İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəf li inkişaf etmişdir. Bütün sahələrdə



Yüklə 473,65 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix21.06.2018
ölçüsü473,65 Kb.
#50921
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


26 oktyabr 2017-ci il   № 73-76 (9167)

4

www.seanews.az

Həqiqətən də dənizçi olmaq 

asan deyil. Dumanı var, fırtınası var, 

həsrəti var... Hər kəs bacarmır bu 

işi. Dənizi sevməyənlər ümumiyyətlə 

bacarmır, bacarmazlar da...

Elə  müsahibim  -  Azərbaycan 

Xəzər  Dəniz  gəmiçiliyinin  qabaqcıl 

kapitanlarından olan Şakir Dadaşov 

da bu qənaətdədir. hesab edir ki, də-

nizi  sevmək  başlıca  şərtdir.  özü  də 

kor-koranə yox. 

-  Şakir  müəllim,  belə  başa  düş-

düm ki, dənizi yaxşı tanıyırsınız.

-Bəli,  uşaqlığım  dəniz  sahilində  - 

Neftçala  rayonunun  Bankə  qəsəbəsin-

də keçib. Amma bu o demək deyil ki, 

dəniz  kənarında  doğulub,  böyüdüyüm 

üçün bu peşəni seçmişəm. 



- Bəs, xüsusi bir səbəb olubmu? 

-  Bizim  nəsildə  dənizçi  çox  olub. 

Dayım,  qardaşlarım...Əslində,  özümü 

tamam  başqa  sahədə  sınamaq  istəyir-

dim.  Hətta  sənədlərimi  də  vermişdim. 

Novruz  dayım  yolumdan  döndərdi. 

Sənədlərimi geri götürməyi təkid etdi. 

Və  məni  dənizçiliyə  yönləndirdi.  Hə-

mişə deyirdi ki, səni kapitan kimi gör-

mək istəyirəm. Sözündən çıxa bilməz-

dim.  1980-ci  ildə  Qafur  Məmmədov 

adına  Bakı  Dəniz  Yolları  Məktəbinin 

gəmi sürücülüyü fakültəsinə qəbul ol-

dum.  1983-cü  ildə  oranı  bitirdim  və 

Xəzər  Dəniz  Neft  Donanmasına  gəl-

dim. Təchizat-yedək gəmilərinin birin-

də kapitanın ikinci köməkçisi kimi işə 

başladım.  1988-ci  ildən  kapitanın  baş 

köməkçisi  işlədim.  Bir  il  sonra  kapi-

tanlığa  namizədliyimi  irəli  sürdüm.  O 

vaxtlar azərbaycanlı kadrlara qarşı bi-

ganəlik var idi. Buna görə, kapitan ola 

biləcəyimə inanmırdım. Amma bəxtim 

gətirdi. Donanmada yerli kadr kimi  se-

çilən 2-3 kapitandan biri də mən oldum.

- Yedək gəmisində işlədiyinizi de-

diniz.  Bildiyim  qədəri  ilə  bu  tip  gə-

milərdə çalışmaq asan deyil...

- Bəli, çətindir. Təchizat-yedək gə-

miləri çox vacib işləri yerinə yetirirlər. 

Biz böyük platformaların yerini dəyişir, 

lövbərə qoyur, xilasetmə işləri görürük. 

- Şakir müəllim, dənizçi olmaq nə 

deməkdir?

- Dənizçi olmaq zövq işidir. Əvvəl-

də dediyim kimi, dənizi sevməkdir. Və 

bir də mənə görə, dənizçi olmaq plansız 

yaşamaqdır. Çünki nə vaxt, harda ola-

cağını bilmirsən. 



- Dənizçi olmaq həm də məsuliy-

yətin nə olduğunu dərk etməkdir..

-  Doğrudur.  Dəniz  çox  şıltaqdır. 

Hər an coşa bilər. Ona görə də, səhlən-

karlıq  və  arxayınçılıq  yolverilməzdir. 

Sizə  bir  hadisə  danışım.  Xaricilərin 

bizdə  yeni  işə  başladıqları  vaxtlar  idi. 

“İsrafil  Hüseynov”  gəmisində  idik. 

Havanın  pis  olacağı  barədə  məlumat 

aldıq.  Gəmini  dayaz  sularda  lövbər-

də  saxlamaq  barədə  göstəriş  verdilər. 

Xaricilər buna etiraz etdilər. Bizim na-

rahatlığımızı  başa  düşmürdülər.    “Boş 

şeydir” deyirdilər. Birdən güclü fırtına 

oldu. Sözlərini geri götürdülər.  Etiraf 

etdilər ki, Xəzər dənizinin fırtınası ilə 

zarafat etmək olmaz.



- Xəzər Dəniz Neft Donanmasına 

gəldiyiniz ilk vaxtları necə xatırlayır-

sınız? 

-  1984-cü  ildən  XDND-də  işlə-

yirəm.  O  vaxtlar  çox  qarışıq  dövr  idi. 

Azərbaycanlılara qarşı ayrı-seçkilik var 

idi. Amma müstəqillikdən sonra vəziy-

yət  dəyişdi.  Hər  şey  öz  yerini  tutdu. 

Əvvəllər xaricdən mütəxəssislər gələr-

di.  İndi  demək  olar  ki,  onlara  ehtiyac 

yoxdu.  Heyətimiz  çox  peşəkardır,  gə-

milərimiz müasirləşib. 



- Dənizçiliyə başlayarkən özünüz 

üçün bir hədəf müəyyənləşdirmişdi-

nizmi? 

-  Kapitan  olmaq.  Bu  mənim  fəth 

etmək istədiyim ən böyük zirvə idi. Tə-

vazökarlıqdan uzaq olsa da, bacardım. 



- Uğurunuzun sirri nədədir? 

- Mən həmişə öyrənirəm. Mənə elə 

gəlir  ki,  yaxşı  kapitan  olmaq  istəyən 

ara verməməli, daim öyrənməlidir. 



-  Şakir  müəllim,  kollektivdə  ki-

fayət qədər hörmətiniz var. Yəqin ki, 

asan qazanmamısınız?!

- Haqqımda belə xoş fikirlər dola-

şırsa,  buna  yalnız  sevinmək  olar.  Elə 

xüsusi prinsiplərim yoxdur. Sadəcə, hər 

zaman  işlədiyim  gəmidə  heyətə  dəyər 

vermişəm.  Həmişə  fikirləşmişəm  ki, 

“tək əldən səs çıxmaz”. 

- Ailəniz dənizçilik həyatında sizə 

necə dəstək verir? 

-  Bax,  olduqca  mühüm    məsələyə 

toxundunuz.  Dənizçi  üçün  ailənin 

dəstəyi  çox  vacibdir.  Elə  biriylə  ailə 

qurmaq lazımdır ki, o, səni başa düşsün. 

Nə yalan deyim, evin bütün yükü xanı-

mın  üzərinə  düşür.  Övladlar,  nəvələr, 

ev  və  s..  Mənim  həyatımın  70-80%-i 

dənizdə  keçir.  Buna  baxmayaraq,  bu 

gün hər şey qaydasındadır. Kimin sayə-

sində? Əlbəttə ki, həyat yoldaşımın.

- Və sonda sizin əməyinizin yük-

sək qiymətləndirilməyindən danışaq. 

Bu  yaxınlarda  Prezident  İlham  Əli-

yevin Sərəncamına əsasən “Tərəqqi” 

medalı ilə təltif olundunuz. Nə deyə 

bilərsiniz? 

-  Açığı  deyim  ki,  gözləmirdim. 

Eşidəndə, əvvəlcə inanmadım. Nə deyə 

bilərəm? Demək ki, dövlətini, millətini 

sevən hər kəsə dəyər verilir, əməyi qiy-

mətləndirilir.  Bu,  stimul  və  üstəlik  də 

məsuliyyətdir.  Yüksək  mükafata  görə 

möhtərəm Prezidentimizə və “AXDG” 

QSC-nin  sədri  Rauf  Vəliyevə  dərin 

minnətdarlığımı  bildirirəm.  Etimadı 

doğrultmağa çalışacağam.

Rövşən Abdurəhmanov

Dənizçilik təkcə peşə deyil, həyat 

tərzidir. Bəziləri isə lap dərinliyə ge-

dib onu fəlsəfə adlandırır. Bu peşə-

nin fəlsəfəsini doğma sahillərdən 

uzaqlarda üzən dənizçilərimiz daha 

dərindən dərk edirlər.  Həmsöhbə-

tim uzaq səfərlər kapitanı Bəhram 

Dadaşov kimi... 

-Bəhram müəllim, neçə ildir 

dənizdəsiniz? 

-  1979-cu  ildən...  Sular  qoy-

nunda  əmək  fəaliyyətimə  matros 

kimi  başlamışam.  Daha  sonra 

kapitanın  üçünci,  ikinci  və  baş 

köməkçisi  işləmişəm.  Odessa Ali 

Dəniz  Mühəndisləri  Məktəbini 

bitirdikdən  sonra  Gəmiçiliyin  gə-

milərində  kapitan  vəzifəsində  ça-

lışıram. 



-  Xarici  sularda  üzmək  və 

uzaq səfərlər kapitanı olmaq nə 

deməkdir?

-  Ümumiyyətlə,  kapitan  ol-

maq asan deyil. Bunun üçün illərin 

təcrübəsi lazımdır.  Yaxşı kapitan 

öncə  özünü  yaxşı  matros,  yaxşı 

köməkçi kimi təsdiqləməlidir. Əks 

halda, yaxşı kapitan olmaqla bağ-

lı bütün cəhdlər uğursuz alınacaq. 

Bundan başqa, kapitan davranışla-

rı və qərarları ilə də nümunə olma-

ğı bacarmalıdır.  Konkret sualını-

za gəlincə, deyə bilərəm ki, uzaq 

səfərlər kapitanı hər şeydən əvvəl 

xarici  sularda  üzməyin  məsuliy-

yətini dərk etməlidir. Bu, çox va-

cib məqamdır. Burda söhbət təkcə 

heyət,  gəmi  və  yük  üçün  cavab-

dehlikdən  getmir.  Nəzərə  alma-

lısan  ki,  yanlış  bir  addım  vətənin 

adına yad sularda xələl gətirə bilər.  

Ona görə də kiçik xətalara belə yol 

verməməyə çalışırıq. 



- 40 illik təcrübəniz var. hər 

halda  bu  müddətdə  fors-major 

vəziyyətlərlə  azı  40  dəfə  qarşı-

laşmısınız...

- Bu işin hər anında risk var. 

Dənizçiliyi  elə  digər  peşələrdən 

fərqləndirən  ən  başlıca  xüsusiy-

yət  də  budur.  Bunu  qəbul  etmək 

lazımdır.  Dəniz  gözəl  göründüyü 

qədər də rəhmsizdir. O, biganəliyi 

sevmir. Ona görə hər şey daim nə-

zarətdə saxlanmalıdır.  Ən təhlükə-

li vaxt qışdır. Özü də Qara dəniz-

də.  Qışda Qara dənizdə dalğaların 

hərəkət  istiqamətini  müəyyənləş-

dirmək çətindir. Dalğalar müxtəlif 

səviyyədə  və  fərqli  ölçüdə  olur.   

Biz buna görə, hava haqqında mə-

lumatlara  çox  diqqətlə  yanaşırıq. 

Külək güclü olanda sığınacaqlarda 

gözləməyə çalışırıq. Amma bəzən 

külək bizi açıq dənizdə tutur. Onda 

hər  şey  heyətin  peşəkarlığından 

asılı olur. 

- Mümkünsə, biraz da heyət 

haqqında danışın.

-  “Teymur  Əhmədov”  gəmi-

sinin heyəti 16 nəfərdən ibarətdir. 

Hamısı  peşəkar  və  çox  məsuliy-

yətlidir.  Heyət üzvlərindən birinci 

tələb odur ki, hər kəs öz işini bil-

məli və görməlidir. Əsas nizam-in-

tizamdır. Dənizçi peşəsinə hörmət 

etməlidir.  Necə  deyərlər,  dəniz 

laqeyd insanlar üçün deyil. 



- Bəhram müəllim, kapitanı 

olduğunuz  “Teymur  Əhmədov” 

gəmisi təkcə Qara dənizdə istis-

mar olunur?  

- Biz əsasən Rusiya, Ukrayna 

və  Türkiyə  limanlarına  səfərlər 

edir, quru yüklər daşıyırıq. Amma 

ehtiyac olanda Aralıq dənizinə də 

keçirik. 



-  hazırda  boğazdan  keçmə 

əməliyyatını  yerinə  yetirirsiniz. 

Bilmək istərdik, Bosfor boğazın-

dan keçid əməliyyatının özəlliyi 

nədir? 

- Əvvəlcə deyim ki, Bosfor ən 

qəliz  boğazlardan  biridir.  Burda 

3,4 cür dərinliyə görə axıntılar var. 

Buna görə, boğazda gəmini idarə 

etmək  çox  çətindir.  Gərək  çox 

diqqətli olasan. Həm sürətə,  həm 

də  gəmilərin  arasında  məsafəyə 

müntəzəm nəzarət etmək lazımdır. 

İndiki texnika imkan verir ki, gə-

mini dəqiq idarə edə bilək. 

- Maraqlıdır, Kerç boğazını 

necə keçirsiniz? 

-  Kerç  boğazında  vəziyyət 

başqa cürdür. Orda boğazı bələdçi 

olmadan  keçmək  mümkün  deyil. 

Kerç kanalı süni olduğundan keçid 

zamanı eni ilə bağlı problemlər ya-

ranır.  Məsələn,  boğazdan  gəmilər 

yanaşı çətinliklə keçir. 



- Sizə bu çətin və şərəfli işdə 

uğurlar arzulayırıq.

- Çox sağ olun!



Turab MƏMMƏDOV

Dənizdə insan hə-

yatının təhlükəsizliyi 

Azərbaycan Dövlət Dəniz 

Akademiyasının konven-

sion ixtisaslarında təhsil 

alan tələbələrin mütəxəs-

sis kimi yetişdirilməsin-

də başlıca fikir verilən 

məsələlərdəndir. 

Tələbələrin nəzəri biliklər-

lə  yanaşı,  praktiki  vərdişlərə 

də  yiyələnməsi  tədris  prose-

sinin  əsas  məqsədlərindəndir. 

Bu baxımdan gənclərin müva-

fiq təlimlərdə iştirakı böyük əhəmiyyət daşı-

yır. Odur ki, Akademiyanın professor-müəllim 

heyəti Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 

tələbələrin  ixtiyarına  verdiyi  “Sabit  Orucov” 

tədris gəmisində təşkil olunan dərslərə və tə-

limlərə xüsusi məsuliyyətlə 

yanaşır.

Yeni  tədris  ilində  “Xi-

lasedici  vasitələr,  yanğın-

la  mübarizə  və  gəminin 

yaşaması  üzrə  hazırlıq“ 

fənni  tədris  olunan  I  kurs 

tələbələri  üçün  17-18  ok-

tyabr  tarixlərində  keçilən 

təlimlər  uğurla  sona  yetib. 

ADDA-nın  “Dəniz  na-

viqasiyası  mühəndisliyi“, 

”Gəmi elektrik qurğularının 

istismarı  mühəndisliyi“  və 

“Elektrik mühəndisliyi“ ix-

tisaslarında təhsil alan gənclər 

“Dəniz daşımaları və naviqasi-

ya“ kafedrasının baş müəllimi 

İsmayıl  Dünyamalıyevin  rəh-

bərliyi altında, fənn proqramı-

na uyğun olaraq, fərdi və kol-

lektiv xilasetmə vasitələrindən 

istifadə vərdişlərinə yiyələnib-

lər.

Təlimlərə  “Sabit  Orucov” 



gəmisinin  kapitanının  baş 

köməkçisi S.Kərimov, bosman 

R.Rzayev və kapitanın yanğın 

üzrə  köməkçisi  D.Həsənov 

yaxından kömək göstəriblər.

Növbəti  həftələrdə  “Sabit  Orucov”  gə-

misində I kurs tələbələri üçün yanğınla mü-

barızə üsullarına dair təlimlər də keçiriləcək-

dir.

Odessa Dəniz 

Mühəndisliyi Bü-

rosunun direktoru, 

professor Gennadi 

Yeqorov MDB 

ölkələrinin aparıcı 

dəniz universitet-

lərinin tələbə və 

müəllimləri üçün 

açıq internet-mü-

hazirə ilə çıxış 

edib.

İnternet-mühazirənin  mövzusu 

“XXI əsrin neftdaşıyan və kombinə 

edilmiş  qarışıq  çay-dəniz  tipli  gə-

miləri” olub.

Azərbaycan  Dövlət  Dəniz 

Akademiyasının 

“Gəmiqayırma 

və gəmi təmiri” ixtisası üzrə təhsil 

alan tələbələrinin, müvafiq kafedra 

müəllimlərinin qoşulduğu və inter-

netlə canlı yayımlanan mühazirədə 

professor  G.Yeqorov  beynəlxalq 

enerjidaşıyıcıları  bazarında  vəziy-

yət, neft və neft məhsullarının nəqli 

marşrutları,  dəniz  daşımalarında 

ekoloji problemlər və onların həlli 

yolları  barədə  ətraflı  məlumat  ve-

rib. O, köhnə nəsil tankerlərin fiziki 

və  mənəvi  cəhətdən  köhnəlməsi, 

beynəlxalq  konvensiyaların  son 

tələbləri haqqında danışaraq, müa-

sir çay-dəniz tipli gəmilərin müqa-

yisəli  təhlilini  verib,  onların  kons-

truktiv və istismar xüsusiyyətlərini 

vurğulayıb.

Canlı internet-mühazirə akade-

miya tələbələrinin və müəllimlərin 

böyük marağına səbəb olub

Xatırladaq  ki,  Azərbaycan 

Dövlət  Dəniz  Akademiyası  MDB 

məkanında  dənizçilik  təhsili  sahə-

sində  ən  nüfuzlu  ali  məktəb  olan 

Sankt-Peterburq  Dövlət  Dəniz  və 

Çay Donanması Universiteti yanın-

da  Tədris-Metodiki  Şuranın  üzvü-

dür.  Qarşılıqlı  əməkdaşlıq  prinsip-

ləri  əsasında  qurulan  əlaqələrimiz 

ildən-ilə möhkəmlənir. Bu, ən müa-

sir tədris metodlarının tətbiqində də 

özünü göstərir.

DöVLƏT DƏNİZ AKADEMİYASINDA 

İNTERNET-MühAZİRƏ TƏŞKİL oLUNUB

“KAPİTANLIQ FƏTh ETMƏK İSTƏDİYİM ƏN UcA ZİRVƏ İDİ”

“DƏNİZ LAQEYD ADAMLARI SEVMİR”

“SABİT oRUcoV” TƏDRİS gƏMİSİNDƏ 

TƏŞKİL oLUNAN DƏRSLƏRƏ VƏ TƏLİMLƏRƏ 

XüSUSİ MƏSULİYYƏTLƏ YANAŞILIR



Yüklə 473,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə