İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəf li inkişaf etmişdir. Bütün sahələrdə



Yüklə 473,65 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix21.06.2018
ölçüsü473,65 Kb.
#50921
1   2   3   4   5   6   7   8

Türkmənistanın “Avaza” 

milli turizm zonasında Xəzərya-

dövlətlərin liman rəhbərləri-

nin beştərəfli görüşü keçirilib.

Görüşdə  Azərbaycan,  İran, 

Qazaxıstan,  Rusiya  və  Türk-

mənistan  nümayəndələri  dəniz 

yüklərinin daşınması, dəniz nəq-

liyyatı  təhlükəsizliyinin  təmin 

edilməsi,  Xəzər  limanlarının 

potensialının  artırılması,  o  cüm-

lədən  istehsal  infrastrukturunun 

modernləşdirilməsi, 

gəmilərin 

xidmətində  texniki  yeniləşdirmə 

və müasir texnologiyaların tətbiqi 

sahəsində əməkdaşlıq məsələlərini mü-

zakirə ediblər.

Azərbaycanı  görüşdə  Bakı  Bey-

nəlxalq  Dəniz  Ticarət  Limanını  baş 

direktorunun  müavini  Vahid  Əliyevin 

rəhbərlik etdiyi nümayəndə heyəti təm-

sil edib.

Qeyd edək ki, Xəzəryanı ölkələrin 

liman  rəhbərlərinin  görüşü  2009-ci  il-

dən  keçirilir. Yeddinci  birgə  beştərəfli 

görüş  2015-ci  ildə  İranın  Əmirabad 

limanında baş tutmuş və növbəti görü-

şün Türkmənistanda keçirilməsi qərara 

alınmışdı.

Bakıda səfərdə olan Beynəlxalq 

Limanlar Assosiasiyasının siyasət 

və strategiya üzrə rəhbər direkto-

ru Patrik Verxoven AZƏRTAC-a 

müsahibə verib. Müsahibəni təqdim 

edirik.

- Bakıya səfərinizin məqsədi nə-

dir?

-  Səfərimin  məqsədi  Bakı  Li-

manından  olan  həmkarlarımla  gələn 

ilin  mayında  burada  keçiriləcək  Bey-

nəlxalq Limanlar Assosiasiyasının illik 

konfransının təşkilati məsələlərini mü-

zakirə etməkdir.

-  Şəhər  barədə  ilk  təəssüratınız 

necədir?

-  Bakı  çox  dinamik  şəhərdir,  mə-

nim gözlədiyimdən də xeyli böyükdür. 

Üç milyon insan az demək deyil. Mə-

nim ölkəm Belçikada ən böyük şəhərin 

1 milyon əhalisi var. Ona görə də Bakı 

mənim  üçün  valehedici  arxitekturası 

olan böyük şəhərdir. Burada tarixi abi-

dələr müasir tikililərlə gözəl uzlaşır.

-  Konfransa  hazırlıq  işləri  necə 

gedir? Siz artıq hansı görüşlər keçir-

misiniz?

- Mən bir neçə görüş keçirmişəm və 

logistik nöqteyi-nəzərdən deyə bilərəm 

ki,  konfransın  keçirilməsi  üçün  artıq 

çox iş görülüb. Lakin mənim səfərimin 

məqsədi  konfransın  proqramını  razı-

laşdırmaqdır. Biz artıq razılaşdırmışıq 

ki, əsas diqqət birləşdirici hablara qo-

şulmaya  və  dəhlizlərin  yaradılmasına 

yönəldiləcək. Çünki dəhlizlərdən təkcə 

yük üçün yox, insanlar üçün də istifa-

də olunur. Daha bir mühüm məqam bu 

dəhlizlərlə beynəlxalq əməkdaşlığı ge-

nişləndirməkdən  ibarətdir.  Həmçinin 

fiskal  rejimin  mövcudluğu,  habların 

rəqabətqabiliyyətliliyi  çox  vacibdir. 

Bu məsələlər qarşıdakı konfransın baş 

mövzularından biri olacaq. Bu mövzu 

ilə bağlı iki və ya üç ölçü var.

- Siz Azərbaycanın artıq həyata 

keçirdiyi  həmin  hazırlığı  necə  qiy-

mətləndirirsiniz?

-  Mənim  idarəçilik,  hazırlıqla 

bağlı,  Avropanın  Rotterdam,  Varna, 

Hamburq,  Marsel  və  başqa  limanları 

ilə  işlərdə  təcrübəm  var.  Mən Avropa 

limanları təşkilatına 10 ildən artıq rəh-

bərlik etmişəm. Hər il biz buna bənzər 

konfranslar təşkil edirdik. Mən bundan 

əvvəlki  təcrübəmə  əsaslanaraq  deyə 

bilərəm ki, Azərbaycan konfransın təş-

kilatçılığına çox peşəkar yanaşıb.

- Siz artıq Bakı Limanında olmu-

sunuz, limanın imkanları ilə tanışsı-

nız. Liman sizə hansı təsir bağışladı?

- Bəli. Mən limanda oldum. Ofisdə 

məni  Bakı  Beynəlxalq  Dəniz  Ticarəti 

Limanının tikintisinin birinci mərhələ-

sinin layihə işləri ilə tanış etdilər. Orada 

görülən  işlərlə  tanışlıqdan  sonra  mən 

başa düşdüm ki, biz konfransa iştirak 

etməyə  gələndə  artıq  birinci  mərhələ 

tam  başa  çatacaq.  Liman  məndə  bö-

yük təəssürat yaratdı, gördüklərimdən 

çox razıyam və bu, çox ümidlər verən 

limandır.  Nümayiş  olunan  təqdimat-

dan  mən  başa  düşdüm  ki,  bu  müasir 

liman  müxtəlif  yüklərin  daşınmasını 

planlaşdırır, həmçinin sərnişin sistemi-

ni işləyib hazırlamağa çalışır ki, bu da 

çox mühümdür. Başlanğıc sərmayənin 

hökumət tərəfindən qoyulması çox va-

cibdir ki, ilkin mərhələdə liman xarici 

kapitaldan  və  xarici  sərmayədən  asılı 

olmasın.  Limanın  strateji  fəallığının 

qorunmasında faydalı ola biləcək ikin-

ci mərhələ “Bir kəmər, bir yol” layihə-

sində iştirak etməkdir.



-  Limanın  perspektivlərini  necə 

qiymətləndirirsiniz? 

Azərbaycan 

regionda nəqliyyat habı olmağı qar-

şısına  məqsəd  qoyub.  Bu  məsələdə 

Bakı Limanı hansı rol oynaya bilər?

-  Coğrafi  mövqeyinə  görə  Bakı 

Limanının  böyük  perspektivlərini  gö-

rürəm.  Hazırda  dəniz  və  dəmir  yolu 

nəqliyyatının  iştirak  etdiyi  layihələrin 

də daxil olduğu yeni nəqliyyat dəhliz-

ləri  yaradılır.  Bu  planda  Çin  özünün 

“Bir  kəmər,  bir  yol”  konsepsiyasını 

irəli sürüb və Azərbaycan bu təşəbbüsə 

qoşulub. Əgər nəzərə alsaq ki, Bakı ta-

rixən  Böyük  İpək  yolunun  bir  hissəsi 

olub və hazırda bu tarixi yolun bərpası 

üçün böyük işlər aparılır, hesab edirəm 

ki, Bakı yükboşaltma məntəqəsi olaraq 

qalacaq  və  “Bir  kəmər,  bir  yol”  kon-

sepsiyasının  işlənib  hazırlanmasında 

vacib rol oynaya biləcək.

-  Liman  ərazisində  azad  ticarət 

zonası  yaradılır.  Necə  hesab  edir-

siniz,  bu,  limanın  inkişafına  imkan 

yaradacaq?

-  Əgər  ölkə  rəqabətqabiliyyətli 

olmaq  istəyirsə,  o  zaman  yaxşı  inf-

rastruktura,  sabit  hüquqi  və  maliyyə 

bazasına malik olmalıdır. Azad ticarət 

zonasına  gəldikdə,  düşünürəm  ki,  bu, 

investorlar  üçün  bir  siqnaldır.  Çünki 

bu  region  ətrafında  rəqabət  dünya-

nın  başqa  hissələrində  olduğu  kimi, 

o qədər də böyük deyil. İnfrastruktur, 

hüquqi  baza,  fiskal  ab-hava,  maliyyə 

stimulu investorlar üçün əsas amillər-

dir.  Bu  bağlı  bütünlüklə  investorlar 

üçün maraqlıdır.

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


www.seanews.az

26 oktyabr 2017-ci il   № 73-76 (9167)

3

Qazaxıstanın Kurık lima-

nından Bakı Beynəlxalq Dəniz 

Ticarət Limanına göndərilən 

yüklərin həcmi bir milyon tona 

çatdırılıb.

Bu  münasibətlə  Kurık  limanında 

təntənəli mərasim keçirilib.

Limanın  baş  direktoru  Mirzabek 

Sakdaqanov  peşəkar  xidmət  göstər-

məsinə görə Azərbaycan Xəzər Dəniz 

Gəmiçiliyinin  rəhbərliyinin  “Təşək-

kürnamə”yə layiq görüldüyünü deyib.

“Təşəkkürnaməni”  qəbul  edən 

“Akademik  Zərifə  Əliyeva”  gə-

mi-bərəsinin  kapitanı  Abuzər  Həsə-

nov Gəmiçiliyin bərələrinə göstərilən 

etimada  görə,  Kurık  limanının  rəh-

bərliyinə  və  əməkdaşlarına  minnət-

darlığını  bildirib.  Bundan  sonra  da 

Xəzər üzərindən tranzit yükdaşımalar-

da  mövcud  imkanlardan  maksimum 

dərəcədə istifadə edəcəklərini deyib.

Kurık  limanı  2016-cı  ildə  istis-

mara verilib. Ümumi sahəsi 40 hektar 

olan  liman  əlverişli  coğrafi  mövqeyə 

malikdir.  Burada  suyun  dərinliyi  bö-

yük  tutumlu  gəmilərin  yan  almasına 

imkan verir.

Transxəzər Beynəlxalq Nəqliyyat 

Marşrutunun  əsas  tərkib  hissəsindən 

biri sayılan Kurıkdan yüklər Azərbay-

can və Gürcüstandan keçərək Avropa-

ya göndərilir.

Hazırda  liman  ərazisində  daha 

bir  yanalma  körpüsü  inşa  edilir.  Hə-

min körpü avtomobil daşıyan gəmilər 

(Ro-Ro/Ro-Pax)  üçün  yeni  imkanlar 

açacaq. Liman akvatoriyasında dibdə-

rinləşdirmə işləri yekunlaşıb, ümumi-

likdə 730 min kubmetr həcmdə süxur 

çıxardılıb. Tikintinin bu mərhələsində 

aktiv  şəkildə  yanalma  körpülərinin, 

dəmir-beton  blokların  quraşdırılması 

da həyata keçirilir.

Onu  da  əlavə  edək  ki,  Kurık  li-

manının  istismarına  qədər  Qazaxıs-

tandan  tranzit  yükdaşımaları  yalnız 

Aktau  limanı  ilə  həyata  keçirilirdi. 

Aktau  limanının  yükaşırma  imkanla-

rının  məhdud  olması,  əlverişsiz  coğ-

rafi şəraiti (küləklərin birbaşa təsirinə 

məruz  qalması)  rentabelliyə  mənfi 

təsir  göstərirdi.  Bu  səbəbdən  Kurık 

bərə  kompleksinin  istifadəyə  veril-

məsi  Azərbaycan  üçün  də  əhəmiy-

yətli sayılır. Yeni kompleks Aktau ilə 

müqayisədə Bakı limanına daha yaxın 

məsafədə  yerləşir.  Belə  ki,  Kurıkdan 

Bakıya təxminən 18, Aktaudan Bakı-

ya isə 22 saatlıq yol var.

Məlumat  üçün  deyək  ki,  Kurık-

dan ilk yola salınan gəmi də ölkəmizə 

məxsus  olub.  2016-cı  ilin  dekabrın 

7-də  sınaq  mərhələsində Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyinin “Şahdağ” 

gəmi-bərəsi istifadə edilib.



Oktyabrın 17-də 

Tokio körfəzində 

2020-ci ildə Yaponiya 

paytaxtında keçi-

riləcək Olimpiya və 

Paralimpiya Oyunla-

rı zamanı fövqəladə 

vəziyyət yaranacağı 

təqdirdə müvafiq 

tədbirlərin görülməsi 

ilə əlaqədar təlimlər 

keçirilib.

Təlimlər  zamanı  xilasedicilər  ter-

rorçuların  hücumuna  məruz  qalan 

kruiz  gəmisinin  sərnişinlərinə  yardım 

göstəriblər.

Təlimlərdə Yaponiya Sahil Müha-

fizəsi Xidmətinin və Yanğınsöndürmə 

İdarəsinin  150-dən  çox  əmək-

daşı iştirak edib. Plana əsasən, 

terrorçular  gəminin  göyərtə-

sində  bomba  partladıblar.  Nə-

ticədə  sərnişinlərin  bir  çoxu 

xəsarət alıb.

Sahil Mühafizəsi Xidməti-

nin əməkdaşı bildirib ki, təlim-

lər zamanı əsas prioritet terror 

aktının  qarşısının  alınmasıdır. 

Eyni zamanda, o əmin olduqla-

rını bildirib ki, əgər hücum baş 

verərsə,  vətəndaşlarla  dövlət 

orqanlarının  birgə  fəaliyyəti  faciənin 

qarşısını almağa imkan yaradacaq.



KURIK LİMANINDAN BAKI LİMANINA göNDƏRİLƏN 

YüKüN hƏcMİ BİR MİLYoN ToNA çATDIRILIB

ETİK DAVRANIŞ QAYDALARI üZRƏ 

MAARİFLƏNDİRMƏ İŞİ DAVAM ETDİRİLƏcƏKDİR

“Azərbaycan Xəzər Dəniz Gə-

miçiliyi” QSC-nin rəhbər şəxsləri 

üçün  “Risklərin idarəedilməsi və 

daxili nəzarət sahəsində təlim-

ləndirmənin həyata keçirilməsi” 

mövzusunda təlim təşkil olunub.

Təlimdə  risklərin  vaxtında  aşkar-

lanması, təhlili və düzgün  qiymətlən-

dirilməsi  üçün  vacib  alətlər  haqqında 

məlumat verilib. Həmçinin, ən çox rast 

gəlinən risklərdən  danışılıb.

Bildirilib  ki,  risklərin  idarə  edil-

məsi  sisteminin  uğurlu  tətbiqi,  nəti-

cədə istənilən quruma hədəflərinə nail 

olmasına  imkan  verir.  Bu  baxımdan, 

risklərin idarə edilməsi sistemi gündə-

lik fəaliyyətdə xüsusi nəzərə alınmalı 

və qeyd olunan fəaliyyətə tam inteqra-

siya olmalıdır.

Təlimdə  o  da  qeyd  olunub  ki, 

risklərin  mükəmməl  idarə  edilməsini 

təmin  edə  bilmək  üçün    öncə  şirkət 

daxilində səmərəli qarşılıqlı əlaqə sis-

temini təşkil etmək lazımdır.

Treninq  interaktiv  formada  aparı-

lıb. İştirakçıların fikirləri dinlənilib və 

onları maraqlandıran suallar cavablan-

dırılıb.

Xatırladaq ki, “Azərbaycan Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC-də  risklərin 

idarə  olunması  sisteminin  tətbiqinə 

xüsusi  diqqət  yetirilir.  Bu  məsələ  

Cəmiyyətin  Korporativ  idarəetmə 

sisteminin  təkmilləşdirilməsi  üzrə 

hazırlanmış  “Yol  xəritəsi”ndə  də 

öz  əksini  tapıb.    Gəmiçiliyin  rəhbər 

heyəti  üçün  nəzərdə  tutulan      təlim 

də sözügedən “Yol xəritəsinə” uyğun 

həyata keçirilir.



“Açıq hökumətin 

təşviqinə dair 2016-

2018-ci illər üçün Milli 

Fəaliyyət Planı”nın 

təsdiqi haqqında Azər-

baycan Respublikası 

Prezidentinin 27 aprel 

2016-cı il tarixli 1993 

nömrəli Sərəncamından 

irəli gələn tapşırıqların 

yerinə yetirilməsi və 

Dövlət Dəniz Admi-

nistrasiyasında işləyən 

əməkdaşlarla “Döv-

lət qulluqçularının 

etik davranış qaydaları haqqında” 

Azərbaycan Respublikası Qanunu ilə 

müəyyən olunan etik normalara dair 

maarifləndirmə işlərinin aparılması 

məqsədilə tədbir keçirilib.

Tədbirdə  “Dövlət  qulluqçuları-

nın etik davranış qaydaları haqqında” 

Azərbaycan  Respublikası  Qanunun-

da  göstərilmiş  vicdanlı  və  mədəni 

davranış,  loyallıq,  insanların  hüquq, 

azadlıq  və  qanuni  maraqlarına,  şərəf 

və  ləyaqətinə  hörmət,  korrupsiyanın 

və  maraqlar  toqquşmasının  qarşısının 

alınması,  qərəzsizlik,  digər  etik  dav-

ranış qaydaları və bu prinsiplərə əməl 

olunması üzrə məsələlərin önəmindən 

bəhs  edilib,  vətəndaşlarla  nəzakətli, 

səbirli və məsuliyyətli davranılmasına 

riayət  edilməsinin  zəruriliyi  iştirakçı-

ların diqqətinə çatdırılıb.

Tədbirdə  eyni  zamanda,  dövlət 

orqanlarının və dövlət qulluğunun nü-

fuzunun artırılması, dövlət orqanlarına 

və    dövlət  qulluqçularına  vətəndaşla-

rın  etimadının  yüksəldilməsi,  dövlət 

orqanlarının və dövlət qulluqçularının 

fəaliyyətində  səmərəliliyin  və 

şəffaflığın  artırılması  və  digər 

etik  mövzularla  bağlı  təbliğat 

işinin daha da təkmilləşdirilmə-

sinin əhəmiyyətindən danışılıb.

Vətəndaşların  qəbulu  və 

müraciətlərinə  baxılan  zaman 

obyektivliyin 

qorunmasının 

əhəmiyyəti və qanunvericilikdə 

nəzərdə  tutulan  normalar,  döv-

lət  qulluqçusunun  davranışının 

onun özü və təmsil etdiyi qurum 

barədə  rəy  yaranmasında  əsas 

amil olduğu tədbir iştirakçıları-

nın diqqətinə çatdırılıb.

Mövzular  barədə  məlumat  veril-

dikdən sonra əsasən praktiki misallarla 

etik  davranış  qaydaları  izah  edilərək 

yaranan suallar cavablandırılıb, müza-

kirələr aparılıb.

Tədrbidə  bildirilib  ki,  dövlət  qul-

luqçularının  etik  davranış  qaydaları 

üzrə maarifləndirmə işinin davam etdi-

rilməsi məqsədi ilə gələcəkdə də mütə-

madi  təlim  kurslarının  və  treninqləri-

nin təşkil edilməsi, habelə hazırlanmış 

müvafiq  hesabatların  ictimaiyyətə 

açıqlanması təmin ediləcəkdir.

gƏMİçİLİYİN RƏhBƏR 

hEYƏTİ üçüN TRENİNQ KEçİRİLİB

ToKİo KöRFƏZİNDƏ 

ANTİTERRoR TƏLİMLƏRİ BAŞA çATIB

gƏMİLƏRİN XİDMƏTİNDƏ TEXNİKİ YENİLƏŞDİRMƏ VƏ 

MüASİR TEXNoLogİYALARIN TƏTBİQİ SAhƏSİNDƏ 

ƏMƏKDAŞLIQ MƏSƏLƏLƏRİ DƏ MüZAKİRƏ oLUNUB

PATRİK VERXoVEN: “AZƏRBAYcAN BEYNƏLXALQ LİMANLAR ASSoSİASİYASININ 

KoNFRANSININ TƏŞKİLATçILIĞINA çoX PEŞƏKAR YANAŞIB”



Yüklə 473,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə