İlin doqquz ayı arxada qalır. Bu doqquz ayda ölkəmiz uğurla və hərtərəf li inkişaf etmişdir. Bütün sahələrdə



Yüklə 473,65 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix21.06.2018
ölçüsü473,65 Kb.
#50921
1   2   3   4   5   6   7   8

Azərbaycan əhalisinin sayı ilin 

əvvəlindən 57 min 269 nəfər və ya 0,6 

faiz artaraq bu il sentyabr ayının 1-i və-

ziyyətinə 9 milyon 867 min 250 nəfərə 

çatıb.

Dövlət Statistika Komitəsindən  bildi-

rilib ki, əhalinin bir kvadratkilometrə düşən 

sıxlığı 114 nəfər olub. Əhalinin ümumi sa-

yının 53 faizini şəhər, 47 faizini kənd sa-

kinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə 

qadınlar  təşkil  edir.  Hazırda  hər  1000  ki-

şiyə 1006 qadın düşür.

Cari  ilin  yanvar-avqust  ayları  ərzində 

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiy-

yat şöbələri tərəfindən ölkədə 95 min 395, 

yaxud hər gün orta hesabla 393 doğulmuş 

körpə  qeydə  alınıb  və  əhalinin  hər  1000 

nəfərinə bu göstərici 14,7 təşkil edib. Do-

ğulan  körpələrin  53  faizi  oğlan,  47  faizi 

isə qız uşaqlarıdır. Doğulanlardan 1712-si 

əkiz, 33-ü üçəmdir. Doğulan körpələr üçün 

75,2  yaş,  o  cümlədən  oğlanlar  üçün  72,8 

yaş,  qızlar  üçün  77,6  yaş  ömür  uzunluğu 

gözlənilir.

Hazırda ölkədə əhalinin təkrar istehsalı 

təmin olunaraq uşaq doğmaq qabiliyyətinə 

malik olan hər bir qadına bütün ömrü boyu 

2 uşaq düşür.

Cari  ilin  yanvar-avqust  ayları  ərzində 

ölkədə 39 min 4 ölüm halı qeydə alınıb və 

bu  göstərici  əhalinin  hər  1000  nəfərinə  6 

təşkil edib.

Bu ilin 8 ayı ərzində qeydiyyat şöbələri 

tərəfindən 40 min 256 nikah və 9 min 787 

boşanma halları qeydə alınmış və əhalinin 

hər 1000 nəfərinə nikahların sayı 6,2, bo-

şanmaların sayı isə 1,5 olub.

Cari  ilin  yanvar-avqust  ayları  ərzində 

Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya 

Xidmətinin  müvafiq  qurumları  tərəfindən 

daimi yaşamaq üçün 2 min 80 nəfər Azər-

baycana gələn, 1202 nəfər isə Azərbaycan-

dan gedən qeydə alınaraq, miqrasiya saldo-

su müsbət 878 nəfər təşkil edib.



Apardığımız kompleks 

araşdırmalar bir neçə onil-

likdən sonra Xəzər dənizini 

nələr gözlədiyini dəqiq proq-

nozlaşdırmağa imkan verə-

cək. Belə bir təhlükə var ki, 

Azərbaycan torpaqlarının bir 

hissəsi səhralaşmağa məruz 

qala bilər. Qəribə də olsa bu, 

Xəzər dənizinin səviyyəsinin 

dəyişməsi ilə bağlıdır.

Bu  barədə  AMEA  Coğ-

rafiya  İnstitutunun  direktoru, 

akademik  Ramiz  Məmmədov 

AZƏRTAC-a məlumat verib.

Alim  Xəzər  dənizinin 

Xəzəryanı  ölkələr  və Azərbay-

can  üçün  əhəmiyyəti,  hazırkı 

vəziyyəti  və  gələcək  taleyi  ilə 

bağlı  fikirlərini  bölüşüb:  “Mə-

lumdur  ki,  Xəzərin  səviyyəsi 

adətən  ildə  30-40  santimetrə 

qədər  qalxıb  enir.  Buna  səbəb 

dənizə  tökülən  çayların  suyu, 

dəniz  səthindən  suyun  buxar-

lanmasıdır. 1837-ci ildən Xəzə-

rin  səviyyəsi  ilə  bağlı  müşahi-

dələr  aparılır.  Məlum  olub  ki, 

dəniz  səviyyəsinin  ciddi  dəyiş-

mələri 11 il dövriliklə baş verir. 

Fikrimizcə, bu, günəşin aktivlik  

dövrləri ilə bağlıdır. Hesab edi-

rik  ki,  Xəzər  dənizinin  səviy-

yəsinin  qalxması  tezliklə  da-

yanacaq  və  kiçik  tərəddüdlərlə 

sabitləşmə dövrü başlanacaq.”

A Z

R B A Y C A N



X Z R D N Z G M

L Y


И

ИЧИ И И


26 oktyabr 2017-ci il   № 73-76 (9167)

6

www.seanews.az

Ümumtəhsil məktəblə-

rində payız tətili noyabrın 16-

dan 20-dək müəyyənləşdirilib.

Təhsil  Nazirliyindən    bil-

diriblər 

ki, 


“Azərbaycan 

Respublikası  Nazirlər  Kabi-

netinin  2011-ci  il  13  yanvar 

tarixli  qərarı  ilə  təsdiq  edil-

miş  “Ümumtəhsil  məktəbinin 

Nümunəvi  Nizamnaməsi”nə 

əsasən, dərs ili ərzində beş gün 

payız  tətili  (noyabrın  16-dan  20-

dək) müəyyənləşdirilib. Həmin tə-

til günləri bütün ümumtəhsil mək-

təblərinə aiddir.

2017-2018-ci  dərs  ilində  həm 

beşgünlük,  həm  də  altıgünlük  iş 

həftəsi  ilə  işləyən  ümumtəhsil 

məktəblərində  tətildən  sonra  ilk 

dərs günü noyabrın 21-də olacaq.



Haitidən olan miqrantları 

daşıyan qayıq Karıb dənizindəki 

Tortyu adası yaxınlığında batıb, 

40-dan çox insan itkin düşmüş 

sayılır.

Haiti  Libre  internet-portalı-

nın yaydığı məlumata görə, qayıq 

bazar  günü  qəzaya  uğrayıb.  Xila-

sedicilər  sudan  7  miqrantı  çıxara 

biliblər.  Onların  üçü  xəstəxanaya 

yerləşdirilib. Şahidlər qayıqda 50-

yə  yaxın  miqrantın  olduğunu  de-

yiblər. Yerli  mülki  müdafiə  idarə-

sindən bildirilib ki, onlar qanunsuz 

olaraq Providensiales adasına get-

məyə cəhd göstəriblər.

Hakimiyyət  orqanları  axta-

rış-xilasetmə  əməliyyatlarını  da-

vam etdirirlər.

Roma şəhərində Türk Mədəniyyət 

Mərkəzi - Yunus Əmrə İnstitutunun 

İtaliya təmsilçiliyi, “Fondazione Ugo 

Spirito e Renzo De Felice” Fondu və 

“Eurosis Consulting” şirkətinin birgə 

təşkilatçılığı ilə “Yeni İpək yolu: İqti-

sadi və mədəni şəbəkənin qurulması” 

mövzusunda konfrans keçirilib.

Tədbirin  açılış  mərasimində  çıxış 

edən  Azərbaycanın  İtaliyadakı  səfiri 

Məmməd  Əhmədzadə  İpək  yolunun 

bərpasında  Azərbaycanın  rolundan  da-

nışıb,  ölkəmizin  Şərqlə  Qərb  arasında 

strateji körpü rolu oynadığını qeyd edib.

Diplomat  Azərbaycanın  nəqliyyat 

potensialı barədə məlumat verərək Bakı 

Beynəlxalq  Dəniz  Ticarət  Limanının, 

bu  yaxınlarda  açılışı  olacaq  Bakı-Tbi-

lisi-Qars  dəmir  yolu  kəmərinin,  eləcə 

də  ölkəmizin  nəqliyyat  infrastrukturun 

modernləşməsi istiqamətində həyata ke-

çirilən  layihələrin  əhəmiyyətindən  söz 

açıb.


Ölkəmizin  təşəbbüsü  ilə  İpək  yolu 

üzərində  reallaşdırılmış  və  reallaşdırıl-

maqda olan neft-qaz kəmərləri layihələri 

barədə məlumat verən səfir bu xüsusda 

Azərbaycan qazını Avropaya daşıyacaq 

Cənub  Qaz  Dəhlizinin  strateji  önəmini 

vurğulayıb.

Səfir  İpək  yolunun  Şərq  ilə  Qərb 

arasında  iqtisadi  və  ticarət  əlaqələri-

ni  dərinləşdirməsi  ilə  yanaşı,  universal 

dəyərlərin təşviqi, müxtəlif mədəniyyət-

lərin vəhdəti üçün də əhəmiyyətli oldu-

ğunu deyib. O, Azərbaycanın əsrlərboyu 

milli  mədəni  rəngarənglik  mühitinin 

formalaşdığı,  ayrı-ayrı  millətlərin  və 

konfessiyaların  nümayəndələrinin  sülh, 

əmin-amanlıq, qarşılıqlı anlaşma və dia-

loq şəraitində yaşadığı diyar kimi tanın-

dığı və dünyada mədəniyyətlər və sivili-

zasiyalararası dialoqun təşviqindəki rolu 

barədə məlumat verib.

M.Əhmədzadə  regionda  təhlükə-

sizlik  məsələlərinin  nəzərə  alınmasının 

vacibliyini  də  qeyd  edib,  Ermənistanın 

Azərbaycana  qarşı  hərbi  təcavüzünün 

regionda  sülh  və  sabitliyə  təhdid  oldu-

ğunu bildirib.

Tədbirdə  iştirak  edən  Beynəlxalq 

Türk  Mədəniyyət  və  İrsi  Fondunun 

beynəlxalq  münasibətlər  üzrə  katibi 

Rüstəm  Məmmədov  türkdilli  xalqların 

mədəniyyətinin  və  irsinin  öyrənilməsi, 

qorunması və təbliği istiqamətində Fon-

dun fəaliyyəti, həyata keçirdiyi tədbirlər 

və layihələr barədə məlumat verib. Eyni 

zamanda,  tədbirin  mövzusu  olan  İpək 

yolu ilə bağlı Fondun apardığı işlər və 

bununla  əlaqədar  gələcəkdə  nəzərdə 

tutulan  tədbirlərə  də  toxunub.  O,  İpək 

yolu  üzərində  mədəni  aspektlər  barədə 

məlumat  verərək,  bu  xüsusda  türkdilli 

ölkələrin  daim  vacib  rol  oynadığını  və 

öz  töhfələrini  verdiyini  deyib.  Azər-

baycanın  mədəniyyətlərarası  dialoqda 

mühüm  rolunu  vurğulayan  R.Məmmə-

dov  bir  çox  mühüm  mədəni  abidələrin 

yerləşdiyi ərazilərimizin hazırda Ermə-

nistanın  işğalı  altında  olması  faktlarını 

diqqətə  çatdırıb.  O,  ümumilikdə  İpək 

yolunun  bərpasında  əməkdaşlığın  va-

cibliyini, burada mədəni mübadilənin və 

mədəniyyətlərarası dialoqun başlıca rol 

oynadığını vurğulayıb, Beynəlxalq Türk 

Mədəniyyət  və  İrsi  Fondunun  bununla 

bağlı əməkdaşlığa hazır olduğunu, gələ-

cəkdə də bu məqsəd istiqamətində fəa-

liyyət göstərəcəyini qeyd edib.

Tədbir  iqtisadiyyat  və  mədəniyyət 

sahələrində əməkdaşlığı əhatə edən ses-

siyalarla davam edib və həmin sessiya-

larda Azərbaycan-İtaliya əlaqələrinə də 

toxunulub.

İqtisadiyyat  sahəsinə  aid  sessiyada 

çıxış  edən  Azərbaycan–İtaliya  Ticarət 

Palatasının  prezidenti  Manuela  Traldi 

İtaliya və Azərbaycan arasında ticari-iq-

tisadi sahədə əməkdaşlıq barədə danışıb.

Mədəniyyət  sahəsinə  aid  sessiyada 

çıxış  edən  “La  Sapienza”  Universiteti-

nin  professoru  Daniel  Pommier  İtaliya 

və Azərbaycan arasında təhsil sahəsində 

əməkdaşlıq,  təhsil  ocaqlarının  əlaqələri 

haqqında söhbət açıb.

Asiman Əsədov

İtaliya Sahil Mühafizəsi Xid-

məti Avropaya keçməyə çalışarkən 

batmaq təhlükəsi ilə üzləşən 600-ə 

yaxın miqrantı xilas edib.

Xilasetmə  əməliyyat  36  saata 

yaxın davam edib.

Xilas  edilənlər  Palermo  şəhə-

rinə gətirilib.

Qeyd edək ki, bu ilin sentyab-

rında Yunanıstanın  Krit  və  Lesbos 

adaları  yaxınlığında  210,  avqus-

tunda isə İspaniya sahillərində 600 

qeyri-qanuni miqrant xilas edilmiş-

di.

Rusiyanın “Yamal 

LNG” mayeləşdiril-

miş təbii qaz (LNG) 

layihəsi üzrə ilk LNG 

partiyasının daşınması 

noyabrda həyata keçi-

riləcək.

 “ria.ru” xəbər verir 

ki,  bu  barədə  “Yamal 

LNG”  layihəsinin  əsas 

səhmdarı  olan  Rusi-

yanın  ən  iri  özəl  qaz 

istehsalçısı  “Novatek” 

şirkətin  nümayəndələrinin  görüşü 

zamanı  bildirilib.  LNG  daşımaları 

“Sabetta”  limanından  həyata  keçi-

riləcək. Dekabrda daha 4 LNG par-

tiyasının daşınması nəzərdə tutulur. 

2018-ci ildə isə bir ayda ümumilik-

də 10 LNG partiyasının daşınması-

nın həyata keçirilməsi planlaşdırılır.

Qeyd  edək  ki,  hava  tempera-

turunun mənfi 50 dərəcəyə çatdığı, 

Rusiyanın  Şimal  Qütbündəki  Ya-

mal  yarımadasında  yerləşən  Sa-

betta  qəsəbəsində  reallaşdırılacaq 

“Yamal”  LNG  layihəsi  qütbdə  hə-

yata  keçirilən  ilk  LNG  müəssisəsi 

olacaq.  “Yamal”  LNG  layihəsinin 

təxminən  2  ilə  başa  çatdırılması 

nəzərdə tutulur.

Dünyanın  ən  böyük  sənaye 

müəssisələrdən  biri  olacaq,  eyni 

zamanda, ilk dəfə buzqıran tanker-

lərin  istifadə  ediləcəyi  bu  böyük 

layihə üzrə hər biri illik 5,5 milyon 

ton  LNG  istehsal  etmək  gücünə 

malik üç hissədən ibarət zavod inşa 

ediləcək.  Layihə  tamamlandıqdan 

sonra buranın ümumi gücü ildə 16,5 

milyon tona çatacaq.

Böyük Britaniya 

kraliçası II Elizabet 

üçün tikilməsi nəzər-

də tutulan 100 milyon 

funt-sterlinq dəyərin-

də yaxta mübahisələr 

doğurub. Daily Teleg-

raph qəzetinin yaydığı 

məlumata görə, bəzi 

nazirlər 104 metrlik özəl 

yaxtanın düzəldilməsinə 

razılıq veriblər.

Anadolu  informasiya  agentliyi 

xəbər verir ki, “üzən saray” adlandı-

rılan yaxta 34 yerlikdir. Orada kra-

liçanı mühafizə edəcək dəniz piya-

daları ilə yanaşı, 125 nəfərlik heyət 

də xidmət göstərəcək. Yüz nəfərlik 

toplantı  salonu,  habelə  helikopter 

meydançası  olacaq  yaxta  dənizdə 

45 gün fasiləsiz qalaraq, 6 min mil 

məsafə qət edə biləcək. Yaxtanın il-

lik istismarının 10 milyon funt-ster-

linqə başa gələcəyi gözlənilir.

Hələ  1997-ci  ildə  tamamlan-

mış yaxta layihəsi o vaxt hakimiy-

yətə  gələn  Toni  Bleyer  tərəfindən 

təxirə salınmışdı. Ötən ilin martın-

da  yenidən  gündəmə  gələn  layihə 

xarici işlər naziri Boris Consonun 

da  dəstəyini  alıb.  O,  kraliçanın 

dəbdəbəli  yaxtasının  ölkənin  imi-

cinə  güclü  təsir  göstərəcəyini  bil-

dirməklə  yanaşı,  layihənin  dövlət 

vəsaiti ilə deyil, özəl ianələr hesa-

bına reallaşmasının məqsədəmüva-

fiq olduğunu deyib.



Rəqəmsal Ticarət Qovşa-

ğı Böyük İpək Yolu üzərində 

rəqəmsal məkanın yaradılması 

baxımından əhəmiyyətlidir.

Bunu  oktyabrın  19-da Azər-

baycan Rəqəmsal Ticarət Qovşa-

ğına dair keçirilən ilk beynəlxalq 

konfransda  İqtisadi  İslahatla-

rın  Təhlili  və  Kommunikasiya 

Mərkəzinin  (İİTKM)  icraçı  di-

rektoru  Vüsal  Qasımlı  deyib. 

Bildirib  ki,  konfransın  keçiril-

məsində məqsəd rəqəmsal ticarət 

mərkəzinin  infrastrukturuna  xü-

susi diqqət yetirərək, transsərhəd 

iqtisadi  əlaqələrin,  elektron  xid-

mətlərin  və  yeni  iş  imkanlarının 

perspektivlərini müzakirə etmək-

dir.


"Rəqəmsal  Ticarət  Qovşağı 

elektron ticarət və elektron kom-

mersiya  sahəsində  dövlət-özəl 

əməkdaşlığı  üçün  gözəl  nü-

munədir.  Rəqəmsal  Ticarət  Qo-

vşağı Böyük İpək Yolu üzərində 

rəqəmsal  məkanın,  eyni  zaman-

da, Avropa  coğrafiyasında  vahid 

elektron  məkanın  yaradılması 

baxımından  mühüm  əhəmiyyət 

kəsb edir. Rəqəmsal Ticarət Qov-

şağı müsəlman dünyasında elekt-

ron  iqtisadiyyatın  inkişafı  üçün 

də  çox  əhəmiyyətlidir.  ISESKO 

ilə  Rəqəmsal  Ticarət  Qovşağı 

arasında  əməkdaşlığa  dair  me-

morandum  imzalanıb.  Beləliklə, 

bu gün həm Avropa İttifaqı, həm 

də Rusiya ilə imzaların qarşılıqlı 

tanınması,  transsərhəd  elektron 

iqtisadiyyatın inkişafı üçün imza-

lanmış anlaşma memorandumları 

Azərbaycanın  rəqəmsal  ticarət 

mövqeyini  gücləndirəcək",  - 

deyə V.Qasımlı qeyd edib.

Azərbaycan 

Respublikası 

Prezidentinin  iqtisadi  siyasət  və 

sənaye  məsələləri  üzrə  kömək-

çisi  xidmətinin  sektor  müdiri 

Elxan  Mikayılov  diqqətə  çatdı-

rıb  ki,  Azərbaycanda  Rəqəmsal 

Ticarət  Qovşağının  yaradılması 

beynəlxalq  ticarətə  inteqrasiya-

nın  yeni  bir  mərhələsidir.  Belə 

bir  qovşağın  yaradılması  Prezi-

dent  İlham  Əliyevin  ölkəmizdə 

apardığı  məntiqi  siyasətin  uğur-

lu  nəticəsidir.  Azərbaycanda 

qeyri-neft  sektorunun  inkişafı 

ilə  bağlı  mühüm  tədbirlər  həya-

ta  keçirilir  ki,  bunlardan  biri  də 

"Azexport" portalının yaradılma-

sıdır. Portala 50-dən çox ölkədən 

300  milyon  dollardan  artıq  sifa-

rişlər daxil olur. "Azexport"a tək-

cə  Azərbaycan  istehsalçıları  de-

yil, qonşu ölkələrin istehsalçıları 

da qeydiyyatdan keçməyə maraq 

göstərirlər.

Konfrans panel iclaslarla işi-

ni davam etdirib.

Qeyd  edək  ki,  Azərbayca-

nın  Rəqəmsal  Ticarət  Qovşağı 

Prezident  İlham  Əliyevin  2017-

ci  il  fevralın  22-də  imzaladı-

ğı  "Rəqəmsal  Ticarət  Qovşağı 

kimi  Azərbaycanın  mövqeyinin 

gücləndirilməsi  və  xarici  ticarət 

əməliyyatlarının  genişləndiril-

məsi  ilə  bağlı  əlavə  tədbirlər 

haqqında"  Fərmanı  əsasında  ya-

radılıb. Rəqəmsal Ticarət Qovşa-

ğının  operatoru  İqtisadi  İslahat-

ların  Təhlili  və  Kommunikasiya 

Mərkəzidir.



İTALİYADA BATMAQ TƏhLüKƏSİ İLƏ 

üZLƏŞƏN 600-Ə YAXIN MİQRANT XİLAS EDİLİB

“YAMAL LNg” LAYİhƏSİ üZRƏ İLK 

MAYE QAZ PARTİYASININ DAŞINMASI 

NoYABRDA REALLAŞAcAQ

“üZƏN SARAY” MüBAhİSƏSİ

İTALİYADA AZƏRBAYcANIN İPƏK YoLUNUN 

BƏRPASINA VERDİYİ TöhFƏLƏRDƏN DANIŞILIB

AZƏRBAYcAN ƏhALİSİNİN SAYI 

9 MİLYoN 867 MİN 250 NƏFƏRƏ çATIB

XƏZƏR DƏNİZİNİN SƏVİYYƏSİNİN  hAZIRDA 

BİR QƏDƏR DüŞMƏSİ EKSTREMAL hAL DEYİL

RƏQƏMSAL TİcARƏT QoVŞAĞI BöYüK İPƏK YoLU üZƏRİNDƏ 

RƏQƏMSAL MƏKANIN YARADILMASI BAXIMINDAN ƏhƏMİYYƏTLİDİR

PAYIZ TƏTİLİ NoYABRIN 16-DAN 

20-DƏK MüƏYYƏNLƏŞDİRİLİB

KARİB DƏNİZİNDƏ 

MİQRANTLARI DAŞIYAN QAYIQ BATIB


Yüklə 473,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə