fədakarlıq bizi bu böyük əmrin əncamına ümidvar etməklə
bərabər xəlqimizə səadətli bir gələcək indidən pişbinlik olur.
Ağayi Pişəvəri, sinnin çoxluğuna və vicudun zəif olmasına baxmayaraq zavvali millətini müdhiş
uçurumdan nicat vermək vəzifəsini boynuna almışdır.
Biz bu fədakarlığı səmim qəlbdən ağayi Pişəvəriyə və xəlqimizə ki, belə bir iyid oğul cami’əyə təqdim
edibdir təbərik etməklə bərabər onun müvəffəqiyyətini arzu edirik.
Bundan sonra ağayi Pişəvəri Azərbaycan Məclis-Millisinin qarşısında Azərbaycan Dövlətində vicuda
gələn ğələt işlər barəsində məsul olacaqdır.
Məclis xəlqimizin səadətini ağayi Pişəvəridən gözləməklə bərabər onun hər cür iştibahata , millətimizin
əleyhinə əncam tapan işlərdə məsul tanıyacaqdır.
Buna görə rəis dövlət iki böyük məsuliyyət qarşısında vaqe’ olub ki, hər ikisi də haizi-əhəmiyətdir,
birnci dəfə dövlət və vətən xainləri ilə ciddi mübarizə aparmaqdır. Bu parazitləri gərək təmam
idaratdan tutub məhkəməyi Millinin əlinə tapşırsınlar. İkinci isə millət qarşısında xəlqimizin səadətinə
məsul vaqe’ olub illər boyu əsarət altında qalan millətimizi düzgün yola sövq etəməlidir. Fe’lən bu iki
böyük vəzifə Heyət Dövlətin qabağındadır, leykən himmət və iradə hər böyük məsuliyyətdən yüksək
dir, kimsədə iradə və vətən məhəbbəti olsa böyük müşgülatı həll edə bilir. Heyət Dövlətdə olan iradə
və ciddiyyət və sədaqət bizi müvəffəqiyyətə ümidvar edir. Bundan sonra biz qabaqdakı olan xainlərin
əməliyyatını unudub, hal hazırda olan dövlətimizin əməliatını qədəm bəqdəm tə'qib edəcəyik.
«Novruz»
Tarixi Bir Sənəd
21-Azərdə təşkil tapan Milli Hökumət iyirmi iki azərdə şəhərdə olan nizami, Polis və jandarm
qüvvələrinin təklifini müəyyən etmək və bu işi sülh yolu ilə əncam vermək üçün, 21-Azərdə başlanan
müzakirəyə idamə verdi.
Əvvəl polis onun dalınca jandarm qüvvələri qeyd-şərtsiz təslim oldular. Şəhrərbani məmurları Milli
Dövlət tərəfindən tə’yin olunmuş yeni məmurların köməyi ilə şəhərin əmniyyət və intizamını hifz
etməyə məmur oldular. Jandarmlar isə təmamilə xəl'-silah olunub idarəlrini təhvil verməyə məcbur
idilər.
Qoşun fərmandehi isə Tehrandan aldığı xainanə əmr üzərinə uzun müddət müqavimət göstərib
məsələnin qansız bir surətdə həll olunmasına rizayət vermirdi. Bu isə həm özünün həm də nizami
əfradının məhv və izmehlalı demək idi. Çünki əyər iş atışma və cəngə müncər olsaydi nizamiyyədə
məhsür halda qalan min iki yüz nəfər sərbazdan bir nəfər də olsun diri qallmayacaq idi. O zəman
üçüncü ləşgərin fərmandehlıq vəzifəsini daşıyan sərtib Dirəxşani hər saat Tehrandan cəvab gözləyirdi.
Nəhayət onun gözlədiyi cəvab pənşənbə günü axşam saat səkkizədə visül oldu. Bu cəvabda deyilirdi
ki, əfsərlər ilə məşvərət edib padganın təklifini onların nəzəri ilə müəyyən etmək lazimdir.
4