İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəf li inkişaf etmişdir. Bütün sahələrdə



Yüklə 473,65 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix21.06.2018
ölçüsü473,65 Kb.
#50921
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


26 oktyabr 2017-ci il   № 73-76 (9167)

www.seanews.az

2

(Əvvəli 1-ci səhifədə)

Beynəlxalq  gəmiçilik  statusunun 

əldə  olunması  istiqamətində  görülən 

işlərdən  biri  də  dünyanın  aparıcı 

şirkətlərinin  istifadə etdiyi  SAP sis-

teminin  tətbiqi  ilə  bağlıdır.  Hazırda 

maliyyə uçotu, satış, maya dəyərinin 

formalaşdırılması, xəzinədarlıq, insan 

resurslarının və  material ehtiyatları-

nın idarəsi kimi əməliyyatlar sözüge-

dən sistem üzərindən həyata keçirilir. 

Tamamilə  beynəlxalq  maliyyə  uçotu 

sisteminə  keçid,  hesabatların  hazır-

lanmasında  beynəlxalq  mühasibat 

uçotu  standartlarının  tətbiqi  şəffaflı-

ğın təminində  də mühüm rol oynayır. 

Məhz,  maliyyə  hesabatlarının  bey-

nəlxalq auditi aparılarkən bu məqam 

diqqətdən qaçmayıb. Gəmiçiliyin fəa-

liyyətinin iki ili, eləcə də növbəti hər 

ili üçün müsbət audit rəyi verilib.

Gəmiçilik  sahəsində  şəffaflı-

ğın  təmininə  görə  qazanılan  uğurlar 

bununla  yekunlaşmır.    Beynəlxalq 

korporativ  idarəetmə  sisteminin 

tələblərinə  uyğun      şirkətdə  bir  sıra 

müvafiq  idarəetmə  funksiyaları  da 

yaradılıb.    Həmçinin,  bir  neçə  vacib 

sənəd  hazırlanıb.    “Biznes  Etikası 

Məcəlləsi”nin    hazırlanaraq  tətbiqi, 

korrupsiya  ilə  mübarizəyə  dair  təli-

matın  təsdiqlənməsi,  daxili araşdır-

maların aparılması ilə bağlı təlimatın  

işlənilməsi  buna  misaldır.  Daha  bir 

örnək kimi isə  “Qaynar xətt” mərkə-

zinin fəaliyyətini göstərmək olar.  Gə-

miçiliyə dair müxtəlif əməliyyatların 

bürokratik əngəl olmadan icrası üçün  

bir neçə əsas istiqamət üzrə elektron 

sistem yaradılıb. Gəmilərdə kəsintisiz 

rabitə sistemi qurulub. 

MADDİ-TEXNİKİ BAZA

Gəmiçilik    gənc  kadrların  yetiş-

dirilməsinə də xüsusi həssaslıqla ya-

naşıb.    Əməkdaşların    motivasiyası 

hər  zaman  diqqət  mərkəzində  olub.  

Sosial korporativ məsuliyyət çərçivə-

sində ölkədə müxtəlif layihələrin hə-

yata  keçirilməsində  də  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC-nin 

rolu danılmazdır.

Digər  tərəfdən,    maddi-texniki 

bazanın  gücləndirilməsi  qarşıya  qo-

yulan  hədəflərin  önündə  gəlib.  Dün-

yada baş verən yeni çağırışlara hazır 

olmaq  və  rəqabətə  davamlı  xidmət 

göstərmək  üçün  bu  işin  önəmi  daim 

nəzərə alınıb.

Gəmiçiliyə və gəmiçilərə  dövlət 

başçısının  göstərdiyi  xüsusi  diqqə-

ti  də  unutmaq  olmaz.  Davam  edən 

qlobal iqtisadi böhran, dünya birjala-

rında  neftin  qiymətinin  kəskin  aşağı 

düşməsi  fonunda  ümumi  beynəlxalq 

ticarət  dövriyyəsinin  kəskin  azalma-

sına  və  bunun  gəmiçilik  sahəsində 

müəyyən  problemlər  yaratmasına 

baxmayaraq, Prezident İlham Əliyev 

Azərbaycanda  gəmiçiliyin  inkişafını 

diqqət  mərkəzində  saxlayır.  Bu  da 

Azərbaycan  Xəzər  Dəniz  Gəmiçili-

yinin  donanmasının  müasir  tələblərə 

cavab verən gəmilərlə yenilənməsinə 

geniş  imkan  yaradır.  Məhz,  dövləti-

mizin  başçısının  gəmiçilik  sahəsinə 

göstərdiyi  xüsusi  diqqət  və  qayğının 

nəticəsidir ki, təkcə son dörd ildə 20-ə 

yaxın gəmi donanmaya əlavə edilib.  

Bundan  başqa,  Bakı  Gəmiqayır-

ma  Zavoduna  dörd  gəmi-vaqon-TIR 

və  sərnişin  daşınması  üçün  nəzərdə 

tutulan  yeni  nəsil  iki  “Ro-Pax”/Bərə 

və iki tankerin tikintisi üzrə yeni si-

fariş verilib.

Donanmanın  yenilənməsi  is-

tiqamətində aparılan işlər Gəmiçiliyin 

təsdiq olunmuş strateji inkişaf proqra-

mına, həmçinin “2016-2020-ci illərdə 

Azərbaycanda  gəmiçiliyin  inkişafına 

dair  Dövlət  Proqramı”na  uyğun  ola-

raq həyata keçirilir. Dövlət Proqramı 

ilə Xəzər hövzəsində və Xəzərdən kə-

narda  beynəlxalq  standartlara  uyğun 

daşıma  xidmətlərinin  göstərilməsi, 

donanmanın  yükdaşıma  bazarların-

dakı  tələbata  uyğun  yenilənməsinin 

davam  etdirilməsi,  gəmi  təmiri  ba-

zasının  gücləndirilməsi,  institusional 

islahatların  davamı,  gəmiçilik  sahə-

sində  yüksək  ixtisaslı  yerli  kadrların 

hazırlanması nəzərdə tutulur.



XƏZƏRDƏN KƏNARDA 

üZƏN gƏMİLƏRİMİZ

Ortamüddətli  perspektivə  (6  il) 

yönəlik  hədəflərdən biri də Azərbay-

can  gəmiçiliyinin    Xəzərdən  kənar 

beynəlxalq sularda fəaliyyətini bərpa 

etməsi  idi.    Bu  istiqamətdə  aparılan 

intensiv  işlər  də  qısa  müddətdə  fay-

dasını  verdi.      2014-cü  ildə  Qara  və 

Aralıq dənizi hövzələrində  iki Azər-

baycan gəmisi üzməyə başladı.  Daha 

sonra belə  gəmilərin sayı  artırıldı.

Hazırda  Xəzərin  hüdudlarından 

kənarda  Azərbaycan  bayrağı  altında 

fəaliyyət göstərən gəmilərin sayı 11-ə 

çatdırılıb. Növbəti illlərdə də doğma 

sahillərdən  uzaqlarda  üzən  gəmiləri-

mizin sayı artırılacaq. 

KADR hAZIRLIĞI

Regionda  dənizçilik  sahəsin-

də  yeganə  ali  təhsil  müəssisəsi  olan 

Azərbaycan  Dövlət  Dəniz Akademi-

yasında  tələbələrin  savadlı  mütəxəs-

sis  kimi  yetişməsi  Gəmiçiliyin  pers-

pektivli, bilikli kadrlarla təminatında 

əhəmiyyətli rol oynayır. Məhz bu sə-

bəbdəndir ki, Azərbaycan Xəzər Də-

niz  Gəmiçiliyinin  rəhbərliyi  Dəniz 

Akademiyasının  təhsildə  uğurlu  nə-

ticələrlə  fərqlənən məzunlarının işlə 

təmin olunmasına, onların karyera in-

kişafına, əlavə təhsil almasına, habelə 

sosial müdafiəsinin gücləndirilməsinə 

xüsusi diqqət yetirir.

Gəmiçiliyin  strateji  inkişaf  plan-

larına uyğun olaraq Xəzərdən kənar-

da istismar edilən gəmilərin sayı get-

dikcə  artdığından,  gənc  dənizçilərin 

yetişdirilməsi  zamanı  onlara  digər 

hövzələrin  də  təcrübəsini  aşılamaq 

zərurəti yaranıb.

Bunu  nəzərə  alaraq  dənizçi  

kadrların beynəlxalq standartlara uy-

ğun inkişafını təmin etmək məqsədilə 

artıq  iki  ildir  ki,  Azərbaycan  Döv-

lət  Dəniz  Akademiyasının  tələbələri 

Qara dənizdəki gəmilərə üç aylıq yay 

üzmə təcrübəsinə göndərilir.

“Azərbaycan Xəzər Dəniz Gəmi-

çiliyi” QSC-də yüksək ixtisaslı gənc 

mütəxəssislərin  hazırlanması,  onla-

rın  dənizçilik  sahəsində  beynəlxalq 

təcrübəyə  dərindən  yiyələnməsi  is-

tiqamətində  atılan  ardıcıl  addımlar 

bununla bitmir. Gəmiçilik rəhbərliyi-

nin təşəbbüsü ilə istedadlı və perspek-

tivli gənclərin xarici ölkələrin aparıcı 

dənizçilik universitetlərində təhsil al-

ması məqsədi ilə xüsusi Təqaüd Proq-

ramı təsis olunub. Hər il Akademiya-

nın  iki  məzunu  Gəmiçiliyin  maliyə 

dəstəyi ilə Dünya Dənizçilik Univer-

sitetində təhsil almağa göndərilir.

Ümumiyyətlə, 

“Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC-nin 

sədri Rauf Vəliyev savadlı və peşəkar 

gənclərə hər zaman dəstək verir. 

Buraxılış imtahanlarından və mü-

sahibələrdən uğurla keçən məzunlara 

Gəmiçilikdə  çalışmaları  üçün  zə-

manət məktubları verilməsi də “Azər-

baycan  Xəzər  Dəniz  Gəmiçiliyi” 

QSC-nin savadlı və peşəkar gənclərə 

dəstəyinin  bariz sübutudur.

Kadr  hazırlığından  danışarkən 

2014-cü  ildə  fəaliyyətə  başlayan 

Təlim-Tədris  Mərkəzini  də  yaddan 

çıxartmaq olmaz. Burda Gəmiçiliyin 

əməkdaşları  ilə  yanaşı,  digər  şirkət-

lərin  nümayəndələri  üçün  də  dəniz-

çiliklə bağlı müxtəlif təyinatlı təlim-

lər təşkil olunur. İndi mərkəz müasir 

standartlara  tam  cavab  verir.  Artıq 

dənizçilər peşəkar bacarıqlarını artır-

maq  üçün  Təlim-Tədris  Mərkəzində 

yaradılan  elektron  kitabxanadan  ya-

rarlana bilirlər. Təlim Mərkəzinin au-

ditoriyaları və əməkdaşların iş otaqla-

rı da tamamilə yenilənib.

TTM Böyük Britaniyanın nüfuz-

lu  “The  Nautical  İnstitute”  təşkilatı 

tərəfindən  sertifikata  layiq  görülüb. 

Bu sertifikat “DP İnduction” və “DP 

Simulator” təlimlərinin keçirilməsinə 

şərait  yaradır.  Hazırda  Təlim-Tədris 

Mərkəzi dünyada “DP İnduction” və 

“DP  Simulator”  təlimlərinin  keçiril-

məsinə  səlahiyyəti  olan  95  mərkəz-

dən  biri,  Azərbaycanda  isə  yeganə 

təşkilatdır.

Bəli, əslində  gerçəkləşdirilən bu 

işlərin  əksəriyyətinin    mövcud  və-

ziyyət  nəzərə  alınaraq  ilk  beş  illik 

fəaliyyət dövründə icrası planlaşdırı-

lırdı.  Qrafiki qabaqlamaq əvvəlcədən  

gözlənilsə də, nəticə daha ürək açan-

dı.  Ən  əsası  isə  görülən  işlərdə  lən-

gimə yoxdur.  Gəmiçiliyin qısa, orta 

və uzunmüddətli perspektivə yönəlik 

hədəfləri  və  onların  reallaşdırılması  

prosesi  hazırda da  uğurla davam edir.

Ümumilikdə,  bu  sahədə  görülən 

işlər  Azərbaycanın  regionda  nəqliy-

yat-logistika  qovşağına  çevrilməsi 

strategiyasına,  ölkənin  tranzit  poten-

sialının  gücləndirilməsinə  və  iqti-

sadiyyatın  şaxələndirilməsi  ilə  qey-

ri-neft sektorunun inkişafına və milli 

gəmiçiliyin  yükdaşımalar  bazarında 

mövqeyinin  möhkəmləndirilməsinə 

xidmət edir.



Rövşən Abdurəhmanov

YENİ ZİRVƏLƏRƏ DoĞRU

"Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi" QSC-də 

"Təhlükəsizlik günü" keçi-

rilib.

Tədbirdə keçən rüb yazıl-

mış  “Müşahidə  kartları”nın 

nəticələri əsas müzakirə möv-

zusu olub. Bundan başqa, son 

beş  ayda  Gəmiçilikdə  qeydə 

alınan qəzalar, yan ötmüş ha-

disələr, daxili audit və moni-

torinqlər  barədə  də  danışılıb. 

Bununla yanaşı, dünya gəmi-

çilik şirkətlərində baş verənlər 

də nəzərdən keçirilib. 

Keyfiyyət, 

sağlamlıq, 

əməyin təhlükəsizliyi və ətraf 

mühitin  mühafizəsi  departa-

mentinin rəisi Ələkbər Əzizli 

bildirib  ki,  Gəmiçilikdə  təh-

lükəsizlik  məsələləri  daim 

diqqətdə  saxlanılır.  Departa-

ment rəisi ötən rüb "Bibihey-

bət" Gəmi Təmiri Zavodunda 

aparılan monitorinqlər əsasın-

da  qeydə  alınan  “Müşahidə 

kartları” haqqında  da danışıb.  

Qeyd edib ki,  müəssisədə rast 

gəlinən uyğunsuzluqlar analiz 

olunub və həlli istiqamətində 

xüsusi tapşırıqlar verilib. 

Dəniz 


üzgüçülüyünün 

təhlükəsizliyi  departamenti-

nin rəis müavini Rövşən Də-

mirov  “Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC-də 

təhlükəsizliklə bağlı keçirilən 

təlimlər  və  onların  əhəmiy-

yəti haqqında ətraflı məlumat 

verib.  O,  təlimlərin  hesabına  

son  dörd  ildə  belə  hadisələ-

rin sayında azalmaların qeydə 

alındığını vurğulayıb.  

Sonda  çıxış  edən  "Azər-

baycan  Xəzər  Dəniz  Gəmi-

çiliyi"  QSC-nin  sədri  Rauf 

Vəliyev  təhlükəsizlik  mədə-

niyyətinin daha da inkişaf et-

dirilməsinin  vacibliyini  önə 

çəkib.  Diqqətə  çatdırıb  ki,  

bununla bağlı bütün heyət ça-

lışmalı,  daha  çox  öyrənməli 

və öz təcrübəsini digərləri ilə 

bölüşməlidir.  Çünki  təhlükə-

siz  iş  şəraitini  təmin  etmək 

əsas vəzifələrimizdəndir.

Bununla  belə,  Rauf  Vəli-

yev aidiyyəti struktur rəhbər-

lərinə treninq və məşğələlərin 

davamlı və daha praktik keçi-

rilməsi ilə bağlı tapşırıqlarını 

da verib. 

Tədbirdə  Keyfiyyət,  sağ-

lamlıq,  əməyin  təhlükəsizliyi 

və  ətraf  mühitin  mühafizəsi 

departamentinin  əməyin  mü-

hafizəsi  və  təhlükəsizlik  tex-

nikası  üzrə  mühəndisi  Vaqif  

Bağırova  səmərəli  əmək  fəa-

liyyətinə  görə  Gəmiçiliyin 

“Fəxri  Fərman”ı  təqdim  edi-

lib. 

Toplantının  sonunda  mü-



vafiq  videoçarxlar  nümayiş 

olunub, çıxışlar dinlənilib, rəy 

və təkliflər öyrənilib.

“Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” QSC-nin 

Xəzər Dəniz Neft Donanması 

İnsan Resursları Xidmətinin 

rəisi Nahid Nəsirovun müəl-

lifi olduğu “55 Dərsə Excel” 

kitabının 3-cü nəşri işıq üzü 

görüb.

Nahid 


Nəsirovun 

sözlərinə  görə,  dərsliyin 

köməkliyi  ilə  hər  kəs 

mürəkkəb  əməliyyatları 

“Excel”də  qısa  müddət-

də yerinə yetirə bilər.

Kitabda 

Excelin 


A-dan  Z-ə  bütün  əmr-

ləri  (Macro  xaric),  222 

funksiyası  izah  edilib. 

Mündəricat  və  mövzu-

ların  yazılış  ardıcıllığı  proq-

ramın  əmrləri  ilə  uyğunluq 

təşkil  edir.  Bu  da  oxuculara 

qarşılarına  çıxan  problemlə 

bağlı anında köməklik etməyə 

imkan verir. Kitab sadə dildə, 

amma  dərin  bilikləri  əhatə 

edəcək səviyyədə yazılıb. 



Hamburqdakı 

(Almaniya) “Peter 

Döhle Schiffah-

rts-KG” gəmiçilik 

şirkətinə məxsus 

“Demeter” kon-

teynerdaşıyan 

gəmisi Nigeriya-

nın Port-Harkort 

limanından cənub-

da yerləşən Biafra 

körfəzində olarkən 8 dəniz 

qulduru həmin gəmiyə hü-

cum edib.

Beynəlxalq  “Sea  Guar-

dian”  agentliyi  bildirir  ki,  ci-

nayətkarlar  sürətli  motorlu 

qayıqdan  gəmiyə  keçib  və 

heyət üzvlərindən 6 nəfərini, o 

cümlədən  gəminin  kapitanını 

oğurlayıblar.

Piratlar gəmini tərk edən-

dən  sonra  “Demeter”  orada 

qalmış  12  heyət  üzvü  ilə  yo-

luna  davam  edib.  Bu  şəxslər 

hücumdan  zərər  çəkməyiblər. 

Hazırda  gəmi  təhlükəsiz  su-

lardadır.

Beynəlxalq  Dəniz  Büro-

sunun verdiyi məlumata görə, 

cari ilin ilk 9 ayı ərzində bey-

nəlxalq  sularda  121  piratlıq 

və silahlı qarət hadisəsi qeydə 

alınıb.

gƏMİçİLİKDƏ 

“TƏhLüKƏSİZLİK 

güNü” KEçİRİLİB

gƏMİçİLİYİN ƏMƏKDAŞININ 

“55 DƏRSƏ EXcEL” KİTABI NƏŞR oLUNUB

DƏNİZ QULDURLARI “DEMETER” 

gƏMİSİNƏ hücUM EDİBLƏR



Yüklə 473,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə