İmran axundov



Yüklə 1,84 Mb.
Pdf görüntüsü
səhifə38/39
tarix28.06.2018
ölçüsü1,84 Mb.
#51974
1   ...   31   32   33   34   35   36   37   38   39

 
127 
mənalandırması  isə  onun  in-
sanşünaslığı və psixoloji key-
fiyyətlərə  dərindən  bələd  ol-
ması ilə əlaqədar idi” (2). 
Şeyx  Əmir-Ələkbərov 
oğlunun  Leyliyə  olan  sev-
gisini bildikdə elçi gedib, yox 
cavabı aldıqda çox narahatlıq 
keçirirdi.  Çünki  Məcnun 
Şeyx  Əmirin  yeganə  oğlu  və 
varisi idi. 
Şeyx  Əmir-Ələkbəro-
vun  oğlu  ilə  söhbətləri  adi 
məntiq əsasında qurulmamışdır. O, obrazın dərinliyinə daxil olaraq 
gərgin, dramatik boyaları tamaşaçılara çatdırırdı.
 
 
Şeyx  Əmir-Ələkbərovun  oğlu  ilə  Kəbədəki  dialoqunu  unut-
maq  çətindir.  Aktyor  yalvararaq  oğluna  dua  etməyi  xahiş  edərkən 
onun  səsindəki  fəryad  son  dərəcə  təsirli  idi.  Ə.  Ələkbərov  Şeyx 
Əmirin  düşdüyü  bütün  ağır  vəziyyətləri  inandırıcı  boyalarla  təcəs-
süm etdirirdi. 
1962-ci  ildə  Mirzə  İbrahimovun  ssenarisi  əsasında  rejissor 
Həbib İsmayılov “Böyük dayaq” bədii filmini ekranlaşdırdı və kol-
xoz sədri Rüstəm kişi obrazını Ə. Ələkbərov ifa etdi. 
M.  İbrahimov  yazır  ki;  “Məhz  onunla  söhbətimizdən  sonra 
mən tərəddüdlərdən əl çəkib “Böyük dayaq” ssenarisini yazmağı qət 
etdim. Ələsgərin yaratdığı Rüstəm kişi obrazı bütün filmin döyünən 
ürəyidir” (13). 
Ələsgər Ələsgərovun ifasında Rüstəm kişi güclü xarakterə ma-
likdir. O, bütün hərəkətləri və danışığı ilə əsl Azərbaycan kişisidir. 
Ə. Ələkbərov kolxoz sədri obrazı ilə ilk dəfə deyildi ki, tama-
şaçılar qarşısında çıxış edirdi. O, hələ 1930-cu ildə “Lətif” filmində 
kolxoz  sədri  Qurban  və  1958-ci  ildə  “Ögey  ana”  filmində  kolxoz 
sədri Hüseyn dayı obrazları ilə çıxış etmişdir. Lakin “Böyük dayaq” 
Ə.Ələkbərov – Şeyx Əmir rolunda 


 
128 
filmindəki  kolxoz  sədri  Rüstəm  kişi  isə  öz  bitkinliyi  ilə  fərqlənən 
əzəmətli bir obrazdır. 
“Ələkbərov  Rüs-
təm kişinin mənəvi həya-
tını, büdrəmələrini, xalq-
dan  ayrı  düşməsini  və 
nəhayət  onun  qüvvət  və 
qüdrətini  yenidən  duy-
masını  ustalıqla  canlan-
dırırdı.  Bu  proses  kadr-
dan-kadra  ifadəli  surətdə 
cərayan  edərkən,  Ələk-
bərovun  obrazın  düşün-
cələri ilə ardıcıl yaşadığı, 
onun öz müasirinin nəcib 
əməlləri,  düşüncələri  və 
ziddiyyətlərini  bütünlük-
lə ifadə etdiyi aşkar olur-
du” (1). 
Aktyor  Rüstəm  ki-
şinin həyatında baş verən 
mürəkkəb məqamları bö-
yük sənətkarlıqla canlan-
dırırdı.  Ə.  Ələkbərov 
Rüstəm  kişinin  psixoloji 
anlarını  bacarıqla  rəsm 
etdirirdi.  Rüstəm  kişi-
Ələkbərov bəzən ailədə və işdə də çox kəskin hərəkətlər edirdi. 
 ““Böyük  dayaq”  filmində  Rüstəm  kişi  kino  aktyoru  Ələkbə-
rovun ifasında xalqın səsinə qulaq asmayıb, onun sözünü eşitməyən, 
xidmət  etdiyi  zəhmət  adamlarının  fikirləri  ilə  hesablaşmayan, 
nəticədə faciə keçirən adamdır. Bu adamın mürəkkəb daxili varlığı 
kino-aktyor  Ələkbərovun  oyununda  ən  xırda  incəliklərinə  qədər 
göstərilmişdir.  Rüstəm  kişinin-Ələkbərovun  düşdüyü  vəziyyətlər, 
Ə.Ələkbərov – Rüstəm kişi rolunda 


 
129 
keçirdiyi  həyacanı  adam  maraqla  izləyir,  bir  anda  olsun  diqqətini 
ondan  çəkmək  istəmir.  Böyük  kino-aktyorun  hərəkətlərində  olan 
dinamika,  həyatilik  və  temperament  bir  vəhdətdə  birləşir.  Rüstəm 
kişinin  daxili  aləmində  münaqişəli  mübahisələri  aktyor  Ələkbərov 
çox təsirli və artıq hərəkət olmadan həll etmişdir” (25). 
Aktyorun  obrazdakı  bütün  hiss  və  həyacanları  çox  inandırıcı 
idi. Ə. Ələkbərov Rüstəm kişinin bütün hərəkətlərində məntiqi ardı-
cıllığı tamaşaçılara dəqiq göstərirdi. 
“Obrazın  xarakterində,  mənəviyyatında  bir-birini  əvəz  edən 
bu  rəngarəng  halları  Ələkbərov  daxilən  duyur,  onu  təbii  surətdə 
canlandırmaq  üçün  aktyorluq  imkanlarından  bacarıqla  istifadə 
edirdi” (2). 
Ə. Ələkbərovun ifa etdiyi Rüstəm kişi bitkin xarakterə malik 
obraz  olub,  tamaşaçıların  yaddaşından  silinməyəcəkdir.  Aktyorun 
ifası orijinal olmaqla yanaşı, son dərəcə səmimi və qüvvətli idi. 
1963-cü  ildə  “Böyük  dayaq”  filmi  ekranlara  çıxanda  böyük 
sənətkar, SSRİ xalq artisti Ələsgər Ələkbərov artıq həyatda yox idi. 
C. Məmmədov “Kommunist” qəzetində (19.05.1963) yazırdı; 
“Çox tez itirdiyimiz sevimli aktyorumuz Ələsgər Ələkbərov bu rol-
da nə qədər canlı, əzəmətli və unudulmazdır. Böyük aktyor kolxoz 
sədri Rüstəm kişinin şüurunda, qəlbində gedən daxili çarpışmanı nə 
qədər məharətlə əks etdirə bilir”. 
1963-cü  il  yanvar  ayının  31-də  təxminən  səhər  saat  6-da 
Azərbaycan  teatr  və  kino  sənətinin  qüdrətli  sənətkarı,  SSRİ  xalq 
artisti Ələsgər Ələkbərov dünyasını dəyişdi. Onun yaratmaq eşqi ilə 
döyünən alovlu ürəyi əbədi olaraq susdu. 
O dövrün əksər mətbu orqanlarında dövlət və hökumət nüma-
yəndələri  tərəfindən  nekroloqlar  imzalandı,  başsağlığı  telqramları 
nəşr olundu. 
“Kommunist” qəzeti (01.02.1963) yazırdı; “Azərbaycan incə-
sənətinə  ağır  itki  üz  vermişdir.  Dünən,  yanvarın  31-də  sovet  teat-
rının görkəmli xadimi, SSRİ xalq artisti Ələsgər Hacağa oğlu Ələk-
bərov  öz  yaradıcılığının  çiçəkləndiyi  bir  dövrdə  qəflətən  vəfat 
etmişdir... 


 
130 
Partiya və hökumət Ələkbərovun xidmətlərini yüksək qiymət-
ləndirmişlər.  O,  Lenin  ordeni,  iki  dəfə  Qırmızı  Əmək  Bayrağı  or-
deni, “Şərəf nişanı” ordeni və medallarla təltif olunmuşdur. Ələsgər 
Ələkbərova SSRİ xalq artisti adı verilmişdir. 
Ləyaqətli vətəndaş-artist, son dərəcə nəcib və gözəl insan olan 
Ə. Ələkbərovun əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır”. 
“Ədəbiyyat və incəsənət” qəzeti (02.02.1963) yazırdı; “Yanvar 
ayının 31-də kədərli bir  xəbər  Azərbaycan incəsənət və mədəniyyət 
işçilərini,  tamaşaçıları  sarsıtdı.  Azərbaycan  incəsənətinə  ağır  itki  üz 
verdi. Səhnəmizin fəxri, tamaşaçılarımızın sevimlisi, görkəmli sənət-
kar, SSRİ xalq artisti Ələsgər Hacağa oğlu Ələkbərov yaradıcılığının 
daha da çiçəkləndiyi bir zamanda qəflətən vəfat etdi... 
... Ələsgər Ələkbərov öz  yaradıcılıq işini  həmişə ictimai  fəa-
liyyətlə  bağlayırdı.  Azərbaycan  zəhmətkeşləri  görkəmli  sənətkara 
yüksək etimad göstərib onu SSRİ Ali Sovetinə deputat seçmişdilər... 
Mehriban və təvazökar insan, alovlu vətənpərvər, sənət aşiqi, 
xalqımızın unudulmaz oğlu Ələkbərovun əziz xatirəsi həmişə qəlbi-
mizdə yaşayacaqdır”. 
Azərbaycan SSRİ Mədəniyyət Nazirliyinin göndərdiyi başsağ-
lığında  deyilirdi:  “Azərbaycan  SSRİ  Mədəniyyət  Nazirliyi,  Mə-
dəniyyət işçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi və Azər-
baycan  Teatr  Cəmiyyəti  SSR  İttifaqı  xalq  artisti,  SSRİ  Ali  Soveti 
deputatı  Ələsgər  Hacağa  oğlu  Ələkbərovun  qəflətən  vəfat  etdiyini 
dərin hüznlə bildirir və mərhumun ailəsinə başsağlığı verirlər”. 
Azərbaycan  mədəniyyətinin  görkəmli  nümayəndəsi,  SSRİ 
xalq  artisti,  SSRİ  Ali  Sovetinin  deputatı  Ələsgər  Ələkbərovun 
ölümü ilə əlaqədar müxtəlif yerlərdən başsağlığı telqramları gəlirdi: 
“Ümumrusiya Teatr Cəmiyyətinin  Rəyasət  Heyəti SSRİ xalq 
artisti,  Azərbaycan  səhnəsinin  görkəmli  sənətkarı  Ələsgər  Ələkbə-
rovun  vəfatı  münasibəti  ilə  dərindən  kədərləndiyini  bildirir,  onun 
sənət dostlarına, habelə ailəsinə başsağlığı verir”. 
 
Ümumrusiya Teatr Cəmiyyətinin Rəyasət Heyəti. 
 


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə