İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəf li inkişaf etmişdir. Bütün sahələrdə



Yüklə 473,65 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix21.06.2018
ölçüsü473,65 Kb.
#50921
1   2   3   4   5   6   7   8

Beynəlxalq Şahmat 

Federasiyasının saytında 

FIDE-nin yeni titul sahib-

lərinin (qrossmeysterlərin, 

ustaların, hakimlərin və 

təşkilatçıların) siyahısı dərc 

edilib.

FIDE-nin  Prezident  Şu-

rasının  Antalyada  keçirilən 

88-ci  iclasında  yeni  titulla-

ra  Azərbaycan  təmsilçiləri 

Ülviyyə  Fətəliyeva  -  qadın 

qrossmeysteri,  Abdulla  Qə-

dimbəyli  -  beynəlxalq  usta, 

Məhəmməd  Muradlı  isə  bey-

nəlxalq ustalığa namizəd adı-

na layiq görülüblər.

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



26 oktyabr 2017-ci il   № 73-76 (9167)

BAŞ REDAKToR

Rasif İman oğlu

TAhİRoV

ünvanımız:

AZ1029, Bakı şəhəri,

heydər Əliyev prospekti, 152

TELEFoNLARIMIZ:

Baş redaktor

(050) 670-33-76; 

30-67 (daxili)

Qəzetin təsisçisi:

“Azərbaycan Xəzər Dəniz

gəmiçiliyi”

Qapalı Səhmdar 

cəmiyyəti

Qəzet “Dəniz” qəzetinin 

kompyuter mərkəzində 

yığılmış, səhifələnmiş və 

“Azərbaycan” nəşriyyatında 

çap olunmuşdur

Şəhadətnamə: 275

Tiraj: 2000

Sifariş: 3080

8

www.seanews.az

Azərbaycanın triatlon yığmasının 

üzvü Rostislav Pevtsov Honq-Konqda 

təşkil olunan sprint üzrə açıq Asi-

ya kuboku yarışlarında qızıl medal 

qazanıb.

İdmançımız 750 metrlik su məsafə-

sini  9  dəqiqə  33  saniyəyə  başa  vurub. 

Ardınca  isə  20  kilometrlik  velodistan-

siyanı 29 dəqiqə 14 saniyəyə qət edib. 

Nəhayət,  yarışların  sonuncu  mərhələsi 

-  5  kilometrlik  qaçış  zolağını  R.Pevt-

sov  15  dəqiqə  9  saniyə  nəticə  ilə  başa 

vurub. Ümumi hesablamada R.Pevtsov 

56 dəqiqə 39 saniyə vaxt göstəricisi ilə 

birinci yerə layiq görülüb.

Qadınların  mübarizəsində  isə 

komandamızın  üzvü  Kseniya  Lev-

kovskaya 1 saat 4 dəqiqə 29 saniyə-

lik nəticə ilə dördüncü olub.

Xatırladaq  ki,  carı  mövsümdə 

Pevtsov  Las-Palmasda  keçirilən 

Avropa kubokunun qalibi olub, Ra-

bat şəhərində təşkil olunan açıq Af-

rika  kuboku  yarışlarında  qızıl  me-

dal  qazanıb.  Eyni  zamanda  Çinin 

Çenqdu  şəhərində  keçirilən  dünya 

kubokunda  gümüş  medala  sahib 

olub.  Avropa  kuboklarının  ümumi 

hesabında isə Rostislav gümüş me-

dal qazanıb.



Dağıstanın Xasavyurt şəhərin-

də sərbəst güləş üzrə sayca 9-cu 

“Qitələrarası Kubok” beynəlxalq 

turnirinin qalibləri müəyyənləşib.

Turnirdə Azərbaycan pəhləvanları 

ilə yanaşı, Rusiya, Türkiyə, Polşa, Ru-

mıniya, Peru, Qazaxıstan, Özbəkistan, 

Qırğızıstan,  Ukrayna  və  Belarus  id-

mançıları da iştirak ediblər.

