Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Dünən Gecəki Atışmalar
Dünən gecə şəhərin hər yerində kamil əmniyyət bərqərar idi və intizamat məmurları tərəfindən çox
ciddi iqdamat olunub şəhərin əmniyyəti vicuda gəlmişdir. Dünən gecə bə'zi nüqtələrdə baş verən
atışmalar fəqət şadəmanlıq nəticəsi idi ki, 3-cü ləşgərin müqaviməti qurtardığına görə edilirdi.
Milli Hökumətin Müvəffəqiyyətlərinin Təsiri
Azərbaycan ruznaməsinin 23-azər nümrəsində bir qədər tərdid və mülahizə ilə (Unudulmaz Ləhzələr)
məqaləsini yazanın Növruz ismi ilə hökumətin götürdüyü ciddi qədəmlər nəticəsində vicuda gələn
əfkar-ümuminin təsirində iki gün sonra aşağıdakı məqaləni yazıb intişar vermişdir ki, rövşənfikirlərin və
əfkari ammənin təğyir və təhəvvülünü göstərmək üçün şayan diqqətdir.
Tariyxi Müvəffəqiyyət!
Azadixahlıq cibəhsi dörd gün ävväl Firqəmizin müdəbbir, ciddi, fə`al rəhbərlərinin hüsn siyasəti
nəticəsində fateh çıxdığı həqqi həq sahibinə yetirdi. Xəlqimizin nehzətinə, azadixahlıq hərəkətlərinə
gülän adamlar dörd gün bundan əvvəl Firqəmizin sınmaz qüdrətinə müsadif olmaqala bərabər
həqiqətə kamilən iman gətirdilər ki, «Zülm ilə abad olan ev ədlilə bərbad olar.»
Əyər iş başında olanlar riyasət, sədarət mizlərini işğal edənlər bir az aqil, durəndiş olsalar, gərək bu
tarixi hadisədən ibrət alıb bir daha zülm və ehcaf dövrəsinə dolanmasınlar. Firqəmizin əleyhinə
aparılan zəhərli təbliğat büsbütün puça çıxdi. Bizləri məchul-əlhöviyə, şarlatan, əşərar adlandıran
alçaqlar isə xəcalətliyindən xəlqin üzunə baxa bilməyirlər.
Fədailər dəstəsi münəzzəm surətdə şəhərə gəlib, aşubtələb adamların aldadıcı sözlərinə aldanmadan
münəzzəm surətdə öz yerlərinə qayıtdılar.
Ev talamaq, bazar qarət etmək, xəlqin namusuna təcavüz etmək kimi Fədailərə nisbət verilən işlərdən
abədən şəhərimizdə bir kiçik asar gorülməmişdir. Bundan ma'idən biz Firqəmizin ciddi, müdəbbir
rəhbərlərinə və Fədailər dəstəsinin iman və əqidəsinə ümidvar olmaqla bərabər möhtərəm sədrimiz
ağayi Pişəvərinin bu sözünü heç vəqt unutmamışıq. O demişdir: «Bazar talalayanlar, xəlqin mal və
namusuna təcavüz edənlər gərək Azərbaycan Demokrat Firqəsinin rəhbərlərinin və ə'zasının nə'şləri
üstündən geçsinlər», yəəni madam Demokrat Firqəsində qüdrət var, kimsə xəlqin canina və malına
təcavüz edəbilməz.
Ağayi Pişəvərinin fəaliyyəti və bu dərin dəsturatı nəticəsində dir ki, dünyanı məbhut edən Azərbaycan
nehzəti bu qədər məharətlə əncam tapıb, nəticədə bir nəfərin belə burunu qanamadi.
İki gün ərzində ruznamə dəftərinə vasil olan təqdirnamələrin sayı iki yüzdən artıqdır. Xəlq səmim
qəlbdən Fədailərin Azərbaycan Demokrat Firqəsinin ə'zasının qanuni və mehriban əməliyyatından
izhari təşəkkür edir.
Qışın bu musimində ayağında corabı olmayan bir Fədai 4550 tümən pula əl vurmadan xüddarlıq edib
onu sağlam surətdə öz mafövquna təslim etəməyi, hələ dünyanın ən böyük inqilablarında da
görünməmişdir. Biz öz Firqə üzvlərindən bu fədakarlığı soraq aldıqdan sonra böyük nehzətimizə
iqdam etmişik. Biz xəlqimizi nicat verməkdən ötrü var qüvvəmizlə canimizi fəda etməyə hazırlaşmışıq.
Buna görə bizə aşubtələb adamların təbliğatı biəsər qalmaqla bərabər, müqəddəs məqsədimizi tə'qib
etməyə daha da təşviq edir.
«Növruz»
7
Şəhrivərin Onikisi -
ikinci bölüm
,
yeni nəşri
: 2005
açıq söz زﺆﺳ ﻖﻴﭼﺁ
Milli Dövlətin Qərarları
21-Azərdən sonra Firqə hökumətə rəhbərlik etməyə başalayır və özünün tədbirlərini bu vasitə ilə
həyata geçirir. Hamı bilirik ki, jandarmların zülm və cinayəti nəticəsində yüzlərcə kənd və şəhər
zəhmətkeşləri zindanlara dolub orada taqətfərsa bir həyat geçirməkde idilər. Hökuməti alan Firqə
başçıları isə bu işə bir an xatimə verməli idilər. Hələ hökumt təşkil olmadan əvvəl Milli Heyət zəmanı
belə çoxlu zindanılar Firqə köməyi ilə azad ediləmişlərdi. Bununla belə yenə də zindanlar biygünah
zindanılər ilə dolu idi.
Bu əsəfavər hala xatimə vermək üçün, Milli Hökumət əffi-ümumi layıhəsini tənzim edərək Məclis
Millinin təsvibindən sonra bilafasilə onu həyata geçirdi. Bu vasitə ilə xain jandarm və polis cəlladlarının
qurbanlıqları xilas olaraq həyata qədəm qoydular.
Milli Hökumətin altı ay müddətində gördüyü işlər barəsində ağayi Pişəvərinin Məclis Milliyə verdiyi
güzarişləri dərc etmədən əvvəl, nümunə olmaq üçün Milli Hökumətin bir gündə e’lan etdiyi uç qərari
buraya dərc edirik:
Təbrizdə Azərbaycan Dövlət Darülfununi Təşkili
Həqqində Azərbaycan Milli Hökumətinin Qərari
Millətimizin arzulzrını və Azərbaycan Milli Konqrəsinin qərarlarını nəzərə alıb Milli və mədəni
tərəqqimizi təəmin etmək üçün Azərbaycan Milli Hökuməti üzümuzə gələn dərs ilindən vətənimizin
mərkəzi Təbriz şəhərində Azərbaycan dövlət darərülfununun təşkilini zəruri saydığı üçün aşağıdakı
qərari qəbul edir.
1-Azərbaycanın Maarif Vizarəti, darülfununun təşkili üçün lazim olan büdcəni tənzim edib bir aya qədər
Heyət Dövlətə təqdim etsin.
2-Azərbaycan Dövlət Darülfununi hələlik uç fakültədən ibarət olmalıdır. 1)-Tibb fakültəsi, 2)-Fəlahət
fakültəsi. 3)-Pədaqoji fakültəsi, ki, buda Tarix və Dil, Ədəbyat, Fəlsəfə, Hüquq, Riyaziat şö’bələrindən
təşkil tapmalıdır.
3-Maarif Vizarəti on güün müddətində Azərbaycan Darülfununu üçün lazim olan binani seçib Heyət
Dövlətə iltila' verməlidir.
4-Azərbaycan Maarif Vizarəti indidən darülfununun ustadlar heyətini seçməyə və darülfunun üçün
Azərbaycan dilində elmi vəsait hazırlamağa başlamalıdır.
Azərbaycan Milli Hökumətinin Baş Vəziri «Pişəvəri»
Dil Həqqində Azərbaycan Milli Hökumətinin Qərari
Xəlqimizi dövlət dəstgahına yaxınlaşdırmaq və ümumun ehtiyacatını sadə bir surətdə anlamaq və
həmçinin Milli Dili və Milli Mədəniyyətimizin tərəqqi və təkamül yollarını təmizləmək üçün Azərbaycan
Milli Hökuməti özünün 16-dei tarixi cəlsəsində aşağıdakı qərari qəbul etmişdir.
1-Bu gündən e’tibarən Azərbaycanda, Azərbaycan Dili Rəsmi Dövlət Dili hesab olunur. Dövlətin
qərarları və rəsmi e’lanlar, həmçinin Xəlq Qoşunları hissələrinə verilən fərmanlar və qanun layıyhələri
mütləqən Azərbaycan Dilində yazıləmalıdır.
2-Bütün idarələr (dövləti, Milli, ticarəti və ictimai) öz işlərini Azərbaycan Dilində yazmağa məcburdurlar.
Bu dildə yazılmayan dəftər və mədarik rəsmi hesab olunmaiacaqdır.
8