İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəf li inkişaf etmişdir. Bütün sahələrdə



Yüklə 473,65 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix21.06.2018
ölçüsü473,65 Kb.
#50921
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


26 oktyabr 2017-ci il   № 73-76 (9167)

5

www.seanews.az

Avropa Yenidənqurma və İnkişaf 

Bankı (EBRD) Trans-Anadolu qaz boru 

kəməri (TANAP) layihəsi üçün Azərbay-

cana 500 milyon dollar kredit ayırıb.

Kredit  layihəsinin  yekun  icmalı  ok-

tyabrın  18-də  EBRD-nin  idarə  heyəti 

tərəfindən təsdiq olunub. Bu vəsait “Cə-

nub  Qaz  Dəhlizi”nin  ən  böyük  hissəsini 

təşkil  edən  TANAP  layihəsində  istifadə 

edilməsi üçün “Cənub Qaz Dəhlizi” Qa-

palı Səhmdar Cəmiyyətinə (CQD) ayrılıb. 

Kredit CQD-nin TANAP üzrə öhdəliklə-

rinin bir hissəsinin maliyyələşdirilməsinə 

yönəldiləcək.

Qeyd  edək  ki,  EBRD  ilə  yanaşı,  bir 

sıra digər beynəlxalq maliyyə institutları 

da TANAP layihəsini dəstəkləyib. Ümu-

mi dəyəri 8,6 milyard dollar olan TANAP 

üçün  daha  əvvəl  Dünya  Bankı  800  mil-

yon dollar kredit ayırıb. Bu kreditin 400 

milyon  dolları  Azərbaycanın  zəmanəti 

ilə  “Cənub  Qaz  Dəhlizi”  QSC-yə,  qalan 

hissəsi  isə Türkiyənin  zəmanəti  ilə  “Bo-

taş” şirkətinə verilib. Asiya İnfrastruktur 

İnvestisiya Bankı isə TANAP-a 600 mil-

yon dollar maliyyə vəsaiti ayırıb. Avropa 

İnvestisiya Bankı da TANAP layihəsinin 

maliyyələşdirilməsini nəzərdən keçirir.

Xatırladaq  ki,  “Cənub  Qaz  Dəhlizi” 

QSC Azərbaycan Prezidentinin “Şahdəniz 

qaz-kondensat yatağının istismarının ikin-

ci mərhələsi və “Cənub Qaz Dəhlizi”nin 

yaradılmasına dair digər layihələrlə bağlı 

bəzi tədbirlər haqqında” 2014-cü il tarixli 

25  fevral  Sərəncamı  əsasında  yaradılmış 

və səhmlərinin 51 faizi dövlət mülkiyyəti 

olmaqla İqtisadiyyat Nazirliyinə, 49 faizi 

isə SOCAR-a məxsus olan qapalı səhm-

dar cəmiyyətidir.

TANAP Avropa İttifaqı üçün prioritet 

enerji layihələrindən biri olan “Cənub Qaz 

Dəhlizi”nin tərkib hissəsidir. “Cənub Qaz 

Dəhlizi”nin digər seqmentlərini isə “Şah-

dəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin 

Genişləndirilməsi  və  “Trans-Adriatik” 

(TAP) layihələri təşkil edir. Bu boru xətti 

Xəzər dənizinin Azərbaycan sektorundakı 

“Şahdəniz-2”  yatağından  hasil  olunacaq 

qazı Türkiyəyə və bu ölkədən də Avropaya 

çatdıracaq. Uzunluğu 3 min 500 kilometr 

olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin 

mərhələdə Türkiyəyə 6 milyard kubmetr, 

Avropaya  10  milyard  kubmetr  qaz  nəqli 

nəzərdə tutulur. Azərbaycan təbii qazının 

2018-ci ilin ortalarında Türkiyəyə, 2020-

ci ilədək isə Avropaya çatdırılması plan-

laşdırılır.



“Bakı Beynəlxalq Dəniz Ticarət 

Limanı” QSC-nin dəstəyi ilə Gəncə 

şəhərində Azərbaycan Texnologiya 

Universitetinin Yüngül Sənaye Mü-

həndisliyi və Logistika Fakültəsində 

yaradılan Logistika - Təlim-Tədris 

Mərkəzinin açılış mərasimi olub.

Bu  barədə  “Bakı  Beynəlxalq  Dəniz 

Ticarət Limanı” QSC-nin mətbuat xidmə-

tindən məlumat verilib.

Rəsmi  açılış  mərasimindən  öncə  qo-

naqlar təlim mərkəzi ilə tanış olublar.

Azərbaycan  Texnologiya  Universite-

tinin (ATU) rektoru Akif Süleymanov la-

yihənin uğurla tamamlanması ilə bağlı öz 

məmnunluğunu bildirərək, logistika sahə-

sinin  Azərbaycan  iqtisadiyyatı  üçün  çox 

böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb 

və Bakı Limanı ilə ATU-nun əlaqələrinin 

yalnız Təlim-Tədris Mərkəzi çərçivəsində 

deyil, digər sahələrdə də inkişaf etdirilmə-

sinə ümid bəslədiyini deyib.

O, həmçinin qeyd edib ki, bu layihə 

Bakı Limanının təcrübəsinin universitet-

də  təhsil  alan  gənc  və  perspektivli  tələ-

bələrlə  bölüşməsi  üçün  böyük  təşəbbüs-

dür.

Bakı  Limanının  baş  direktorunun 



müavini Fərid Əhmədov layihə haqqında 

məlumat verərək bildirib ki, “Həm təhsi-

lin, həm də sənayenin inkişafı məqsədilə 

sənaye  ilə  təhsilin  əlaqəsi  qaçılmazdır. 

Bunlardan  heç  biri  ayrılıqda  inkişaf  edə 

bilməz  və  hər  ikisi  bir-birini  qidalandır-

malıdır. Məhz bu səbəbdən bu cür logis-

tika  mərkəzlərinin,  hətta  logistika  sahə-

sində yeni ixtisasların yaranması təsadüfi 

deyil”.


Bakı  Limanının  İstismar  Xidmətinin 

müdiri Yevgeni Si bu cür əməkdaşlıqların 

yalnız Gəncəyə deyil, eyni zamanda digər 

ətraf regionların inkişafına da öz töhfəsini 

verəcəyinə inandığını vurğulayıb.

AVRoPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKI TANAP LAYİhƏSİ 

üçüN AZƏRBAYcANA 500 MİLYoN DoLLAR KREDİT AYIRIB

BAKI LİMANININ DƏSTƏYİ İLƏ LogİSTİKA - 

TƏLİM-TƏDRİS MƏRKƏZİ FƏALİYYƏTƏ BAŞLAYIB

“Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyi” QSC-nin Nəq-

liyyat donanmasına  məxsus 

“Bərdə” gəmi-bərəsinin  

təmiri yekunlaşıb. Gəmi sınaq 

üzüşündən uğurla çıxıb.  

Gəmi-bərənin    sükan  və 

köməkçi  qurğusu,  hərəkət  mexa-

nizmləri, müxtəlif təyinatlı nasos-

lar,  köməkçi  və  baş    mühərriklər 

əsaslı təmir olunub. Bəzi detallar 

yeniləri  ilə  əvəzlənib.  Eyni  za-

manda  gəmi  qazanı,  mühərriklə-

rin  soyutma  boruları,  lövbər  qur-

ğusu  da  sazlanıb.  Bərənin  sualtı 

və suüstü hissəsi, vaqon göyərtəsi 

rənglənib. 

Gəminin  avtomatika,  naviqa-

siya avadanlıqları və elektrik his-

sələrində də bütün zəruri yoxlama 

və  təmir  işləri  həyata  keçirilib. 

Sınaq üzüşündən uğurla çıxan gə-

mi-bərənin  registrə  dair  müvafiq 

sənədləri də artıq hazırdır. 

“Bərdə”   gəmi-bərəsinin   ye-

nidən Transxəzər Beynəlxalq Nəq-

liyyat  Marşrutunda  istismarına 

start verilib.  Qeyd edək ki, üzən 

vasitə    Bakı-Türkmənbaşı-Bakı, 

Bakı-Aktau-Bakı, Bakı-Kurık-Ba-

kı    xətlərində  müntəzəm  çıxdığı 

səfərlərdə  dəmir  yolu  vaqonları 

daşıyır. 

Məlumat  üçün  bildirək  ki, 

uzunluğu  154.50,  eni  isə  17.0 

metr olan gəminin maksimal sürə-

ti  13.9  uzeldir.  Bərə  göyərtəsinə 

54 vaqon  götürmək qabiliyyətin-

dədir.


Qeyd  edək  ki,  “Azərbaycan 

Xəzər  Dəniz  Gəmiçiliyi”  QSC 

Xəzərdə  yeganə  bərə  operatoru-

dur.  Hazırda  Gəmiçiliyin  donan-

masında 13 gəmi-bərə var.  

“BƏRDƏ”  gƏMİ-BƏRƏSİNİN YENİDƏN 

TRANSXƏZƏR BEYNƏLXALQ NƏQLİYYAT 

MARŞRUTUNDA İSTİSMARINA START VERİLİB

Azərbaycan təbii qazının Avropaya 

nəqlini nəzərdə tutan “Trans-Adriatik” 

(TAP) qaz boru kəmərinin tikintisində 

istifadə olunacaq boruların hamısı Yu-

nanıstan, Albaniya və İtaliyaya çatdırı-

lıb.

Bu  barədə  TAP  konsorsiumu  məlu-

mat yayıb. Bildirilir ki, TAP-ın inşasında 

istifadə  ediləcək  boruların  son  partiyası 

Yunanıstanın  Saloniki  şəhərinə  gətirilib. 

TAP-ın inşasında istifadə olunacaq ümu-

milikdə  55  min  borunun  nəqli  təxminən 

il yarıma tamamlanıb. İlk borular 2016-cı 

ilin  aprelində  Albaniyanın  Durres  şəhə-

rinə, bir ay sonra isə Yunanıstana gətirilib.

TAP-ın Yunanıstan hissəsində 32 min, 

Albaniyada  13  min,  dəniz  hissəsində  9 

min 150 və İtaliyada isə 670 borudan is-

tifadə olunacaq. Boruların çəkisi ümumi-

likdə 520 min ton təşkil edir. Bir 18 metr-

lik  borunun  çəkisi  9,3  tondan  16,3  tona 

qədər dəyişir.

Borular 


tikinti 

meydançalarına 

müxtəlif  ölçülü  79  gəmi  və  Yunanıstan 

ərazisində isə 158 blok qatarla çatdırılıb. 

Borular Yunanıstan “Corinth Pipeworks” 

şirkəti  və Almaniyanın  “Salzgitter  Man-

nesmann” şirkətində istehsal edilib.

Qeyd  edək  ki,  TAP  qaz  boru  kəmə-

ri  layihəsinin  57  faizi  icra  edilib.  Boru 

kəmərinin  keçdiyi  ölkələrdə  ümumilikdə 

5 min 500 nəfər işçi çalışır. TAP-ın ötürü-

cülük qabiliyyəti ildə 10 milyard kubmetr 

olan ilkin layihəsi üzrə biri Yunanıstanın 

şərqində - Kipoidə, digəri isə Albaniyanın 

qərbində - Fierdə olmaqla ümumilikdə iki 

kompressor  stansiyasının  tikintisi  davam 

etdirilir.  Həmçinin  Albaniyanın  şərqində 

Bilisht regionuna yaxın ərazidə bir ölçmə 

stansiyasının inşası aparılır.

TAP  Avropa  İttifaqı  üçün  prioritet 

enerji  layihələrindən  olan  “Cənub  Qaz 

Dəhlizi”nin  bir  seqmentini  təşkil  edir. 

Boru kəmərinin təməli keçən il mayın 17-

də Yunanıstanın Saloniki şəhərində qoyu-

lub. Layihənin ümumi dəyəri 4,5 milyard 

avro  olacaq.  Buraya  2009-cu  ildən  bəri 

davam edən dizayn və mühəndislik işləri 

də  daxil  edilib.  “Şahdəniz”  konsorsiumu 

ilk qaz satışını 2018-ci ilin sonunda Tür-

kiyəyə  və  Gürcüstana  həyata  keçirəcək. 

Avropaya ilk qazın verilməsi isə bundan 

təxminən 1 il sonra 2020-ci ilin əvvəllə-

rində  planlaşdırılır.  Bu  ilin  ilk  rübündə 

layihə üzrə kompressor stansiyalarının ti-

kintisinə də başlanılacaq. Boru kəmərinin 

dəniz hissəsi isə 2018-2019-cu illərdə inşa 

ediləcək.

Xəzər  dənizinin  Azərbaycan  sekto-

rundakı  “Şahdəniz-2”  yatağından  hasil 

olunacaq  qazı Türkiyəyə  və  bu  ölkədən 

də Avropaya daşıyacaq 3 min 500 kilo-

metr  uzunluğundakı  “Cənub  Qaz  Dəh-

lizi”nin  tərkib  hissəsi  olan  TAP  layihə-

si  Cənubi  Qafqaz  Boru  Kəmərinin  və  

TANAP-ın  davamı  olub,  “Şahdəniz-2”-

dən  hasil  olunacaq  qazın Yunanıstan  və 

Albaniya vasitəsilə, Adriatik dənizindən 

keçməklə  İtaliyanın  cənubuna,  oradan 

da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 

TAP boru kəməri TANAP ilə birləşəcək 

və  Yunanıstanın  Türkiyə  ilə  sərhəddə 

yerləşən  Kipoi  ərazisindən  başlayacaq. 

Buradan  TAP  boru  kəməri  Yunanıstan 

və Albaniya ərazisini qət edərək şərqdən 

qərbə  Adriatik  dənizi  sahillərinə  doğru 

istiqamətlənəcək  və  İtaliyanın  Puqlia 

bölgəsində  sahilə  çıxacaq.  Boru  kəməri 

burada  “Snam  Rete  Gas”  şirkətinin  is-

tismar  etdiyi  İtaliyanın  qaz  nəqliyyatı 

şəbəkəsinə  birləşəcək.  Bu  layihə  Azər-

baycan qazının İtaliya, Almaniya, Fran-

sa, Böyük Britaniya, İsveçrə və Avstriya 

kimi  böyük Avropa  bazarlarına  çatdırıl-

ması üçün böyük imkanlar yaradır. TAP-

ın  ilkin  ötürücülük  qabiliyyəti  ildə  10 

milyard  kubmetr  olacaq  və  bu  həcmin 

gələcəkdə 20 milyard kubmetrədək artı-

rılması nəzərdə tutulub.

Boru  kəmərinin  uzunluğu  878  kilo-

metr  (Yunanıstan–550  kilometr,  Alba-

niya–215  kilometr,  Adriatik  dənizi–105 

kilometr, İtaliya–8 kilometr), diametri isə 

48 düymdür (sualtı hissə-37 düym). Boru 

kəmərinin ən aşağı hissəsi dəniz səviyyə-

sindən təxminən 820 metr dərinlikdə, ən 

yüksək hissəsi Albaniya dağlarında 1800 

metr hündürlükdən keçəcək. 2020-ci ilə-

dək  layihə  üzrə Azərbaycan  şirkətlərinin 

xərclərinin 1,2 milyard dollar olması göz-

lənilir.


TAP-ın  səhmdarları  belədir:  BP  (20 

faiz),  SOCAR  (20  faiz),  “Snam  S.p.A.” 

(20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 

faiz) və “Axpo” (5 faiz).



TAP-IN İNŞASINDA İSTİFADƏ EDİLƏcƏK BoRULARIN hAMISI 

YUNANISTAN, ALBANİYA VƏ İTALİYAYA çATDIRILIB

“Şimal-Cənub” Bey-

nəlxalq Nəqliyyat Dəhlizi tam 

formalaşdıqdan sonra Azər-

baycanla İran arasında ticarət 

dövriyyəsində kəskin artım 

müşahidə ediləcək.

AZƏRTAC  xəbər  verir  ki, 

bunu Azərbaycanın  İrandakı  səfiri 

Bünyad Hüseynov İran İslam Res-

publikasının  iqtisadi  məsələlər  və 

maliyyə  naziri  Məsud  Kərbasian 

ilə görüşündə deyib.

Səfir həmsöhbətini Azərbaycan 

Respublikası  ilə  İran  İslam  Res-

publikası  arasında  iqtisadi,  ticarət 

və  humanitar  sahələr  üzrə  Dövlət 

Komissiyasının  həmsədri  təyin 

olunması  münasibəti  ilə  təbrik 

edib.


Diqqətə çatdırılıb ki, son dörd 

ildə Azərbaycan və İran prezident-

ləri  9  dəfə  görüşüb.  Ölkələrimiz 

arasında ticari-iqtisadi əlaqələr in-

kişaf edir, ötən il ticarət dövriyyə-

sində 70 faiz artım olub. Dövlət və 

hökumət  nümayəndələrinin  qarşı-

lıqlı səfərləri intensiv xarakter da-

şıyır. Həyata keçirilən birgə iqtisadi 

layihələrdən konkret nəticələr əldə 

olunur. Qarşılıqlı olaraq biznes-fo-

rum və sərgilər təşkil olunur. Azər-

baycan  və  İran  şirkətləri  Neftçala 

Sənaye Məhəlləsində avtomobil və 

Pirallahı  Sənaye  Parkında  dərman 

istehsalı  zavodunu  müştərək  inşa 

edirlər. Vurğulanıb ki, Azərbaycan 

Respublikasının  Prezidenti  İlham 

Əliyevin  tapşırıq  və  Sərəncamları 

ilə ölkəmizdə nəqliyyat infrastruk-

turunun  inkişafı,  tranzit  potensia-

lının  artırılması  istiqamətində  bir 

sıra  irimiqyaslı  layihələr  həyata 

keçirilir. Bu sahəyə irihəcmli döv-

lət  investisiyaları  yönəldilir.  Səfir 

diqqətə  çatdırıb  ki,  Azərbaycanın 

müxtəlif bölgələrində müasir logis-

tik  mərkəzlərin  yaradılması  is-

tiqamətində işlər aparılır. Qazaxıs-

tanın Aktau şəhərində Azərbaycan 

tərəfinin  qurduğu  müasir  logistik 

mərkəz  fəaliyyət  göstərir  və  İran 

şirkətləri  sözügedən  mərkəzin  im-

kanlarından yararlana bilərlər.

“Şimal-Cənub” 

Beynəlxalq 

Nəqliyyat Dəhlizinin əhəmiyyətinə 

toxunan  səfir  Bünyad  Hüseynov 

qeyd edib ki, sözügedən nəqliyyat 

dəhlizi  tam  formalaşdıqdan  sonra 

iki ölkə arasındakı ticarət dövriyyə-

sində kəskin artım müşahidə edilə-

cək.  Astara  (Azərbaycan)-Astara 

(İran) dəmir yolu xəttinin istismara 

verilməsi ilə Fars Körfəzi ilə Avro-

panın ucqar limanları arasında bir-

başa  əlaqə  yaranacaq.  İranı  Azər-

baycan vasitəsilə Rusiya və Avropa 

ilə birləşdirəcək Rəşt-Astara dəmir 

yolunun inşası hər iki dövlətin iq-

tisadi və ticarət əlaqələrini daha da 

möhkəmləndirəcək.

İki  ölkənin  qarşılıqlı  əmək-

daşlıq  əlaqələrinin  inkişafını  müs-

bət  qiymətləndirən  B.Hüseynov 

diqqətə çatdırıb ki, həyata keçirilən 

tədbirlər  qarşılıqlı  faydalı  əmək-

daşlığın bariz nümunəsidir. İki ölkə 

arasında  turizm  sahəsində  əmək-

daşlıq inkişaf edir, belə əlaqələr tu-

rizm sənayesinin inkişafına böyük 

təkan  verir,  həmçinin  xalqlarımızı 

bir-birinə  daha  da  yaxınlaşdırır. 

Azərbaycana  gələn  turistlər  üçün 

viza  rəsmiləşdirilməsi  prosedu-

runun  sadələşdirilməsi  məqsədilə 

Azərbaycan  Respublikasının  Pre-

zidenti  İlham  Əliyevin  müvafiq 

Fərmanı  ilə  “ASAN  viza”  sistemi 

yaradılıb.  2017-ci  il  yanvarın  10-

dan  başlayaraq  İran  vətəndaşları 

sözügedən sistem ilə 3 gün ərzində 

elektron vizalar ala bilirlər.

Həmçinin  2017-ci  il  avqustun 

30-dan  başlayaraq  “ASAN  viza” 

portalı vasitəsilə təcili elektron vi-

zaların  rəsmiləşdirilməsinə  başla-

nılıb.  İki  ölkə  Prezidenti  arasında 

çox  yaxşı  qarşılıqlı  etimadın  ya-

ranmasından  məmnun  olduğunu 

bildirən  Məsud  Kərbasian  Azər-

baycan Respublikası ilə İran İslam 

Respublikası  arasında  ikitərəfli 

əlaqələrin  yüksək  səviyyədə  oldu-

ğunu qeyd edib. Ölkə prezidentləri-

nin görüşlərinin əhəmiyyətli oldu-

ğunu vurğulayıb.

Qarşılıqlı  səfərlərin  ölkələri-

miz  arasındakı  əlaqələrin  daha  da 

inkişaf etməsinə zəmin yaradacağı-

nı  vurğulayan  M.Kərbasian  yaxın 

vaxtlarda Azərbaycan  Respublika-

sına  səfər  edəcəyini  məmnunluqla 

qeyd  edib.  Bunu  ölkələrimiz  ara-

sında  əlaqələrin  yüksək  səviyyədə 

olmasının və dinamik inkişaf etmə-

sinin yaxşı göstəricisi kimi dəyər-

ləndirib.  İranlı  nazir  ölkələrimiz 

arasında  münasibətlərin  inkişafı 

kontekstində vətəndaşlarımızın ge-

diş-gəlişinin  nəzərəçarpacaq  dərə-

cədə  artığını  vurğulayaraq  Azər-

baycan  tərəfinin  dövlət  sərhədinin 

buraxılış məntəqələrinin 24 saatlıq 

iş rejiminə keçməsi təklifinə müs-

bət baxılacağını söyləyib.

Görüş  zamanı,  həmçinin  iki 

ölkə  arasında  energetika,  gömrük, 

nəqliyyat, kənd təsərrüfatı və bank 

sektorunda  əməkdaşlığın  perspek-

tivləri və qarşılıqlı maraq doğuran 

digər məsələlər ətrafında fikir mü-

badiləsi aparılıb.

Rabil Kətanov

SƏFİR: “ŞİMAL-cƏNUB” NƏQLİYYAT DƏhLİZİ TAM FoRMALAŞDIQDAN SoNRA 

AZƏRBAYcANLA İRAN ARASINDA TİcARƏT DöVRİYYƏSİ KƏSKİN ARTAcAQ



Yüklə 473,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə