İlham Məmmədov, Aydın Əhmədov Nəcməddin Məmmədov



Yüklə 336 Kb.
Pdf görüntüsü
səhifə16/87
tarix30.12.2017
ölçüsü336 Kb.
#18610
1   ...   12   13   14   15   16   17   18   19   ...   87

S xem   3.  İnfeksion xəstəliklərin  kom pleks  diaqnostikası
əsasında,  düz  bağırsaqla  və  əzələli  mədə  ilə  vəzili  mədə  sər- 
həddində  qan  sızmalar  xəstəliyin  diaqnostikasında  ən  vacib  pa- 
toloji-anatomik  dəyşikliklər hesab edilir.
Ancaq  infeksion  xəstəliklərlə tək  patoloji-anatomik  diaqnos­
tika  üsulu  ilə diaqnoz qoyulması  çox  vaxt  dürüst olmur.
Epizootoloj,  kliniki  və patoloji-anatomik  diaqnostika  üsulla­
rı  köməkçi  diaqnostika  üsullarıdır  və  bunlar  əsasında  qoyulan 
diaqnoz  ilk və  ya natamam diaqnoz hesab  edilir.
Ona  görə  də  infeksion  xəstəliklərdə  diaqnozun  dəqiqləşdi­
rilməsi  üçün  bakterioloji,  vrusoloji,  mikroloji  və  immunoloji 
diaqnostika  üsullarından  istifadə  edilməlidir.
İlkin  diaqnoz  əsasında  bakterial  etiologiyalı  xəstəliklərə 
şübhə  yarandıqda  bakterioloji,  virus  etiologiyalı  xəstəliklərə 
şübhə yarandıqda virusoloji  və s.  diaqnostika üsullarına müraci­
ət edilir.  Bu  məqsədlə xəstə və ya ölməş quşlardan  patoloji  ma­
62
terial  götürülüb  baytarlıq  laboratoriyalarına  göndərilir.
Laboratoriyada  bakterioloji  diaqnostika  zamanı  göndərilmiş 
patoloji  materialdan  ümumi  qəbul  edilmiş  üsulla yaxma hazırla­
naraq mikroskopiya edilir, müxtəlif qida mühitlərinə ekib xəstə­
lik  törədicisinin  təmiz  kulturası  alınır və  ayrılmış  mikrob  kultu- 
ralarının  patogeliyini  yoxlamaq  üçün  laboratoriya  təcrübə  hey­
vanların  üzərində  bioloji  sınaq qoyulur.
Virus etiologiyalı  xəstəliklərə şübhə yarandıqda  laboratoriy­
ada virusoloji diaqnostika üsulundan  istifadə edilir.  Yəni  patolo­
ji  materialdan  müxtəlif canlı  sistemlərə əkərək virusun ayrılma­
sı  əldə  edilir,  lyuminisent  mikroskopiya  aparılır,  bioloji  sınaq 
qoyulur və müvafiq  serioloji  reaksiyalar qoyulur.
Mikroskopik  göbələklərin  törətdiyi  xətəliklərdə  mikroloji 
müayinə aparılır.
Qeyd  etmək  lazımdır  ki,  belə  diaqnostika  üsullarının  aparıl­
ması  nəticəsində  xəstəliyin  törədiciləri  əldə  edildiyi  üçün  bun­
lara dəqiq və ya etioloji diaqnostika üsulları da deyilir.  Bütün  in­
feksion  xəstəliklərdə dəqiq  diaqnozun  əldə edilməsi  bu  diaqnos­
tika üsullarından  istifadə  edilməlidir.
İnfeksion xəstəliklərin diaqnostikasında immunoloji  diaqnos­
tika üsulu dı  mühüm  əhəmiyyətə  malikdir.  İmmunoloji  diaqnos­
tika üsulu infeksion  xəstəliklər zamanı  orqanizmdə yaranan  ləng 
və  ani  tipli  hiperhəssaslıq  prosesinin  yaranmasına  əsaslanıbdır. 
İmmunoloji  diaqnostika  zamanı  müxtəlif  serioloji  reaksiyalar­
dan  və allergiya  diaqnostika  üsullarından  istifadə  edilir.
Bir çox infeksion xəstəliklərin diaqnostikasında serioloji  reak­
siyalar mühüm əhəmiyyətə malikdir.  Bu reaksiyalar əsasən hey­
vanların  qan  serumunda  antitelləin  müəyyən  edilməsi,  yaxud 
mikrob  və  ya  virusun  cins,  növ  və  tiplərinin  təyini  məqsədilə 
tətbiq  edilir.
Baytarlıqda serioloji  reaksiyalardan ən çox  AR /aqllütinasiya 
reaksiyası/  və  onun  müxtəlif şəkildəyişmələri,  PR  /prensipita-
63


siya  reaksiyası/,  KBR  /komplementin  birləşməsi  reaksiyası/, 
K.UMBR  /komplementin  uzun  müddətli  birləşməsi  reaksiyası/ 
NR  /neytrallaşma  reaksiyası/,  İFR  /immunoflüoresensiya  reak­
siyası/,  İFA  /immunoferment  analizi/,  RİA  /radioimmunoloji 
analiz/,  HAR /hemaqqlütinasiya reaksiyası/, HALP /hemaqqlüti- 
nasiyanın  ləngiməsi  reaksiyası/,  KOAR  /koaqqlütinasiya  reak­
siyası/,  HADR  /hemadsorbsiya  reaksiyası/  və  HADLR /hemad- 
sorbsiyanın  ləngiməsi  reaksiyası/ və  s.  istifadə  edilir.
Qeyd edilən reaksiyaların mahiyyəti  elektrolitik  mühitdə an­
tigen  və  antitellərin  qarşılıqlı  təsir  xüsusiyyətlərin  əsaslanmış­
dır.
A qqlütinasiva  reaksiyası,  /A R/.  Bu  reaksiya  ilk  dəfə 
1896-cı ildə Qruber və Durqam tərəfindən qeyd edilmişdir.  Reak­
siyanın  gedişi  üçün  antitel  /aqqlütinin/antigen/aqqlütinogen/  və 
elektrolitik  mühit  lazımdır.  Reaksiyanın  mahiyyəti  məlum  anti­
gen  əsasında  orqanizmdə  yaranmış  spesifik  antitellərin  axtarıl­
masıdır.
Antitel  kimi  qşuşların  qan  serumu,  antigen-xəstəlik  törədici­
sinin diri  və  ya öldürülmüş  mikrob  kulturasının yuyuntusu,  elek­
trolitik  mühit və  fizioloji  məhluldan  ibarətdir.
AR  -   iki  fazada  gedir.  Birinci  fazada  antigenlə  antitellərin 
birləşməsi,  ikinci  fazada  isə  birləşmiş  hissəciklərin  mixbər 
şüşəsi daxilində çökməsi və ya əşya şüşəsi  üzərində komalaşma 
/aqqlütinat/ əm ələ  gəlməsi  ilə  səciyyələnir.
AR  iki  üsulla  qoyulur.  Birinci  üsul  -  damla  AR  əşya  şüşəsi 
üzərində AR və ya Xedelson reaksiyası,  ikinci  üsul  klassik  Kayt 
və  ya  mixbər şüşəsi  daxilində  aqqlütinasiya reaksiyası  adlanır.
P resip itisiv a  reaksiyası  /AR/.  1897-ci  ildə  Kraus tərəfin­
dən müəyyən edilmişdir.  Bu reaksiyanın gedişi  üçün antitel-pre- 
sipitinin,  antigen-presipitogen  və  elektrolitik  mühit-fizioloji 
məhlul  lazımdır.
Presipitasya  reaksiyasında  məlum  antitel  əsasında  orqaizm-
64
də olan antigen  axtarılır.  Reaksiya yüksək  spesifikliyə malik  ol­
maqla  patoloji  material  köhnəldikdə  belə  bu  xüsusiyyətini  itir­
mir.  Bu  reaksiyadan  bir  çox  xəstəliklərin  diaqnostikasında,  tib­
bi-məhkəmə  ekspertizasında,  antigenin  növü  və  cinsinin  təyin 
edilməsində və s.  istifadə edilir.  Bü reaksiyanın xüsusi  bir şəkil- 
dəyişməsi olan aqamelində diffüz presipitasiya və ya ouxterloni 
reaksiyasından  daha çox  istifadə  edilir.
Aqar  qelində  diffuz  presipitasiya  reaksiyası  quşların  bir  çox 
virus etiologiyalı  infeksion xəstəlik törədilərinin diaqnostikasın­
da istifadə edilir.  Bu reaksiya 3  üsulla:  1) aqar gelində ikiqat dif- 
fuziya  metodı  /petri  fincanında/;  2)  aqar  lövhələrində  DPR;  3) 
aqarda  ikiqat diffuziyanın  kapilyar üsulu.
Reaksiyanın  spesifikliyinə  aqar  mühitinin  tərkibi,  orada  xö­
rək  duzunun  miqdarı,  mühitin  PH-ı,  reagentli  gözcüklər  arasın­
da  məsafə,  aqar  lövhəsinin  petri  fincanında  qalınlığı  və  s.  təsir 
göstərir.
Aqar gelində  kimyəvi  vasitələrinin  miqdarının  çoxluğu  pre­
sipitasiya  xəttinin  yaranmasına  mane olur.
Reaksiyanı  qoymazdan  əvvəl  aqarı  əridib  nazik  təbəqə  şək­
lində  petri  fincanına və  ya yağsızlaşdırılmış  əşya şüşəsi  üzərinə 
tökülür.  Aqar lövhəsinin qalınlığı 3-4 mm olmalıdır.  Aqar bərki- 
dikdən  sonra  xüsusi  ştamp  vasitəsilə  lövhə  üzərində  yuvacıqlar 
açılır.  Antigenlə  antitel  əlavə  edilmiş  gözcüklər  arasında  opti­
mal  məsafə  5-8  mm  olmalıdır.  Çünki  belə vəziyyətdə  presipita­
siya  daha yaxşı  və  tez yaranır.
Antigen  və anteli  gözcüklərə tökdükdən  sonra  bunları  370  S 
temperaturda  termostatda  48  saat  və  sonra  otaq  temperaturunda 
1  gün  saxladıqdan  sonra  nəticəs  yoxlanır.  Yoxlanılan  antigenlə 
spesifik  serum  arasında  aydın  nəzərə  çarpan  xətt  müşahidə  edi­
lirsə  reaksiya  müsbət hesab  edilir.
Komplementin  birləşməsi  reaksiyası  /KBR/ quşların  infeksi­
on  xəstəliklərinin  diaqnostikasında  geniş  şəkildə  tətbiq  olunan
65


Yüklə 336 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   87




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə