Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
təbəqəsi və öz tərəfimdən bunu təbrik edirəm. Mən mütəəssifəm ki, öz sinnim icazə vermir amma
nəvələrim var ki, bu feyzi dərk edəcəklər.
Ağayi Badəkandan sonra ağayi Qulixan Borçalu Qara Papaq eli tərəfindən azərbaycan azadlığini dilfa'
etmək yolunda o elin hazır olduğunu bəyan etdilər.
Bu mövqə'də Milli Qoşuna ad yazdırmağa gələnlərin adlarını səbt etməyə başlandi. Maarif Vəzirimiz
ağayi Biriya mürəttəb sütunlarla mühəvvətə də mütəvəqqif olan davtələblər üçün mühəyyic bir nitq irad
etdilər.
Məclis saat 11-də sona yetişdi
Bu gündən e’tibarən bir tərəfdən cəvanlar dəstə-dəstə milli vəzifəyə yazılır o biri tərəfdən onları təşkil
etməyə məmur əfsərlərimiz onları qəbul edərək vahidlərə və əvvəldən təhiyə edilmiş nəqşə üzrə Milli
Qoşun təşkilatını vicuda gətirirlər.
Yeri gəlmişkən bunu da qeyd etməliyik, Milli Qoşunumuz təşkilində əfsər məsələsi çox böyük
əhəmmiyətə haiz idi. Ərfə'in xainanə siyasəti nəticəsində üçüncü ləşgərin əfsərləri öz dərəcə və
məqamlarını əldən vermək qorxusundan Azərbaycanı tərk edib getmişlərdi. Qalanların da sayı o qədər
az idi ki, onların vasitəsi ilə qoşun təşkil etmək mümkün ola bilməzdi.
Bu mövqə'də «İran Arteşi» təşkilatının fəsadi və Ərfə'in apardığı xainanə siyasət üzündən təngə gəlib
fərara məcbur olan İran əfsərləri, nehzətimizin möhkəmliyini və irəli getəməsini eşidib dəstə-dəstə bizə
mülhəqq olurdular.
Hələ Fədai hərəkəti başlanan günlərdə bu əfsərlərdən böyük istifadələr görünmüşdü. Ümumiyətlə
bizim tərəfə pənahəndə olan əfsərlər İran arteşinin ən fə`al, ən səmimi və ən fədakar kadr və səfi təşkil
edən yaxşı təhsil görmüş cəvanlar idi.
Bunlar məxsusən siyasi məfkurə və azadixahanə ruhiyəyə malik idilər. Ona görə bizim Milli
Qoşunumuzun təşkilində ürəkdən çalışmağa başladılar.
Bununla belə əfsər azlığı şədid bir surətdə ehsas olunurdu. Bu ehtiyaci rəf' etmək üçün tə'cili bir
surətdə hərbi məktəb yaradılıb Fədai cərəyanında yararlıq göstərən savadlı cəvanların təhsilinə iqdam
olundu. Digər tərəfdən uzun müddət qoşunda xidmət edən guruhbanlara əfsərlik vəzifəsi tapşırılmaqla,
əfsər məsələsi də sadə bir surətdə rəf' edilmiş oldu.
Qoşunun libas və ləvazimatı isə Milli Hökumətin karxana və sənaye'ə olan əlaqəsi sayəsində çox tez
bir surətdə təhiyə edilə bidi.
Bu iş o qədər sür'ət ilə əncam tapdi ki, qoşun işi ilə məşğul olan əfsərlər özləri də heyrətdə qalldılar.
Zira dünən kənddən çarıq ilə gələn kəndli balası, bu gün qoşun paltari geyib neçə ay tə’lim görmüş bir
qoşun fərdi kimi rəsmi geçidlərdə iştirak etməklə özünün iste’dadını büruza verdi.
Maarif Sahəsində
Maarif sahəsində də Firqə böyük qədəmlər götürməyə müvəffəq oldu. 12-şəhərivər e`lamiyyəsində dil
barəsində meydana atılan şüarları Milli Hökumətimiz haman təşkilinin əvvəlindən artıq fədakarlıq ilə
icra etməyə başladi.
Bütün idarə və mədrəsələrimizədə fəqət öz Milli Dilimiz rəsmi olaraq qəbul edidi. Belə bir fürsəti ürək
döyüntüsü ilə gözləyən xəlq, hökumətin əmrini canu-dil ilə istiqbal etdi.
Xəlqimizin mübarizə orqanı olan Azərbaycan Ruznaməsi dil və maarif uğrunda böyük yararlıq göstərdi.
Onun səfhələri şa’irlər və yazıçılarımız üçün geniş qələm meydanı olmaqla yeni yazıçi və şa’irlər
17
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
meydana çıxıb özlərinin iste'dad və hünərlərini göstərməyə imkan tapdılar, məxsusən Milli
nehzətimizin nəticəsində yüksələn ümumi ruhiyə şa’ir və yazıçılarımıza böyük ilham mənbəi olub
onları yazıb yaratmağa vadar etdiyi qeyd etmək lazimdir. Şa’irlərimizin keçən şəhərivərdən indiki
şəhərivərə qədər yazdıqları cürat ilə demək olar ki, əlli il müddətində yazdıqlarından daha artıq ola
bilər. Bir də söz yazinın və şe’rin çoxluğunda dəyidir, şe’rin dəyəri onda təcəssüm edilən ruhiyə də
aranılır ki, bu cəhətdən bir illik ədəbyatımız fövqəladə ğəni və sərvətli dir. Sabiqəli şa’irlərimizdən Əli
Fitrət, E’timad, Məhzun, Sahir və sayirləri deyəbilərik ömürlərində yazıb intişar verdikləri şe’rlərin
münasbətilə o qədər şöhrət və hörmət qazana bilməmişlərdi ki, bu bir ilin müddətində qazanmışlar.
Cəvan şa’irlərimiz isə deyəbilərik ki, öz şöhrət və yaradışlarını fəqət Milli nehzətimizdən ilham
almışlardır. Azər Oğlu, Əli Tudə, Mədinə Gülügün, Məhəmməd Əli Dirəfşi və qeyriləri fəqət
nehzətimizin şa’irləri hesab oluna bilərlər. Bunların nehzətdən əvvəl yazdıqları əş`ar nehzət zəmanı
yazdıqları ilə qabil müqayisə belə ola bilməz. Bunların hamısından əlavə Milli Dilimizədə meydana
çıxan ruznaməmizdir. İndi bizim öz dilimizədə 8 ruznamə çıxır. Bunlardan əlavə aylıq məcəllələrimizin
də əsasi qoyulmuşdur. Ümid edirik tez bir zəmanda onlar da öz intişarları ilə gözlərimizi
işıqlandıracaqlar. Ədəby cəhətdən bir qədər zəiflik varsa dar lakin onun dar pəşəngləri tək-tək nəzərə
çarpmamış dəyidir. Bu bir ill nehzət zəmanında fəqət Azərbaycan ruznaməsində 255-qit’ə şe’r çap
edilmişdir ki. Bu Azərbaycanda görünməmiş bir işdir.
Siyasi mətbu’ata gəldikdə deyəbilərik ki, çox böyük qədəmlər götürə bilmişik. Bu xüsusda ağayi
Pişəvərinin siyasi mövzularda və ümumi işlərimiz həqqində yazdığı məqalələrin böyük təsiri olmuşdur.
Ağayi Pişəvərinin Farsi dilində olduğu kimi Azərbaycan dilində məxsus səbki vardır , bu səbk
fövqalə'adə sadə və rəvan olduğu qədərdə havy olduğu zərbavlmsllər, kinayələr, məntiqi cəvvablar və
əsaslı dəlillər ilə oxucunu düşündürdükcə iqna' edir və onun ruhunda dərin bir təsir buraxmaqla, ona
nə qədər müxalif olur olsun, məqaləni qurtardıqda razi qalmaya bilməz. Bu isə bizim cəvan
yazıçılarımıza sərmşq olmüş yazımızın sadə və təbiiliyini təəmin etmişdir. Burada ağayi Pişəvərinin
Tehran ruznamələrinin birinə verdiyy diş sındıran cəvabı nümunə üçün dərc edirik:
Ölmək Var Dönmək Yoxdur
Xəlqimizin Milli Azadlıq yolunda götürdüyü böyük qədəmin həqiqi mə’nasını dərk etməkdən aciz olan
Tehran azadixahları, iki əsaslı məsələdə bizə öz əqidələrincə böyük irad tapmışlar. Bunlardan biri
Azərbaycan dili, ikincisi isə azərbaycanlıların Milləti dir. Bu iradi biz özlərini azadixah adlandıran Fars
mütəəssiblərinin hamısından eşitmişik və cəvabımız da çox sadə olmuşdur. Azərbaycanlı Fars dəyil və
farsi dilini də azərbaycanlının əksəri başa düşəbilmir. Güc ilə o dili azərbaycanlılara təhəmil mümkün
olabilməmiş və olmayacaqdır.
Azərbaycanda elə bir ev tapılmaz ki, onun əhalisi azərbaycanlı olsun amma Azərbaycan dilindən
başqa bir dil ilə danışmağa rəğbət göstərsin. Mərhum Hacı İmam Cümə Xoyi qırx il tehranda yaşadığı
halda özünün təkiyə kəlami olan «pi oğlan» sözünü tərk edib ona münasib bir Fars sözü işlədə
bilməmişdi. Bu isə tehranlılar arasında zərb-ələməsəl dir. Tehranın özündə Hacı İmam Cümə kimilərin
sayı yüzmındən əlavə dir və bunların hamısı öz aralarında Azəbaycan Dili ilə danışmağı sevər və
ondan ləzzət apararlar. Azərbaycanlı yüz il xaricdə qalarsa əxlaq, ruhiyə və tərz təfəkkür cəhətdən
azərbaycanlıdır. O öz yurdunu , öz ana və baba ocağını sevər və onu yad etməyə iftixar edər.
Azərbaycana dilsuzluq edən Fars azadixahlarına demək gərəkdir ki, sizlər əyər vəhşətə salıb tehrana
çəkdigiz azərbaycanlıların ürəyinə girə bilsiz orada azərbaycana olan eşqi və məhəbbəti gördükdə
heyrət edərsiz.
Çünki sizdə öz yurduza məhəbbət və əlaqə yoxdur. Azərbaycanlı heç bir cəhətdən sizə bənzəmədiyi
kimi vətən məhəbbəti, ana eşqındə də sizlərə oxşamaz. Siz onu tanıya bilməzsiniz. Çünki
mahiyyətində olan qurur-millidən sizlərdə əsər yoxdur. Doğrudur Azərbaycan demokrasi nehzəti
başlanan zəmana dək özünün milləti həqqində az danışmışdır, vəli əməldə həmişə o özünü müstəqil
bir millət hesab edib, cəhət və səbəbsiz əziz olan Farslara yabançi gözüylə baxıb. Onların təht-
hakimiyətində yaşamağı özünə ar bilmişdir.
Gedin tehranın cənubi məhəllələrində və kargərlər yaşayan küçələrdə bir qədər dərindən təhqiqat
edin! Azərbaycanın müxtəlif guşələrindən bir parça çörək qazanmaq üçün mühacirət edib, olarda fəqir
18