Yığma  komandamızın  məşqçiləri 

Arif Abdullayev və Rövşən Hacıyevin 

rəhbərliyi  altında  Xasavyurtda  Pərviz 

İbrahimov  (57  kq),  Əli  Rəhimzadə, 

Qalib  Əliyev  (hər  ikisi  61  kq),  Ağa-

hüseyn  Mustafayev  (65  kq),  Coşqun 

Əzimov,  Murtuzəli  Müslümov,  Qi-

tinomaqomed  Hacıyev  (hamısı  70 

kq),  Aleksandr  Qostiyev,  Hacımurad 

Məhəmmədsəidov  (hər  ikisi  86  kq), 

Aslanbek Alborov  (97  kq),  Cəmaləd-

din  Məhəmmədov  və  Səid  Həmidov 

(hər ikisi 125 kq) mübarizə aparıblar.

Beynəlxalq  turnirin  ilk  günündə 

Azərbaycan pəhləvanları 2 qızıl medal 

qazanıblar.  Turnirdə  mübarizə  aparan 

güləşçilərimiz Ağahüseyn Mustafayev 

(65 kq) və Aslanbek Alborov (97 kq) 

bütün rəqiblərindən üstün olublar.

“Qitələrarası  Kubok”un  son  gü-

nündə isə millimiz 1 gümüş və 1 bü-

rünc medala sahib olub. Turnirdə 125 

kiloqram  çəki  dərəcəsində  mübarizə 

aparan  güləşçilərimizdən  Cəmaləddin 

Məhəmmədov  ikinci,  Səid  Həmidov 

isə üçüncü yerdə qərarlaşıblar.

Görüşlərin  idarə  olunmasında 

ölkəmizi  beynəlxalq  dərəcəli  hakim-

lər Qərib Əliyev, Vaqif Zeynallı, Asif 

Şirəliyev və Sədi Quliyev təmsil edib-

lər.

Bolqarıstanın Plovdiv 

şəhərində veteran güləş-

çilərin dünya çempionatı 

keçirilib.

Azərbaycan Güləş Fede-

rasiyasından    verilən  xəbərə 

görə, pəhləvanlarımız çempi-

onatı 1 qızıl və 1 gümüş me-

dalla başa vurublar.

Sərbəst  güləş  yarışların-

da  “B”  divizionunda  müba-

rizə aparan Mayis İbadov (70 

kq)  ardıcıl  olaraq Almaniya, 

Moldova və Bolqarıstan təm-

silçilərinə qalib gələrək finala 

yüksəlib.  Həlledici  görüşdə 

İran  idmançısına  da  qalib 

gələn Mayis İbadov veteran-

lar arasında dünya çempionu olub.

Yunan-Roma  güləşi  yarışlarında 

“D”  divizionunda  mübarizə  aparan 

Rövşən İsmayılxanlı (130 kq) isə çem-

pionatı ikinci sırada tamamlayıb. Həlle-

dici görüşdə Polşa idmançısına məğlub 

olan təmsilçimiz mundialın gümüş me-

dalına yiyələnib.

Görüşlərin idarə edilməsində ölkə-

mizi  beynəlxalq  dərəcəli  hakim  Natiq 

Hacıyev təmsil edib.



Serbiyanın Novı-Sad şəhərində 

yeniyetmələr və gənclər arasında 

sambo üzrə dünya birinciliyi başa 

çatıb.

Yeniyetmələrin  yarışında  milli-

mizin  üzvü  İrena  Xubulova  (52  kq) 

bütün  rəqiblərinə  qalib  gələrək  dün-

ya  çempionu  adını  qazanıb.  Digər 

samboçularımız  Yaşar  Nəcəfov  (60 

kq) və Teymur Allahverdiyev (70 kq) 

isə mundialın bürünc medalına sahib 

olublar.

Millimiz  baş  məşqçi  Yaqub  Ab-

dullayevin rəhbərliyi altında mübarizə 

aparıb.


Dünya birinciliyində iki qızıl və iki gü-

müş medal qazanan cüdo üzrə Azərbaycan 

millisi kişilərin fərdi yarışlarında birinci 

yeri tutub

Xorvatiyanın  paytaxtı  Zaqrebdə  keçi-

rilən gənc cüdoçular arasında dünya birinci-

liyində fərdi yarışlar başa çatıb. Azərbaycan 

millisi mundialın sonuncu günündə daha bir 

uğura imza atıb.

Azərbaycan Cüdo Federasiyasından  bil-

diriblər  ki,  100  kiloqram  çəki  dərəcəsində 

ölkəmizi təmsil edən Zelim Kotsiyev finala 

gedən  yolda  Koreya,  Özbəkistan,  Avstriya 

və Tacikistandan olan rəqiblərinə qalib gəlib. 

Həlledici  qarşılaşmada  Z.Kotsiyevin  rəqibi 

erməni  əsilli  Rusiya  idmançısı  Ar-

men Adamyan  olub.  Cüdoçumuz  bu 

görüşdə  əzmkar  mübarizə  apararaq 

qələbə  qazanıb.  Zaqrebdə  Azərbay-

can  cüdoçusuna  dünya  birinciliyinin 

qızıl  medalı  təqdim  olunub  və  onun 

şərəfinə  dövlət  himnimiz  səsləndiri-

lib, bayrağımız qaldırılıb.

Bununla da millimiz kişilərin fər-

di  yarışlarında  bütün  rəqiblərindən 

daha  yaxşı  nəticə  göstərərək  birinci 

yeri tutub. Azərbaycan cüdoçuları Ya-

poniya, Rusiya, Gürcüstan, Braziliya, 

Almaniya, Özbəkistan, Türkiyə, Fransa, İta-

liya və digər milli komandaları qabaqlayıb-

lar.  Ümumi  komanda  hesabında  isə  gənclə-

rimiz yalnız Yaponiyadan geri qalaraq ikinci 

olublar.


Xatırladaq ki, dünya çempionatında Hi-

dayət  Heydərov  (73  kq),  Zelim  Kotsiyev 

(100 kq) qızıl, Natiq Qurbanlı (55 kq), Kə-

ramət Hüseynov (60 kq) gümüş və Nəzakət 

Əzizova (52 kq) bürünc medal əldə ediblər.

Qeyd edək ki, 83 ölkədən 590 idmançı-

nın  (346  oğlan,  244  qız)  mübarizə  apardığı 

birincilikdə Azərbaycan milli komandası 15 

cüdoçu (10 oğlan, 5 qız) ilə təmsil olunub.

“France Football” jurnalı 

2017-ci ilin yekunlarına əsasən, 

“Qızıl top”a 30 namizəd futbol-

çunun adını açıqlayıb.

Namizədlərin ən çoxu İspani-

yanın “Real Madrid” klubundan-

dır.


Mükafata namizəd oyunçula-

rın adları aşağıdakılardır:

Lionel  Messi  (“Barselona”, 

Argentina),  Neymar  (PSJ,  Brazi-

liya),  Luis  Suares  (“Barselona”, 

Uruqvay),  Kriştianu  Ronaldu  (“Real  Mad-

rid”,  Portuqaliya),  Serxio  Ramos  ("Real 

Madrid",  İspaniya),  Marselo  (“Real  Mad-

rid”,  Braziliya),  Luka  Modriç  (“Real  Mad-

rid”,  Xorvatiya),  Kərim  Benzema  (“Real 

Madrid”,  İspaniya),  Paulo  Dibala  (“Yuven-

tus”,  Argentina),  Eden  Azar  (“Çelsi”,  Bel-

çika),  Leonardo  Bonuççi  (“Milan”,  İtaliya), 

İsko (“Real Madrid”, İspaniya), Toni Kroos 

(“Real Madrid”, Almaniya), Kilian Mbappe 

(PSJ, Fransa), Canluici Buffon (“Yuventus”, 

İtaliya), Pyer-Emerik Obameyanq (“Borussi-

ya”  Dortmund, Almaniya),  Edinson  Kavani 

(PSJ,  Fransa),  Robert  Levandovski  (“Bava-

riya”,  Polşa),  Mats  Hummels  (“Bavariya”, 

Almaniya),  Antuan  Qrizmann  (“Atletiko”, 

Fransa), Sadio Mane (“Liverpul”, Seneqal), 

Radamel  Falkao  (“Monako”,  Kolumbiya), 

Kevin de Breyne (“Mançester Siti”, Belçika), 

David de Xea (“Mançester Yunayted”, İspa-

niya),  Harri  Keyn  (“Tottenhem”,  İngiltərə), 

Edin Ceko (“Roma”, Bosniya və Herseqovi-

na), Yan  Oblak  (“Atletiko”,  Sloveniya),  Fi-

lippe Koutinyo (“Liverpul”, Braziliya), Dris 

Martens (“Napoli”, Belçika) və NQolo Kante 

(“Çelsi”, Fransa).

Qeyd  edək  ki,  1956-2009-cu  illərdə 

“France Football” jurnalı dünyanın hər yerin-

dən jurnalistlərin səsverməsinin nəticələrinə 

görə “Qızıl top”u ən yaxşı futbolçuya təqdim 

edib. 2010-2015-ci illərdə mükafat FIFA ilə 

birgə təqdim olunub. Lakin keçən ildən eti-

barən “France Football” jurnalı bu mükafatı 

tək təqdim etmək hüququnu bərpa edib.

“Qızıl  top”un  hazırkı  sahibi  “Real”  və 

Portuqaliya yığmasının hücumçusu Kriştianu 

Ronaldudur.



Dünya Taekvando Fede-

rasiyasının Olimpiya çəkiləri 

üzrə yeni reytinq cədvəli 

Azərbaycan idmançıları üçün 

uğurlu olub.

Oktyabr üçün tərtib olunan 

siyahıda yığmamızın dörd taek-

vandoçusu  yer  alıb.  Aktivində 

443,16  xalı  olan  “Rio-2016” 

Olimpiya  Oyunlarının  qalibi, 

dünya və Avropa çempionumuz 

Radik  İsayev  80  kiloqramdan 

yuxarı  çəki  dərəcəsində  ilk  sı-

rada yer alır.

Hesabında 472,36 xal olan 

dünya  çempionumuz  Milad 

Beiqi Harçeqani (80 kq) də rey-

tinqdə birincidir.

Altmış 

səkkiz 


kiloq-

ram  çəki  dərəcəsində  “Ba-

kı-2015”in  və  İslamiadanın 

çempionu  212,20  reytinq  xalı-

na malik olan Ayxan Tağızadə 

isə altıncı pillədədir. Millimizin 

üzvü avqust reytinqi ilə müqa-

yisədə üç pillə irəliləyib.

Qadınlardan ibarət millimi-

zin üzvü Fəridə Əzizova da (67 

kq)  ilk  onluqdadır.  Onun  akti-

vində 213,14 reytinq xalı var.

Qeyd edək ki, reytinq xal-

ları  Dünya Taekvando  Federa-

siyasının təşkil etdiyi yarışlarda 

idmançıların  aktivinə  yığılan 

xallara əsasən verilir. Taekvan-

do  qaydalarına  görə  2020-ci 

ildə  Tokioda  keçiriləcək  Yay 

Olimpiya  Oyunlarınadək  rey-

tinq xalları sayəsində cədvəldə 

ilk  altılıqda  olacaq  idmançılar 

olimpiadaya birbaşa vəsiqə qa-

zanacaqlar.



Əfsanəvi futbolçu 

Corc Vea ölkəsi Liberi-

yada prezident seçilib.

Vaxtilə  İtaliyanın 

“Milan”  klubunda  oy-

nayan  51  yaşlı  futbolçu 

seçkilərdə  ən  çox  səsi 

qazanan şəxs olub.

Qeyd edək ki, C.Vea 

1995-ci  ildə  FIFA-nın 

“Qızıl  top”  mükafatını 

qazanıb. O, bu mükafata layiq 

görülən  ilk  afrikalı  futbolçu 

olub.


Vea  1995-1996-cı  və 

1997-1998-ci  illərdə  “Milan” 

klubu ilə İtaliya çempionluğu-

nu yaşayıb.



Kişi idman gimnastikası üzrə yığma ko-

mandamızın gənc üzvləri Tbilisidə beynəlxalq 

turnirdə iştirak ediblər.

Azərbaycan Gimnastika Federasiyası xəbər ve-

rir ki, komandamızın hesabına ilk medalı Cavidan 

Babayev yazdırıb. O, sərbəst hərəkətlərdə 12.766 

xal toplayaraq turnirin gümüş medalına sahib olub. 

İdmançımız növbəti uğurlu çıxışını halqalarda icra 

edərək bürünc medal (12.666 xal) qazanıb.

Təmsilçilərimizdən  Səməd  Məmmədli  də  ya-

rışları 2 medalla başa vurub. Gimnastımız dəstəli 

atda gümüş (12.966 xal), turnikdə isə bürünc medal 

(12.200 xal) əldə edib.

Komanda yoldaşlarından geri qalmayan Sərvər 

Əliyev  də  yığmamızın  hesabına  paralel  qollarda 

gümüş medal (13.033 xal) yazdırıb.

Gimnastlarımız  yarışı  3  gümüş  və  2  bürünc 

medalla başa vurublar.



AZƏRBAYcAN TRİATLoNçUSU AçIQ ASİYA KUBoKUNUN QALİBİDİR

AZƏRBAYcAN SAMBoçUSU 

SERBİYADA  BüTüN 

RƏQİBLƏRİNƏ 

QALİB gƏLİB

gİMNASTLARIMIZ TBİLİSİDƏN 

MEDALLARLA QAYIDIBLAR

SƏRBƏST güLƏŞçİLƏRİMİZ “QİTƏLƏRARASI KUBoK”   

BEYNƏLXALQ TURNİRİNDƏ FƏRQLƏNİBLƏR

VETERAN güLƏŞçİLƏRİMİZ DüNYA çEMPİoNATINDA 

1 QIZIL VƏ 1 güMüŞ MEDAL QAZANIBLAR

gƏNc cüDoçULARIMIZIN DüNYA 

BİRİNcİLİYİNDƏ BöYüK UĞURLARI

“QIZIL ToP” MüKAFATINA NAMİZƏD 

30 FUTBoLçUNUN ADI AçIQLANIB

FIDE-NİN YENİ TİTULLARI VERİLİB

ƏFSANƏVİ FUTBoLçU PREZİDENT SEçİLİB

DüNYA TAEKVANDo FEDERASİYASININ YENİ 

REYTİNQ cƏDVƏLİNDƏ İLK oNLUQDA DöRD 

AZƏRBAYcAN TAEKVANDoçUSU YER ALIR

21-22 oktyabrda Sərhədçi 

Olimpiya İdman Kompleksin-

 Azərbaycan Kikboksinq 

Federasiyası və Bakı Şəhəri 

Gənclər və İdman Baş İdarə-

sinin təşkilatçılığı ilə Kikbok-

sinq üzrə Açıq Bakı Çempio-

natı keçirilib. 

Yarışın  ikinci  günündə  “Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyi” Qa-

palı  Səhmdar  Cəmiyyətinin  Dəniz 

Nəqliyyat  Donanmasının  əməkdaşı 

Fəridə Abdullayeva da öz gücünü sı-

nayıb. Birinci yerə layiq görülən Fə-

ridə böyük qətiyyət nümayiş etdirib. 

O,  ilk  dəqiqədən  rəqibini  nokauta 

salmağı bacarıb. 

Qeyd  edək  ki,  Fəridə  Abdul-

layeva  Azərbaycan  Dövlət  Dəniz 

Akademiyasının  məzunudur.  Hazır-

da  Dəniz  Nəqliyyat  Donanmasının 

Donanmanın  İstismar  Xidmətində 

çalışır. 

Fəridə  uzun  müddət  karate  id-

man növü  ilə məşğul olub. Kikbok-



sinqə isə cəmi iki aydır başlayıb.

DƏNİZçİ XANIM KİKBoKSİNQ 

üZRƏ çEMPİoN oLDU

Yüklə 473,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə