Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Bu cəvabın visulu ilə artıq sərtib Dirəxşani ağır nizami məsuliyyətdən xilas olundu. Bundan sonra əyər
qan tökülmüş olsaydı günahı onun öz boynuna olacaq idi, bu təleqrafın visulundan biyxəbər olmayan
Firqə və Hökumət rəisi işın tez bir surətdə əncam tapmasını ciddi və qət'i bir ləhn ilə tələb edirdi.
Doğrudanda əyər iş təxirə düşsəydi nagəvar hadisələr üz verə bilərdi. Azadlıq düşmənləri məxsusən
«Ərfə'»-in barmaqğı ilə oynayıb, azərbaycanı qan dəryasına döndərmək istəyən sərhəng «Vərəhram»
kimi xain ünsürlər böyük vətəndaş müharibəsi yaratmağa imkan tapa bilərdi.
Ona görə ağayi Pişəvəri ağayi Şəbistərinin iştirakı ilə məsələni bir an əvvəl qurtarmağa çalışırdılar,
bununla belə danışıq 15-saat dəvam etdi. Qət'i təsmim tutmağa cəsarət edəbilməyən sərtib Dirxşani
biləxərə öz təhti fərmanında olan əfsərlərdən bir neçəsini istəyib məsələni Onlar ilə ortalığa qoydu.
Sonra ağayi Pişəvəri əfsərlərin əksəriyyətini də’vət edib onlara qəziyyənin həqiqətini anlatdi.
Nəhayət saat səkkizyarım gün-ortadan sonra mə'ruf «Alaqapu » binasında tərəfeynin rizayəti ilə
aşağıdakı qərardad tənzim və imza edidi.
Azərbaycanın Daxili Dövlət Rəisi İlə Təbriz Padigani
Fərmandehi Arasındakı Qərardadın Mətni
Çün Azərbaycan daxili dövləti Azərbaycan Milli Məclisi tərəfindən azərbaycanda əmniyyəti hifz etməyə
məmur olmuşdur, aramişi hifz etmək nüqtyi-nəzərindən heçgünə suitəfahüm tövlid etməmək və qardaş
qani tökməmək üçün üçüncü ləşgər fərmandehi ilə dəfəat ilə müzakirat və müşavirələr olmuşdu.
Bir neçə gün təbadül-əfkardan sonra biləxərə tarix 22-azər-mah səneyi 1324-də pənşənbə günü saat
səkkiz-yarım gün ortadan sonra timsar sərtib Dirəxşani əsləhəni yerə qoymaq üçün müvafiqət və
Təbriz padigani ilə həmkarlıq etməyə dayir və Azərbaycan Dövlət Heyəti ilə hövmə də e`lam edib
aşağıdakı qərarın əqdinə müvafiq olduğunu izhar etdilər:
1-Təbriz padigani tərəfindən ağayi timsar sərtib Dirəxşani və Heyət Dövlət Daxili canibindən ağayi
Seyid Cə’fər Pişəvəri tə’yin olub və şürut məşəruhəni imza etdilər.
2-Təbriz padigani əfradından heçəks dəsturi-sanəvi sadır olmayınca sərbazxana mühəvvətəsindən
xaric olmayıb və Daxili Dövlət onların vəsail-zindəganisini və onların maaşını fərahəm gətirsin.
3-Silahların külliyəsi anbarlarda cəm’avərlik olunub Azərbaycan Daxili Dövlət tərəfindən tə’yin olunmuş
əşxasın mühafizəsində olmalıdır.
4-Ağayian əfsərandan hər hankısı öz məsqətülrə’slərinə və ya digər nüqtələrə getmək meylləri olsa
müsafirət edəbilərlər və Dövlət-Milli hazırdır ki, imkan və vəsil hüdudunda onların müsafirətini fərahəm
gətirsin.
5-Həmkarlığa mayil olan və azərbaycanın Arteş-Millisində xidmət etmək istəyən əfsərlər, təhlif və
mərasim-sövgənd əncamından sonra dövlət Onları xidmətə qəbul edib və onların zindganlıq vəsiləlrini
təəmin edəcəkdir.
6-Üstvarlar və güruhbanlar və sayir əfrad-padigan mərasim-təhlif və sövgənd-vəfadarlıq əncamından
sonra, əsləhələr onlara qaytarılacaq və öz sərbazlıq xidmətlərini idaməyə məşğul olacaqlar.
7-Bu qərardad iki nüsxədə təhiyyə olunub ağayi timsar sərtib Dirəxşani Fərmandeh-Ləşkər 3-
Azərbaycan və digər tərəfdən ağayi Seyid Cə’fər Pişəvəri Rəis Dövlət Daxili Azərbaycan tərəfindən
imza edilib, mübadilə olunmuşdur.
Üçüncü Azərbaycan ləşgərinin fərmandehi -Sərtib Dirəxşani (imza)
Azərbaycan Daxili Dövlət Heyətinin rəisi -Seyid Cə’fər Pişəvəri (imza)
5
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
***
Həman saat aşağıdakı e’lanı ağayi sərtib Dirəxşani Təbriz padiganına xitabən imza edib onun intişarini
Milli Hökumətdən xahiş etdi. E’lan sübh saat 10-da intişar tapdi.
Təbriz Padigani Öz Əsləhəsini Yerə Qoydu
Təbriz padigani əfsər ərşədlərindən mütəşəkkil komisionda əxz olunmuş təsmimlər nəzərən qan
tökmək və qardaş qırqını olmamaq üçün, itlafi nüfus-dövlət, tüccar və sayir şəxslərin əmvali
dağılmamaq məqsədinə müvafiq dəstur verirəm ki, külliyi Təbriz padigani öz əsləhəsini yerə qoysun və
sadır olmuş e`lamiyyəyə müvafiq rəftar etsinlər.
Üçüncü Azərbaycan ləşgərinin fərmandehi -Sərtib Dirəxşani (imza)
***
Buna baxmayaraq başda sərhəng Vərəhram olmaq üzrə əfsərlərdən bir neçəsi şəhərdə intizamsızlıq
törətmək məqsədilə böyük bir xəyanətə mürtkib olub qərardadi icra etmək əvəzində Milli Hökumət
nümayəndələrinin başlarını qatıb nizmiyyənin qapılarını açaraq sərbazlara evlərinə getmək fərmanı
verdilər. Bu vasitə ilə gecə saat 12-də min iki yüz nəfər sərbaz və iki yüzdən ziyadə əfsər
sərbazxananı qarət edib şəhərə dağıldılar. Əyər Fədai başçıları və Firqə üzvləri də qəflət etmiş
olsaydılar şəhərdə böyük hərci-mərc əmələ gələbiləcək idi, xoşbəxtanə Firqə və Hökumət vəziyətə
kamilən hakim olduqlarına görə bu hərci-mərcin qabağı alındi. Lakin sərbazxanada olan bütün
məlzumat bu vasitə ilə ortadan getdi. Bu cinayətkarlar hətta sərbazxananın qarətinə kifayət etməyib
böyük əsləhə və nizami ləvazimatı məsələn müsəlsəl və radio və sayir şeyləri sındırıb xərab
etəmişlərdi. Bu hadisəni nişan verən xəbəri nümunə üçün buraya dərc edirik.
3-Cü Ləşgər Sərbazlarının Qaçmağı və Mütəvari Olmağı
Azərbaycan Milli Dövlət rəisi və 3-cü ləşgər fərmandhi mabeynində olan qərardadın ikinci maddəsində
səriyhən qeyd ediləmişdi ki:
«Təbriz padigani əfradından heçəks dəstur sanəvi sadir olmayınca sərbazxana mühəvvətəsindən xaric
olmayıb....»
Qərardad imza olandan sonra bilafasilə ağayani əfsəran sərbazxananı tərk edib, öz mənzillərinə
getdilər və sərbazlar da sərpərstsiz qalıb, bilatəklif sərbazxanadan qaçmağa şüru etdilər. Bədiyhi dir ki,
bu xilaf əməl sərbazlıq məqamına tövhin olmaqdan əlavə mümkündür ki, şəhərin əmniyyətinə də
əsaslı lətmə vırsın. Binaən-əleyh Heyət-Dövlət-Milli Azərbaycan bu əmrin aqibtindən cilovgirlik etmək
üçün əmr verilmişdir ki, fövri surətdə müəssir iqdamat olunsun və şəhərin əmniyyəti təəmin və hifz
olunsun.
Elə təsəvvür vardır ki, bu pişaməd Mərkəzi Hökumətin dəsturundakı axirinci cümlənin nəticəsidir.
6