İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə34/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   31   32   33   34   35   36   37   38   39

 
113 
 
III FƏSİL 
 
KİNO FƏALİYYƏTİ 
(1927-1963) 
 
 
 
Ə.  Ələkbərovun  yaradıcılığı  dövrün 
tələblərinə  müvafiq  olaraq  psixoloji 
cəhətdən  getdikcə  yetkinləşir,  teatrda  ol-
duğu  kimi,  kinoda  da  zəngin  və  ifadəli 
olurdu. 
 
prof. Mahmud Allahverdiyev 
 
 
Ələsgər  Ələkbərovun  yaradıcılıq  yolu  yaşadığı  dövrün  tələb-
lərinə uyğun olaraq inkişaf etmiş, təkmilləşmiş, teatrda olduğu kimi 
kinoda da mükəmməl sənət hadisəsinə çevrilmişdir. O, kino da  ya-
ratdığı qəhrəmanların bütün varlığını son detalına qədər tamaşaçıya 
çatdırmaqla  özünün  böyük  sənətkar  olduğunu  sübut  edən  qüdrətli 
aktyor idi. 
“...o, kinonun təbiilik tələbləri ilə səhnə realizmi arasında üzvi 
rabitə  yaratmaqda,  teatr  şərtiliklərini  kinoya  gətirməkdə  ifa  etdiyi 
qəhrəmanların  canlı,  cazibəli,  mənalı  xarakterini  yaratmağa  nail 
olurdu.  Onun  istedadı  çoxcəhətli  idi.  Doğrudur,  Ələkbərov  kino-
filmlərdə komik, satirik ruhlu obrazlar yaratmamışdır. Lakin böyük 
aktyorluq imkanları ilə bu işin öhdəsindən gələ bilərdi. Təəssüf ki, 
teatrda olduğu kimi, kinorejissorlarımız da Ə. Ələkbərovu müvafiq 
rollarla lazımınca təmin edə bilməmişlər; Onun yaradıcılıq imkanla-
rını  qiymətləndirməkdə  çətinlik  çəkdilər.  Əgər  belə  olmasaydı, 
Məşədi  İbad  roluna  cəsarətlə  onu  çəkərdilər,  çünki  o,  filmin  sınaq 
işlərindən müvəffəqiyyətlə çıxmışdı” (2). 


 
114 
Ələsgər Ələkbərov kinoya gələndə on yeddi yaşı var idi. Belə 
ki,  o,  1927-ci  ildən  ömrünün  sonuna  qədər  on  beş  bədii  filmdə 
müxtəlif xarakterli mürəkkəb obrazlar yaratmışdır. 
Ə.  Ələkbərov  1927-ci  ildə  çə-
kilişi  başa  çatmış  “Vulkan  üzərində 
ev” filmində ifa etdiyi Əhməd obrazı 
ictimayətin  diqqətini  cəlb  etmişdir. 
Bu film  1907-1908-ci  illərdə  ki,  Ba-
kının  neft  həyatından  bəhs  edirdi. 
Burada  çalışan  müxtəlif  millətlərdən 
və  dinlərdən  olan  fəhlələrin  həyatın-
dan  bəhs  edən  bu  filmdə  on  yeddi 
yaşlı  Ələkbərov neft mədəninin fəh-
ləsi Əhmədin keçdiyi ağır həyatı rea-
list boyalarla tamaşaçılara göstərmə-
yə müvəffəq olmuşdur. 
Əhməd-Ələkbərov mazut içəri-
sində əzabla işləyərkən onun sərt hə-
rəkətləri,  mənalı  baxışları,  sahibkar-
lara olan qəzəbini əks etdirirdi. 
“Ə.  Ələkbərov  ağıllı,  düşüncəli,  sadə  təbiətli  və  haqqının 
tapdandığını  dərk  edən  Əhmədin  rəhimsiz,  müftəxor  sahibkara, 
istismar  aləminə  nifrət  və  qəzəbini  də  ifadəli  surətdə  rəsm  edirdi. 
Filmin aperatoru A. Qalperin aktyorun qəlbində baş qaldıran etiraz 
və  hiddəti  bütün  kəskinliyi  ilə  göstərmək  üçün  Ələkbərovun 
psixoloji gərginliyini, təşviş və qəzəbini dramatik və emosional bir 
tərzdə  tamaşaçılara  təqdim  etməkdən  ötrü  tez-tez  onu  ön  plana 
çəkir, həyat və mübarizə haqqındakı düşüncələrini, kədərini, qayğı-
keşliyini ekranda aydın  surətdə təcəssüm etdirirdi. Tamaşaçı Ələk-
bərovun  aydın  və  mənalı  gözlərində  onun  ürək  çırpıntılarını  duyur 
və  insanı  heç  edən  istismarçılara  və  onların  mühitlərinə  nifrət 
edirdilər.  Aktyorun  ciddi  axtarışları,  rola  canlı,  real  münasibəti 
obrazın daxili dinamikasını canlandırmağa kömək edirdi” (1). 
Ə.Ələkbərov – Əhməd rolunda 


 
115 
Ə. Ələkbərov mədən fəhləsi Əhmədin psixoloji vəziyyətlərini 
incəliklə  ifa  edirdi,  obrazın  daxili  aləmini  aydın  əks  etdirirdi. 
Aktyor həbsxanaya düşmüş  Əhmədin  oğlu  ilə görüşərkən keçirdiyi 
iztirabları o qədər mənalı, təbii boyalarla canlandırırdı ki, tamaşacı 
sanki  sarsılırdı  və  onun  acınacaqlı  həyatına,  sahibkar  əlində  əzab 
çəkdiyinə nifrət bəsləyirdi. 
“Səssiz filmin spesifik xüsusiyyətlərindən asılı olaraq Ələkbə-
rov obrazın daxili həyatını ən çox mimika vasitəsilə, xüsusən göz-
ləri  ilə  ifadə  etməyə  çalışırdı.  Burada  aktyorun  güclü  intuisiyası 
onun  idrak  qabiliyyəti  ilə  vəhdət  təşkil  etdiyindən  sözlərin  aşılaya 
biləcəyi fikri mənalı mimika və jestlərlə tamaşaçılara çatdırır, onları 
həyacana gətirir və düşündürürdü. O, obrazın ürək döyüntlərini çox 
təbii  olaraq  duyduğundan  sifətinin  hər  bir  ifadəsi  tamaşaçıların 
qəlbinə yol tapırdı” (2). 
Azərbaycan  kinosunda  müəyyən  qədər  təcrübə  əldə  edən       
Ə. Ələkbərov müəllif və rejissor Mikayıl Mikayılovun 1930-cu ildə 
çəkdiyi  “Lətif”  filmində 
Qurban polunu ifa etdi.
 
 
“Lakin bu obraz ssena-
ridə  əsas  yer  tutmadığından, 
bir xarakter kimi güclü ümu-
miləşdirmədən  məhrum  ol-
duğundan  Ələkbərov  öz  sə-
nətkarlığını  tam  nümayiş  et-
dirə  bilmirdi.  Bununla  belə 
kollektivləşmənin  ilk  illərin-
dən  bəhs  edən  bu  filmdə 
Ələkbərov  qabaqcıl  və  mü-
bariz bir kolxoz sədrinin obrazını yaratmağa nail olmuşdu”  (2). 
Ə. Ələkbərovun ifa etdiyi Qurban səmimi olmaqla yanaşı, hə-
yatı  düzgün  dərk  edən,  sadə,  mətin,  böyük  təşkilatçılıq  qabilliy-
yətinə malik bir insan idi. 
“Aktyor bu filmdə də səssiz kinoya xas olan ifadə vasitələrinə 
yaxşı  bələd  olduğundan,  obrazın  mənəvi  həyatını  sadə  və  məhdud 
Ə.Ələkbərov – Qurban rolunda 


 
116 
boyalarla açmağa müvəffəq olurdu. O, həm teatr şərtliyindən uzaq-
laşmır, həm də obrazın həyatı ilə ardıcıl olaraq yaşamaq prinsipinə 
sadiq qalırdı” (1). 
1935-ci ildə A. Kapler və      
İ. Tartakovskinin ssenarisi əsa-
sında  M.  Mikayılov  pespubli-
kanın  neft  sənayesində  çalışan 
insanların  gündəlik  işlərindən, 
qayğılarından  bəhs  edən  “Al-
tıncı  hiss”  filmini  çəkdi  və      
Ə.  Ələkbərovda  mühəndis 
Heydər obrazını ifa etdi.  Dram 
janrında  çəkilmiş  bu  filmin 
lenti saxlanılmayıb. 
1936-cı  ildə  C.  Cabbar-
lının  eyni  adlı  əsəri  əsasında 
“Almaz”  filmi  ekranlara  çıxdı. 
Filmin  senari  müəllifi  C.  Cab-
barlı, quruluşçu rejissorları isə Ağarza Quliyev və Q. M. Braqinski 
idi.  Bu  filmdə  Ə.  Ələkbərov  Almazın  nişanlısı  Fuad  rolunda 
çəkilmiş, dolğun bir obraz yaratmağa müvəffəq olmuşdur. 
“Mimika və jest nə qədər dərin məna ifadə etsə də yenə nitqin 
əhatə  etdiyi  zəngin  mənanı  əvəz  edə  bilmirdi.  1934-cü  ildə  ölkə-
mizdə  səsli  kinonun  meydana  gəlməsi  bu  sənətin  təsir  dairəsini 
genişləndirdi, onun qarşısında böyük üfüqlər açdı. Ələkbərov yara-
dıcılığının üzvi bir hissəsi olan teatr realizmindən bacarıqla istifadə 
edirdi.  Burada  da  onun  obrazlarında  sadəlik  və  əzəmət,  təbiilik  və 
həyatsevərlik  mühüm  yer  tuturdu.  Ümumiyyətlə,  Ələkbərov  teatra 
xas olan şərtilikdən uzaqlaşmaqla onun ən gözəl cəhətlərindən kino-
da məharətlə istifadə edir, bu hər iki sənət növü arasında yaradıcılıq 
vəhdəti yaradırdı” (2). 
1939-cu ildə G. Midivaninin ssenarisi əsasında rejissor Səməd 
Mərdanov  “Kəndlilər”  bədii  filmini  çəkir  və  Ə.  Ələkbərova  əsas 
rollardan biri olan aşıq Göydəmir obrazını tapşırır. 
 Ə.Ələkbərov – Heydər rolunda 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə