İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəf li inkişaf etmişdir. Bütün sahələrdə



Yüklə 473,65 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix21.06.2018
ölçüsü473,65 Kb.
#50921
1   2   3   4   5   6   7   8

A Z

R B A Y C A N

X Z R D N Z G M

L Y


И

ИЧИ И И


26 oktyabr 2017-ci il   № 73-76 (9167)

7

YARIZARAFAT,

YARIgERçƏK

Bir  qadının  həyat  yoldaşı  üçün  etdiyi 

fədakarlıq yüz kişinin bütün fədakarlığı-

nı üstələyər. 

Kişilər  özlərindən  güclüyə  yox,  gözəl-

liyə daha tez təslim olurlar.

İmkanların içində ən yaxşısı seçim im-

kanıdır.

Düşündükləri  heç  vaxt  düz  çıxmadığı 

üçün bəziləri düşünmədən danışırlar?

Mənim o qədər vaxtım yoxdur ki, əyri 

yollarla gedim.

Dedi-qodu  sənətdir?  Sənət  deyilsə, 

niyə  bəzi adamlar bütün ömür boyu de-

di-qodu ilə məşğul olurlar? 

günün  yarısını  satmaq,  yarısını  da 

atmaqla  məşğul  olanlar  görəsən  nə  vaxt 

dincəlirlər?

Birinin bir yalanının qabağına  üç ya-

lan çıxaran var.

harda həqiqət varsa, orda heç vaxt ba-

sırıq olmur.

Mən çox şey görmüşəm, amma indiyə-

dək həqiqəti demək üçün adamların növ-

bəyə düzüldüyünü görməmişəm.

Bəziləri yalnız benzin qalxanda cin atı-

na minirlər ki?

Şöhrət soyuducu deyil. ona görə şöh-

rət yiyələri tez korlanır?

Qadının  razılığını  və  ya  narazılığını 

baxışları qədər dəqiq nə ifadə edə bilər?

Xoşbəxtliyə aparan yolu bədbəxtin qa-

pısı ağzında axtarmazlar.

həqiqət  qiymətləndirilməyən  yerdə 

həqiqəti demək daha böyük  cəsarət tələb 

edir.

Bəziləri həqiqətdən lap qripdən qorun-

duğu kimi qorunur.

ot var, kökünün üstündən başqa, har-

da desən, bitər.

Adam var, yalan danışmaq imkanı nə 

qədər məhdud  olsa, o qədər də yalan da-

nışmaq istəyi artır.

“Mən  yalan  danışmıram”  deyənlər 

həqiqəti  də  demirlərsə,  bəs  danışdıqları 

nədir?

Məni bəxtimlə bir oyadarsınız. Bəxtim 

heç vaxt eyni vaxtda oyaq olmamışıq.

Nə həqiqətə yaxşı dost, nə yalana qatı 

düşmən olmayandan  yaxşı heç nə çıxmaz.

Mən  həqiqət  aşiqi  deyiləm  və  bəzi 

həqiqətləri  eşitmək  belə  istəmirəm. 

Amma bu, mənim yalana nifrətimi zərrə-

cə  də azaltmır.

Yalan  danışmaq  cəsarət  tələb  etsəydi, 

bəlkə bir nəfər belə yalan danışmazdı.

Dəriniz  istənilən  rəngdə  ola  bilər. 

Amma üzünüz ağ olmalıdır.

Leş gəzdir, söz gəzdirmə.

Adam  var,  görməyəndə  darıxırsan, 

adam var görəndə.

Nə  gözlədiyini  bilməyəndə  gözləməyə 

nə var ki?

gülüş pis şey olmasa da, heç kəsi özünə 

güldürmə.

Keçmişindən gələcəyə pis heç nə götür-

mə. onsuz gələcəkdə də pis adam olacaq-

sa, pis çox şey olacaq.

Tanıdığımız  adamlar  da  maskalarını 

niyə çıxarmırlar?

Bostanıma daş atanların sayı xeyli aza-

lıb. Daş çox bahalaşıb ki?

haram yeyənlər halalla haramın fərqi-

ni çox yaxşı bilirlər. Yoxsa arabir səhvən 

də olsa, halal yeyərdilər.

Düzünü de, düşmənim də olsan, dedi-

yin həqiqəti təsdiq etməyə hazıram.

Niyə iş göstərmək əvəzinə bəziləri daha 

çox  özlərini  işgörənlər  kimi  göstərməyə 

çalışırlar?

cin  deyillər,  şeytan  deyillər.  Ağıllı 

adamlardan qorxmağa dəyməz. 

Əriştə yemirəm. çünki adətən əriştəni 

özünə umac bişirə bilməyənlər bişirirlər.

Rasif  TAHİROV

www.seanews.az

Stressin nəticələri kişilər-

lə müqayisədə qadınlara daha 

dramatik təsir edir. Alimlər 

aşkar ediblər ki, zəif cinsin 

nümayəndələrinin orqaniz-

mində stresslə əlaqədar elə 

neqativ proseslər yaranır ki, 

əks cinsin nümayəndələrində 

bununla rastlaşmaq olmur.

Rambler/Doktor  saytı  xə-

bər  verir  ki, ABŞ-ın  Briqama 

Yanqa  Universitetinin  əmək-

daşları  apardıqları  tədqiqat 

nəticəsində müasir cəmiyyətdə 

qadınların  keçirdikləri  stress, 

depressiya  və  həyəcanlı  ha-

disələrdən  kişilərə  nisbətən 

daha çox əzab çəkdiklərini təs-

diq ediblər. Onlar həmin feno-

menin səbəblərini açıqlayıblar.

Tədqiqatın müəllifləri belə 

qənaətə  gəliblər  ki,  kişilərdən 

fərqli  olaraq  stressin  təsiri  al-

tında qadınlarda bağırsaq bak-

teriyalarının  tərkibi  dəyişilir. 

"Kişi  və  qadın  orqanizmində 

bağırsaq  mikrobiomu  stressə 

müxtəlif  cür  reaksiya  verir", 

- deyə layihənin müəllifi, pro-

fessor  Laura  Bridcuoter  qeyd 

edib.

Siçanlar üzərində aparılan 



təcrübə  zamanı  onların  qəfil 

və  qorxulu  səsləri  zamanı  ke-

çirdikləri  stress  tədqiqatçıları 

belə qənaətə gəlməyə əsas ve-

rib. Nəticədə stress keçirən dişi 

siçanların  bağırsaq  bakteriya-

larında dəyişiklik baş verməsi 

aşkar olunub.

Mütəxəssislərin  dediyinə 

görə, stress zamanı qadın orqa-

nizmində  daha  çox  faydalı 

bakteriya məhv olur və eynən 

yağlı  qidalar  qəbul  edənlərdə 

olduğu kimi işləməyə başlayır.



STRESS QADINLAR üçüN 

DAhA TƏhLüKƏLİDİR

“Amazon” şirkəti “Kindle” seriyası-

nın 10 illiyi münasibətilə ilk sukeçirməz 

bukriderini təqdim edib. “Kindle Oasis” 

adlı yeni qurğu “IPX8” müdafiə siste-

minə malikdir ki, bu da qurğunu 1 metr 

dərinliyində suda 30 dəqiqə saxlamağa 

imkan verir.

 “hitech.vesti.ru” saytı xəbər ve-

rir ki, “Oasis” modeli görünüşcə ötən 

il  təqdim  olunmuş  eyniadlı  qabaqcıl 

modeldən  az  fərqlənir.  Ekranın  di-

aqonalı  7  düym  təşkil  edir.  2016-cı 

ilin  bukriderindən  fərqli  olaraq  yeni 

qurğuya  akkumulyatorun  işləmə 

müddətini  artıran  maqnit  örtük  qoş-

maq  olmaz.  Həmçinin  batareyanın 

ölçüsü  böyüdülüb,  lakin  korpusun 

qalınlığı olduğu kimi (3,4 millimetr) 

saxlanılıb.

Ekranın  sıxlığı  əvvəlki  kimi 

(1düym üçün 300 piksel) saxlanılıb, 

ancaq  çoxsaylı  işıq  diodları  sayə-

sində təsvir daha parlaq olub. Həm-

çinin  “Kindle  Oasis”  modeli  işığın 

parlaqlığını  avtomatik  tənzimləyən 

işıqlanma dərəcəsi datçiki, səhifələri 

çevirmək üçün fiziki düymələr, “Wi-

Fi” və “4G LTE” modulları ilə təchiz 

edilib.

Cari  ilin  oktyabrında  bukride-



rin  tədarükünə  başlanılacaq.  Səkkiz 

giqabayt  yaddaşa  malik  versiyanın 

qiyməti 250 dollar təşkil edəcək.

“AMAZoN” ŞİRKƏTİ SUKEçİRMƏZ BUKRİDER TƏQDİM EDİB

Şimali Çinin Sənaye Birliyi olan "No-

rinco Group" şirkəti dünyada ən sürətli 

maşın-amfibiya yaradıb. Çəkisi 5,5 ton olan 

nəqliyyat vasitəsi suda sürətini saatda 50 

kilometrədək artıra bilir.

  "vistanews.ru"  xəbər  verir  ki,  maşının 

adı  hələlik  gizli  saxlanılan  baş  konstrukto-

run  bəyanatına  əsasən,  nəqliyyat  vasitəsini 

hazırlayanlar  onun  çəki  təsirini  minimuma 

endirməyə  və  hidravlik  müqavimətini  azalt-

mağa müvəffəq olublar. Bu, nəqliyyat vasitə-

sinə həm quruda, həm də suda yüksək sürətlə 

hərəkət  etməyə  imkan  verir.  Maşının  bütün 

aparıcı  və  əsas  texnologiyaları  çinli  mühən-

dislər tərəfindən "sıfırdan" hazırlanıb.

Hazırda bu, ən sürətli maşındır və dünya-

da analoqu demək olar ki yoxdur.

ƏN SüRƏTLİ MAŞIN-AMFİBİYA YARADIBLAR

Havalar soyuyanda, qış 

fəsli yaxınlaşanda orqanizmin 

müqavimət qüvvəsi zəifləyir. 

Ona görə də havalar soyuyana 

qədər vitaminlərlə zəngin olan 

qidalar qəbul etmək, orqanizmin 

müqavimətini gücləndirmək və 

immuniteti artırmaq lazımdır.

Almaniya  Təbiət  Elmləri 

Akademiyasının  üzvü,  həkim-fi-

toterapevt  Elnur  Rəhimov  bu 

barədə AZƏRTAC-a deyib: "Qida 

rasionuna daxil olan bir sıra məhsullar 

müntəzəm  qəbul  ediləndə  immuniteti 

gücləndirmək  xüsusiyyətinə  malikdir. 

Hər  gün  süd,  kefir,  yoqurt,  təbii  kəs-

mik  və  digər  ağartı  məhsulları  qəbul 

etmək, onların az və ya orta dərəcədə 

yağlılığı olanları seçmək daha arzuo-

lunandır. Kərə yağından tamamilə im-

tina etmək olmaz - məsələn, hər səhər 

kərə  yağı  ilə  olan  buterbrodun  yeyil-

məsi vərəm xəstəliyinin profilaktikası 

üçün çox yaxşı üsul sayılır. Son araş-

dırmalar  nəticəsində  müəyyən  edilib 

ki, gün ərzində 150 qram kefir və ya 

bifidobakteriyalarla  zənginləşdirilmiş 

yoqurt  qəbul  edilməsi  soyuqdəymə 

ilə  xəstələnmə  riskini  azaldır.  Həmin 

məhsulların  təsirindən  orqanizmdə 

viruslarla mübarizədə aktiv şəkildə iş-

tirak edən interferonun səviyyəsi daha 

da artır.

Lobya  bitki  mənşəli  məhsullar 

içərisində  ən  aktiv  immunomodulya-

tor, yəni immuniteti stimullaşdıran və 

möhkəmləndirən  maddələrlə  zəngin 

tərəvəzdir.  Həm  qabıqlı,  həm  də  tə-

mizlənmiş  lobyanın  tərkibində  orqa-

nizmdə  interferonun  yaranmasına 

kömək edən çoxlu maddələr var.

Brokkoli,  gül  kələm,  baş  kələm, 

Brüssel  kələmi,  ağ  turp  kimi  bitkilər 

betakarotin maddəsi ilə zəngindir. Be-

takarotin  selikli  qişaları,  xüsusən  də 

ağciyərləri  və  həzm  sistemi  üzvlərini 

xərçəng hüceyrələrindən və sərbəst ra-

dikallardan qoruyur.

Qida rasionuna bildirçin yumurta-

larının daxil edilməsi immunitet üçün 

xeyirli  hesab  olunur. Tərkibindəki A, 

B qrupu vitaminləri və mikroelement-

lərin miqdarına görə bildirçin yumur-

tası  toyuq  yumurtasını  bir  neçə  dəfə 

üstələyir,  orqanizmdən  radionukleid-

lərin xaric olunmasına kömək edir.

Sarımsaq, soğan, qıtıqotu kökünü 

tərkibi  xeyli  miqdarda  fitonsidlərlə 

zəngindir.  Fitonsid  maddələr  immu-

nitetin  yüksəldilməsi  üçün  ən  güclü 

məhsullar hesab olunur.

İmmunitetin 

gücləndirilməsin-

də  dəniz  məhsulları  -balıq,  krevet  və 

s.  böyük  rol  oynayır.  Qızıl  balıq,  ton 

və  digər  balıqlarda  orqanizm  üçün 

faydalı  hesab  edilən  maddələr  - 

Omeqa-3  yağ  turşuları  və  s.  var. 

Dəniz  yosunları  qanda  xolesterinin 

miqdarını azaldır, toksinləri neytral-

laşdırır  və  immuniteti  yaxşılaşdırır. 

Onları tərəvəz və göyərtilərdən ha-

zırlanmış təzə salatlara da əlavə et-

mək olar.

Badam  immun  sisteminin  op-

timal  şəkildə  fəaliyyət  göstərməsi 

üçün tələb olunan amin və yağ tur-

şularının ən yaxşı təbii mənbələrindən 

biridir. Qəbul edilən qidaların tərkibin-

də yarmaların- qarabaşaq, darı, yulaf, 

qəhvəyi düyü və s. olması, zərərli kim-

yəvi, radioaktiv maddələr və şlakların 

orqanzimdən xaric olmasına, immuni-

tetin möhkəmlənməsinə kömək edir.

Emal olunmamış taxıl və dənli bit-

kilərin tərkibindəki qida maddələrinin 

miqdarı emal olunanlarla müqayisədə 

qat-qat  artıq  olur.  Bal,  arı  südü,  arı 

tozu və propolis təbii immunostimul-

yatorlar sayılır və onlardan müntəzəm 

istifadə edilməsi yaxşı nəticə verir.

Limon, portağal, naringi, kivi, it-

burnu,  cəfəri,  şüyüd,  duza  qoyulmuş 

kələmin  tərkibində  olan  çoxlu  miq-

darda  askorbin  turşusu  orqanizmi  in-

feksiya,  soyuqdəymə  və  digər  zərərli 

faktorların  təsirindən  qoruyur.  İtbur-

nu və cökə çayı orqanizmə daxil olan 

antigenlərə  qarşı  anticisimlərin  hazır-

lanmasını sürətləndirir və tam dəyərli 

immun hüceyrələrinin hazırlanmasına 

zəmanət verir”.

QIŞA hAZIRLIQ: İMMUNİTETİ gücLƏNDİRMƏK üSULLARI

Amerikalı jurnalist 

Uolter Ayzekson Leonar-

do da Vinçinin həyatına 

həsr etdiyi əsərində dahi 

rəssamın “Dünyanın 

xilaskarı” rəsmində 

Məsihin əlində tutduğu 

şəffaf kürənin təyinatını 

tapıb.

  “The  Guardian”  qə-

zeti xəbər verir ki, “Dün-

yanın xilaskarı” rəsmi da 

Vinçinin şəxsi kolleksiya-

da saxlanılan yeganə əsə-

ridir. Noyabr ayında rəsm 

“Christie’s”  satış  evin-

də  hərraca  çıxarılacaq.  Onun 

qiyməti 100 milyon dollardan 

başlayacaq ki, bu da onu rəssa-

mın ən bahalı əsəri edəcək.

“Kürə və ya obyektiv şək-

lində olan sərt şüşə və ya kris-

tal  böyüdülən,  tərsə  çevrilən 

və əks görüntü yaradır. Lakin 

bunun  yerinə  Leonardo  da 

Vinçi kürəni daxilindən keçən 

işıq  şüasını  sındırmayan  və 

təhrif etməyən içiboş şüşə şar 

kimi  təsvir  edib”,  -  deyə Ay-

zekson yazıb.

Onun sözlərinə görə, əgər 

da Vinçi şüşənin əmələ gətirdi-

yi təhrifləri dəqiq təsvir etsəy-

di, əlin kürənin arxa hissəsində 

görünən hissəsi kiçildilmiş və 

ya  böyüdülmüş  görünəcəkdi. 

Jurnalistin  fikrincə  bu,  çox 

qəribə  səslənir,  çünki  rəssam 

“optika  və  işıq  şüası  sahəsinə 

həddən artıq maraq göstərib”.

“Ola bilsin da Vinçi bu şə-

kildə Məsihə və onun kürəsinə 

möcüzəli  xüsusiyyətlər  ver-

məyə  çalışıb”,  -  deyə  Ayzek-

son düşünür.

Uzun illər hesab olunurdu 

ki, bu rəsm əsəri dahi rəssamın 

şagirdlərinin biri tərəfindən çə-

kilib. Lakin 2013-cü ildə apa-

rılan  analiz  əsərin  da  Vinçiyə 

məxsus olduğunu sübut edib.

RƏSM ƏSƏRİNDƏ QEYRİ-ADİ 

KüRƏNİN SİRRİ AçILIB

Bər-bəzəkli qutuların üzərində 

yazılmış "Siqaret çəkmək sağlamlı-

ğa ziyandır" xəbərdarlığına baxma-

yaraq acı tütün tüstüsünü ciyərlə-

rinə sümürənlər xoşagəlməz bəlanın 

girdabından qurtula bilmirlər. Son 

vaxtlar tütünlə mübarizə tədbir-

ləri barədə ən yüksək dairələrdə 

aparılan müzakirə və qəbul edilən 

qanunlar da həmin narahatlıq his-

sindən yaranıb.  Hər il mayın 31-nin 

Dünya tütünsüz gün keçirilməsi də 

onunla mübarizənin necə əhəmiyyət-

li və vacib məsələ olduğunu ortaya 

qoyur.

Tütün və tütün tüstüsü 3 min kim-

yəvi birləşmədən ibarətdir və onlardan 

60-dan çoxu kanserogen maddələrdir. 

Tədqiqatlar sübut edib ki, kanserogen 

birləşmələr hüceyrələri genetik səviy-

yədə  zədələyir,  şişlərin  yaranmasına 

səbəb  olur.  Siqaret  çəkmək  tənəffüs 

orqanlarının xəstəliyinə- pnevmoniya, 

xroniki  bronxit  və  emfizemaya  apa-

rıb  çıxarır.  Kliniki  araşdırmalar  onu 

göstərir  ki,  siqaret  çəkənlərin  dərisi 

çəkməyənlərə  nisbətən  daha  tez  qo-

calır, hətta 40 yaşlı siqaret çəkənlə 70 

yaşlı  siqaret  çəkməyənin  dərisi  eyni 

struktura  malik  olur.  Tütünün  tərki-

bində olan karbonmonooksid, nikotin, 

qətran kimi maddələr ağciyərlərin fəa-

liyyətini  pozur,  oksigen  çatışmazlığı 

nəticəsində ürək tutması ehtimalını ar-

tırır. Ağzı qoxusu, diş əti xəstəlikləri, 

dad hissiyyatı və yaddaş zəifliyi, ruhi 

gərginlik, yuxusuzluq, xroniki baş ağ-

rıları, katarakta, korluq və digər xəstə-

liklər məhz siqaretə olan aludəçilikdən 

yaranır.


Sağlamlığa ciddi ziyan vuran siqa-

retdən  imtina  etmək  barədə  müxtəlif 

yollar var. Məsələn, Amerika mütəxəs-

sisləri  gənc  astronavtlar  üçün  5  gün 

ərzində  siqaretdən  imtina  etmək  üsu-

lu  hazırlayıblar.  Onların  təklif  etdiyi 

üsulla dörd gün ərzində qida rejiminə 

əməl olunur, beşinci gün siqaret çək-

mək həvəsi itir.

Alman mütəxəssisləri isə bu sahə-

də  bir  sıra  məsləhətlər  verirlər.  On-

ların  tövsiyələri  daha  çox  siqareti  az 

çəkməyə və tədricən zərərli vərdişdən 

uzaqlaşmağa  yönəldilib.  Həmin  məs-

ləhətlər sırasında üstündə kibrit və ya 

alışqan gəzdirməmək, siqareti göz qa-

bağından uzaq qoymaq, siqaret çəkən-

dən sonra külqabını gizlətmək, ilk tüs-

tüdən sonra söndürməyi bacarmaq, hər 

tüstüdən sonra siqareti külqabına qoy-

maq, çəkilən siqaretlər arasında vaxtı 

uzatmaq və digər təkliflər yer alır.

Məşhur  rus  professoru  Vladimir 

Filatov  öz  təcrübəsində  siqaretdən 

imtina  üçün  belə  bir  üsuldan  istifadə 

edib: 1 xörək qaşığı evkalipt yarpaqları 

üzərinə yarım litr qaynar su tökülərək 

1 saat dəmlənilir, dəmləməyə 1 xörək 

qaşığı qliserin və 1 xörək qaşığı təbii 

bal əlavə edilir, gündə 7 dəfə dörddə-

bir stəkan içilir. Müalicə proseduru 1 

ay aparılır.

Şübhəsiz  ki,  təklif  olunan  üsulla-

rın hamısı məqbuldur, lakin ortada ira-

də və istək olmasa ən gözəl və faydalı 

üsulun da səmərəsi olmayacaq.

Siqaret zaman və pul itkisidir, ona 

sərf olunan vaxt və vəsaitə daha fay-

dalı işlər görmək olar. Məsələn, gündə 

bir  qutu,  yəni  20  ədəd  siqaret  çəkən 

ildə  orta  hesabla  10-15  sutka  itirir. 

Hər siqaretin çəkilməsi üçün 3 dəqiqə 

vaxt  itirildiyini  nəzərə  alsaq,  bu,  ildə 

365 saat edir. Vaxt isə çox qiymətlidir. 

Məşhur Çin filosofu Konfutsi deyirdi 

ki, pul itirmisənsə, heç nə itirməmisən, 

vaxt  itirmisənsə,  çox  şey  itirmisən, 

sağlamlığını  itirmisənsə,  deməli,  hər 

şeyi  itirmisən.  Hər  şeyi  itirməmək 

üçün sonuncu siqaretə son qullabı vu-

randan sonra onu söndürmək, qutusu-

nu isə əzib zibil qabına atmaq və bütün 

iradəni toplayaraq ona "əlvida" demək 

lazımdır.

Elə bu gündən, bu dəqiqədən, bu 

andan...


Süleyman Qaradağlı

SİQARET TƏKcƏ PUL İTKİSİ DEYİL…

Bad-Hersfeld 

şəhərinin 

meri eksperimental infrastruk-

tur  layihəsinə  yaşıl  işıq  yan-

dırıb. Yaxın  altı  həftə  ərzində 

DHL çatdırma xidmətinin poç-

talyon  və  əməkdaşları  robot-

larla  birgə  işləməyə  başlaya-

caq. Avtonom işləyən maşınlar 

şəhərin  küçələrində  sərbəst 

hərəkət  edərək  bağlamaları 

çatdıracaq.

“techcult.ru”  saytı  xəbər 

verir  ki,  DHL  şirkəti  innova-

siya və cəsarətli qərarlara me-

yil  göstərir.  Bu  ilin  payızında 

şirkətdə  avtonom  maşınlar 

parkının  yaradılmasına  start 

verilib  və  ilk  olaraq  “Post-

BOT”  və  “Parcelcopter”  ro-

botları hazırlanıb. Onların biri 

uçur, digəri yerdə hərəkət edir.

“PostBOT” dronu 150 ki-

loqram  yükqaldırma  qabiliy-

yətinə  malikdir  və  ərazi  üzrə 

istiqamətlənmə sistemi ilə təc-

hiz edilib: robot ilk dəfə poç-

talyonun  ayaqlarına  baxaraq 

marşrutu izləyir, bundan sonra 

həmin  yolu  sərbəst  gedə  bi-

lir. Hündürlüyü 150 santimetr 

olan  robotun  sürəti  saatda  6 

kilometrdir. Onun əsas vəzifə-

si poçt bağlamasını göstərilən 

koordinatlar üzrə çatdırmaqdır.



PoçT BAĞLAMALARINI 

RoBoT-PoçTALYoNLAR çATDIRAcAQ 


Yüklə 473,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə