Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Çünki xəlq o dəstgaha inana bilmirdi və həqqi də var idi, bir də bu əvaxirdə olmuşdur ki, xəlqi zor ilə
nizami aparırdılar, indi şəhərlər-kəndlərimizdə hamı ürəkdən Milli Qoşuna girmək üçün davtələb olub
qoca kişilər belə nizama daxil olmaq istəyirlər, burada mənim yanimda Yuquslav mətbu’atının
nümayəndəsi oturmuşdur. Onun izharına görə bizim xəlqimiz ilə Yuquslavya milləti arasında bir
oxşarlıq vardır. Orada xəlq Alman işğalı dövrəsində marşal Titonun ətrafına toplanıb milli azadlığı
yaradıblar. Əgərçi biz o qədər qəhrəmanlıq göstərə bilməmişik vəli həqiqətdə bizim xəlqimiz böyük və
qəhrəman bir xəlqdir. Onun heçvəch ilə Tehran, İsfahan və başqa yerlərin əhalisi ilə oxşarışı yoxdur.
O, Yuquslav xəlqi kimi öz azadlığı uğrunda mübarizəyə qalxmışdır. O fars dəyil və farslardan fərqlidir.
Dünənəki təzahürat nişan verdi ki, xəlqimiz özünü tanıyıb və öz millətini təşxis veribdir. Azadlığın
mə’nasını düşünüb və onun qədir və qimətini dərk eləmişdir.
Geçən gün mən ağayi İpəkçiyan ilə söhbət elirdim, o deyirdi ki, Fədai qüvvələri Zəncana varid olmaq
haman Tehran mürtəce’ləri qaçmaq tədarükü görürdülər.
İndi də əyər yüz nəfər Qəzvində tapılsa onların hamısı qaçacaqlar. Mən Tehrandan mütəəddid
məktublar almışam. Bu məktublar yazırlar ki, siz hərəkət etmək haman Tehranın daxilində böyük
inqilab vicuda gələcəkdir. Mərkəzi Hökumət bizi bu işə vadar edərsə bütün İran xəlqləri əsarətdən xilas
olacaqlar. Amma bilməlisiz ki, böyük arzuları qeyri müntəzəm qüvvə ilə əncam vermək olmaz. Bizim
gərək topumuz, təyyarəmiz və hər cürə silahımız olsun. Biz evimizin palazını satıb tank, top və təyyarə
almalıyıq. İran azadlığı Azərbaycan azadlığından asılıdır.
Xəlqin minlərlə teleqrafına cəvab verməyə hazır olmayan mürtəce’ Sədr və Həkiymi hökuməti bizim
nehzətimizin sayəsində İsfahanda və iranın başqa şəhərlərində əncümən əyaləti və vilayəti
intixabatına hazır oldu. Halbuki, bundan qabaq bu qanun icrasına ayrı qanunların mane’ olduğunu
söyləiyrdi. Biz iki yol ayricindayız, ya gərək Tehran Hökuməti azadlıq yolu ilə gedə və bizim
azadlığımıza mane’ olmaya, əyər getməzsə biz onunla getməyəcəyik və əyər mümkün olsa onu yıxıb
yerinə bir demokrat rejimi yaradacağız, (alqışlar) biz mümkündür neçə gün müvəqqəti halda çətinlik
çəkək və iqtisadi fışar da görək, vəli böyük iş görmək istəyən millət gərək bu kimi fışarlara tablaşsın.
Müharibə mövqeində gördük ki, Rusiyyə milləti və başqa millətlər nə qədər fədakarlıq göstərdilər. Biz
onlardan ibrət almalıyıq.
Dünənəki mitinq və ətrafdan gələn teleqrqflar və kağazlar böyük ehsasat nişan verirdi. Azərbaycan
xəlqi həmişə öz azadlığına əlaqə nişan vermişdir. Səfəviə nehzətini iki ya uç şeyx vicuda gətirdi. Onda
Demokrat Firqəsi də yox idi. Bizim isə münəzzəm qüdrətli bir Firqəmiz olduğu halda daha böyük ordu
yaratmağa qadirik. Millətimizin böyük keçmişi vardır və bir daha dünyaya göstərəcəkdir ki, sadiq,
səmimi, fədakar, qüdrətli və dəvamlı bir millətdir. O qədirdan və səmimi dir, ona fəqət bir başçi lazim
idi və indi o başçi Firqəmiz olmaq üzrə vicuda gəlmişdir. E’tiraf etmək lazimdir ki, Firqə xəlqimizi bu
beş ay müddətində çətinliklərdən və əyri-buruq yollardan geçirtmişdir və gələcəkdə də geçirəcəkdir.
Tehran Hökuməti bir gün Fərruxi böyük ixtiyarat və pul ilə göndərdi. Bir gün də Bəyatı. Bəyat ağayi
Səracmirin evində bizə deyirdi ki, biz sizin müxtariyətiızi təəmin edirik, biz ona dedik ki, siz bu gün
deyirsiz və sabah inkar edəbilərsiz. Bizə isə həqiqi təzmin lazimdir, o isə Milli Xəlq Qoşunu ola bilər.
« Həqiqət isə həmişə topun ağzından çıxar», bir millət həqiqəti fəqət top və gülülə vəsiləsi ilə nişan
verəbilər. Ah və naləyə kimsə baxmaz. Bizim hökumətimiz demokratik hökumətdir. Bütün təbəqələrin
hökumətidir. Qoy ruhanilər və bütün təbəqələr əl-ələ versinlər və müxtariyətimizi qorusunlar.
Qoy cəvanlar Milli Qoşunda şirkət eləsinlər və qocalar olara libas, paltar və corab göndərsinlər. Biz bu
yoldan xeyir görəbilərik, necəki Milli Hökumət qurulan gün və'də verdik ki, xəlqimizin mal, can və
namusunu hifz edəcgiz. Hətta dükanların qabağında yatacağımızı dar və'də verdik, hamı bilir ki,
verdiyimiz və'dəyə mərdlik ilə əməl etmişik.
İndi də xəlqin malını və namusunu hifz eləməyə qovl veririk və sözümüzün üstündə duracağız. Biz
iftixar ilə deyə bilərik bunu, xəlq bizim arxamızdadır. Kəndlinin və kargərlərin hamısı, şəhərin
mütəvəssit təbəqəsi, bəlkə də ali təbəqəsi ümumiyətlə bizim dalımızdadır.
Xəlq birleşəcəkdir, biz buna inanırıq. Burada gərək qanun hökm sürsün və qanunu hifz etmək üçün də
top və tüfəng lazimdir. Odur ki, gərək milləti Milli Qoşun sıralarına girməyə təşviq edək. Biz demirik ki,
15
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
qabaqda müharibə var və müharibə olmayacaq amma əyər müharibə etmək istəsələr, biz bir nəfər
qalana qədər mövəfəqiyyət yolunda çalışacağız.
İndi də fikr elirəm ki, müharibə olmayacaqdır, amma biz özümüzü gərək hazırlayaq, dalı çəkilmək
yoxdur. Əyər bizim azadlığımıza təcavüz olsa hamımız gedib savaşacağıq, hamımız gərək özümüzü
hazırlayaq ta heçəks bizim azadlığımıza və həqqimizə təcavüz etməyə cəsarət etməsin. Odur ki,
ağalardan xahiş edirəm ki, hərəks öz yerində bir mübəllığ olsun, xəlqi başa salsın ta Milli Qoşun
yaransın. Qoşun küçədən keçndə xəlq onu gül dəstələri ilə istiqbal eləsin.
Qoy vətən azadlığı yolunda fədakarlığa hazır olan cəvanlarımızın başlarına güllər tökülsün. Qoşunda
gərək qanun uzundən olsun və bütün qanuni yaşa çatmış olanlar nizama getsin, Qoy hamı nizami
libas geysin.
Mən özüm də geyəcəyəm. Qoy hamı bilsin dünyada bir millət var ki, onun bütün əfradi arvat və kişi öz
azadlığını müdafiə etmək üçün silah götürmüşdür. Hökumət ilə xəlq arasında ixtilaf olmamalıdır.
Gərək xəlq özü hökumətin hifz etsin. Biz mümkündür iştibah edək vəli bu iştibahları duzəldəcəyiz. Qoy
ruznamədə, telefonda, teleqrafda bizim iştibahlarımızi desinlər ta düzəldək. Biz baş ucalığı ilə
dediklrimizi əncam vermişik, indi bizim düşmənlərimiz bizi neçə nəfər macəracu adlandıranlar belə
bizə bir irad tapa bilmişərlər. Onlar fəqət kiçik bahanalar tuturlar. Məsələn dil məsələsini bizə bir günah
bilirlər. O ağalar bunu bilməlidirlər ki, Azərbaycanlı Fars dəyil və özünə məxsus dili vardır. Zor ilə də
onu Fars eləmək olmaz. Biz çox böyük müvəffəqiyyətlər qazanmışıq, bizim işlərimiz qabaqdan
gedəcək. Ölkəmiz istər isə təbii sərvətdən çox zəngin bir öləkdir. Coğrafiayi nüqteyi nəzərdən ticarəti
yollar üstündə vaqe’ olmüş bir mərkəzdir. Ölkədə daxili ayrı seçgilik aradan gedib, vahid, müttəhid bir
xəlq əmələ gəlmişdir. Bu birliyi hifz etmək üçün yenə də təkərar edirəm qoşun lazimdir. Qoy biz
evimizin fərşini, əsbabini satmalı olsaq əsləhə alaq və Milli Qoşunumuzu vicuda gətirək, azadlığımızi
saxlayaq. Yeri gələrsə tehrana gedib azadlıq əleyhinə mübarizə edən irtica’in ocağini dağıdaq,
tehranlılar üçün də Demokratik Hökumət quraq. (alqışlar)
Ağayi Piəvəridən sonra Azərbaycan ticarətinin ağsaqqallarından ağayi Hacı Əliəkbər Sədəqiyqni
hazıranı təbərik edib, bütün xəlqin bu böyük işi xoşvəqtlik ilə istiqbala hazır olduğunu, söylədilər.
Ağayi Sədəqiyanıdan sonra ağayi Badəkan Mərkəzi Komitəsi sədr müavininə söz veridi.
Ağayi Badəkan: ağayani möhtərəm ağayi Pişəvərinin o qəvi nitqindən sonra mən özümə həq vermirəm
ki, danışam, amma mən istəyirəm deyəm ki, mövlayi müttəqqiyan Əli-ibn Əbitalib əleyhilsəlam
buyurur: Əlhəyat təhti zəlal əlsiof. Dirilik qılıncların sayəsində dir. Necəki ağayi Pişəvəri buyurdular
həmişə burada nizam vəzifəyə çağırış olanda görurduz ki, ajanlar gedirdilər xəlqi evindən çəkib
gətirirdilər. Bunu da mürtəce’lər də gördukər ki, dünən on beş min nəfərdən çox adam gəlmişdilər ki,
istəyirdilər davtələb yazılsınlar.
Bizə pişnahadlar gəlibdir ki, qocalar davtələb olurlar, ya xəlqdən pişnahad gəlibdir və mən burada
rəsmən pişnahad edirəm ki, hamı nizami paltar geysin və idarəsinə, iş başına getsin. Ona binaən mən
ümidvaram və əminəm ki, Azərbaycan xəlqi öz azadlığini hifz etməkdən ötrü nə tək nizama getməyə
bəlkə ölməyə də hazırdır. Habelə ağayian tüccar və üləma tərəfindən də bu xüsusda böyük əlaqə
görsənir və ağayi Pişəvərinin buyurduğu kimi əminəm ki, gələcəkdə böyük vəhdt-milli əmələ
gələcəkdir. İndiki böhran müvəqqəti dir.
Bu, rejimi dəyişdirmək sayəsində dir. Bu kimi mövqə'lərdə iqtisadi rabitələr qırılar, böhran əmələ gələr.
Odur ki, biz gərək buna dözək və əl-ələ verək və gələcəkdə bu günki təbəqələr asayiş ilə yaşasın. Biz
heç bir təbəqəyə imtiyaz qayil dəyilik. (alqışlar)
Ağayi Badəkandan sonra Sərdar Milli Səttarxanın əxəvisi ağayi Hacı Əzimxan belə dedilər:
Mən bu vəqtimdə hazırəm tüfəng götürəm və hər yerə buyursalar gedəm. Biz ölənəcək millətə xidmət
edəcəyik. Biz millətin və o kəndli qardaşların nökəriyik. (şiddətli alqışalar)
Milli Məclisin rəisi müavini, ağayi Rəfii (Hac Nizamiddövlə) qısa bir nitqdə dedilər ki:
Bəndə kəmal iftixar ilə bu Firqə və Hökumətə varid olmağa müvəffəq oldüm. Mən əvvəlindən hiss
elədim və tamam əməl və qərain də nişan verir ki, mənim anladığım kamilən dürüstdür. Mən də məllak
16